Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da


MAĞARA AYƏSİNİN DƏLİL GƏTİRİLMƏSİ VƏ ONUN CAVABI



Yüklə 2,46 Mb.
səhifə60/63
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7105
1   ...   55   56   57   58   59   60   61   62   63

MAĞARA AYƏSİNİN DƏLİL GƏTİRİLMƏSİ VƏ ONUN CAVABI


Şeyx: «Cidal edirsən deməniz çox təəccüblüdür. Amma siz doğurdan da cidal edirsiniz. Görəsən, Allah-təala Qur᾽ani-kərimin «Tövbə» surəsinin 40-cı ayəsində belə buyurmurmu?: «Əgər siz ona (həzrət Məhəmmədə) kömək etməsəniz, bilin ki, Allah onsuz da yardım etmişdir. Onda ki, kafirlər onu iki nəfərdən biri olaraq [yurdundan] çıxartdılar. Onda ki, hər ikisi mağarada idilər onda ki, yoldaşına «Qəm yemə! Allah həqiqətən bizimlədir» deyirdi. Onda Allah ona sükunətin nazil etdi. Onu sizin görə bilmədiyiniz ordu ilə gücləndirdi».

Bu ayə, əvvəlki ayəni təyid etməsi tərəfdən, «Vəlləzinə məahu» (onunla bərabər olanlar) cümləsindən də, hicrət gecəsi mağarada Rəsulallahla (s) bərabər olan Əbu Bəkrin ümmətin hamısındən daha fəzilətli və şərəfli olduğuna ən böyük dəlildir. Ayrıca Rəsulallah (s) batini elmlə Əbu Bəkrin o, həzrətin xəlifəsi olacağını və özündən sonra da bir xəlifənin varlığının olmasını zəruri bildiyindən, onu da özü ilə birlikdə aparmışdı çünki onun qorunması lazım gəlirdi. Əgər şəhərdə qalsa idi düşmənlərin əlinə keçə bilərdi. Ondan başqa heç kimi özü ilə aparmadı. Bu səbəbdən deyirik ki, xəlifə olmaq ilk olaraq onun haqqı idi».



vətçi: «Sizlər əhli-sünnət eynəyini çıxarıb bir kənara qoymadıqca, açıq gözlə tərəfsiz və təəssübsüz bir insan kimi ayəyə baxmadıqca, ayənin iddianıza hər hansı bir dəlil təşkil etmədiyini görə bilməzsiniz».

Şeyx: «Əgər iddiamızın əksinə başqa dəlilləriniz varsa, bəyan edin».

vətçi: «Sizdən rica edirəm, bu mövzunu qurtaraq artıq. Çünki söz sözü çəkir. Belə olunca da bə`ziləri inad etdiyimizi zənn edə bilər, işin sonu da kin və nifrətə çevrilər. Bizim xəlifələrin məqamına qarşı xəyanət etdiyimiz də düşünülə bilər. Amma hər kəsin məqamı qorunmuşdur. Boş yerə təvil və təfsir etməyin bir mə᾽nası yoxdur».

Şeyx: «Lütfən işin altından qaçmayın. Əmin olun ki, məntiqli dəlillər kin və nifrət doğurmadıqda, həqiqətləridə ortaya çıxaracaqdır.

vətçi: «İşin altından qaçma» dediyiniz üçün cavab vermək məcburiyətindəyəm. Qaçmağa bir şey yoxdur işin içində. Mən sadəcə ədəbə riayət etməyə çalışdım. İndi sözlərimi insaf və diqqətlə dinləyin. Bunun cavabını mühəqqiq alimlər müxtəlif yollarla demişlər. Əvvəlcə bunu bildirim ki, Rəsuli-əkrəmin (s) Əbu Bəkrin özündən sonra xəlifə olacağını bildiyindən onun canını qorunması Rəsulallahın (s) üzərinə vacib olduğu iddianız əsası olmayan bir şeydir. Bunun cavabı çox asandır. Belə ki Peyğəmbəri-əkrəmin xəlifəsi yalnız Əbu Bəkr olsaydı belə bir ehtimal ola bilərdi. Amma Xuləfai-raşidin xəlifələrinin dörd nəfər olduğunu siz özünüz söyləyirsiniz. Vəziyyət belədir ki, gətirdiyiniz dəlilə görə Rəsulallah (s) dörd xəlifənin dördünü də yanında aparması lazım gəlirdi. Yoxsa birinin canını qurtarıb digərlərini təhlükədə qoyması, hətta onlardan birini düşmənin hücumuna mə᾽ruz qalacağını bildiyi halda yatağında yatırdması sizin bu dəlillə heç bir şəkildə uyğunlaşmır.

Tarixi-Təbərinin üçünü cildində yazdığına görə, Əbu Bəkr Rəsulallahın (s) nə zaman hicrət edəcəyindən xəbəri belə yox idi. Həzrət Əlinin (ə) yanına gedərək həzrət Peyğəmbərin vəziyyətinin nə yerdə olduğunu soruşdu. O, da onun mağaraya getdiyini, işi varsa ona yetişə biləcəyini söylədi. Əbu Bəkr də yola düşdü və yarı yolda Rəsulallaha (s) yetişdi. Beləliklə məcbur halda bərabər yola davam etdilər. Bundan da anlaşılır ki, Peyğəmbəri-əkrəm (s) onu özü ilə birlikdə aparmaq istəməmişdir. Əksinə o izinsiz olaraq Rəsulallahın ardıyca gedib yarı yoldan sonra onunla bərabər yola davam etmişdir.

Hətta bə`zi hədislərə görə həzrət Peyğəmbəri (s)n Əbu Bəkri yanında aparmasının səbəbinin təsadüfi, fitnə çıxmaması və düşmənə xəbər verə biləcəyindən ehtiyat etdiyinə görə olduğu anlaşılmaqdadır. Bu səbəbdən sizin insaflı alimləriniz buna etiraf etmişlər. Məsələn: Sizin qabaqcıl alimlərinizdən olan Şeyx Əbul Qasım bin Sabbağ «Ən-nuru vəl-Bürhan» adlı kitabında Məhəmməd bin İshaqqdan, o da Həssən bin Sabit Ənsaridən belə rəvayət etmişdir: «Həzrət Peyğəmbəri (s)n hicrətindən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getdim. Qüreyş müşriklərinin Rəsulallahın (s) əshabını söydüklərini gördüm. O vaxt Rəsulallah (s) Əliyə öz yatağında yatmasını əmr etdi. Əbu Kuhafənin oğlu Əbu Bəkrin düşmənlarə xəbər verə biləcəyindən ehtiyat etdyinə görə onu özü ilə birlikdə götürüb mağaraya doğru hərəkət etdilər».

Ayədəki isdişhad yeri və fəzilət səbəbini bəyan etsəydiniz çox yaxşı olardı. Rəsulallahla (s) birlikdə səfər etmək, xilafətin isbatı üçün necə bir dəlil ola bilər?!».



Şeyx: «İstişhad yeri aşkar mə᾽lumdur. Birincisi, Rəsulallah (s) ilə birlikdə olması və Allahın ona Rəsulallahın (s) yoldaşı deməsi. İkincisi də bu ki, Allah-təala Rəsulallahın dilindən belə buyurur: «Allah bizimlə bərabərdir»1. Üçüncüsü də, Allah tərəfindən Əbu Bəkrə səkinə (mə᾽nəvi bir güç) enməsi, onun fəzilətinə böyük bir dəlildir. Bunların hamısı onun üstünlüyü və xəlifəlikdə qabaqcıllıq haqqına sahib olduğunu göstərir».

vətçi: «Kimsə, Əbu Bəkrin dərəcələrini inkar etmir. Çünki o yaşlı bir müsəlman, əshabın böyüklərindən və Rəsulallahın (s) zövcəsinin atası idi. Amma sizin bir az əvvəl saydığınız dəlillər, Əbu Bəkrə məxsus bir fəzilətin və xəlifəlikdə qabaqcalaq haqqına sahib olduğunun isbatı üçün kifayət deyildir.

Əgər qərəzsiz bir əcnəbinin qarşısına, ona məxsus bir fəzilət isbat etmək üçün bu ayə haqqında verdiyiniz bəyanlarla çıxsanız, ciddi bir e´tirazla qarşılaşarsız. Çünki sizin cavabınızın əvəzində deyərlər ki, yaxşılarla yol yoldaşı olmaq tək başına fəzilətli və üstün olmaq üçün yetərli deyildir. Bir çox səfərlərdə yaxşılar pislərlə və kafirlər də müsəlmanlarla yol yoldaşı olurlar. Bu səbəbdən səfərdə bu cür halar daha çox gözə çarpır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin