HƏyatin gerçƏK


Homologiyanın genetik və embrioloji problemi



Yüklə 1,74 Mb.
səhifə40/72
tarix06.02.2017
ölçüsü1,74 Mb.
#7785
1   ...   36   37   38   39   40   41   42   43   ...   72

Homologiyanın genetik və embrioloji problemi


Homologiya iddiasını təkzib edən kəşf “homoloji” qəbul edilən orqanların, demək olar ki, hamısının çox fərqli genetik şifrələr tərəfindən tənzimlənməsidir. Məlum olduğu kimi, təkamül nəzəriyyəsi canlıların genlərdə əmələ gələn təsadüfi və kiçik dəyişikliklərlə, yəni mutasiyalarla inkişaf etdiyini irəli sürür. Ona görə, bir-birlərinin yaxın təkamül qohumları hesab edilən canlıların genetik quruluşları da oxşar olmalıdır. Xüsusilə də oxşar orqanları bir-birinə yaxın gen quruluşu tərəfindən tənzimlənməlidir. Halbuki genetik tədqiqatlar bu təkamülçü tezislə tamamilə ziddiyyət təşkil edən faktlar ortaya qoymuşdur.

Oxşar orqanlar, əsasən, çox fərqli genetik kodlar (DNT şifrələri) tərəfindən müəyyən edilir. Bununla bərabər, fərqli canlıların DNT-lərindəki oxşar genetik kodlar da çox fərqli orqanlara uyğun gəlir. Maykl Denton “Təkamül: Böhran içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabının “Homologiya iddiasının uğursuzluğu” (The failure of homology) başlıqlı bölməsində bu mövzuya dair bir çox nümunə verir və mövzunu belə xülasə edir:

Homoloji formalar, əsasən, homoloji olmayan genetik sistemlər tərəfindən müəyyən edilir və homologiya məfhumuna çox nadir şəkildə embriologiyada rast gəlinir.286

Bu genetik problem məşhur təkamülçü bioloq Qeyvin De Bier tərəfindən də dilə gətirilmişdir. De Bier 1971-ci ildə nəşr olunmuş “Homologiya: Həll edilməmiş problem” (Homology: An unsolved problem) adlı kitabında bu mövzunu çox ətraflı təhlil etmiş və homologiyanın təkamül nəzəriyyəsi baxımından nə üçün problem olduğunu belə xülasə etmişdir:

Eyni genlər tərəfindən tənzimlənmədikləri halda, homoloji orqanların, yəni eyni formaların ortaya çıxmaları hansı mexanizm nəticəsində ola bilər? Bu sualı 1938-ci ildə də verdim və hələ də cavablandırılmayıb.287

De Bierin bu sözləri söyləməsindən təqribən 30 il keçməsinə baxmayaraq, sual hələ də cavabsızdır.

Homologiya iddiasını təkzib edən üçüncü dəlil isə əvvəldə də bildirdiyimiz embrioloji inkişafdır. Homologiya məsələsindən təkamülçü tezisin əsaslı hesab edilməsi üçün oxşar formaların embrioloji inkişaf prosesləri, yəni yumurtadakı və ya ana bətnindəki inkişaf mərhələləri də paralel olmalıdır. Halbuki oxşar orqanların embrioloji inkişaf prosesi hər canlıda bir-birindən fərqlidir. Bioloq Pere Alberk də bu mövzu ilə bağlı belə deyir:

Homoloji orqanların tamamilə fərqli başlanğıc formalarından əmələ gəldikləri istisnadan çox bir qanundur.288

Oxşar orqanların bir-birinə heç bənzəməyən proseslər nəticəsində əmələ gəlməsinə inkişaf dövrünün son dövrlərində də çox rast gəlinir. Məlum olduğu kimi, bir çox heyvan növü yetkinləşməyə doğru gedən yolda “dolayı inkişaf” adlanan bir prosesdən, yəni sürfə mərhələsindən keçir. Məsələn, bir çox qurbağa həyata üzən sürfələr kimi başlayır və metamorfozun ən son dövründə dördayaqlı heyvana çevrilir. Bununla belə, sürfə dövründən keçməyən və birbaşa inkişaf edən bir çox qurbağa növü də var. Ancaq birbaşa inkişaf edən sözügedən qurbağa növlərinin çoxunun yetkinləri sürfə mərhələsindən keçərək inkişaf edən digər qurbağa növlərindən demək olar ki, heç ayırd edilmirlər. Eyni hadisəyə dəniz kirpilərində və digər bəzi buna bənzər növlərdə də rast gəlinir.289

Qısaca desək, genetik və embrioloji tədqiqatlar Darvinin “canlılarn bir ortaq əcdaddan təkamül yolu ilə törədiklərinn dəlili” kimi tərif etdiyi homologiya anlayışının əslində heç cür bu tərifə dəlil olmadığını göstərir. Homologiya səthi baxdıqda “inandırıcı” görünən, amma hərtərəfli tədqiq edildikdə əsassızlığı açıq şəkildə üzə çıxan təkamülçü xətadır.



Tetrapodların barmaq quruluşu ilə bağlı homologiya xətası


Morfoloji homologiya iddiasının, yəni canlılardakı forma bənzərliklərinə əsaslanan təkamülçü tezisin əsassızlığını təhlil etdik. Ancaq bu barədə məşhur bir nümunəni bir az da yaxından təhlil etməkdə fayda var. Bu nümunə təkamüllə bağlı, demək olar ki, hər kitabda homologiyanın ən açıq dəlili kimi göstərilən “tetrapodların beşbarmaqlı əl və ayaq quruluşu” misalıdır.

Tetrapodların, yəni quruda yaşayan onurğalıların ön və arxa ayaqlarında beş barmaq var. Bunlar həmişə barmaq görünüşündə olmasa da, sümük quruluşu etibarilə “beşbarmaqlı” (pentadactyl) hesab edilir. Qurbağanın, kərtənkələnin, sincabın və ya meymunun əl və ayaqları bu formadadır. Hətta quşların və yarasaların da sümük quruluşları bu əsas dizayna uyğundur.

Təkamülçülər isə bütün bu canlıların bir ortaq əcdaddan gəldiyini iddia etmiş və beşbarmaqlılıq faktını da uzun zaman buna dəlil hesab etmişlər. Bu iddianın elmi əsası olmadığı isə məlumdur.

Əvvəla, bu gün təkamülçülər belə aralarında heç bir təkamül əlaqəsi qura bilmədikləri müxtəlif canlı qruplarında beşbarmaqlılıq xüsusiyyəti olduğunu qəbul edirlər. Məsələn, təkamülçü bioloq M.Kouts 1991-ci və 1996-cı illərdə dərc olunan iki ayrı elmi məqaləsində beşbarmaqlılıq (pentadactyl) faktının bir-biri ilə əlaqəsi olmayan iki mərhələdə ortaya çıxdığını bildirir. Koutsun fikrinə görə, beşbarmaqlı forma həm antrakozavrlarda, həm də amfibiyalarda bir-birindən əlaqəsiz şəkildə ortaya çıxmışdır.290 Bu tapıntı beşbarmaqlılıq faktının “ortaq əcdad” fərziyyəsinə dəlil olmadığının bir göstəricisidir.

Təkamülçü tezisi bu məsələdə çətinliyə salan digər cəhət də sözügedən canlıların həm ön, həm də arxa ayaqlarının beşbarmaqlı olmasıdır. Halbuki təkamülçü ədəbiyyatda ön və arxa ayaqların bir “ortaq əcdaddan” gəldiyi irəli sürülmür və ayrı-ayrı inkişaf etdikləri fərz edilir. Ona görə də ön və arxa ayaqların quruluşunun da fərqli təsadüfi mutasiyalar nəticəsində müxtəlifləşdiyi gözlənməməlidir. Maykl Denton bu mövzudan belə bəhs edir:

Gördüyümüz kimi, bütün quruda yaşayan onurğalıların ön ayaqları eyni beşbarmaqlı dizayna malikdir və bu da təkamülçü bioloqlar tərəfindən bu canlıların ortaq əcdaddan törədiyi şəklində şərh edilir. Ancaq arxa ayaqlarda da yenə eyni beşbarmaqlı dizayn var və istər sümük quruluşu, istərsə də embrioloji inkişaf mərhələsi cəhətdən ön ayaqlara çox bənzəyirlər. Ancaq heç bir təkamülçü arxa ayaqların ön ayaqlardan törədiyini və ya arxa və ön ayaqların ortaq əcdaddan təkamül yolu ilə törədiyini müdafiə etmir... Əslində bioloji məlumat artdıqca canlılardakı bənzərlikləri ortaq əcdaddan törədiyi fərziyyəsi ilə açıqlamaq fikri getdikcə zəifləyir... Təkamül adından irəli sürülən digər bir çox “dolayı dəlil” kimi homologiya ilə bağlı dəlillər də inandırıcı deyil, çünki həddindən artıq anormallıqla, çox sayda əks-nümunə ilə və qəbul edilmiş (təkamül xarakterli) mənzərəyə sığışdırılmayan bir çox faktla qarşılaşır.291

Beşbarmaqlılıq homologiyası ilə bağlı təkamülçü iddiaya əsl zərbə isə molekulyar biologiyadan gəlmişdir. Təkamülçü KİV-lərdə uzun müddət müdafiə edilən “beşbarmaqlılıq homologiyası” fərziyyəsi bu barmaq quruluşuna malik olan canlılarda barmaq formalarının çox fərqli genlər tərəfindən tənzimləndiyi məlum olduqda əsasını itirmişdir. Təkamülçü bioloq Uilyam Fiks beşbarmaqlılıq haqqında təkamülçü tezisin təkzib olunmasından belə bəhs edir:

Təkamül haqqında homologiya məsələsinə tez-tez əl atan keçmiş dərsliklərdə müxtəlif heyvanların skeletlərindəki ayaqların forması xüsusi vurğulanırdı. Belə ki, bir insanın qolunda, bir quşun qanadlarında və bir yarasanın üzgəclərindəki beşbarmaqlı forma bu canlıların ortaq əcdaddan törədiklərinə dəlil hesab edilirdi. Əgər bu müxtəlif formalar mutasiyalar və təbii seçmə yolu ilə mərhələ-mərhələ dəyişdirilsəydilər, yəni gen-kompleksi tərəfindən tənzimlənsəydilər, bu nəzəriyyənin də bir mənası olacaqdı. Amma təəssüf ki, vəziyyət belə deyil. Homoloji orqanların fərqli növlərdə tamamilə fərqli genlər tərəfindən tənzimləndiyi artıq məlumdur. Ortaq əcdaddan törəyən oxşar genlər üzərində qurulmuş homologiya fərziyyəsi artıq çökmüşdür.292

Diqqət edilsə, Uilyam Fiks “beşbarmaqlılıq homologiyası” haqqındakı təkamülçü iddiaların keçmiş dərsliklərdə verildiyini, ancaq molekulyar dəlillərin üzə çıxmasından sonra bu iddiaların təkzib edildiyini söyləyir. Ancaq bəzi təkamülçülər hələ də bu mövzunu təkamülə böyük dəlil göstərib özlərinə təsəlli verirlər.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin