Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da


ŞİƏNİN MƏ᾽NASI VƏ TƏŞƏYYÜNÜN HƏQİQƏTİ XÜSUSUNDA



Yüklə 2,46 Mb.
səhifə12/63
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7105
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

ŞİƏNİN MƏNASI VƏ TƏŞƏYYÜNÜN HƏQİQƏTİ XÜSUSUNDA


vətçi: «Əlbəttə, möhtərəm ağalar bilirlər ki, «şiə» sözü lüğətdə «tə᾽qib etmə» və «tərəfdar» mə᾽nasındadır; «şiətür-rəcül» isə, «insanın tə᾽qibçisi və yardımçısı» deməkdir. Sizin böyük alimlərinizdən olan Firuz Abadi özünün tərtib etdiyi lüğətində belə deyir: «Bu adla ‒ «şiə» kəlməsi ilə ümumi olaraq, Əli və Əhli-beytini sevənlər adlandırılmışdır; belə ki, artıq onlar üçün xüsusi bir ada çevrilmişdir».

Amma siz bilərəkdən və ya unudqanlıqdan, yaxud da təfsir və hədis elmindən mə᾽lumatınız olmadığınız üçün keçmişdəkilərin sözlərinin tə᾽siri altında qalaraq, heç bir dəliliniz olmadan, «şiə» kəlməsini və onun Əli və Əhli-beytinin (ə) tə᾽qibçilərinə verilməsini Osman zamanında meydana gəldiyini və bu adı verənin də yəhudi Əbdullah bin Səbadır olduğunu iddia edərək, böyük bir səhvə yol verdiniz. Lakin məsələ buyurduğunuz şəkildə deyildir. Sizin öz kitab və təfsirlərinizdə yer alan mö᾽təbər hədislərə görə, «şiə» istilası Rəsulallahın (s) zamanında Əli bin Əbu Talibin (ə) tə᾽qibçilərinə verilən bir addır.

Şiə adını həzrət Əlinin (ə) tə᾽qibçilərinə verən ‒ sizin sözünüzün əksinə olaraq ‒ şəxsən Rəsulallahın (s) özü olmuşdur. Bu kəlmə vəhy sahibinin öz dilindən cari olmuşdur. O Peyğəmbər ki, Allah-təala onun haqqında belə buyurmuşdur: «O, həva-nəfsindən (öz istək, düşüncəsinə görə) danışmaz; söylədikləri yalnız ona vəhy olunan şeydən başqa bir şey deyildir»1.

Bax, belə bir Peyğəmbərin (s) şəxsən özü, həzrət Əlinin (ə) tərəftar və tə᾽qibçilərini, «şiə», «naci» və «qurtuluşa çatanlar» olaraq adlandırmışdır».



Hafiz: «Harada belə bir şey mövcuddur ki, biz onu indiyə qədər görməmişik?».

vətçi: «Siz görməmisiniz, ya görmək istəməmisiniz, yaxud görüb həqiqəti e᾽tiraf etməyi öz məqamınıza uyğun bilməmiş və yaxud da tabenizdə olanları, tərəfdarlarınız və müridlərinizi göz önündə canlandırmısınız. Lakin biz görmüşük və haqqı gizlətməyi, din və dünyamıza uyğun bilmirik. Çünki Allah-təala Qur᾽ani-kərimin iki ayəsində haqqı görüb gizlədənlərə açıq-aydın şəkildə lə᾽nət etmiş və onları cəhənəm əhlindən bilmişdir.

Birincisi, «Bəqərə» surəsinin 159-cu ayədə belə buyurmuşdur: «Göndərdiyimiz açıq-aydın dəlilləri hidayət [yolunu] kitabda insanlara açıqladığımızdan sonra gizlədənlərə həm Allah həm bütün nət edənlər nət edərlər».

İkincisi, yenə də «Bəqərə» surəsinin 174-cü ayədə belə buyrulur: «Allahın endirdiyi kitabdan bir şeyi gizlədənlər onunla dəyəri az (bir qarşılığı) satın alanlar; onların qarınlarına doldurduqları, atəşdən başqa bir şey deyildir. Allah da qiyamət günü onlarla danışmaz onları arındırmaz. onlar üçün acıqlı bir əzab vardır».

Hafiz: «Ayeyi-şərif haqqdır; əlbəttə, kim haqqı gizlədərsə, bu ayələrin misdaqı olacaqdır. Amma biz indiyə qədər gizlədiləcək bir haqq görmədik; əlbəttə, hər haqqı tanıdıqdan sonra onu qulaq ardına vursaq, bu ayənin hökmü bizim də haqqımızda düzgün olacaqdır; ümidimiz, heç bir zaman zikr edilən ayələrin hökmünə düşməməkdir».

vətçi: «İndi Allah-təalanın lütf və inayəti və Xatəmul-ənbiyanın (s) xüsusi diqqəti ilə edə bildiyimiz qədər günəşdən daha aydın olan haqqı örtülü pərdə arxasından çıxarıb, əziz qardaşlarıma (məclisdə əyləşən Əhli-təsənnünə işarə) göstərəcəyəm. Ümüd edirəm ki, zikr etdiyimiz hər iki ayəni daima gözümüzün önündə canlandırıb, adət və təəssübün bizləri hər hansı bir haqqın gizlədilməsinə səbəb olmasına icazə verməyək».

Hafiz: «Allah şahidim olsun ki, hər vaxt bir haqq mənə sabit olarsa, cidal etməyəcəyəm. Siz mənimlə həm söhbət olmadığınıza görə, əxlaqımı bilmirsiniz; nəfsimin istəklərinə qalib olmaq üçün çox ciddi və qətiyyətliyəm. Əgər tutarlı dəlil gətirərsinizsə, təslim olacağımın şahidi olarsınız. Onda bilin ki, bu mövzu haqqında tamamilə aydınlıq əldə etmişəm. Əgər ziddiyyət və mübarizə aparmaq üçün bir yol olsa da, cidal etməyəcəyəm; əgər cidal etməyə başlasam, həqiqətən bu iki ayənin hökmü mənə şamildir.

İndi həqiqət üzərində deyiləcək bəyanlarınızı dinləməyə hazıram; inşaallah ki, Allah-təala bizi və sizi haqqa hidayət edər».



vətçi: «Hafiz Əbu Nəimi İsfahani Əhməd bin Əbdullah üləmayi-əzəm, mühəddis, böyük və dəyərli mühəqqiqlərinizdəndir. İbni Xəllaqan «Vəfəyətul-əyan» kitabında onu belə tə᾽rif etmişdir: «O, ən böyük e᾽tibarlı hafizlərdən və ən elmli mühəddislərdəndir. Onun on cildlik «Hilyətul-övliya» kitabı ən gözəl kitablardandır».

Səlahuddin Xəlil bin İbək Səfdi «Vafi bil-Vəfəyat» kitabında onun haqqında belə deyir: «Tacul-muhaddisin Hafiz Əbu Nəim elm, zöhd və dəyanətdə imamdır; rəvayətləri dərk və nəql etməkdə, hifz və dərayətdə1 uca bir məqama sahibdir. Onun ən gözəl təsniflərindən biri də, on cildlik «Hilyətul-övliya» kitabıdır. Bu kitab səhihəyndən («Səhihi-Buxari» və «Səhihi-Müslim») müstəxric2 edilmişdir. Buxari və Müslimdəki hədislərdən əlavə, özünün eşitdiyi bir çox hədisləri də nəql etmişdir».

Məhəmməd bin Əbdullah əl-Xətibi də «Ricali mişqatil-məsabih»də onu belə tə᾽rif edir: «O, e᾽tibarlı hədis şeyxlərindəndir; onun nəql etdiyi hədislər araşdırılmışdır; o, şanı uca bir şəxsdir; yaşı isə, altımış doqquzdur».


Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin