Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


İmperializmə xalqların cavabı



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə30/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   26   27   28   29   30   31   32   33   ...   105
 

8. Osmanlı imperiyası  

 

1453-cü ildə Konstantinopolu işğal edəndən sonra Osmanlı türkləri Balkanlarda 

öz işğallarını tamamlamağa cəhd etdilər, orada isə onlar hələ XIV əsrlərdən 

yerləşmişdilər. Baxmayaraq ki, 1476-cı ildə Rumıniya ərazisi olan Balaxiyanı 

götürməkdə onlar uğurlu olmuşdular, macarların müqaviməti onların Dunay vadisində 

irəliləməsini dayandırmışdı. 1480-ci illə 1520-ci il arasında daxili problemlər və şərqdəki 

sərhədləri konsolidasiya etmək ehtiyacı türkləri Avropada aparacaqları sonrakı 

hücumlardan saxlamışdı.  

Sultan Süleyman Kanuninin hökmranlığı (1520-1566-cı illər) ancaq türkləri geri, 

Avropaya diqqət yetirməyə qaytardı. Dunay üzərində irəliləyib, türklər 1521-ci ildə 




230 

 

Belqradı və 1526-cı ildə Macarıstanı tutdular. Lakin 1529-cu ildə onların Vyananı işğal 



etmək cəhdi dəf edildi. Elə bu vaxt türklər öz hakimiyyətlərini qərbə, Aralıq dənizinə 

genişləndirib, onu iri Türkiyə gölünə çevirməklə hədələdi. Lakin türk donanması 1571-

ci ildə Lepantoda (indiki Yunanıstandadır) ispanlar tərəfindən darmadağın edildi. 

Məğlubiyyətlərinə baxmayaraq, türklər Aralıq dənizinin şərq sahillərində nominal 

nəzarəti saxlamaqda davam edirdilər.  

Baxmayaraq ki, avropalılar dəfələrlə «dinsiz» türklərə qarşı yeni Xristian səlib 

yürüşləri başlayacaqlarını demişdilər, XVIII əsrin əvvəllərində onda müttəfiq və ticarət 

partnyoru axtarmaqla, Avropa hökmdarları Osmanlı imperiyasına başqa bir əsl Avropa 

dövləti kimi münasibət bəsləyirdilər.  

Osmanlı imperiyası yüksək səmərəsi olan hökumət sisteminə malik idi, ona 

güclü sultanlar və ya qüdrətli böyük vəzifələr (baş nazirlər) rəhbərlik edəndə, bu 

xüsusən nəzərə çarpırdı. Gözəl İstanbul hansısa bir Avropa şəhərindən daha çox 

əhaliyə malik idi. Buna baxmayaraq, Osmanlı siyasətçiləri bəzi vaxtlarda qanlı 

intriqalarla pozulurdu, fraksiyalar təsir və taxt-tac üstündə bir-birilə vuruşurdular. Bir 

dəhşətli təcrübə ondan ibarət idi ki, sultan öz hakimiyyətinə qorxu yaranmaması üçün 

öz qardaşlarını öldürməli olurdu.  

Yaxşı təşkil olunmuş hərbi sistem həmçinin Osmanlı imperiyasının möhkəmliyi 

üzərinə əlavə olunurdu. Xüsusən öz valideynlərindən götürülüb, müsəlman dininə 

keçirilən və sərt hərbi intizama tabe olan məşhur yeniçərlər sultanın böyük qoşunun elit 

özəyini təşkil edirdilər.  

XVII əsrin birinci yarısında Osmanlı imperiyası «yatmış nəhəng» idi. Daxilindəki 

qan axıdılması ilə və Persiyadan gələn çağırışdan sərt qaydada təhlükə hiss edən 

osmanlılar Şərqi Avropadakı status-kvo ilə barışmalı oldular. Lakin XVII əsrin ikinci 

yarısındakı yeni baş vəzirlər xəttinin rəhbərliyi altında Osmanlı imperiyası yenidən 

təcavüzkar müharibələrə başladı. 1683-cü ildə osmanlılar Macarıstan düzənliyi ilə 

yürüş edib, Vyananı mühasirəyə aldılar. Lakin avstriyalılar, polyaklar, bavariyalılar və 

saksonlar tərəfindən dəf edilən türklər geri çəkildilər və yeni Avropa koalisiyası 

tərəfindən Macarıstandan kənara atıldılar. Öz imperiyalarının özəyini saxlamalarına 

baxmayaraq, Osmanlı türkləri bir daha heç vaxt Avropaya təhlükə törədə bilmədilər.  

 

 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin