HÜMBƏtov hüMBƏt sərxoş oğlu



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix01.01.2017
ölçüsü2,06 Mb.
#4036
1   2   3   4   5   6   7   8   9

Bitki  örtüyü.  Aran  Şirvanda  səhra,  yarmsəhra,  subasar 
çəmənlik,  efemerli  subtropik  bitkilik,  Тuqay  meşələri, 
bataqlaşmış  çəmənlik  və  otlu  bataqlıq,  qarışıq  kolluqlu 
cəngəllik  əsas  yer  tutur.  Aran  Şirvandakı  efemerli  subtropik 
bitkilik yarımsavanna tiplidir (24; 9). Bu bitkiliyin yaxınlığında 
tərkibi  söyüd,  qovaq,  qarağac  və  yulğundan  ibarət  olan  tuqay 
meşələri yayılmışdır. 
Aran  Şirvanda  pambıqçılıq,  üzümçülük,  taxılçılıq,  meyvə-
çilik, tərəvəzçilik inkişaf etdirilir. 

 
15
 
 
Son illərə qədər Aran Şirvanda  yarımsəhra bitkiliyi hakim 
idi.  Ekoloji  mühitin  korlanması  və  antropogen  amillərin  mənfi 
təsirləri  nəticəsində  artıq  bütün  Şirvan  düzündə  səhra  bitkiliyi 
hakimdir.  Yarımsəhralar  lokal  olmaqla  öz  çoğrafi  sərhədlərini 
şimala  doğru  dəyişmiş,  öndağlığın  ətəkləri  yaxınlığında 
qərarlaşmışdır (24). 
Aran Şirvanda bitki örtüyü yerli iqlim və relyef şəraitindəki 
dəyişilmələr hesabına daxili  diferensiasiyaya uğramışdır. Odur 
ki, göllərdə, gölməçələrdə, çayların, Yuxarı Şirvan kanalının və 
Baş  Şirvan  kollektorunun  ətrafında  intrazonal  tipli  su-bataqlıq 
bitkilərindən qarğı, qamış, lıqvər, bataqlıq cili, kalış, su fındığı 
və  su  çiçəyi  geniş  yayılmışdır.  Bitkilər  şahzadəsi  Xəzər 
şanagülləsinə də burada təsadüf edilir (130). 
Тuqay meşələri ilə düzən meşələrinin botaniki tərkibi Aran 
Şirvanda  bir  -  birinə  çox  yaxındır.  Тüryançay  yaxınlığında, 
Göyçay  çayının  aşağı  axınında,  Baş  Şirvan  kollektorunun 
ətrafında  tərkibi  qovaq  söyüd,  iydə,  tut,  qarağac,  yulğun,  nar, 
yemişan,  böyürtkən,  itburnu,  saqqızağaçı,  qaratikan,  yalanqoz 
və  qızılağaç  bitkilərindən  ibarət  düzən  meşələri  yayılmışdır. 
Kürboyu Tuqay meşələri Kotavan kəndi yaxınlığında sıxlığı və 
zənginliyi ilə diqqəti daha çox cəlb edir. Son 30 -35 ildə Aran 
Şirvandakı rütubətli düzən və Tuqay meşələri insanların təsər-
rüfat  fəaliyyətinə  məruz  qalmışdır.  Elə  bunun  nəticəsidir  ki, 
artıq Kür çayının sahilləri boyunca Zərdabdan Şərqə doğru təbii 
Tuqay  meşələri  qalmamışdır.  Yeni  senozların  formalaşması 
həm  Kürün  hidroloji  rolunu,  həm  də  Şirvan  düzündə  kənd 
təsərrüfatının inkişafını zəiflədir (130). 
Тüryançayda,  Yuxarı  Şirvan  kanalından  Şimalda, 
Qaraməryəm  tirəsində tikanlı gəvən, tıs  - tıs,  şiyav,  kəklikotu, 
pişiknanəsi və bəzi efemerlərdən ibarət dağ kserofit bitkiliyinə 
də  rast  gəlinir.  Öndağlıqda  və  ətəklərdə,  xüsusən  Xocaşen  - 
İnqar və Ləngəbiz silsilələrinin Mərkəzi Arana çevrilmiş güney 
yamacında Şirvanın aran və dağlıq sahələri arasında təbii keçid 
yaradan bozqır bitkiliyi inkişaf tapmışdır (86). 

 
16
 
 
Beləliklə,  Aran  Şirvanda  qərbdən    şərqə  və  şimaldan  
cənuba  doğru  iqlimin  aridləşməsi  ərazi  daxilində  bitkilərin 
ekoloji və həyati formalarının yayılmasında qanunauyğunluqlar 
yaratmışdır.  Belə  ki,  dayazda  yerləşən  yeraltı  sular  həmişə 
torpaqda  nəmlik  yaratdığından  belə  mikro  iqlimli  ərazilərdə 
bitkilər mezofit və mezofit - kserofit variantlı olur, cənub - şərq 
və  Qərb  küləklərinin  hakim  olduğu  lokal  tipli  qalxmaların 
tirələr və kiçik təpəciklərin Cənub istiqamətlərində isə kserofit 
və kserofit - mezofit bitkilər yayılır. Odur ki, əraziyə introduk-
siya  edilən  hər  hansı  bir  bitki  üçün  özünün  biologiyasına  və 
ekologiyasına uyğun sahələr seçilməlidir. Azərbaycanın Gəncə 
-  Qazax  və  Şirvan  bölgələrinə  introduksiya  olunmuş  həna 
bitkiləri üçün sahələrin seçilməsində   bölgənin   təbii şəraiti və 
mikroiqlimli məhdud əraziləri nəzərə alınmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
17
 
 
II FƏSİL. HƏNA BİТKİSİNİN (LAWSONİA) 
ÖYRƏNİLMƏSİ VƏ İNТRODUKSİYA   TARİXİ  
(ƏDƏBİYYAТ İCMALI) 
 Tikansız  həna  (L.  inermis  L.)  ağlarot  (Lythraceae)  fəsilə-
sinin Lawsonia cinsinə daxildir. Bu fəsiləyə tropik və subtropik 
ölkələrdə  yayılmış  25  cinsdən  olan  550-dən  çox  növ  daxildir 
(95).  MDB  ərazisində  bu  fəsilənin  5  cinsə  aid  olan  25  növünə 
təsadüf edilir. Bizim şəraitdə kifayət qədər geniş yayılmış cinsi 
ağlarot (Lythrum) cinsidir (17) .
 
Həna  bitkisi  ilk  dəfə  1753  -  cü  ildə  K.  Linney  tərəfindən 
təsvir  edilmişdir  (84).  K.  Linneydən  sonra  bu  bitki  Burkil 
(Burkill  I.  H)  (157)  və    Kortesi  (Cortesi  F.)  (161)  tərəfindən 
botaniki  təsvir  edilmişdir.  Həmçinin  həna  bitkisi  1948-ci  ildə 
İngiltərədə  Oksford  Universitetinin  nəşr  etdirdiyi  “Sudanın 
kənd  təsərrüfatı”  (Aqriculture  in  hte  Sudan)  (148)  adlı  əsərdə 
təsvir  olunmuş,  nəhayət  V.  P.  Alekseyev  (70)  “Subtropik 
bitkilər” jurnalında bu bitkinin təsvirini vermişdir. 
Həna  bitkisinin  bir  neçə  sinonim  adları  vardır:  L.  spinosa 
L.; L. Coccinea Sm.; L. alba Lam.; L. purpurea Lam.; Alcanna 
spinosa Caertn.  
Həna  bitkisi  yabanı  halda  Şimali  Avstraliyadan  (Mevil 
adası)  tutmuş  Zond  adalarından  və  Hindistandan  keçməklə 
Ərəbistana qədər olan ərazidə, Madaqaskarda, Şərqi və Şimali 
Afrikada  rast  gəlinir. Mədəni  halda isə Asiyada  (yaşıllıq  və su 
olan  yerlərdə)  Şimali,  Şərqi  və  Qərbi  Afrikada,  tropik 
Amerikada becərilir (84). 
 Lawsonia  inermis  L.  çoxillik  kol  bitkisi  olmaqla  vətəni 
Şimali Afrika, Asiya və  Avstraliya hesab edilir.  Mədəni  halda 
isə  tropik  Amerikada,  Misirdə,  Hindistanda  və  Yaxın  Şərqin 
bəzi  hissələrində  becərilir.  Əl-xına,  Misir  keşişi  və  Əspərək 
ağacı  adı  ilə  də  məlumdur.  Növmüxtəlifliyini  isə  bəzən  Law-
sonia  elba  lamya  və  ya  Lawsoniya  ruba    kimi  qeyd  edirlər.  6 
metr  yüksəkliyə  çatır,  ətirli  ağ  və  yaxud  açıq  qırmızı  rəngli 
çiçəklərə malikdir (153, 169, 173). 

 
18
 
 
Həna  (Lawsonia  inermis  L.)  tropik  və  subtropik  ölkələrdə 
bitən  6  -7  m  hündürlükdə  ağac  və  ya  həmişəyaşıl  kol  bitkisi 
olub  həyatını  25  -  30 il  davam  etdirir. Xarici  görünüşünə  görə 
“birgöz”  bitkisini  (Ligustrum  lıcidium  Ait.)  xatırlatdığına  görə 
yunan həkimləri  ona “liqustrum” deyirmişlər.  
Həna təbii şəraitdə Sudanda, Qahirədə, Hindistanda (kollar 
arasında),  Səudiyyə  Ərəbistanda  və  cənubi  İranda  nəmli  sahə-
lərdə (vahələrdə, oazislərdə), İsrail və Sinqapura yaxın İspaniya 
və Yunanıstanda isə sahilyanı ərazilərdə və  İslandiyada Aralıq 
dənizi adalarında becərlir (72). 
Həna  bitkisinin  dördtərəfli  budaqlanmaya  malik  olan 
gövdəsi  tilli  olub,  tikansızdır.  Bitkinin  gövdə  və  budaqlarının 
üzəri  daxildən  qırmızı  qəhvəyi  rəngə  malik  olan  qabıq  ilə 
örtülüdür (19). 
Sadə,  tam  kənarlı,  qısa  saplaqlı  və  ya  oturaq  yarpaqları 
qarşı-qarşıya düzülmüş, yumurtavari və ya ellips formasındadır. 
Hamar,  parlaq,  nazik  dəriciklə  örtülü  tünd  yaşıl  rəngli  yarpaq-
larının uzunluğu 3,0 - 6,0, eni isə 1,5 -3,0 sm-dir. Yarpaqlarının 
kənarı  müəyyən  dərəcədə  burulmuş  olur.  Yarpağın  üst  səthi 
mərkəzi damardan 60
0
 altında ayrılan və yarpağın kənarında bir 
biri ilə birləşən çoxlu miqdarda yan damarlara malikdir (72).  
Həna vətənində əsasən çəpərlərin bəzədilməsi  – yəni canlı 
çəpər  yaratmaq  üçün  becərilir.  Ancaq  qurudulmuş  və 
üyüdülmüş  alt yarpaqlardan alınan toz xına adı ilə məşhurdur 
ki, ondan da narıncı, qəhvəyi və qırmızı rənglərə tez boyamaq 
üçün istifadə edilir. Qurudulmuş və üyüdülmüş həna yarpaqları 
yaşıl bataqlıq rənginə çalan tozdur. Tərkibindəki əsas boyayıcı 
maddənin – lavsonun miqdarı 0,5 – 1,5 %-ə çatır. Hənanın tər-
kibində  həmçinin  aşılayıcı  maddə,  kley  (yapışdırıcı),  qal 
turşusu  və  başqa  maddələr  vardır.  Həna  yarpaqları  Asiyada 
qədimdən  saçların,  dırnaqların  və  dərinin  boyanması  üçün 
istifadə  edilirdi.  Qərbdə  və  yaxın  Şərqdə  isə  həna  saç  yumaq 
üçün  şampun  hazırlanmasında,  boyaqların  kondinsiyaya 

 
19
 
 
çatdırılmasında və yaxalama vasitələrinin hazırlanmasında isti-
fadə edilir (154, 165, 149). 
Çiçəkləri  xoşagələn  iyə  malikdir,  onların  bitki  yağları  ilə 
qarışığından  ətir  hazırlanır.  Ağımtıl-qırmızı  rənqli  çiçəklərin-
dən  ətirli  sabun  hazırlanmasında  istifadə  edilir.  Çiçəkləyən 
vaxtı  yarpaqları  da  yığılıb  qurudulur,  üyüdüldükdən  sonra 
saçların  və  dərinin  rənglənməsində  istifadə  edilir.  Bitkinin  uc 
hissəsində bitən yarpaqlar daha yaxşı rəng verdiklərindən onlar 
ayrılıqda yığılır və dərinin boyanmasında, digər yarpaqlarından 
alınan  tozdan  isə  saçların  boyanmasında  istifadə  edilir.  Xına 
üyüdülən  kimi  dərhal  vakuum  kisələrə  qablaşdırılmalıdır. 
Qaldıqca xına keyfiyyətini itirir. Keyfiyyətin itməsi isə düzgün 
qablaşdırmadan asılıdır (150, 186).  
Həna  bitkisinin  diametri  1-2  sm  olan  xırda  çiçəkləri 
piramida  şəkilli,  mürəkkəb  salxımvari  çiçək  yatağında 
toplanmışdır. Çiçəkləri ağ və ya çəhrayı rəngli olub yasəmən və 
ya  qızılgül  kimi  ətirlidir.  Çiçəklərinin  tərkibində  efir  yağları 
var.  Çiçək  4  sərbəst  kasa  yarpağından,  4  bitişik  ləçəkdən,  8 
erkəkcikdən,  2  efir  yağlı  vəzicikdən  ibarətdir.  Meyvəsi  4 
yuvalı, qutu şəkilli, dairəvi formada olub, nazik qabıqlıdır. Hər 
yuvada  çoxlu  miqdarda  piramida  şəkilli  kiçik  qəhvəyi  rəngli 
toxum yerləşir. 1000 ədəd toxumunun kütləsi 0,5- 0,6 qramdır. 
Mədəni  halda  həna  bitkisinin  quru  və  isti  bölgələrdə, 
yüngül qranulometrik tərkibli və məsaməli torpaqlarda becəril-
diyi  göstərilir  (101).  Hava  rütubətinin  həddən  artıq  olması, 
güclü küləklər, istilər bitkinin böyümə və ingişafına mənfi təsir 
edir (162).  
Тəbii  şəraitdə  həna  bitkisinin  böyüməsi  və  inkişafı  üçün 
minimal  temperatur  8-10 
0
C  olmalıdır.  Тemperaturun  2-3 
0
C  -
yə  enməsi  bitkinin  məhv  olmasına  səbəb  olur.  Buna  uyğun 
olaraq  müəyyən  edilmişdir  ki,  həna  bitkisi  Krım  vilayətində 
Zaqafqaziya və Orta Asiya  respublikalarında birillik bitki kimi 
becərilə bilər (72; 70; 93; 115;  116). 

 
20
 
 
Səudiyyə  Ərəbistanın  Ciddə  şəhərində  həna  bitkisi  ətirli 
çiçəklərə  malik  olan  kiçik  ağaca  çevrilmişdir.  Hindistan  və 
Pakistanda satış üçün nəzərdə tutulan həna plantasiyalarında bu 
bitki daha çox yarpaq əldə etmək məqsədilə ildə bir neçə dəfə 
biçilərək  kol  halına  salınmışdır.  Həna  bir  çox  isti  ölkələrdə 
həyətlərdə əkilib becərilən sevimli kol bitkilərindən biridir. İsti 
ölkələrdə yaşamayanlar belə bu bitkini evlərində becərə bilərlər 
(152, 181). 
Kanadalı mütəxəssis  yazır ki,  mən həna ilə bağlı keçirilən 
konfrans  zamanı  Nataşa  Papuşekdən  4  ədəd  həna  şitili  aldım. 
Bu şitillər evimin cənub pəncərəsi qabağındakı stolun üstündə 7 
ay müddətində çox gözəl inkişaf etdilər. Mən onları torpaqları 
quruyan  zaman  distillə  olunmuş  su  ilə  suvarırdım.  Onlar  çox 
uzandıqda  isə  kəsib  qısaldırdım.  Onlar  kəsilməyə  çox  yaxşı 
reaksiya  verirlər  və  tez  bir  zamanda  yenidən  boy  atmağa 
başlayırlar. Elə ki, onlara gənələr, tripislər və mənənələr daraşdı 
mən  onlara  öz  pişiyimin  birə  dərmanından  çilədim  və  bunun 
heç bir əks təsiri olmadı. Şaxtalı və qarlı fevral ayında mənim 
xınalarım  pəncərəm  önündə  böyüyürlər.  Mən  isə  səbirsizliklə 
işıqlı  günlərin  artmasını,  yazın  gəlməsini  gözləyirəm  ki, 
bitkilərim  daha  sürətlə  böyüsünlər.  İsti  və  bürkülü  yay 
günlərində  isə  otaqda  becərilən  həna  bitkisi  daha  sürətlə 
böyüyür. 
Əgər  soyuq  iqlim  şəraitində  siz  xına  bitkisini  ev  (otaq) 
şəraitində  becərmək  istəyirsinizsə  otağın  temperaturunu  bu 
bitkinin  təbii  şəkildə  bitdiyi  yerlərin    temperaturuna  bərabər 
etməyə çalışmalısınız. Çünki o bu temperaturu çox sevir (194). 
Əgər  Siz    limonu    açıq  havada  becərə  bilirsinizsə  deməli 
xınanı da becərə bilərsiniz. Ancaq siz onu soyuqdan qorumalı-
sınız. Xına yüksək temperaturu sevir. O soyuq havadan ehtiyat 
edir,  onu  nifrətlə  qarşılayır  və  yarpaqlarını  tökməklə  öz 
münasibətini bildirir. Xına bitkisi havanın təsadüfü soyumasına 
yaxşı münasibət göstərir. Ən yaxşı rəng quru musson küləkləri 
dövründə  yığılmış  xına  yarpaqlarından  əldə  olunmuşdur.  Xına 

 
21
 
 
bitkisi  mənənə,  termit  və  başqa    “nəmlik  azarlarını”  sevmir. 
Ona görə də Siz onu bunlardan qorumalısınız. 
Əgər  Nyu-York  ştatının  Buffalo  şəhərində  otaq  şəraitində 
həna  (xına)  becərmək  mümkündürsə,  deməli  harada  istəsəniz 
xına  becərə  bilərsiniz.  Bu  yer  həyət  (bağça),  isidilən  sahə, 
örtülü sahə, istixana və temperaturu 18 
0
C-dən aşağı düşməyən 
və  şaxtalardan  qorunan  istənilən  yer  ola  bilər.  Qeyd  edək  ki, 
xına daima isti səhra iqlimini sevir və kol tipli ağac olmağa can 
atır. Siz onun üçün bu şəraitləri yaratmalısınız ki, o daha yaxşı 
inkişaf edə bilsin. Buffaloda az rast gəlinən isti yay günlərində 
isə  sizin  bitki  otaqda  özünü  bayırdakından  daha  yaxşı  hiss 
edəcəkdir. 
Əgər  siz  artıq  bir  neçə  təzə  xına  yarpağı  əldə  etmisinizsə 
onunla nə etməlisiniz?  Onu qurutduqdan (kölgə və isti yerdə) 
sonra  kofeüyüdəndə  üyüdüb  mağazadan  aldığınız  xına  tozuna 
əlavə edə bilərsiniz ki, daha gözəl rəng ala biləsiniz. 
Xına becərdiyiniz otaqda bir neçə müstəqil xına kolu əmələ 
gəldikdən  sonra  isə  siz  onlardan  topladığınız  və  qurudub 
üyütdüyünüz  təzə  xına  məlhəmi  hazırlayıb  istifadə  edə 
biləcəksiniz. 
Hindistanda  həna  kolu  hər  bir  xüsusi  həyətdə  rast  gəlinir. 
Ağıllı və tədbirli hindli qadınlar hələ bizim eradan 400 il əvvəl 
həyətindəki  kollar  arasında  xına  kolunu  da  becərirdi.    İlin  isti 
günlərində  hindli  ana  uşaqlarına  bir  qab  (parç)  verərək  onları 
təzə  xına  yarpaqları  yığmağa  göndərirdi.  Yarpaqlar  çox  olan 
zaman  uşaqlar  qaya  parçası  ilə  yarpaqları  parçın  içərisində 
əzirdilər ki, parç daha çox yarpaq tutsun. Bundan da limon və 
 
layma  rəngində  olan  şirə  (sok)  alınırdı.  Uşaqlar  xına 
yarpaqlarını  rəngi  çıxana  qədər  daş  üzərində  başqa  bir  kiçik 
daşla  əzirdilər.  Əzilmiş  yarpaqları  isə  əllərinə  və  ayaqlarının 
altına yaxardılar. Ancaq bir neçə dəqiqədən sonra parlaq tund-
qırmızı rəng alınırdı. 
Sudanda isə qadınlar bilirdilər ki, bəzi həna kolları qəhvəyi, 
bəziləri  isə  qırmızı  rəng  verirlər.  Deməli  hənada  (xınada) 

 
22
 
 
becərildiyi 
torpaqdan, 
mikroiqlimdən 
və 
genetik 
xüsusiyyətlərdən asılı olaraq müxtəliflik mövcuddur. 
N.  Evdokimova  (2001)  qeyd  edir  ki,  əgər  saçınızın  rəngi 
sizi  cana  doydurubsa  və    siz  saçlarınızı  kimyəvi  rənglərlə 
korlamaq  istəmirsinizsə  onda  hənanı  sınayın.  O  sizin  saçınıza 
nəinki  dəbdə  olan  parlaq  rəng  verər,  hətta  onu  sağlam  və 
rəngarəng edə bilər. 
Həna  tozu  tropik  ölkələrdə  bitən  həna  bitkisinin 
yarpaqlarından  əldə  edilən  təbii  rəngləyicilərdəndir.  Ona  görə 
də  onun  saçlara  təsiri  nəinki  zərərsizdir,  əksinə  xeyirlidir. 
Təsadüfi  deyildir  ki,  hələ  qədim  Misirdə  və  Şərq  ölkələrində 
qadınlar onun faydalı keyfiyyətlərini bilərək çox geniş istifadə 
etmişdir.  Hal-hazırda  da  mağazalarda  satılan  həna  tozunun 
qiyməti istənilən kimyəvi rəngləyicilərin qiymətindən ucuzdur. 
Ancaq qeyd etməliyik ki, hənanı hər saça qoymaq olmaz. 
Hansı hallarda həna qoymaq məsləhət görülmür: 
1.Bir  az  əvvəl  kimyəvi  rənglərlə  boyanmış  saçlara.  Bitki 
tərkibli  rənglər  kimyəvi  rənglərlə  çox  pis  uyğunlaşdığından 
sizin  saçlarınız  gözlənilməz  rənglərə,  hətta  narıncı  və  yaşıl 
rənglərə boyana bilər. 
2.Kimyəvi üsulla burdurulmuş saçlara. Bu halda da yuxarıda 
göstərilən  arzuolunmaz  rənglərə  düçar  ola  bilərsiniz.  Həna  ilə 
boyanmış  saçları  kimyəvi  yolla  burdurmaq  da  məsləhət 
görülmür. 
3.Təbiətən  parlaq  saçlara  (əgər  siz  bu  təbii  rəngin  kürən 
rəngə boyanmasını istəmirsinizsə). 
4.Əgər saçınızın rəngini tez-tez dəyişməyə adət etmişsinizsə. 
Bilməlisiniz  ki,  həna  rəngi  yuyulmur  və  onu  saçlardan  heç  nə 
ilə  aparmaq  olmaz.  Həna  qoyduqdan  sonra  siz  öz  saçlarınızı 
uzun  müddət  burdura  və  kimyəvi  boyalarla  rəngləyə 
bilməzsiniz. 
5.Əgər  ağarmış  saçlarınızın  bir  hissəsini  (məs.40-50%-ni) 
boyamaq istəyirsinzsə. 

 
23
 
 
Həna qoymaq üçün sizə saçınızın uzunluğundan asılı olaraq 
1-3  kisə  (25  qramlıq)  həna,  köhnə  dəsmal  (məhrəba),  balaca 
saxsı  kasa,  enli  bərbər  farçası,  rezin  əlcək,  pambıq,  krem 
(kosmetik yağ), plastik plyonka (adi orta ölçülü plastik paket də 
götürmək  olar),  şpilka  (baş  sancağı,  uzun  saçlar  üçün)  lazım 
olacaqdır. 
Bu iş aşağıdakı mərhələlərlə həyata keçirilməlidir. 
1)
 
 Həna  tozunu  qaynadılmış  su  ilə  çaxsı  kasada  qatı  xama 
halına  çatana  qədər  (70-80 
0
C)  qarışdırın.  Həna  tam 
qarışdırılmalıdır.  Əgər  qara  saçı  tünd  şabalıdı  rəngə  boyamaq 
istəyirsinizsə  həna  tozuna  bir  xörək  qaşığı  üyüdülmüş  kofe 
əlavə  edin.  Əgər  saçınızı  tünd-qırmızı  boyamaq  istəyirsinizsə 
onda  həna  tozunu  su  ilə  yox,  çuğundur  şirəsi  (soku)  ilə 
qarışdırın. 
2)
 
 Çiyninizi  köhnə  dəsmalla  (məhrəba  ilə)  örtün.  Həna 
ləkəsini  praktiki  olaraq  aparmaq  mümkün  deyil.  Ona  görə  də 
həna  qoyan  vaxtı  hər  hansı  bir  köhnə  paltar  geyməyiniz 
məsləhətdir.  Alnınıza  və  boynunuza  krem  çəkin  ki,  həna 
rənginin dərinizə düşməsinə maneçilik törətsin.  
3)
 
 Həna quru və təmiz saçlara  yaxılmalıdır. Həna yaxmanı 
boyunun 
ardından 
(ənsə 
hissədən) 
başlamaq 
daha 
məqsədəuyğundur. Çünki, başın bu hissəsi ən aşağı temperatura 
malikdir.  Ona  görə  də  bu  hissədəki  saçlar  daha  artıq  müddətə 
boyanmalıdır.  Sonra  həna  başın  əmgək  (təpə)  və  gicgah 
hissələrinə,  axırda  isə  uclarına  doğru  yaxılmalıdır.  Çalışmaq 
lazımdır ki, həna dəriyə düşməsin. Əgər bu baş verərsə  dərhal 
nəm pambıqla silinməlidir. 
4)
 
 Bu  qayda  ilə  hənanı  saçın  hər  yerinə  yaxdıqdan  sonra 
saçı  ovuşdurun  ki,  həna  bərabər  yaxılsın.  Əgər  saçınız 
uzundursa onları toplayıb baş sancağı (şpilka) ilə bərkidin sonra 
isə  başınıza  plastik  plyonka  və  ya  paket  keçirib  alnınıza  və 
saçınızın dibi ilə arxaya doğru pambıq tıxayın ki, qoyduğunuz 
rəng  aşağıya  doğru  axmasın.  Sonra  isə  başınızı  dəsmalla 
(məhrəba ilə) bağlayın. 

 
24
 
 
5)
 
 Saçda  hənanı  nə  qədər  saxlamalı?  Qeyd  edək  ki,  bu 
müddət  saçın  əvvəlki  rəngindən,  onun  məsaməliliyindən  və 
sizin  hansı  rəngi  istədiyinizdən  asılıdır.  Yaxşı  olar  ki, 
istədiyiniz  rəngi  almaqdan  ötrü  əvvəlcə  bir  dəstə  (bir  çəngə) 
saçda yoxlama müddətini təyin edəsiniz.  
6)
 
 Əgər  bu  testi  aparmağa  həvəsiniz  və  vaxtınız  yoxdursa 
onda bilin ki, həna qara saçlarda ən azı 1,0-1,5 saat qalmalıdır. 
Parlaq saçlarda isə daha az qala bilər. 
7)
 
 Bu  prosesi  siz    fenin  (  saç  qurudanın)  köməyi  ilə 
tezləşdirə bilərsiniz, ancaq bunu məsləhət görmürük. 
Müddət başa çatdıqdan sonra saçı təmiz yumaq (sabunsuz) 
lazımdır.  Bu  proses  sadə  deyil  və  çox  vaxt  aparandır.  Çünki 
saçları  tökülən  su  altında  tamamilə  təmiz  (rəngi  çıxmayana 
qədər)  olana  qədər  yumaq  lazım  gəlir.  Yuyulmuş  saçları  adi 
qayda ilə və ya fenlə quruda bilərsiniz.  
Olqa  Şarapova  (1999)  isə  təklif  edir  ki,  2-3  çay  qaşığı 
xınanı  (sıx  saçlar  üçün  isə  bütün  kisəni  –  25  qr)  qaynar  suya 
töküb  xama  şəkilli    məlhəm  alınana  qədər  qarışdırmalı. 
Məlhəm  olan  kasanı  başqa  bir  qabda  qaynar  suya  qoymaq 
lazımdır  ki,  rəngləmə  gücü  artsın.  Bundan  sonra  azacıq 
soyudulmuş məlhəmə bir yumurtanın sarısı əlavə edilir ki, saça 
asan yaxılsın. Yumurta  sarısı  həm də saçı möhkəmləndirir və 
qidalandırır. Xına ilə dərini, saçı və dırnaqları rəngləyən zaman 
rezin  əlcək  geymək  lazımdır.  Xına  təmiz  və  nəm  saçlara 
yaxılmalıdır. Kəsilməli saçlar isə əvvəlcədən kəsilməlidir. 
Saçın  hər  yerində  eyni  rəngi  əldə  etmək  üçün  xınanı  hər 
yerə  bərabər  yaxmaq  lazımdır.  1,0-1,5  sm  saç  ayrımları  ilə 
yaxmaq  daha  məqsədəuyğundur.  Məlhəmi  çay  qaşığı  ilə 
saçayrımının  ortasına  qoyub,  qaşığın  arxası  ilə  irəli-geri 
yaxmaq  olar.  Saçayrımlarını  alın  hissədən  boyunun  arxasına 
doğru  ayırmaq  məsləhətdir.  Çünki,  belə  olduqda  başın  daha 
artıq  hissəsi  və  qulağın  arxası  da  rənglənir.  Ancaq  bir  az 
boynunun  ardında  rənglənməmiş  saç  qalır.  Onu  isə  görmədən 
rəngləmək  olar.  Axırda  isə  sifətə  yaxın  olan  tüklərin  dibləri 

