Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə36/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   32   33   34   35   36   37   38   39   ...   105
14. Rusiyada təhkimçiliyin ləğvi. Avropa və «yeni imperializm» 

 


239 

 

Krım müharibəsində Rusiyanın məğlubiyyəti onu Qərbi Avropa dövlətlərindən 



uzaq saldı. Çar II Aleksandr Krım müharibəsinin ortalarında hakimiyyətə (1855-1881-ci 

illər) gəlmişdi. O, öz səylərini Rusiyadakı sistemin ciddi surətdə dəyişdirilməsinə 

yönəltmişdi. Təhkimçilik çar Rusiyası üçün ən ağır yük idi. Rus piyadasının onurğa 

sütununu təşkil edən təhkimçi kəndlilər savadsız olduqlarından, getdikcə 

mürəkkəbləşən müharibə maşınından və silahlardan baş çıxara bilmirdi. II Aleksandr 

deyirdi ki, «Təhkimçiliyin mövcud olması dəyişilməmiş qala bilməz. Yuxarıdan 

təhkimçiliyi ləğv etmək daha yaxşıdır, nəinki onun aşağıdan ləğv edilməsini 

gözləyəsən». 3 mart 1861-ci ildə Aleksandr azadlıq edikti dərc etdi. Kəndlilər artıq 

mülkiyyət sahibi ola, öz seçiminə görə evlənə və qanun məhkəmələrinə ərizə ilə 

müraciət edə bilərdilər. Bununla yanaşı, azadlığın faydası məhdud idi. Hökumət 

kəndliləri torpaqla təmin etmək üçün onu mülkədarlardan almalı idi, mülkədarlar isə 

çox vaxt yaxşı torpaqları özlərinə saxlayırdılar. Həm də kəndlilər tam azad deyildilər. 

Kəndlilər öz mir-lərinin və ya kənd icmalarının hakimiyyətinə tabe idilər. Torpaq sahibi 

olan kəndlilər bədbəxtlikdən torpaq aclığı ucbatından əsasən köhnə qaydadakı 

fermerliyə üstünlük verirdilər.  

1880-ci illərdə Avropa dövlətləri dənizlərin o tərəfindəki əraziləri tutmaq üçün 

intensiv hərəkət etməyə başladılar. Bəzilərinin «yeni imperializm» adlandırdıqları bu 

hadisə avropalıların Asiyanı və Afrikanı piroq kimi kəsib götürməyə həvəsləndirdi. 

Yüksələn rəqabət Avropa dövlətlərini xaricdə müstəmləkələr tutmağa tələsdirdi. 

Məsələn, Böyük Britaniya çox vaxt iqtisadi səbəblərə görə deyil, fransızları, almanları 

və ya rusları Britaniya maraqlarına ziyan vuracaq bazalar yaratmaqdan 

daşındırmaqdan ötəri yeni regionlara genişlənirdi. Müstəmləkələr həmçinin beynəlxalq 

nüfuz üçün mənbə idi. Müstəmləkələrə yiyələnməyə can atmaq başlandı, bunda isə iri 

dövlətlər uğurlu olurdular. Britaniya xarici işlər nazirinin yazdığı kimi, «Mən 1880-ci 

ildə Xarici İşlər Nazirliyini tərk edəndə heç kəs Afrika barədə düşünmüşdü. Mən 1885-

ci ildə yenidən ora qayıdanda Avropa millətləri Afrikanın müxtəlif hissələri üstündə, 

hansılara ki, onlar yiyələnəcəklər, bir-birləri ilə sözləşirdilər».  

Vətənpərvərlik hissi çox vaxt imperializmə olan marağı artırırdı. Məktəblər 

coğrafiyanı tədris edəndə müstəmləkə ərazilərinin xəritələrindən istifadə edirdilər. 

Qəzetlər və jurnallar çox vaxt əsgər məktublarını dərc edirdilər ki, imperializmi həyata 

keçirmək öz ölkəsi naminə qəhrəmanlıq macərasına bənzəyir. Coğrafi cəmiyyətlər və 

hərbi-dəniz liqaları kimi valontyor qrupları imperializm macəraları üçün həvəs tərbiyə 

edirdi.  

İmperializm həmçinin sosial Darvinizmlə və irqçiliklə bağlı idi. sosial 

Darvinistlər inanırdılar ki, millətlər arasındakı mübarizədə həvəs qabiliyyətə çevrilir və 

sağ qalır. Ali irqlər hərbi qüvvələri ilə özlərinin necə güclü və cəsarətli olduqlarını 

göstərmək üçün aşağı irqlər üzərində ağalıq etməlidirlər. Bir ingilis yazırdı ki, «Ağ 

adamın inkişafı üçün qara adam və sarı adam hətta aşağı olaraq qalmalıdır və birinci 

özünü yüksəyə və daha yüksəyə qaldırdıqca axırıncılar da elə etməlidirlər ki, 

bəşəriyyətdən kənar yığılan (şaqren dərisi kimi – müəllif) və heyvana yaxın, daha yaxın 

kimi meydana çıxsın».  

1880-ci ildən əvvəl Afrikada digər avropalıların məsələlərini ilk dəfə fransızlar və 

portuqaliyalılar salmışdılar. Potquliyalılr Avropada və Mozambikdə öz məskənlərini 



240 

 

qurmuşdular. Fransızlar müsəlman Şimali Afrikasında Əlcəzairi 1830-cu ildə işğal 



etmişdilər. 1880-ci ildə avropalıların Afrikada ərazi tutmağa can atması ciddiləşdi. 1900-

cü ildə Fransa Qərbi Afrikanın nəhəng zonasını və Tunisi özlərinin Afrika imperiyasına 

əlavə etdi. 1912-ci ildə isə Mərakeş üzərində protektorat qurdu. 

Mərkəzi Afrika həmçinin Avropa müstəmləkələri siyahısına əlavə olundu. Bura 

maraq ilk dəfə 1860-cı və1870-ci illərdə şotland missioneri Devid Livinqstonun və 

Britaniya-amerikan jurnalisti Henri Stenlinin kəşflərindən sonra qalxdı. Lakin Mərkəzi 

Afrikanı müstəmləkəyə çevirməyə can atan, 1865-1909-cu illərdə Belçika kralı olmuş II 

Leopold idi. O, Afrikada imperiya yaratmağa böyük həvəs göstərirdi. O deyirdi: «Bizim 

Yer kürəsinin təkcə elə hissələri oradadır ki, ona hələ nüfuz edilməmişdir. Əhali ilə 

əhatə olunmuş bütöv bu qaranlığa daxil olmaq səlib yürüşüdür, əgər mən bunu edə 

bilsəm, həmin səlib yürüşü bu proqress əsrinə layiq olacaqdır». Leopold üçün mənfəət 

proqressdən daha vacib idi. onun afrikalılarla davranışı olduqca zorakı olduğundan, 

hətta bəzi avropalılar onun hərəkətlərini məhkum edirdilər. 1871-ci ildə Leopold 

Mərkəzi Afrikanın tədqiqatı və sivilizasiyalaşması üçün Beynəlxalq Assosiasiya yaratdı 

və Henri Stenliyə Konqoda Belçika məskəni yaratmaq tapşırığını verdi. Leopoldun 

hərəkətlərindən təşviş keçirən fransızlar həmçinin Konqo çayından şimala tərəf olan 

əraziyə doğru hərəkət etdilər. 1884-cı və 1900-cü illər arasında qalan Afrikanın əksər 

hissəsi Avropa dövlətləri tərəfindən kəsilib götürüldü. Almaniya da həmin vaxt 

imperialist dövlətlər cərgəsinə daxil oldu. İlk öncə Bismark müstəmləkələrin 

əhəmiyyətinə laqeyd idi, lakin Alman imperiyası üçün daxili siyasi təzyiqlər artdıqca o, 

siyasi bir dönüş edənə çevrildi. Özünün ifadə etdiyi kimi, «Bütün bu müstəmləkə işi 

spekulyasiyadır, özünü belə göstərməkdir, ancaq biz seçkilərə görə ona möhtacıq», 

Almanlar cənubi-qərbi Afrikada Toqolandda və Tanqanikada müstəmləkələr qurdular.  

1914-cü ildən isə Britaniya, Fransa, Belçika, İspaniya və Portuqaliya bütün Afrika 

qitəsini hissə-hissə kəsib, özlərinə götürdülər. Yalnız azad olunmuş Amerika qulları 

tərəfindən yaradılan Liberiya və Efiopiya azad dövlətlər kimi qaldılar. «Ağ adamın 

yükü» barədəki humanitar rasionalizmin əksinə, Afrika müstəmləkə imperiyalarını 

yaratmağı qət etmiş Avropa dövlətləri tərəfindən işğal edildi.  

Avropalılar 1880-ci ildən əvvəl Afrika qitəsinə nisbətən az qaydada nəzarət 

edirdilər. Əvvəllər onların iqtisadi maraqları daha məhdud olanda (bu mənada Afrika 

ilk növbədə qul ticarəti üçün vacib idi), Avropa dövlətləri əsasən mövcud müstəqil 

dövlətlərlə iş görmək, geniş ərazilərə birbaşa nəzarətə cəhd etməkdən daha yaxşı idi. 

Əksər hallarda avropalıların Qərbi Afrikada mövcudluğu regional ticarət şəbəkəsinə 

nəzarət etmək və həm də missioner fəallığı üçün dayaqlar qurmaqdan ibarət idi. Buna 

baxmayaraq, XİX əsrin son iki onilliyində koloniyalar sahibi olmaq üstündə yarış 

başlandı, bütün böyük Avropa dövlətləri torpaqları tutmağa girişdilər.  

Napoleon müharibələri ərzində Britaniya Keyptaunda nəzarəti əldə etməklə 

Cənubi Afrikada kök salmışdı. Bu şəhəri vaxtilə hollandlar salmışdılar. Müharibədən 

sonra britaniyalılar sakinləri həvəsləndirdilər ki, özlərinin Kap koloniyası 

adlandırdıqları yerə getsinlər. Britaniya siyasətçiləri holland kolonistlərinin nəslindən 

olan burlara və ya afrikanyorlara nifrət edirdilər. Britaniyalılar və burlar arasında 

düşmənçilik davam edirdi. 1877-ci ildə Kap koloniyasının britaniyalı qubernatoru 

Transvaalı tutdu. Lakin bur qiyamı Britaniya hökumətini məcbur etdi ki, o, Transvaalı 



241 

 

müstəqil Cənubi Afrika respublikası kimi tanısın. Britaniyalılar və burlar arasındakı bu 



mübarizələr regiondakı Zulu və Xosa tayfalarından olan adamların ağ adamlar qrupu 

tərəfindən qırğınının və özlərinə tabe etmələrinin qarşısını ala bilmədi.  

1880-ci illərdə Cənubi Afrikada Britaniya siyasəti əsasən Sesil Rods (1853-1902-ci 

illər) tərəfindən həyata keçirilirdi. Rods almaz və qızıl kompaniyaları yaratmışdı, 

onların emal edilməsilə qiymətli mallar istehsalını da inhisara götürmüşdü və bu, onu 

özündən sonra Rodeziya adlanan Transvaalın şimal ərazisinə nəzarəti ələ keçirməyə 

qadir etmişdi. O, bir dəfə demişdi: «Əgər Allah burada olsaydı, mən düşünürəm ki, 

onun məni Afrikanı Britaniyanın qırmızı rənginə (Britaniya əsgərləri daim döyüş 

formasında qırmızı pencək geyinirdilər – müəllif) boyamağımdan xoşu gələrdi». Onun 

məqsədlərindən biri «Kapdan Qahirəyədək» seriya şəklindəki Britaniya 

müstəmləkələrini yaratmaq idi, onlar bir-birilə dəmir yolu ilə birləşəcəkdi. Imperialist 

ambisiyaları onun 1896-cı ildəki devrilməsinə səbəb oldu. Britaniyanın razılığı olmadan 

Cənubi Afrika Respublikası hökumətinin devrilməsinə çalışdıqdan sonra Britaniya 

hökuməti onu Kap koloniyasının baş naziri vəzifəsindən istefa verməyə məcbur etdi. 

Baxmayaraq ki, Britaniya hökuməti burlarla müharibədən qaçmağa ümid edirdi, lakin 

hər iki tərəf münaqişəyə başlamağa çalışan öz ekstremistlərini dayandıra bilmədi.  

1899-cu ildə Bur müharibəsi başlandı və bu, burların səmərəli əleyhdar 

olduğunu sübut etməsinə görə, 1902-ci ilə qədər davam etdi. Burlar partizan 

taktikasından istifadə edirdilər, britaniyalılar qələbə çalmaqla yanaşı, çox sayda itki 

verdilər və müharibə onlara çox baha başa gəldi. 87 min buru məğlub etmək üçün 450 

min britaniyalı və ittifaq qüvvələri lazım oldu. Britaniyada qəzetlər yüksək saydakı 

itkilər barədə məlumat verirdilər. Bur qadınları və uşaqları öz vətənlərində müharibə 

əleyhinə qalxdılar.  

Britaniya siyasəti məğlub edilmiş burlara qarşı böyük barışıq ruhunda idi. 

Transvaal və Oranc Azad Dövləti 1907-ci ildən təmsilçilik hökumətlərinə malik idi və 

1910-cu ildə Cənubi Afrika Birliyi yaradıldı. Kanada, Avstraliya və Yeni Zelandiya 

kimi, o da Britaniya imperiyası daxilində bütünlüklə özünü idarə edən dominyona 

çevrildi. 

 

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin