HƏyatin gerçƏK



Yüklə 1,74 Mb.
səhifə68/72
tarix06.02.2017
ölçüsü1,74 Mb.
#7785
1   ...   64   65   66   67   68   69   70   71   72

ZAMANSIZLIQ VƏ

QƏDƏR HƏQİQƏTİ


Buraya qədər izah etdiklərimizlə birlikdə əslində “üç ölçülü məkanın” əsli ilə təmasda olmadığımız, bütün həyatımızı zehnimizdəki məkanın içində davam etdirdiyimiz həqiqəti qətiləşir. Bunun əksini iddia etmək ağıl və elmdən uzaq batil inanc olar. Çünki xarici aləmdəki dünyanın əsli ilə təmasda olmağımız mümkün deyil.

Bu vəziyyət təkamül nəzəriyyəsinin də əsasını təşkil edən materialist fəlsəfənin birinci fərziyyəsinin yanlış olduğunu isbat edir. Bu fərziyyə maddənin mütləq və sonsuz olmasıdır. Materialist fəlsəfənin ikinci fərziyyəsi isə zamanın mütləq və sonsuz olması fərziyyəsidir ki, bu da digəri kimi batil inancdır.

Zaman hissi


Zaman dediyimiz hiss əslində bir anı başqa bir anla müqayisə etmə üsuludur. Bunu bir nümunə ilə açıqlaya bilərik. Bir cisimə vurduqda ondan müəyyən səs çıxır. Eyni cisimə beş dəqiqə sonra vurduqda da eyni səs çıxır. İnsan birinci səslə ikinci səs arasında bir müddət olduğunu düşünür və bu müddətə “zaman” deyir. Halbuki ikinci səsi eşitdiyi anda birinci səs sadəcə zehnindəki xəyaldan ibarətdir. Sadəcə hafizəsində olan bir məlumatdır. İnsan hafizəsində olanı yaşadığı anla müqayisə edərək zaman hissini əldə edir. Əgər bu müqayisə olmasa, zaman hissi də olmaz.

Eyni şəkildə insan hər hansı bir otağa daxil olub daha sonra otağın ortasındakı divanda oturan bir şəxsi gördükdə müqayisə edir. Gördüyü insan divana oturduğu anda onun qapını açması, otağın ortasına doğru yeriməsi ilə görüntülərin hər biri sadəcə beynindəki bir məlumatdır. Zaman hissi divana oturan insanla bu məlumatlar arasında müqayisə aparılaraq ortaya çıxır.

Qısaca desək, zaman beyində qorunan bəzi məlumatlar arasında müqayisə aparılması ilə mövcud olur. Əgər bir insanın hafizəsi olmasa, beyni bu cür şərhlər etməz və ona görə də zaman hissi də əmələ gəlməz. Bir insanın: “Mənim otuz yaşım var”, -deməsinin səbəbi beynində həmin otuz ilə aid bəzi məlumatların qorunmasıdır. Əgər hafizəsi olmasa, keçmişdə belə bir dövr yaşadığını düşünməyəz, sadəcə yaşadığı “an” ilə təmasda olacaqdır.

Zamansızlığın elmi izahı


Bu mövzuya dair fikrini bildirən mütəfəkkir və elm adamlarından nümunələr verərək mövzunu daha yaxşı açıqlamağa çalışaq. Nobel mükafatına layiq görülmüş məşhur genetika professoru və mütəfəkkir Fransua Yakob “Mümkünlərin oyunu” adlı kitabında zamanın geriyə axışı ilə bağlı bunları yazır:

Sonundan əvvəlinə doğru göstərilən filmlər zamanın tərsinə axacağı bir dünyanın nəyə bənzəyəcəyini təsəvvür etməyimizə imkan verir. Südün fincandakı kofedən ayrıldığı və süd qabına çatmaq üçün havaya uçduğu bir dünya, işıq şüalarının bir mənbədən çıxdığı yerdə bir cazibə mərkəzinin içində toplanmaq üçün divarlardan çıxacağı bir dünya, saysız-hesabsız damcıların suyun içindən kənara doğru atılan daşın insanın ovcuna girmək üçün maili xətt boyu tullandığı dünya. Amma zamanın tərsinə çevrildiyi belə bir dünyada beynimizdəki proseslərin və hafizəmizdəki məlumatın əmələ gəlməsi də eyni şəkildə tərsinə çevrilər. Keçmiş və gələcək üçün də eyni şey qüvvədə olar və dünya bizə tamamilə görüntü kimi görünər.411

Beynimiz müəyyən ardıcıllıq üsuluna öyrəşdiyi üçün hal-hazırda dünyadakı hadisələr yuxarıda izah edildiyi kimi baş vermir və zamanın daim irəliyə doğru axdığını düşünürük. Halbuki bu, beynimizin içində verilən qərardır və ona görə də tamamilə izafidir. Əslində zamanın necə axdığını və ya axıb-axmadığını əsla bilmirik. Bu da zamanın mütləq həqiqət olmadığını, sadəcə qavrayış şəkli olduğunu göstərir.

Zamanın hiss olması XX əsrin ən böyük fiziki hesab edilən Eynşteynin irəli sürdüyü Ümumi nisbilik nəzəriyyəsi ilə də sübut edilmişdir. Linkoln Barnett “Kainat və Eynşteyn” adlı kitabında bu mövzuda belə yazır:

Sonsuz kainatla birlikdə Eynşteyn sonsuz keçmişdən sonsuz gələcəyə axan dəyişməyən zaman anlayışını da bir kənara qoydu. Nisbilik nəzəriyyəsini əhatə edən anlaşılmazlığın böyük hissəsi insanların zaman hissinin da rəng hissi kimi qavrama forması olduğunu qəbul etmək istəməməsindən irəli gəlir... Necə ki, kainat maddi varlıqların mümkün olan ardıcıllığıdırsa, zaman da hadisələrin mümkün olan ardıcıllığıdır. Zamanın subyektivliyini Eynşteynin sözləri daha yaxşı açıqlayır: “Fərdin həyatı bizə hadisələr ardıcıllığı şəklində sıralanmış kimi görünür. Bu ardıcıllıqdan xatırladığımız hadisələr “daha əvvəl” və “daha sonra” ölçüsünə görə sıralanmışdır. Bu səbəbdən, fərd üçün “mən” zamanı, ya da subyektiv zaman var. Bu zaman öz-özlüyündə ölçülə bilməz. Hadisələrlə saylar arasında elə bir əlaqə qura bilərəm ki, böyük say əvvəlki hadisə ilə deyil, sonrakı hadisə ilə əlaqədar olar.412

Eynşteyn Barnettin ifadələri ilə “kainat və zamanın da duyğu formaları olduğunu, rəng, forma və böyüklük anlayışları kimi bunların da şüurdan ayrılmaz olduğunu göstərmişdir”. Ümumi nisbilik nəzəriyyəsinə əsasən, “zaman da onu ölçdüyümüz hadisələr zəncirindən ayrı, müstəqil deyil.”413

Zaman bir hissdən ibarət olduğuna görə, tamamilə qavrayana bağlıdır, yəni nisbi anlayışdır.

Zamanın axışı onu ölçərkən əsaslandığımız istinadlara görə dəyişir. Çünki insanın bədənində zamanın axış sürətini mütləq düzgünlüklə göstərən təbii saat yoxdur. Linkoln Barnettin bildirdiyi kimi, “rəngi ayırd edən göz yoxdursa, rəng deyə bir şeyin olmadığı kimi, zamanı göstərən hadisə olmadıqca bir an, bir saat və ya bir gün heç nə deyil”.414

Zamanın nisbiliyi yuxuda çox açıq şəkildə baş verir. Yuxuda gördüklərimizi saatlarla davam etmiş kimi hiss etsək də, əslində hər şey bir neçə dəqiqə, hətta bir neçə saniyə davam etmişdir.

Mövzunu bir az da açıqlamaq üçün bir misal üzərində düşünək. Xüsusi şəkildə dizayn edilmiş pəncərəli otaqda müəyyən müddət qaldığımızı düşünək. Otaqda zamanı görə biləcəyimiz saat da olsun. Eyni zamanda otağın pəncərəsindən günəşin müəyyən intervallarla doğub-batdığını görək. Bir neçə gün keçdikdən sonra o otaqda nə qədər qaldığımızı soruşduqda verəcəyimiz cavab həm saata baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə doğub-batdığı ilə əlaqədar apardığımız hesablamadır. Məsələn, otaqda üç gün qaldığımızı hesablayırıq. Amma əgər bizi bu otağa qoyan insan yanımıza gəlib: “Əslində, sən bu otaqda iki gün qaldın”, -desə və pəncərədə gördüyümüz günəşin əslində süni şəkildə əmələ gətirildiyini, otaqdakı saatın da qəsdən sürətlə işlədildiyini deyərsə, bu təqdirdə apardığımız hesablamanın heç bir mənası qalmaz.

Bu nümunə də göstərir ki, zamanın axış sürəti ilə əlaqədar məlumatımız sadəcə qavrayana əsasən dəyişən istinadlara əsaslanır.

Zamanın nisbiliyi elmi metodla da sübut edilmiş konkret həqiqətdir. Eynşteynin Ümumi nisbilik nəzəriyyəsi sübut etmişdir ki, zamanın sürəti bir cisimin sürətinə və cazibə mərkəzi ilə onun arasındakı məsafəyə görə dəyişir. Sürət artdıqca zaman qısalır, daha ağır daha yavaş işləyərək sanki “dayanma” nöqtəsinə yaxınlaşır.

Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə əsasən, eyni yaşdakı əkizlərdən biri Yerdə qalır, digəri işıq sürətinə yaxın sürətlə kosmik səyahətə çıxır. Kosmosa çıxan şəxs geri qayıtdıqda əkiz qardaşının özündən daha yaşlı olduğunu görəcəkdir. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş axmasıdır. Eyni misal ata və oğula da aid edilə bilər. Əgər atanın yaşı 27, oğlunun yaşı 3 olsa, 30 dünya ilindən sonra ata Yerə qayıtdıqda oğul 33 yaşında, ata isə 30 yaşında olacaq.415

Zamanın nisbiliyini saatların geriləməsi və ya sürətlənməsindən deyil, bütün maddi sistemin sub-atom səviyyəsindəki zərrələrə qədər müxtəlif sürətlərdə işləməsindən irəli gəlir. Zamanın qısaldığı belə bir mühitdə insanın orqanizmindəki ürək döyüntüləri, hüceyrə bölünməsi, beyin fəaliyyətləri kimi proseslər daha ağır işləyir. İnsan zamanın yavaşlamasını hiss etmədən gündəlik həyatına davam edir.




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin