HƏZRƏTİ MUSANIN (Ə) ÖLÜM MƏLƏYİNİN (ƏZRAİL) ÜZÜNƏ SİLLƏ VURMASI
Cənab seyid Əbdülhəyin bu növ yalan-palan sözləri nəql edən Əbu Hüreyrə, Buxari və Müslimi müdafiə etməyə qalxması və möhtərəm ağaların da, haqqında ğuluv etdikləri Səhihlərinin, zənn etdikləri kimi olmadığını yə᾽qin etmələri üçün daha gülünc bir hədisi nəzərnizə çatdırıram:
Buxari Səhihinin Ι cildində cənazə bablarından olan; «Mən Əhabb᾽əd-Dəfnə fi᾽l Ərzil-Muqəddəsəti min» babında, Səhihin ΙΙ cildində isə, «Vəfatu Musa» babında və Müslim də Səhihinin ΙΙ cildində, «Fəzailu Musa» babında Əbu Hüreyrədən əcaib və xurafat bir hədis nəql etmişlər: «Ölüm mələyi həzrət Musanın yanına gələrək, «Rəbbinin də᾽vətini qəbul et» dedi. Musa ölüm mələyinin gözünə bir zərbə vuraraq, onun gözünü çıxardı. Mələk qayıdıb, Rəbbinə belə dedi: «Məni, ölməyi istəməyən bir quluna doğru göndərdin, o da vurub, gözümü çıxardı». Allah-təala mələyin gözünü özünə qaytarıb belə buyurdu: «Yenidən qulumun yanına get və de ki, dünya həyatını istəyirsən?! Bu halda əlini öküzün belinə qoy, əlinə nə qədər tük çıxarsa onun sayı qədər yaşayacaqsan».
İmam Əhməd bin Hənbəl Müsnədinin ΙΙ cildinə, Məhəmməd bin Cəriri Təbəri də öz «Tarixi»nin Ι cildində həzrət Musanın vəfatını zikr edərkən, həmin hədisi az bir fərqlə nəql etmişdir. O da bu şəkildə: «Həzrət Musa zamanında Mələkul-Mövt (Əzrail) bəndələrin ruhunu almaq üçün açıq bir şəkildə gəlirdi, amma həzrət Musa üzünə zərbə vuraraq gözünü kor etdiyi andan e᾽tibarən, məxluqatın ruhunu almaq üçün gizli bir şəkildə gəlir». Çünki cahil insanların sağlam gözünü də kor etmələrindən qorxur! (məclisdə olanların çoxunun qəh-qəhəylə gülməsi).
İndi siz ağalardan, insafla hökm verməyinizi istəyirəm. Görəsən, sizin də özünüzü saxlaya biləyib güldüyünüz bu rəvayət uydurma və xurafat deyildirmi? Mən belə uydurma və xurafat olan hədisi düşünmədən qələmə alan yazıçı və ravilərə heyrət edirəm.
İNSAF, BƏSİRƏT VƏ XOŞBƏXTLİYƏ SƏBƏB OLUR
Görəsən, Musa Kəlimullah kimi ulul-əzim bir peyğəmbərin (əl-əəzubillah) o qədər düşüncəsiz və daş-ürəkli olub, Allahın əmrinə itaət etməsi əvəzinə onun elçisinin gözünü kor edəcək bir şəkildə üzünə möhkəm bir zərbə vurmasını hər hansı bir ağıl sahibi qəbul edərmi?
Fərz edək ki, bir nəfər, Hafiz ağanı möhtərəm bir şəxsiyyət kimi qonaq də᾽vət edir. Lakin «Hafiz, elçinin də᾽vətini qəbul etdikdə, ona möhkəm bir zərbə vuraraq gözünü kor etdi» deyilərsə, siz gülməzsinizmi? Allah xatirinə söyləyin, Hafiz ağa, «Belə bir söz mənə iftiradır» deməzmi?…
Heç daşürəkli cahil bir adam belə bir iş edərmi? O zaman mə᾽rifət əhli ulul-əzim və Kəlimullah olan bir peyğəmbər necə belə bir iş edə bilər və Allahın də᾽vətini qəbul etməyib, heç bir təqsiri olmayan elçinin üzünə bir zərbə vuraraq, necə onu kor edə bilər?
Peyğəmbərlərin göndərilməsindən məqsəd, insanları hidayət etmək və onları heyvani hərəkətlərdən çəkindirməkdir. Mə᾽rifət əhli olmayan cahil bir fərdin bir heyvana belə zülm etməsi çirkin olduğuna görə, ulul-əzim olan bir peyğəmbərin Allahın müqqərəb mələyi və elçisinə bir-başa zülm etməsi daha çirkin və daha pis olmazmı?
Hər kəs belə bir hədisin uydurma və iftira olduğu başa düşür. Belə uydurma bir hədisi uyduranların məqsədi, sırf peyğəmbərlik məqamına xəyanət etmək və ya cəmiyyətin gözündə böyük bir peyğəmbəri kiçildib, alçaltmaqdır. Mən (belə yalan hədisləri uyduran) Əbu Hureyrə kimi insanlara təəccüb etmirəm; çünki o, öz alimlərinizin yazdığına görə, qarnını Müaviyənin yağlı və dadlı süfrəsindən doyurması üçün hədislər uydurmuşdur; hətta ΙΙ xəlifə Ömər, onu, hədis uydurduğuna görə, kürəyi qana boyanacaq bir şəkildə şallaqlatdırmışdır.
Amma mənim təəccübləndiyim budur ki, böyük bir elmə sahib olan şəxslər, necə olmuş düşünmədən bu növ yalan və uydurma hədisləri öz kitablarında qeyd etmişlər; Hafiz kimi digər alimlər də, bu cür kitabları oxuyub düşünmədən, onları Qur᾽andan sonra ən səhih kitab olaraq qəbul etmişdir.
Bu cür uydurma hədislər, səhih bildiyiniz kitablarınızda olduğuna görə, o zaman şiə kitablarında yazılmış hədislərə e᾽tiraz etməyə haqqınız yoxdur. Mövzudan kənara çıxdığım üçün üzr istəyirəm. Əl kəlamu yəcurrul-kəlam (söz, sözü çəkər).
Keçək əsil mövzuya. Nəql etdiyiniz o hədisin üzərində bir az durub, onun bir açıqlaması olub olmadığına baxaq. Bu aydındır ki, hər insaflı alim, sizin və bizim kitablarda mövcud olan bu növ mübhəm1 və vahid olan hədislərlə qarşılaşdıqda, onları sənədi səhih olan minlərcə hədislərlə açıqlar. Əks təqdirdə, bir kənara atar və ya ən azından onlara qarşı susar. Mən bu zəif ağlımla o hədis (Mə᾽rifət hədisi) haqqında belə düşünürəm. O həzrətin həmin sözü ya kəlamçılar arasında məşhur olan qaydaya yəni «məlul2 haqqında tam elm sahibi olmaq, səbəb haqqında tam elm sahibi olmaq deməkdir» qaydasına həml3 edilmiş və ya «böyük vəziri tanıyan kimsə, padşahı tanımışdır» sözü kimi, mübaliğəyə4 həml edilmişdir. Buna misal, İxlas surəsinin nəssi, Qur᾽anın digər ayələri və bir çox hədislərdir.
Deyə bilərik ki, bu hədisdən məqsəd, imamı tanımaq və onu tanımağın ən böyük ibadətlərdən olmasıdır. Çünki İmam (ə) insan və cinlərin yaradılış qayəsi olmuşdur. «Camiə Ziyarətin»də yer alan; «Onlar Allahı tanımağın yollarıdır» sözünün mə᾽nası da budur.
Digər bir şəkildə də mə᾽nalandırmaq mümkündür. Çünki araşdırmaçılar bu cür yerlərdə belə mə᾽na vermişlər. Hər fe᾽lin failini, hər binanın banisini (ustasını), o fe᾽l və binanın sağlamlığından anlamaq mümkündür. Belə isə hər ustanın və əsəri, onun əlamətlərinin bir əlamtinə kamil bir dəlildir. Rəsulallah (s) və pak Əhli-beyti (ə) bütün uca mövqelərə sahib olduqlarına görə, onlardan daha sağlam bir əsər və Onlardan daha əhatəli bir məxluq yoxdur. Belə isə, Allahın mə᾽rifətinə onlardan daha açıq və daha əhatəli bir yol olmamışdır. Allahın mə᾽rifət yolları, sadəcə onlar ola bilmişlər.
Onları tanıyan Allahı tanımışdır. Çünki mə᾽sum imamların özləri buyurmuşlar: «Bizim vəsiləmizlə Allah tanınır, bizim vəsiləmizlə Allaha ibadət edilir…» (Yə᾽ni Allahın mə᾽rifət və ibadət yolu bizim əlimizdədir.)
Xülasə, Allahı (tam anlamıyla) tanımağın yolu, bu şə᾽ni uca ailədir. Əgər bu ailənin rəhbərlyi olmadan insanlar yol tapmaq istəyərlərsə, zəlalət vadisində, çaşqınlıq içərisində qalarlar; zəlalət vadisində məhv olanın, rəhbərsiz halda sədət evinə yetişməsi imkansızdır. Bax, buna görə iki tərəfin (şiə və əhli-sünnət) də ittifaq etdiyi bir hədisdə Rəsulallah (s) belə buyurmuşdur: «Ey insanlar! Mən aranızda iki dəyərli əmanət qoyuram, (ehtiyaç duyduğunuz işləri) onlardan öyrənin, heç vaxt yolunuzu azmazsınız; biri Allahın kitabı, digəri isə, itrətim olan Əhli-beytimdir».
Hafiz: «Düzəliş verməyə çalışdığınız, sadəcə bu hədis deyildir, sizin dua kitablarınızdakı bütün dualarınızda, şirk və küfr əlamətləri gözə çarpmaqdadır. Məsələn, Allaha diqqət etmədən, imamlardan hacətlərinizi tələb edirsiniz, bu isə, şirkin ən böyük dəlilidir».
Də᾽vətçi: «Möhtərəm şeyxin keçmiş ata-bablarının sözlərinə uyaraq belə əsassız sözlər söyləməsi, həqiqətdə insafsızlıqdır. Ya nə buyurduğunuzun fərqində deyilsiniz və ya şirkin mə᾽nasına diqqət etmədən danışırsınız. Həqiqətin ortaya çıxması üçün ilk öncə şirk və müşrikin mə᾽nasını açıqlamağınızı rica edirəm».
Dostları ilə paylaş: |