Digər üzvi molekullar.
Fermentləri, horminları və vitaminləri digər üzvi molekullar başlığı altında öyrənə bilərik. Çünki bu molekullar əvvəldə öyrəndiyimiz zülallar, liidlər və karbohidratlar adlanan üzvi molekullardan təşkil olunmuşlar.
3.2.5.1. Fermentlər
Fermentlər zülalların ən böyük və xüsusiləşmiş sinfini təşkil edirlər. Fermentlər bioloji sistemlərdə reaksiyanın aktivasiya enerjisini aşağı salaraq reaksiyanı sürətləndirən və reaksiya nəticəsində dəyişmədən çıxan makromolekullardır. Fermentlər sayəsində hüceyrə içərisində çox sayda maddə parçalanır və sintez olunur.
Fermentin ən vacib xüsusuiyyəti substrata spesifik uyğunluğudur. Hər ferment məlum bir substrat üzərində təsir edir. Sesifiklik bəzən o qədər xüsusiləşmiş olur ki, ferment bir molekulun sadəcə bir qrupu üçün xüsusi ola bilir. Məsələn proteinaz (zülal parçalayan) qrupu enzimlərdən biri olan aminopeptidazlar (pepsin) zülalların sadece amin qruplarını ayırırlar, karboksipeptidazlar (kimotripsin) isə sadece karboksil qrupları için xüsusiləşmişdir.
Bəzi fermentlər təsir effektlerini göstərmək üçün əlavə bir birləşməyə ehtiyac duymazlar, bunlar sadəcə zülallardan təşkil olmuşlar. Bunlara sadə fermentlər deyilir. Lakin fermentlərin çoxu mürəkkəb zülal quruluşundadır. Yəni həm zülal molekulundan həm də zülal olmayan bir birləşmədən ibarətdir. Fermentin zülal hissəsinə apoenzim, zülal olmayan hissəsinə isə kofaktor adı verilir. Fermentin aktiv ola bilməsi üçün bu iki qrupun bərabər olması şərtdir. Apoenzim və kofaktordan ibarət aktiv fermentlərə holoenzim deyilir. Kofaktorlar üç fərqli quruluşda ola bilirlər.
Dostları ilə paylaş: |