 
25
 
 
diqqətlə  rənglənir.  Əgər  müntəzəm  olaraq  xına  ilə  rəngləmə 
həyata keçirilirsə saçların böyüyən diblərini rəngləmək kifayət 
edir.  Birinci  dəfə  isə  bütün  saçları  axıra  qədər  rəngləmək 
lazımdır. Sonra isə saçın üstünə plastik paket və yaxud  sellofan 
kisə keçirməli  kisə ilə boyunun və üzün arasına isə salfet və ya 
pambıq tıxamaq lazımdır ki, saçlardan axma baş verərsə qarşısı 
alınsın.  Sonra  isə  başı  məhrəba  və  ya  dəsmalla  bağlamaq 
(çalmaq)  lazımdır.  Saç  nə  qədər  açıq  rəngli  olarsa  o  qədər  də 
tez boyanacaqdır. 
Xına qoyulmuş açıq rəngli saçlar 3 dəqiqədən sonra qızılı, 
6  dəqiqədən  sonra  qırmızımtıl,  15  dəqiqədən  sonra  açıq  -
qırmızı  və  1  saatdan  sonra  isə  alovu-qırmızı  rəngə 
boyanacaqdır.  İlk dəfə üçün yaxşı olar ki, həna saçda nəzərdə 
tutulandan az saxlanılsın. Xına hətta qısa bir vaxt ərzində də öz 
müalicəvi təsirini göstərir. Xına saçdan ilıq su ilə yuyulmalıdır.  
Axırıncı  yaxalama  suyuna  zəif  sirkə  məhlulu  (1  litr  suya  1 
xörək qaşığı) əlavə etmək məsləhətdir. Əgər saçın sərhədindəki 
dəri rənglənmişdirsə onu yağlı məlhəmlə (kremlə) silmək olar. 
Daha  artıq  (tünd  qara)  rəng  almaq  üçün  xınaya  bir  qədər 
basma  (indiqofera)  tozu  əlavə  etmək  olar.  Basma  güclü  təsir 
göstərən  vasitədir,  ona  görə  də  onu  həmişə  xına  ilə  birlikdə 
istifadə  edirlər.  Bir  çoxları  xınanı  basma  ilə  qarışdırarkən 
qaynar su əvəzinə yağsız kefirdən (qatıqdan) istifadə edir. 
8)
 
Həna  ilə  basmanın  qarışdırma  nisbəti  əldə  etmək 
istədiyiniz  rəngdən  asılı  olaraq  götürülür.  İlk  dəfə  üçün  isə 
yaxşı  olar  ki,  təcrübəli  bərbərlərə  müraciət  edəsiniz.  Basma 
əvəzinə  xınanı  üyüdülmüş    kofe  ilə  də  qarışdırmaq  olar.    Bu 
xınaya  bir  qədər  qəhvəyi  rəng  verəcəkdir  və  heç  bir  qorxusu 
yoxdur. Əks halda saçlarınız qara rəngə boyanacaqdır. 2 xörək 
qaşığı  rozmarini  300  ml  qaynadılmış  suya  töküb,  bir  saat 
saxlayıb,  sonra  isə  süzgəcdən  keçirin.  Alınmış  losyonla  hər 
dəfə  saçınızı  yuduqdan  sonra  üzünüzü  silin.  Bu  proses  başa 
çatdıqdan  sonra  saçınızın  gözəlliyi  və  sağlamlığı  sizi  heyran 
edəcəkdir. Bəs bu gözəlliyin qorunması üçün nə etməlisiniz? 

 
26
 
 
1)
 
 Həna    qaldıqca  bir  qayda  olaraq  rəngi  solur.  Buna 
baxmayaraq    2  ayda  1  dəfədən  çox  həna  qoyulması  məsləhət 
görülmür.  Həna  tez-tez  istifadə  edildikdə  əks  təsir  göstərir: 
saçlar cansız görsənir. 
2)
 
 Əgər  siz  hənanın  əvvəlki  rəngini  bərpa  etmək  istəsəniz 
bunu  yaxalamanın  köməyi  ilə  edə  bilərsiniz.  Bunun  üçün  50 
qram  həna  tozunu  1,25  litr  qaynanmış  suda  həll  edin  və  onu 
süzgəcdən  keçirib  soyumağa  qoyun.  Bu  məhlul  ilə  saçınızı 
yaxalamaqla əvvəlki rəngi bərpa edərsiniz. 
3)
 
 Saçınıza qoyduğunuz həna rəngi çox parlaq alınıbsa onu 
necə  neytrallaşdıra  bilərsiniz?  Bu  məqsədlə  bir  qədər  bitki 
yağını  qızdırın  və  onunla  saçınızı  səliqə  ilə  ovuşdurun.  Sonra 
saçınızı  fenlə  bir  qədər  qurudun  və  şampunla  yuyun.  Yağ 
hənanın  rəngini  udur.  Əgər  bu  birinci  cəhddə  alınmasa  bu 
proseduru (üsulu) təkrar edin. 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin