Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə41/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   37   38   39   40   41   42   43   44   ...   141
sitologiya

4.1.1.Plazma membranı
Hüceyrələrdə olan bütün membranlar lipid və zülaldan təşkil olunub. Membranın ana quruluşu iki fosfolipid təbəqəsindən təşkil olunub. Fosfolipidlərin hidrofil baş hissələri su ilə təmas etmə xüsusiyyətinə malik olduğu halda, tam tərsi olan hidrofob quyruq hissələri sudan qaçmaq xüsusiyyətinə malik olduğuna görə fosfolipidlər sulu mühitdə həmişə cüt təbəqə yaradırlar. Fosfolipidlər membranda hidrofil ucları xaricdən hüceyrə içərisinə və hüceyrə xaricinə baxacaq şəkildə, hidrofob ucları isə daxildə suda sallanmış şəkildə yer alır.(şəkil 4.1) Fosfolipidlərin iki əsas funksiyası vardır:

  1. Iki sulu mühit arasında sağlam bir sədd yaradırlar.

  2. Membrana elastiklik və yumşaqlıq verirlər.

Fosfolipid cüt təbəqə qatı olmadığından fosfolipidlər molekulları membran üzərində olduqları yerdə hərəkət edə bilirlər. Fosfolipidlər, öz ətraflarında fırlana bilirlər, quyruqlarını açıb-bağlaya bilirlər ya da membranda olan iki fosfolipid təbəqəsi xizək kimi bir-birilərinin üzərində sağa və sola doğru sürüşə bilirlər. Bəzən nadir allarda fosfolipid molekulu üst təbəqədən alt təbəqəyə keçə bilir. Bu hal əslində flipaz fermenti tərəfindən həyata keçirilir, çünki sitoplazmada sintez olunan fosfolipidlər həmişə endoplazmatik şəbəkə membranının sitoplazmaya baxan tərəfinə əlavə olunurlar və flipaz fermenti ilə digər təbəqəyə köçürülərək cüt fosfolipid təbəqəsinin hər iki yarısının genişlənməsinə səbəb olurlar.(şəkil 4.2)

Şəkil 4.1. plazma membranının sxematik quruluşu, ikiqat fosfolipid təbəqə, membran zülalları və membranın xarici tərəfində olan karbohidratlar


Membranda beş müxtəlif fosfolipid olur: fofatidilxolin, fosfatidiletanolamin, fosfatidilserin, sfinqomiyelin və sadəcə sitozol tərəfindən olan fosfatidilinozitol. Membranda həmçinin qlikolipidlər və xolesterolda olur. (şəkil 4.3) Qlikolipidlər isə hüceyrə membranının sadəcə hüceyrə xaricinə baxan tərəfində yerləşirlər.

Şəkil 4.2. Fosfolipidlərin endoplazmatik şəbəkə membranına sitozoldan birləşməsi və flipaz ilə digər təbəqəyə çatdırılması


Plazma membranında yer alan fosfolipidlərdə olan yağ turşuları doymuş və doymamış ola bilir. Memranın elastikliyi membranda olan bu doymuş və doymamış yağ turşularının miqdarından asılı olduğu kimi xolesterol miqdarından da asılıdır. Eukariotların plazma membranlarında hər bir fosfolipid molekulu üçün bir molekul olacaq şəkildə bol miqdarda xolesterol var. Xolesterol həmçinin fosfolipidin baş tərəfi ətrafında olan ionlarla birlikdə membranı möhkəmliyinidə təşkil edirlər. Fosfolipidlərin baş tərəflərinin ətrafında olan ionlar Na, K, Li və Cl müəyyən bir temperatura qədər (40-410C) fosfolipidlərin əriməsinin qarşısını alırlar.

Şəkil 4.3. Plazma membranında olan lipidlər


Hüceyrə membranında zülallar üç fərqli şəkildə yerləşirlər.


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin