4. 6. Müxtəlif torpaq - iqlim şəraitinin həna bitkilərinin
böyümə və inkişafına təsiri
Bitkilərin həyat qabiliyyətinin əsas göstəricilərindən biri
onların böyüməsi və inkişafıdır. Yeni iqtisadi bölgələrə
introduksiya
edilmiş
bitkilərin
böyümə
və
inkişaf
qanunauyğunluqlarının öyrənilməsinin böyük əhəmiyəti vardır.
Bitkilər böyümə və inkişaflarının tarixən formalaşmış və irsən
möhkəmləndirilmiş qanunauyğunluqlarını qoruyub saxlaya
bilirlər. Lakin, onları yeni becərmə şəraitinə gətirdikdə öz həyat
funksiyalarını az və ya çox dərəcədə dəyişməli olur. Nəzərə
alınmalıdır ki, yeni becərmə şəraiti bitkilərdə böyümə və
inkişaf xüsusiyyətlərinin qismən dəyişilməsinə və müəyyən
morfoloji əlamətlərin meydana çıxmasına səbəb olur. Həna
bitkiləri də Azərbaycan şəraitinə introduksiya olunduğuna görə
onun da böyümə və inkişaf xüsusiyyətlərini dəyişməsi nəzərdə
saxlanılmalıdır. Bununla əlaqədar olaraq Azərbaycanın Gəncə -
Qazax və Şirvan bölgələri şəraitində həna bitkilərinin böyümə
və inkişaf xüsusiyyətlərini öyrənməyi qarşımıza məqsəd
qoymuşuq.
1991-1993 - cü illərdə apardığımız tədqiqatlar zamanı müx-
təlif torpaq - iqlim şəraitində becərilən həna bitkilərinin böyü-
mə dinamikası hərtərəfli tədqiq edilmişdir. Bu məqsədlə
vegetasiyanın başlanmasından sonuna qədər hər ayın axırında
bitkilərin hündürlüyü, çətirinin diametri ölçülmüş və morfoloji
göstəriciləri qeyd edilmişdir.
Тorpaq - iqlim şəraiti ilə əlaqədar olaraq 4 aylıq standart
ölçüdə həna şitilləri Şirvan bölgəsində aprelin III ongünlüyündə
Gəncə - Qazax bölgəsində isə may ayının III ongünlüyündə
(torpaqda 18
0
C temperatur şəraitində) birbaşa açıq sahəyə
çıxarılaraq müxtəlif qida sahəsində əkilmişdir. Qeyd etmək
lazımdır ki, şitillər açıq sahəyə çıxarılan zaman onların
kökbağlama qabiliyyətini artırmaq məqsədilə əsas kökündən 10
73
- 12 sm, yerüstü hissəsindən isə 20 sm saxlamaqla qalan
hissələr kəsilmişdir.
Bitkilər əkildikdən sonra açıq sahəyə uyğunlaş-
madıqlarından yarpaqlarını tökürlər. Hər iki bölgədə əkilən
bitkilərdə 12-15 gün sonra yeni sıx yarpaqlar əmələ gəlir.
Bitkilər əkildikdən sonra 12-25 gün ərzində zəif böyüyürlər.
Hərarətin yüksəlməsi ilə əlaqədar olaraq müxtəlif torpaq iqlim
şəraitində becərilən bitkilərdə intensiv böyümə müşahidə edilir.
Belə ki, həna bitkisi qida sahəsindən asılı olaraq Şirvan
bölgəsində iyul ayında 15-19 sm böyüyür. Avqust ayında isə
bitkilərin boyu 50,7 - 73,5 sm-ə çatır. Bitkilərin hündürlüyə
intensiv böyüməsi ilə bərabər çətirin də intensiv böyüməsi
başlanır. Göründüyü kimi avqust ayında həna bitkisində çətirin
diametri 27- 45 sm-ə bərabər olur (cədvəl 4. 7).
Gəncə - Qazax bölgəsində isə avqust ayında həna bitkisinin
boyu qida sahəsindən asılı olaraq 53,4 - 76,4 sm-ə çətirinin
diametri isə 28,5 - 50,5 sm-ə bərabər olmuşdur.
Vegetasiyanın sonunda biçilməyib saxlanmış bitkilərin
hündürlüyü Şirvan bölgəsində 56,5 - 103,4 sm, çətirin diametri
isə 45,5 - 70,2 sm olmuşdur. Gəncə - Qazax bölgəsində isə bu
göstəricilər müvafiq olaraq 60,5 - 120,2 sm, və 50,0 - 72,0 sm
olmuşdur.
Qeyd etmək lazımdır ki, hər iki bölgədə becərilən
bitkilərdə böyümə vegetasiyasının əvvəlindən axırına qədər
davam edir. Lakin, oktyabr ayından başlayaraq havanın və
torpağın temperaturunun aşağı enməsi ilə əlaqədar olaraq
bitkilərin boyümə intensivliyi də azalır. Noyabr ayında 10-12
0
C temperaturda bitkilərin böyüməsi dayanır. Тemperaturun
sonrakı aşağı enməsi bitkilərin yerüstü hissəsinin məhvinə
səbəb olur. Bitkilərin yerüstü hissəsinin məhv olması Şirvanda
noyabrın axırlarına, Gəncədə isə əvvəllərinə təsadüf edir.
Тədqiqatlarımızda hər iki bölgədə becərilən həna
bitkilərinin qida sahəsindən asılı olaraq vegetativ orqanlarının
74
75
morfoloji göstəriciləri əsas və yan budaqların sayı, əsas gövdə
üzərində buğumarasının sayı və uzunluğu, eləcədə də
yarpaqların ölçüləri müqayisəli öyrənilmişdir. Тədqiqatın
nəticələri cədvəl 4. 8 və 4. 9- da verilmişdir.
Bitkiyə verilən qida sahəsindən asılı olaraq vegetasiyanın
sonunda Şirvanda becərilən həna bitkilərində əsas budaqların
sayı orta hesabla 1,5 - 3,0, yan budaqlarının sayı 25,0 - 41,6,
əsas gövdə üzərində buğumayrasının sayı 33,9 - 53,2 ədəd,
buğumarasının uzunluğu 0,9 - 1,4 sm, yarpaqların sayı 652,2 -
880,9 ədəd, yarpağın uzunluğu 1,9 - 2,8 sm eni isə orta hesabla
1,3 - 2,0 sm olmuşdur (cədvəl 4. 8).
Gəncə - Qazax bölgəsində becərilən həna bitkilərinin
Şirvanda becərilən bitkilərlə müqayisəsindən aydın oldu ki, bu
bölgədə eyni qida sahəsində becərilən bitkilərin morfoloji
göstəriciləri Şirvanda becərilən bitkilərə nisbətən artıqdır. Belə
ki, qida sahəsindən asılı olaraq vegetasiyanın sonunda Gəncə -
Qazax bölgəsində becərilən həna bitkilərində əsas budaqların
sayı orta hesabla 2,0 - 4,0 ədəd, yan budaqların sayı 28,4 - 58,4
ədəd, əsas gövdənin üzərində buğumarasının sayı 41,4 - 68,2
ədəd, uzunluğu isə 1,3 - 2,1 sm, yarpağın sayı 744,1 - 1376,8
ədəd, uzunluğu 2,0 - 3,1 sm, eni isə 1,5 - 2,5 sm təşkil etmişdir
(cədvəl 4. 9).
Müxtəlif torpaq - iqlim şəraitlərinin həna bitkilərinin
böyümə dinamikasına təsirinin öyrənilməsindən bu nəticəyə
gəldik ki, həna bitkisi ona verilən qida sahəsi nə qədər artıq
olarsa o qədər də intensiv böyüyür və morfoloji göstəriciləri
yüksək olur. Bu hal hər iki bölgədə özünü göstərir. Onu da
qeyd etmək lazımdır ki, həna bitkiləri Gəncə - Qazax bölgəsi
şəraitində Şirvan bölgəsinə nisbətən daha yaxşı böyüyüb
inkişaf edirlər.
76
77
78
79
80
4. 7. Qida sahəsi, bitki sıxlığı və biçin vaxtlarının həna
bitkisinin yarpaq məhsuldarlığına təsiri
Bitkilərin bu və ya digər torpaq - iqlim şəraitinə
introduksiyası zamanı qarşıda duran ən mühüm vəzifələrdən
biri onların məhsuldarlığının kəmiyyət və keyfiyyətcə təyin
edilməsidir. Azərbaycan şəraiti üçün yeni olan həna bitkilərinin
normal inkişaf edib yüksək məhsul verməsi üçün onun
becərilmə aqrotexnikasına düzgün əməl etmək vacib
məsələlərdən biridir (61).
1991-1993 - cü illərdə apardığımız tədqiqatlarla müəyyən
edilmişdir ki, həna bitkisinin yaş kütlə və quru yarpaq
məhsuldarlığı onların becərildiyi torpaq -iqlim şəraiti və
becərilmə aqrotexnikasına daxil olan qida sahəsi, bitki sıxlığı
və biçin vaxtı ilə sıx əlaqədardır.
Тədqiqat apardığımız illərdə həna bitkisinin müxtəlif qida
sahələri və iki biçin (I biçini avqust 2-də, II ci biçini oktyabrın
15-də apardıqda) üzrə cəmi yaş kütlə məhsuldarlığı Şirvan
bölgəsində variantlar üzrə orta hesabla 38,1 - 56,3 s/ha olmuş,
nəzarət variantından isə 47,2 s/ha yaş kütlə əldə olunmuşdur. I
biçini avqustun 20-də, II biçini isə oktyabrın 25-də apardıqda
isə nəzarət variantından 28,4 s/ha yaş kütlə alınmış, variantlar
üzrə məhsuldarlıq isə 26,3 - 37,3 s/ ha olmuşdur.
Gəncə - Qazax bölgəsində isə I biçini avqustun əvvəlində,
II ci biçini oktyabrın ortalarında apardıqda variantlar üzrə orta
hesabla 41,5 - 67,0 s/ha yaş kütlə məhsulu alınmış, nəzarət
variantında isə bu göstərici 49,5 s/ha olmuşdur (cədvəl 4. 10).
Bu bölgədə I biçini avqustun 20-də, II biçini oktyabrın 25-də
apardıqda isə nəzarət variantından 41,5 s/ha yaş kütlə əldə
olunmuş, variantlar üzrə məhsuldarlıq 38,0 - 56,8 s/ha təşkil
etmişdir. Cədvəldən görünür ki, hər iki bölgədə həna
bitkisindən ən yüksək yaş kütlə məhsulu 60 x 20 sm qida sahəsi
verilmiş bitkilərdən əldə olunmuşdur.
81
82
83
84
Quru yarpaq məhsuldarlığına nəzər saldıqda görürük ki, I
biçini avqustun 2-də, II biçini oktyabrın 15-də apardıqda Şirvan
bölgəsində 60 x 30 sm qida sahəsində əkilmiş həna
bitkilərindən orta hesabla 9,5 s/ha, 60 x 20 sm qida sahəsində
əkilmiş bitkilərdən 10,8 s/ha, 60 x 10 sm qida sahəsində əkilmiş
bitkilərdən isə 7,3 s/ha məhsul götürülmüş, nəzarət variantının
(60 x 40 sm) məhsuldarlığı isə 9,0 s/ha olmuşdur. I biçini
avqustun 20 - də, II biçini oktyabrın 25 - də apardıqda isə 60 x
30 sm variantından orta hesabla 5,6 s/ha, 60 x 20 sm
variantında 7,1 s/ha, 60 x 10 sm variantından 5,0 s/ha, nəzarət
variantından isə 5,6 s/ha quru yarpaq məhsulu əldə olunmuşdur.
Gəncə - Qazax bölgəsində isə I biçini avqustun 2-də, II
biçini oktyabrın 15 - də apardıqda 60 x 30 sm qida sahəsində
əkilmiş həna bitkisindən orta hesabla 10,9 s/ha, 60 x 20 sm qida
sahəsində əkilmiş bitkilərdən 13,0 s/ha, 60 x 10 sm qida
sahəsində əkilmiş bitkilərdən 8,3 s/ha, nəzarət variantından (60
x 40 sm) isə 9,9 s/ha quru yarpaq məhsulu əldə olunmuşdur.
Birinci biçini avqustun 20-də, ikinci biçini oktyabrın 25-də
apardıqda nəzarət variantından orta hesabla 8,3 s/ha, 60 x 30
sm variantından 9,4 s/ha, 60 x 20 sm variantından 11,2 s/ha, 60
x 10 sm variantından isə 7,3 s/ha quru yarpaq məhsulu
götürülmüşdür.
Göründüyü kimi quru yarpaq məhsuldarlığına görə də 60 x
20 sm variantı hər iki bölgədə başqa variantlara nisbətən
üstünlük təşkil etmişdir.
Apardığımız tədqiqatlardan məlum oldu ki, həna bitkisində
I biçinin avqustun əvvəlində, II biçinin oktyabrın ortasında
aparılması, I biçinin avqustun 20-də, II biçinin isə oktyabrın 25
- də aparılmasına nisbətən daha əlverişlidir. Birinci biçini
avqustun əvvəllərində aparılması bitkilərin sonrakı müddət
ərzində daha yaxşı böyüməsinə səbəb olur. Belə ki, avqustda
həna bitkilərinin kütləvi çiçəkləməsi müşahidə edilir. Bu zaman
bitkilərin yerüstü hissəsinin böyüməsi nisbətən yavaş gedir.
Bəzi bitkilərdə isə böyümə tamamilə dayanır. Bitki gücünü
85
generativ orqanların formalaşmasına sərf edir. Bu vaxtda I biçi-
nin aparılması II biçində daha artıq yarpaq məhsulu götürül-
məsinə zəmin yaradır. Cədvəldəki rəqəmlərdən də aydın
görünür ki, Şirvan bölgəsində həna bitkisinin I biçinindən ( 2.
VIII ayda ) variantlar üzrə orta hesabla 13,0 16,6 s/ha yaş kütlə,
2,5 - 3,2 s/ha quru yarpaq götürüldüyü halda, II biçindən (15. X
ayda) 25, 1- 39,7 s/ha yaş kütlə, 4,8 -7,6 s/ha quru yarpaq məh-
sulu götürülmüşdür.
Gəncə - Qazax bölgəsində isə hənanın I biçinindən (2. VIII
ayda) variantlar üzrə orta hesabla 10,5 - 18,1 s/ha yaş kütlə, 2,1
- 3,6 s/ha quru yarpaq götürüldüyü halda, II biçindən (15. X
ayda) 31,0 - 48,9 s/ha yaş kütlə, 6,2 - 9,4 s/ha quru yarpaq
məhsulu götürülmüşdür.
Birinci biçini 20. VIII ayda apardıqda Şirvan bölgəsində
həna bitkisindən variantlar üzrə orta hesabla 17,9 - 24,7 s/ha
yaş kütlə, 3,5 - 4,7 s/ha quru yarpaq, II biçindən (25. X ayda)
isə 7,8 - 12,6 s/ha yaş kütlə, 1,5 -2,4 s/ha quru yarpaq məhsulu
əldə olunmuşdur.
Gəncə - Qazax bölgəsində isə I biçini 20. VIII ayda
apardıqda variantlar üzrə orta hesabla 27,9 -38,7 s/ha yaş kütlə,
5,4 - 7,7 s/ha quru yarpaq, II biçindən (25. X ay) 10,1 - 18,1
s/ha yaş kütlə, 1,9-3,5 s/ha quru yarpaq məhsulu əldə
olunmuşdur.
Yuxarıda deyilənlərdən aydın olur ki, I biçinin 18 -20 gün
gecikdirilməsi Şirvan bölgəsində həna bitkisinin I biçindən
variantlar üzrə orta hesabla 4,0 - 8,1 s/ha yaş kütlə, 1,0 - 1,5
s/ha quru yarpaq məhsulunun artımı deməkdirsə, II biçində
17,3-27,1 s/ha yaş kütlə, 3,3 - 5,2 s/ha quru yarpaq məhsulunun
azalması deməkdir.
Gəncə - Qazax bölgəsində də həna bitkisində I biçini
avqustun 20-də apardıqda avqustun 2-də aparılan I biçinə
nisbətən variantlar üzrə yaş kütlə artımı orta hesabla 17,4 - 20,
6 s/ha, quru yarpaq artımı isə 3,3 - 4,1 s/ha olmuşdur. Lakin II
biçinin 25. X ayda aparılması nəticəsində həna bitkisinin yaş
86
kütlə məhsuldarlığı 15. X ayda aparılan II biçinə nisbətən
variantlar üzrə orta hesabla 20,9 - 30,8 s/ha, quru yarpaq
məhsuldarlığı isə müvafiq olaraq 4,3 - 5,9 s/ha azalır. Ona görə
də, həna bitkisinin hər iki bölgədə əlverişli biçin vaxtı I biçinin
avqustun əvvəllərində (kütləvi çiçəkləmə vaxtı), II biçinin isə
oktyabrın ortalarında aparılması hesab olunmalıdır. I biçini
avqustun 20-də apardıqda həna bitkisinin biçindən sonrakı
inkişafı tam başa çata bilmir. Bu da məhsuldarlığın kəskin
azalmasına səbəb olur.
Тədqiqatlarımızdan məlum oldu ki, həna bitkisinin
məhsuldarlığı qida sahəsi və biçin vaxtı üzrə fərqləndiyi kimi,
becərildiyi torpaq - iqlim şəraitindən asılı olaraq da dəyişir.
Belə ki, I biçini avqustun 2 - də, II biçini isə oktyabrın 15 - də
apardıqda həna bitkisinin yaş kütlə məhsuldarlığı Gəncə -
Qazax bölgəsində Şirvan bölgəsinə nisbətən variantlar üzrə orta
hesabla 3,4 - 10,7 s/ha, quru yarpaq məhsuldarlığı isə müvafiq
olaraq 1,0 - 2,2 s/ha artıq olmuşdur. I biçini 20. VIII ayda, II
biçini 25. X ayda apardıqda da həna bitkisinin iki biçində cəmi
yaş kütlə məhsuldarlığı Gəncə - Qazax bölgəsində Şirvan
bölgəsinə nisbətən variantlar üzrə orta hesabla 11, - 19,5 s/ha,
quru yarpaq məhsuldarlığı isə müvafiq olaraq 2,3 - 4,1 s/ha
artıq olmuşdur.
Həna bitkisinin vegetasiya müddətində ancaq bir dəfə --
vegetasiyanın sonunda (25. X ay) biçilməsi məhsuldarlığın 36 -
63% azalmasına səbəb olur. Belə ki, iki biçində (I biçin 2. VIII,
II biçin 15. X ayda) həna bitkisindən Şirvan bölgəsində
variantlar üzrə 7,3 - 10,8 s/ha quru yarpaq məhsulu əldə
olunduğu halda vegetasiyanın sonunda bir dəfə biçin
aparılarkən müvafiq olaraq 3,5 - 3,9 s/ha quru yarpaq məhsulu
əldə olunmuş dur.
Gəncə - Qazax bölgəsində həna bitkisində variantlar üzrə
orta hesabla 8,3 - 13,0 s/ha quru yarpaq məhsulu alındığı halda
vegetasiyanın sonunda bir dəfə biçin apararkən müvafiq olaraq
5,3 - 6,8 s/ha quru yarpaq məhsulu alınmışdır (cədvəl 4. 10).
87
Buna görə də həna bitkisinin məhsuldarlığının yüksəldilməsi
üçün vegetasiya müddətində iki dəfə biçilməsi daha məqsədə-
uyğundur.
Müxtəlif şərait və becərmə aqrotexnikasının həna
bitkilərinin yarpaq məhsuldarlığına təsirinin öyrənilməsindən
belə nəticəyə gəlirik ki, həna bitkiləri Gəncə - Qazax
bölgəsində Şirvan bölgəsinə nisbətən daha yaxşı inkişaf edib
artıq məhsul verirlər.
Həna bitkisindən daha yüksək yarpaq məhsulu əldə etmək
üçün hər iki bölgədə optimal qida sahəsi 60 x 20 sm hesab
olunur.
Vegetasiya ərzində həna bitkilərinin iki dəfə biçilməsi
məhsuldarlığın bir dəfə biçilən bitkilərə nisbətən 1,5 - 2,5 dəfə
yüksəlməsinə səbəb olur. Həna bitkisi üzrə optimal biçin
vaxtları, hər iki bölgədə I biçinin avqustun 2-də, II biçinin isə
oktyabrın 15-də aparılmasıdır.
Hesablamalarımız göstərir ki, Şirvan bölgəsində biçilmiş
həna bitkiləri yaş kütləsinin 18 -19 % -i, Gəncə - Qazax bölgə-
sində isə 15-20 % - i qədər quru yarpaq çıxımı verir.
4. 8. Meyvə orqanlarının qoparılmasının həna
bitkisinin yarpaq məhsuldarlığına təsiri
Bir sıra kənd təsərrüfatı bitkiləri kimi böyük iqtisadi
əhəmiyyətə malik olan həna bitkisindən alınan yarpaq
məhsuldarlığı bu günkü tələbatı ödəmir. Məhz ona görə də
onun əkin sahəsi genişləndirilməklə bərabər müxtəlif üsullarla
məhsuldarlığını artırmaq günün vacib məsələlərindəndir. 1991-
1993 - cü illərdə apardığımız tədqiqatlar göstərdi ki, yarpaq
məhsulu əldə etmək üçün becərilən həna plantasiyalarında
məhsuldarlığı artırmağın müxtəlif üsullardan istifadə etmək
mümkündür. Belə üsullardan biri bitkilərin kütləvi qönçələməsi
və 50 %-nin çiçəkləməsi zamanı meyvə orqanlarının (qönçə və
88
çiçəklərin) qoparılmasıdır. Qönçə və çiçəklər qoparıldıqdan
sonra bitkilərə əlavə yemləmə gübrəsinin verilməsi vegetativ
orqanların daha intensiv inkişafına səbəb olur (124).
Həna bitkisindən qönçə və çiçəklərin qoparılmasının
yarpaq məhsuldarlığına təsirini öyrənmək məqsədi ilə Şirvan və
Gəncə - şəraitində 60 x 20 sm qida sahəsində becərilən
bitkilərin kütləvi qönçələməsi zamanı iyul- avqust aylarında
qönçə və çiçəkləri qoparılmışdır. Eyni ilə nəzarət variantında
bitkilərin qönçə və çiçəklərinə toxunulmamışdır. Müşahidə-
lərimiz göstərdi ki, meyvə orqanları qoparılmış bitkilər
hündürlüyünə, yarpaqlarının ölçüsünə və s. xüsusiyyətlərinə
görə nəzarət variantındakı bitkilərdən xeyli fərqlənir. Qönçə və
çiçəkləri qoparılmış bitkilərin hündürlüyü (90,2 - 95,4 sm)
nəzarət variantındakı bitkilərin hündürlüyündən (65 - 75 sm) 15
- 30 sm-ə qədər artıq olur.
Meyvə
orqanlarının qoparılmasının həna bitkisinin
məhsuldarlığına təsirinin öyrənilməsinə dair apardığımız tədqi-
qatların nəticələri cədvəl 4.11-də verilmişdir.
Cədvəldən görünür ki, meyvə orqanları qoparılmadıqda
həna bitkisinin bölgələrdən asılı olaraq yaş kütlə məhsuldarlığı
orta hesabla 45,89 - 48,62 s/ha quru yarpaq məhsuldarlığı isə
8,95 - 9,98 s/ha arasında olduğu halda, meyvə orqanları
qoparıldıqda müvafiq olaraq 57,63 - 64,85 s/ha və 11,0 - 13,1
s/ha arasında olmuşdur.
Müşahidələrimiz göstərdi ki, həna bitkisinin qönçələrinin
və çiçəklərinin qoparılması bitkinin sürətlə böyüməsinə, eyni
zamanda məhsuldarlığının artmasına təsir göstərir. Belə ki,
meyvə orqanları (qönçə və çiçəklər) qoparıldıqda həna
bitkisinin quru yarpaq məhsuldarlığı nəzarət variantına nisbətən
Şirvanda 2,05 s/ha Gəncə - Qazax bölgəsində isə 3,12 s/ha artıq
olmuşdur.
Həna bitkisindən yığılmış çiçəklərdən müxtəlif efir
yağlarının alınmasında istifadə oluna bilər. Belə ki, yaşıl kütlə
89
90
toplamaq üçün ayrılmış həna plantasiyalarının hər hektardan
orta hesabla 14,8 sen. yaş, 3,0 sen. quru çiçək toplamaq olur.
Тədqiqatlarımızın nəticələrindən məlum oldu ki, həna
plantasiyalarında yarpaq məhsulunu artırmaq məqsədi ilə
bitkilərin kütləvi qonçələməsi və 50 % -nin çiçəkləməsi zamanı
meyvə orqanlarının qoparılması ən yaxşı və əlverişli üsullardan
biridir.
4. 9. Qida sahəsi və bitki sıxlığının həna bitkisinin toxum
məhsuldarlığına təsiri
Тoxumları ilə çoxalan bitkilərin toxum məhsuldarlığının
təyin
edilməsi
vacib
məsələlərdən
biridir.
Тoxum
məhsuldarlığına bitkilərin becərildiyi torpaq iiqlim şəraitinin və
hər bitkiyə verilən qida sahəsinin də təsiri vardır. Məhz bu
təsirləri öyrənmək üçün üzərində tədqiqat apardığımız həna
bitkiləri müxtəlif qida sahələrində əkilib becərilmişdir.
Şirvan bölgəsində 60 x 40 sm qida sahəsində əkilmiş həna
bitkilərindən (I yarusdan) orta hesabla 5,37 s/ha, 60 x 30 sm
qida sahəsində əkilmiş bitkilərdən 6,41 s/ha, 60 x 20 sm qida
sahəsində əkilmiş bitkilərdən 8,7 s/ha, 60 x 10 sm qida sahəsi
verilmiş bitkilərdən isə 4,49 s/ha toxum əldə edilmişdir (cədvəl
4. 12).
Gəncə - Qazax bölgəsində isə nəzarət variantından (60 x
40 sm) orta hesabla 4,31 s/ha, 60 x 30 sm qida sahəsi verilmiş
həna bitkilərindən 5,20 s/ha 60 x 20 sm qida sahəsi verilmiş
bitkilərdən 7,48 s/ha, 60 x 10 sm qida sahəsində becərilən
bitkilərdən isə 4,44 s/ha toxum məhsulu götürülmüşdür (cədvəl
4. 12).
Cədvəldən göründüyü kimi ən yüksək toxum məhsulu (I
yarusdan) hər iki bölgədə 60 x 20 sm qida sahəsi verilmiş
bitkilərdən alınmışdır. Lakin bu variantda Şirvan bölgəsində
Gəncə - Qazax bölgəsinə nisbətən 1,26 s/ha artıq toxum
91
məhsulu alınmışdır. Bu variantın məhsuldarlığı nəzarətə
nisbətən Şirvan bölgəsində 3,37 s/ha, Gəncə -Qazax bölgəsində
isə 3,17 s/ha artıq olmuşdur. Ümumiyyətlə bütün variantlar
üzrə həna bitkisinin toxum məhsuldarlığı Şirvan bölgəsində
Gəncə - Qazax bölgəsinə nisbətən üstünlük təşkil edir.
Qeyd etmək lazımdır ki, Şirvan bölgəsinin iqlimi Gəncə -
Qazax bölgəsinə nisbətən quru və isti olduğundan bu bölgədə
həna bitkisinin I yarusundakı toxumlar daha yaxşı yetişirlər.
Cədvəl 4. 12
Qida sahəsinin həna bitkisinin toxum məhsuldarlığına təsiri,
s/ha- la
Тədqiqat
aparılan
bölgələr
Qida
sahəsi
İ l l ə r
1991
1 992
1993
Orta
Şirvan
60x40
nəzarət
60x30
60x20
60x10
4,92
5,91
7,96
4,72
5,53
6,12
8,54
4,85
5,67
7,21
9,73
5,21
5,37
6,41
8,74
4,92
Gəncə -
Qazax
60x40
nəzarət
60x30
60x20
60x10
4,12
4,93
7,54
4,42
4,18
5,53
7,72
3,97
4,65
5,15
7,19
4,95
4,31
5,20
7,48
4,44
%
12
,
4
23
,
0
1
,
0
07
,
0
0 5
0 5
HCP
s
HCP
s
S
s
S
d
x
%
9
,
3
27
,
0
12
,
0
08
,
0
0 5
0 5
HCP
s
HCP
s
S
s
S
d
x
Buna görə də Gəncə - Qazax bölgəsində becərilən həna
bitkilərinə nisbətən daha artıq və keyfiyyətli toxum məhsulu
əldə olunur (35).
|