Humanitar fənər


Tapşırıq. Verilmiş qaydalara əməl edərək, müxtəlif məzmunda elektron məktublar tərtib edin. Nümunə



Yüklə 1,13 Mb.
səhifə11/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   7   8   9   10   11   12   13   14   ...   109
Humanitar f n r

Tapşırıq. Verilmiş qaydalara əməl edərək, müxtəlif məzmunda elektron məktublar tərtib edin.


Nümunə: Məktubdakı məsələnin ifadə forması nəzakət çərivəsində və başadüşülən olmalıdır. Məktub işgüzar etiketə uyğun olaraq rəsmi müraciətlə başlamalı (məsələn, hörmətli Əhməd müəllim, cənab nazir və sair), nəzakət çərçivəsində bitməlidir (məsələn, hörmətlə, ...).
Məktubda qeyri-dəqiq nəticələr çıxarmağa, çoxmənalığa imkan verən söz və ifadələrdən istifadə edilməməlidir. Məktubun mətni məna baxımından abzaslara bölünməlidir. Məktubun cavablandırılması ilə bağlı da etiketi gözləmək, ona mümkün qədər tez cavab vermək lazımdır.
Yaxşı olar ki, məktub bir məsələyə həsr olunsun. Bu, məktubu alana imkan verir ki, onun məlumatlarını tez emal və icra etsin. Ona görə də əgər bir adresata (ünvana) bir neçə məsələ ilə bağlı müraciət etməlisinizsə, çalışın bir neçə məktub göndərin. Məktub yazarkən, “Bir məktub- bir məsələ” devizini unutmayın. Əgər məsələlər bir-birilə sıx əlaqəlidirsə, o zaman bir məktubda bir neçə məsələni birləşdirmək yolveriləndir.
Məktub yazarkən diqqət yetirilməli ən başlıca məqam onun mümkün qədər qısa olmasıdır. Çalışın, məktub bir səhifədən artıq olmasın. Təbii ki, istisna hallar mümkündür. 6-7 sətirlik məktuba başlıq qoymağa ehtiyac yoxdur. Bu tip qısa məktublarda giriş verməyə ehtiyac yoxdur, birbaşa mətləbə keçin. Ancaq ümumilikdə məktublar giriş və sonluq olmaqla 2 hissə təşkil etsə, yaxşıdır. Giriş hissəsində məktubun yazılması səbəbləri göstərilir, nəyəsə istinad olunur və konkret faktlar gətirilir. Məktubun sonluğunda isə müəyyən nəticələr, təkliflər, xahiş sadalanır və ya təminat verilir.
Tapşırıq. Gündəlik işgüzar üslub xüsusiyyətlərini özündə əks etdirən bildiriş, elan hazırlayın. Məzmun və məqsədinə, eləcə də əhatə dairəsinə görə bildiriş-elanlar müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında müəyyən kollektivə və ya ictimayyətə əvvəlcədən verilən məlumat anlamındadır.
Bildiriş, elan yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində saxlanmalıdır:

  1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır;

  2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır;

  3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir;

  4. Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə təşkilatın yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir;

  5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir;

  6. Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər. Bildiriş respublika və ya şəhər miqyaslı olarsa qəzetdə, radio və televiziyada da verilə bilər.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin