3. Metal ionları: bir çox ferment üçün metal ionlarına ehtiyac duyulur. Məsələn proteolitik bir ferment olan karboksipeptidazlar üçün sink atomu, sitoxromlar üçün dəmir atomu, polimerazlardan DNT və RNT polimerazalar üçün isə Mg atomu bir kofaktordur.
Bəzi ferməntlər hüceyrədə ilkin fermentlər olaraq sintez olunurlar və inaktiv çəkildə yerləşirlər. bunlara proenzim və ya zimogen qranulları adı verilir. Zimogen qranulları kəsilmə və ya kinaz fermentləri tərəfindən fosfatlanma ilə aktivləşdirilirlər. məsələn, pepsin mədədə ilk ifraz olunduğunda 42.000 dalton böyüklüyündə bir pepsinojen polipeptidi şəklindədir. Daha sonra bu proenzim mədə də hidroliz olunaraq 35.000 dalton böyüklüyündə aktiv pepsin formasına çevrilir.
Ferment təsir edəcəyi substrat ilə qarışırıldığında substrat fermentin zülal tərəfinə birləşir. Bu birləşmənin ola bilməsi üçün ferment üzərində substrat üçün xüsusi yerlər var. Bu sahələrə aktiv sahələr deyilir. Bu yerlərdə substrat ilə ferment açar-kilid uyğunluğu formasında birləşirlər. Lakin fermentin təsiri primer quruluş qədər zülalların üç boyutlu tersiyer quruluşları ilədə əlaqəli olduqları üçün açar-kilid modeli ferment-substrat əlaqəsini izah etməkdə yeterli deyil. Koşland 1958-ci ildə ifadə etdiyi yeni məlumata görə substrat aktiv sahədəki amin turşularının fermentin katalizator sahəsindəki amin turşular substrata yaxınlaşır və belelikle enzim-sunbstrat əlaqəsi reallaşır. Bu fikrə görə fermentlərin aktiv və katalitik sahələrinin olduğu müəyyənləşdi. (şəkil3.43)
Şəkil 3.43. Koşlanda görə enzim-substrat əlaqəsində açar-kilid modeli
Dostları ilə paylaş: |