HÜMBƏtov hüMBƏt sərxoş oğlu



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix01.01.2017
ölçüsü2,06 Mb.
#4036
1   2   3   4   5   6   7   8   9

Biotatuirovka.  Elmdə  Lawsonia  inermis,  qərbdə  isə  xına, 
adı  ilə    tanınan  həna  tozu  əsasən  saçların    boyanmasında 
istifadə  edilir.  Hazırda  isə  bədənə    xına  ilə  şəkil 
döydürülməsinin  (tatuirovkanın)  populyarlığının  artması  ilə 
əlaqədar  olaraq    “mehindi”  sənəti  təhlükəsiz,  xəstəlik  törət-
məyən,  tərkibində  kimyəvi  maddələr  daşımayan  və  alternativi 
olmayan  bədən  bəzəmə  formasıdır.  Mendi  (mehindi)  həna 
tozunun  müxtəlif  bitki  yağları  ilə  qarışdırılmasından  alınır  ki, 
bu  dəriyə  sakitləşdirici  və  bərpaedici  təsir  göstərir.  Bu  boyanı 
(rəngi)  1-2  həftə  dəridə  saxlamaq  olar.  Onun  pozulması  insan 
bədəninin  temperaturundan  və  bədənin  yuyulma  vaxtından 
asılıdır. 
Ənənəvi  olaraq  həna  ilə  əllər  və  ayaqlar  boyanırdısa 
hazırda  çəkinmədən  bədənin  başqa  hissələrinə  də  məsələn 
göbək  ətrafına,  kürəyin  yuxarı  hissəsinə,  qollara  və  hətta 
boyuna  da  həna  ilə  şəkil  döydürülməsi  dəbdədir.  Mendi 
(mehindi)  adlanan  həna  bodiartın  ənənəvi  formasıdır.  Adətən 
ələ və ayağa  həna ilə müvəqqəti şəkillər çəkirlər. Bunun üçün 
iynədən  istifadə  etmək  və  epidermisi  zədələməyə  lüzum 

 
27
 
 
yoxdur.  Ənənəvi  həna  qoyma  sənəti  yüz  illər  bundan  əvvəl 
Mesopotamiyada  meydana  gəlmiş  və  eramızın  XII  əsrində 
Hindistan mədəniyyətinə daxil olmuşdur. 
Həna ilə bədənə naxışların çəkilməsi (biotatuirovka) sənəti 
günortanın  bürküsündən  qorunan,  kölgə,  sərin,  sakitləşdirici 
fəvvarə  şırıltısı  və  ətirli  fars  gülləri  ilə  əhatə  olunmuş  hərəm-
xanalarda  meydana  gəlmişdir.  Həna  qədim  misirlilərə  də 
məlum  idi.  Burada  zadəgan  qadınlar  bədənlərinə  ətirli  yağ 
sürtür və bədənlərini rəngləyirdilər. 
Avropada  isə  hənanı  yaxşı  qiymətləndirmirdilər.  Bu  bir 
tərəfdən aylarla bir yerdən digər yerə daşınma nəticəsində həna 
tozunun  rəngləmə  qabiliyyətinin  aşağı  düşməsi  ilə  əlaqədar 
idisə,  digər  tərəfdən  kilsənin  cismani  sevincə  və    bədənin 
boyanmasına (rənglənməsinə) icazə verməməsi ilə əlaqədar idi. 
Ancaq buna baxmayaraq Hindistanda və Orta Asiyada bu sənət 
yüksək səviyyə çatmışdır. Burada həna ilə saçların, dırnaqların 
və dərinin boyanması, bədənə Hind və Ərəb mədəniyyəti üçün 
xarakterik  olan  mürəkkəb  ornamentli  bitki  və  abstrakt 
(mücərrəd)  xarakterli  şəkillərin  çəkilməsinin  bir  çox  yerli 
ənənəsi formalaşmışdır. 
Qeyd  etmək  lazımdır  ki,  çəkilən  şəkilin  rəngi  dərinin 
rəngindən çox asılıdır. Bir qədər qara dəriyə çəkilən şəkil tünd 
qəhvəyi, ağ avropalı dərisinə çəkilən isə qırmızıya çalan rəngdə 
olacaqdır. 
Yığılıb  qurudularaq  üyüdülən  həna  yarpaqları  hava  keçir-
məyən  (vakuum)  qablarda  (sellofan  kisələrdə)  saxlanılmalıdır. 
Kisəni  açdıqdan  sonra  oradakı  həna  tozunu  tamamilə  istifadə 
etmək  lazımdır.  Çünki  açıq  saxlandıqda  hənanın  boyama 
qabiliyyəti  aşağı  düşür  və  təkrar  istifadədə  istənilən  nəticəni 
vermir. 
Hənanın məxsusi rəngi – qəhvəyi - qırmızı qonur hamının 
xoşuna  gəlmir.  Ancaq,  təbii  halda  o  məhz  bu  rəngdə  olur. 
“Qara  həna”  adı  ilə  buraxılan  və  bazara  çıxarılan  məhsul  isə 

 
28
 
 
kimyəvi mənşəlidir. Onların bəziləri zərərsizdir, bəzilərinin isə 
iltihab və allergiya törətdiyi haqda məlumatlar vardır.  
Xına  dedikdə  nəyi  təsəvvür  edirik?  Xına  sadəcə  qırmızı-
qonur  rəngləyici  maddə  deyil  o  həmdə  müalicəvi  təsirə 
malikdir.  Şərq  ölkələrində  qurudulmuş  və  üyüdülmüş  xına 
yarpaqlarından  təkcə  saçların  boyanmasında  deyil  dırnaqların, 
ovucların  yun  və  ipəyin  rənglənməsində  də  istifadə  edilirdi. 
Xına saçlara rəngdən başqa parıltı da verir. Xınadakı rəngləyici 
maddənin  təsirindən saçlar sıxlaşır və möhkəmlənir. Ona  görə 
də xına qoyulduqdan sonra nazik saçlar möhkəmlənir, sıxlaşır, 
sıx  saçlar  isə  daha  gurlaşır.    Xına  o  qədər  güclü  təsirə  malik 
deyil ki, saçın təbii rəngini gizlədə bilsin. O yalnız saça qırmızı 
çalarlıq verir. 
Xına  açıq  rəngli  saçlara  qara  saçlara  nisbətən  daha  güclü 
təsir  edir.  Ona  görə  də  sarışın  və  çal  saçlara  həna  qoymaq 
məsləhət görülmür. Həna belə saçları sarı-qırmızı (kök rənginə) 
rəngə boyayır. 
Xına  ilə  rəngləmə  texnikasını  öyrənməzdən  əvvəl  mütləq 
xınanı  seçməyi  bacarmaq  lazımdır.  Hansı  ki,  bu  texnika  hələ 
qərbdə  də  çox  yayılmamışdır.  Ona  görə  də  təmiz  məhsul 
tapmaq  çətin  məsələdir.  Təmiz  xınanı  isə  fitoapteklərdə  təbii 
kosmetika  mağazalarında,  ekzotik  Hindistan  və  Afrika 
bazarlarında  tapa  bilərsiniz.  Xınanı  asanlıqla  Şimali  Afrika  və 
Hindistandan  da  almaq  olar,  ancaq  mütləq  diqqət  verilməlidir 
ki,  bu  toz  köhnə  olmasın  yoxsa  rəngləmə  qabiliyyəti  zəif 
olacaqdır. 
Bədəni  rəngləmək  üçün  mütləq  xüsusi  xına  tozundan 
istifadə  edilməlidir.  Saç  üçün  hazırlanmış  xınadan  tatuirovka 
üçün  istifadə  edilməməlidir.  Saç  üçün  hazırlanın  xına  tozu 
aşağı  rəngləmə  qabiliyyətinə  malik  olur,  yaxşı  üyüdülməmiş 
ola  bilər  və  s.  Rəngi  tünd-yaşıl  və  boz-qəhvəyi  olur.  Bundan 
başqa  bu  tərkibdə  adətən  mineral  duzlar  olur.    Bəzən  xına 
qırmızı yox başqa rəng verir. Diqqət edin: qara, ağ və qəhvəyi 

 
29
 
 
saçlar  ancaq  xınanın  başqa  vasitələrlə  qarışdırıldıqdan  sonra 
alına bilər. Xınanın öz təbii rəngi isə qəhvəyi-qırmızımtıldır. 
Tatuirovka üçün işlədilən xına ilk növbədə açıq-yaşıl rəngi 
ilə  seçilir.  Tərkibi  çox  narın  üyüdülmüş  toz  halında  olmalıdır.  
Xına  tozunu  açıq  havada  və  nəm  yerdə  açıq  saxlamaq  olmaz. 
Onu  kip  (hermetik)  bağlı  qabda  və  qaranlıqda  saxlamaq 
lazımdır.  Yalnız  belə  saxlanan  xına  tozu  özünəməxsus 
xüsusiyyətlərə  malik  ola  bilər.  Xına  yarpağın  üyütmək  üçün 
hazırda  xüsusi  dəyirmanlar  mövcuddur.  Lakin  onu  adi  kofe 
üyüdəndə  də  üyütmək  olar.  Narın  üyüdülmüş  xına  daha  yaxşı 
rəng verir və saxlandığı kisəni (paketi) deşmir. 
Tatuirovka    üçün  xına  rəngi  intensiv  zəif  xarakterlidir 
demək  olar  ki,  elə  dərinin  öz  rəngindədir.  Xınanın  geniş 
yayıldığı ölkələrdə isə sakinlər adətən qaradərilidirlər. Ona görə 
də daha parlaq rəng əldə etməyə  çalışırlar. Xınadan daha qara 
rəng  almaq  üçün  onu  qara  qrafitdən  əldə  edilmiş  tozun  həll 
olunduğu soyuq suya tökürlər.  “Qara xına” nı  Avropada   əldə 
etmək  o  qədərdə  asan  deyil.  Bu  məhsula  xüsusi  diqqətlə 
yanaşılmalıdır.  Çünki  həll  olma  zamanı  o  zəif  toksiki  buxar 
əmələ gətirir. Hindistanda isə hazır halda qara və yaxud qırmızı 
xınanın  xüsusi  qablarda  almaq  olar.  Onlar  da  özündə  xüsusi 
konservantlar və əlavələr birləşdirir. Hindistanda həmişə «qara 
xına» adlı tozu tapmaq olar. Bu toz tərkibində aylarca dəridən 
getməyən  qara  qarışıq  birləşdirir.  Lakin  sonradan  çəkilmiş 
şəkillər  pozulur.  Bu  toz  xınanın  əsasında  yaranmış,  lakin  ona 
mineral piqmentlər əlavə edilmişdir. 
“Ağ xına” isə təbii saçları 4 - 6 rəngə boyamağa və əvvəlki 
rəngi  “təmizləməyə” imkan verir. “Ağ xına” evdə istifadə üçün 
çox  əlverişlidir.  Bu  prosesə  isə  cəmi  30  -  45  dəqiqə  bəs  edir. 
Tərkibindəki vasitələr saçları kimyəvi yanmadan qoruyur.  
“Hazır  xına”    təbii  kosmetika  mağazalarında  xüsusi 
qablarda  (tübiklərdə)  satılır.  Çox  praktiki  və  başlanğıc  üçün 
ideal  bir  vasitədir.  İstədiyimiz  rəngi  seçmək  üçün  çox  axtarıb 
əldən düşmək lazım deyil. Elə oradaca kataloqa baxmaqla rəng 

 
30
 
 
seçə bilərsiniz. Ancaq siz daimi olaraq tatuirovka edəcəksinizsə 
bu qarışığın necə hazırlandığını öyrənməyiniz məsləhətdir. Onu 
qeyd  edək  ki,  tübiklərdə  satılan  “hazır  xına”  bahalıdır  və 
tərkibində  başqa  qarışıqların  olduğu  üçün  təbii  məhsul  hesab 
edilmir (189, 190). 
İlk  dəfə  Q.  Тomazi  (Tommasi  G.)  (196)  həna  tozunun 
tərkibindəki  rəngləyiçi  maddəni  lavsonu  başqa  rəngləyici 
maddələrdən  ayırmış  və  onun      naftaxinon      2    hidroksiddən    
ibarət   olduğunu   müəyyən etmişdir. 
Hənanın  tərkibində  əsas  rəngləyici  maddənin    lavsonun 
olması  İ.  Lal,  S.  Dat  (I.  Lal,  S.  Duut)  (180)  və  H.  Koks  (H. 
Cox)  (162)  tərəfindən  də  təsdiq  edilmiş  və  göstərilmişdir  ki, 
həmin rəngləyiçi maddə suda və ya qələvi məhlulunda asanlıqla 
həll olur. 
Azərbaycan  şəraitində  aparılmış  tədqiqatlar  sübut  etmişdir 
ki, həna bitkisi neytral və zəif qələvili, humusla zəngin, yüngül 
və məsaməli, qumsal, boz qonur və bozumtul şoran torpaqlarda 
becərilə  bilər.  Quru  subtropik  şəraitdə  vaxtaşırı  suvarma 
aparmaqla  həna  bitkisindən  yüksək  keyfiyyətli  və  orta 
məhsuldarlığa malik xammal əldə etmək olur (17). 
Azərbaycanın  müxtəlif  torpaq-iqlim  şəraitində  becərilən 
həna  bitkilərinin  tərkibindəki  lavsonun  miqdarı  fərqlidir.  Belə 
ki, müvafiq olaraq lavsonun miqdarı Abşeronda 0,54, Şirvanda 
0,62, Naxçıvanda isə 0,48 % olmuşdur (91). 
Akademik  R.  K.  Əliyev  kimyəvi  analiz  yolu  ilə  Şəki 
rayonunda  becərilmiş  Azərbaycan  hənasının  tərkibində  efir 
yağları,  aşı  maddələri  (1,7-2,24  %),  piy  maddələri  (3,1  %), 
qatranlar  (2,5  %),  üzvi  maddələr  (0,6  %),  C  vitamini  (13,94 
mq/kq),  kül  (17,9%),  suda  həll  olunmuş    ekstrakt    maddələr 
(20,6%) və s. olduğunu aşkar etmişdir (91).  
Naxçıvanda  becərilmiş  həna  bitkisinin  tərkibində  1,5, 
Şirvan və Abşeronda 0,46, İran hənasının tərkibində isə 1,14 % 
rəngləyici maddə vardır (57). 

 
31
 
 
Həna  yarpaqlarının  tərkibində  12  dən  çox  maddə,  o 
çümlədən  0,9  -  1,0  %  rəngləyiçi  maddə  vardır.  Həna  bitkisinin 
kökündə  büzüşdürüçü  xassəyə  malik  qırmızı  rəngli  maddə 
alkonin  vardır  ki,  bundan  da  farmakologiyada  geniş  istifadə 
olunur. Eyni zamanda, həna kögündən  alınan sarı boyaqdan yun 
və ipək parçaların boyanmasında istifadə olunur. Həna bitkisinin 
çiçək  yanlığında  efir  yağları  vardır  ki,  ondan  da  “Mexudi” 
adlanan ətir hazırlanır (17, 132). 
Həna  hələ  qədim  zamanlardan  follikulit,  ekzema,  diatez, 
sarılıq, mədə pozğunluğu, qızılça, göz, dalaq, ciyər,  revmatizm, 
cüzam,  baş  və  diş  ağrıları,  zob  və  b. xəstəliklərin  müalicəsində 
istifadə  edilirmiş.  Bu  haqda  İ.  A.  Dəmirov  (91),  H.  Mehdiyeva 
(39),  K.  H.  Vəliyev      (65)      və    başqalarının  əsərlərində  geniş 
məlumat verilmişdir (15; 20). 
Məlumdur ki, hənanın tərkibində tanin və xeyli miqdarda K 
vitamini  vardır.  Bəzən    həna  tozunu  özündə  tanin  və 
büzüşdürüçü  maddələr  saxlayan  başqa  bitkilərin  (şaftalı  və  s.) 
yarpaqları  ilə  qatışdıraraq,  ekzemaya  qarşı  mübarizədə  istifadə 
edirlər (132). 
Həna  tozuna  həmçinin  mərsin  (Murtus  communis  L.), 
Hindistan  badamı  (Terminalia  catappa  L.)  (84),  Şleyxer 
şahtərəsi  (Fumaria  Schleiher L.)  yunan qozu     ( Juglans regia 
L.),  gənəgərçək  (Ricinus  communus  L.),  toxumu  (91;  14)  və 
basma  yarpağı  (İndigofera  tinctoria  L.)  (17)  qarışdırılaraq 
işlədildiyi haqda məlumatlar vardır. 
Lavsondan  (qəhvəyi  sarı  rəngli  maddə)  yun  və  ipək 
parçalarının  rənglənməsində,  habelə  ət  xörəklərinin  rənglən-
məsində  istifadə  olunur.  Hənadan  alınan  rəng  günəş  şüalarına 
qarşı  davamlı  olduğuna  görə  öz  əlvan  və  parlaq  rəngini 
itirmədən uzun müddət qalır (126; 147). 
Həna  tünd  çayda  həll  olunduqda  saça  nəinki  daha  gözəl 
qızılı  -  şabalıdı  rəng  verir,  həm  də  ona  faydalı  bioloji  təsir 
göstərməklə  dibini  bərkidir,  saçın  tökülməsinin  və  başda  kəpək 
əmələ gəlməsinin qarşısını alır (40). 

 
32
 
 
Həna  bitkisinin  çiçək  yanlığından  efir  yağları  alınmasında 
istifadə  oluna  bilər.  Hər  hektardan  15  -  20  s  çiçək  yanlığı 
toplamaq  mümkündür  ki,  bunun  da  yaş  kütləsinin  0,11%  -  ni, 
quru kütləsinin isə 0,52 % -ni efir yağı təşkil edir (113). 
Həna  bitkisi  Nil  çayı  sahillərində  yağmurların  miqdarı  çox 
olan qaratorpaq sahələrdə becərilir. Тoxumu isti suda islatdıqdan 
sonra  mart  ayında    parnikdə    və  torpaqda  lazımi    qədər 
temperatur  olan  zaman  birbaşa  sahəyə  səpilir.  Belə  olduqda 
səpilmiş  həna  toxumlarını  vaxtaşırı  suvarmaq  tələb  olunur. 
Parnikdə  aparılmış  səpindən  alınan  bitkilər  açıq  sahəyə 
çıxarıldıqda daha tez böyüyür həmin ilin oktyabr ayında ondan 
məhsul almaq olur (73). 
İranda həna toxumları həmin yerin torpaq-iqlim şəraitindən 
asılı  olaraq  əvvəlçədən  suvarılmış  sahəyə  səpilir.  Lakin, 
səpindən əvvəl toxumlar 8 gün ərzində suda isladılmalıdır (73). 
İlk dəfə aparılmış tədqiqatların nəticələri göstərir ki, Aprel 
ayında  istixanada  səpin  aparıb,  şitili  iyul  ayında  açıq  sahəyə 
əkdikdə,  Azərbaycan  şəraitində  vegetasiya  müddəti  həna 
bitkisinin  çiçəkləməsi  və  toxumun  tam  yetişməsi  üçün  kifayət 
etmir.  Bitkilər  avqust  ayında  çiçəklədikdə  belə  vegetasiyanın 
sonuna  qədər  toxumlar  tam  yetişmədiyi  üçün  ondan  səpin 
materialı  kimi  istifadə  etmək  yararlı  olmur.  O  zaman 
tədqiqatçılar  belə  nəticəyə  gəlmişlər  ki,  hənanın  xarici 
ölkələrdə qəbul edilmiş becərmə üsullarının heç biri bizim yerli 
şəraitdə  müsbət  nəticə  vermir.  Eyni  zamanda  həmin 
tədqiqatçılar göstərirlər ki, toxumu  yalnız həna kollarını qapalı 
şəraitdə becərməklə almaq olar. Həmin tədqiqatçılara  görə hər 
il xaricdən onun toxumunu almaq daha ucuz başa gələr (72). 
1979 - 1981 - ci illərdə həna bitkisinin toxumla çoxaldılma 
biologiyasına dair aparılmış tədqiqatların nəticələri göstərdi ki, 
fevral  ayında  qapalı  şəraitdə  səpin  apararaq,  mayda  şitili  açıq 
sahəyə  çıxardılaraq  birillik  bitki  kimi  becərilən  həna 
bitkisindən 
vegetasiyanın 
sonunda 
yüksək 
cücərmə 
qabiliyyətinə malik olan toxum məhsulu
 
almaq olur.  

 
33
 
 
Həna kollarından alınan toxumun
 
cücərmə qabiliyyəti iqlim 
- torpaq şəraitindən asılı olaraq dəyişə bilir. Belə ki, Şirvan və 
Abşeron bölgələrində şitili açıq sahəyə ( may ayında) əkilərək 
becərilən bitkilərdən alınan toxumlar müvafiq olaraq 21 -26 % 
və 57 % cücərmə qabiliyyətinə malik olmuşdur. Lakin istixana 
şəraitində  becərilən  həna  kollarından  alınan  toxumlar  daha 
yüksək cücərmə qabiliyyətinə malik olmuşdur. Həmin şəraitdən 
yığılan toxumlar optimal temperatur da (18 -25 
0
C - də) 96 - 98 
% cücərmə qabiliyyətinə malik olmuşdur (53).  
V. P. Alekseyev (70) həna bitkisinin toxumla çoxaldılması 
üzərində  tədqiqat  apararaq  göstərmişdir  ki,  toxumlar  səpindən 
əvvəl  7  gün  isladılmalı  və  cücərti  alınana  qədər  isti  yerdə 
saxlanılmalıdır.  Müəllifə  görə  həna  bitkisi  toxumalarını  quru 
halda  da  səpmək  olar,  ancaq  quru  toxumlar  çox  seyrək  və 
çətinliklə  cücərti  verir.  Belə  halda  səpilmiş  toxumları  ilk 
vaxtlar hər gün, sonralar isə 6 -7 gündən bir suvarmaq lazımdır. 
Həna  bitkisinin  toxumla  çoxaldılmasının  nəticəsi  göstər-
mişdir ki, bu bitkinin toxumlarının quru halda (xüsusi metodla) 
toxumun cücərmə qabiliyyətindən asılı olaraq hər m
2
 sahəyə 10 
-13  qr.  səpilməsi  daha  məqsədəuyğundur.  Belə  halda  səpilmiş 
toxumlardan 3 -cü gün ilk, 4 -5- ci günlər isə kütləvi cücərtilər 
alınır (17). 
M.  Ə.  Mikayılov  (120)  həna  toxumlarının  cücərmə 
qabiliyyətini artırmaq məqsədi ilə skarifikasiya və stratifikasiya 
üsullarından  istifadə  etməyi  təklif  edir.  Nəticədə  məlum 
olmuşdur ki, 30 dəq. skarifikasiya edilmiş həna toxumları (37 -
81 %), 60 - 90 gün stratifikasiya (18 -65 %) və 10 dəqiqə skari-
fikasiya  (21  -  68%)  edilmiş  toxumlardan  artıq  cücərti  verir. 
Eləcə də, həmin toxumlardan nəzarətə (17 - 55 %) nisbətən 2 - 
4  dəfə  artıq  çıxış  almaq  olar.  Bu  üsuldan  toxum  çatışmazlığı 
zamanı və ya təcrübi məqsədlər üçün istifadə etmək olar. Geniş 
təsərrüfat  miqyaslı  əkin  üçün  aparılan  səpində  bu  üsuldan 
istifadə  edilməsi  əlverişsiz  olub,  çox  əmək  tələb  edir  (22;  49-
51). 

 
34
 
 
R.  M.  Abbasov,  V.  İ.  Maşanov  (67)  apardıqları 
tədqiqatların nəticəsində göstərirlər ki, həna toxumları  yanvar-
fevral aylarında, 25-30 
0
C  temperaturda səpilməlidir. Bu  halda 
toxumların cücərməsi, 71,0 - 81,7 % təşkil edir. 
U. K. Ələkbərov, A. Ə. Bayramov və C. D. Mirzəliyev (17) 
həna toxumlarının səpin vaxtını və normal çıxış alınması üçün 
lazım  olan  temperatur  şəraitini  təyin  etmək  məqsədilə  yanvar- 
aprel  aylarında  səpin  aparmışlar.  Aparılan  tədqiqatlardan 
müəyyən edilmişdir ki, standart əkin materialı kimi may ayında 
açıq  sahəyə  şitil  çıxarılması  məqsədi  ilə  səpin  yanvarın  20-nə 
kimi  aparılmalıdır.  Belə  səpin  üçün  temperaturun  18  -  25 
0

olması daha yaxşı nəticə vermişdir (52). 
C. D. Mirzəliyev (53) apardığı tədqiqata əsasən göstərir ki, 
həna  toxumları  fevral  -  mart  aylarında  18 
0
C  -dən  yüksək 
temperaturda  səpildikdə  80  -  86  %  cücərti  verir.  Müəllif  qeyd 
edir  ki,  həna  toxumlarını  avqust  ayında  istixana  şəraitində 
səpmək  daha  yaxşı  nəticə  verir.  Belə  olduqda  gələn  il  üçün 
həna şitilləri odunlaşmış olur. 
Həna toxumlarını istixana şəraitində avqust ayında səpərək 
şitillərə  gələn  ilin  may  ayına  kimi,  yəni  10  ay  müddətində 
qapalı  şəraitdə  aqrotexniki  qulluq  göstərilməsi  o  qədər  də 
əlverişli  deyil.  Eyni  zamanda,  bu  müddət  ərzində  şitillərin 
əksəriyyəti  çürüyür.  Тədqiqatlar  göstərmişdir  ki,  fevral  ayında 
istixana  şəraitində  normal  sıxlıqda  toxum  səpildikdə  alınan 
şitillər may ayına kimi standart hala düşür və odunlaşmış olur 
(17).  V.  P.  Bukin,  Т.  M.  Sadiqov  (79)  hənanın  çoxaldıl-
masından  bəhs  edərək  göstərirlər  ki,  istixana  şəraitindən 
yığılmış  həna  toxumları  optimal  temperaturda  (25  -  30 
0
C)  və 
0,0  sm  dərinlikdə  88,7  %  cücərmə  qabiliyyətinə  malikdir. 
Müəlliflər  qeyd  edirlər  ki,  həna  toxumlarının  cücərmə 
qabiliyyəti  və  cücərmə  enerjisi  onların  5  -  6  il  saxlanma 
müddətindindən asılı deyil (89; 56; 57). 
Lakin,  sonrakı  tədqiqatçılar  göstərirlər  ki,  həna  toxumları 
0,0  səpin  dərinliyində  yüksək  cücərmə  qabiliyyətinə  malik 

 
35
 
 
olsalar  da  bitkinin  sonrakı
 
normal  inkişafı  üçün  əlverişli 
deyildir.  Belə  cücərtilərin  kök  boğazının  torpaqla  əhatə 
olunmaması nəticəsində suvarılan zaman cücərtilərin köklərinin 
yuyulmasına, çürüməsinə və məhv olmasına səbəb olur (17). 
  Тəbabətdə, kosmetikada, yüngül sənayedə və xalçaçılıqda 
böyük 
əhəmiyyət kəsb edən həna bitkisinin hərtərəfli öyrənilməsi işinə 
alimlərimiz  son  illərdə  də  maraq  göstərmişlər.  C.  Ş. 
Məmmədov  (109;  110)  Abşeron  şəraitində  həna  bitkisinin 
makro  və  mikro  elementlərlə  qidalanmasını,  Т.  M.  Sadiqov 
(133)  Naxçıvan  MR  şəraitində  həna  bitkisinin  mineral  və  üzvi 
gübrələrə tələbatını öyrənmişdir. 
 Yuxarıda deyilənlərdən  aydın olur ki, həna bitkisi ilə hələ 
qədim  zamanlardan  tanış  olan  insanlar  bu  bitkinin  əkilib  
becərilmə  üsulları  ilə  kifayət  qədər  maraqlanmamış  və  onları  
hazır   şəkildə   əldə   etməklə kifayətlənmişlər.  
1935  -  ci  ildən  sonra  Azərbaycan  alimləri  bu  bitkinin 
toxumlarını  əldə  etmiş  və  onların  mədəni  şəraitdə 
becərilməsinə cəhd etmişlər. Demək olar ki, 1970 - ci ilə qədər 
həna  toxumlarından  normal  bitkilər,  alınması  çox  çətinliklər 
törətmişdir.  
1960  -  1970  - ci illərdən sonra  həna  bitkisinin becərilməsi 
ilə məşğul olmuş Azərbaycan alimlərinin tədqiqatları haqqında 
yuxarıda  ətraflı  məlumat  verdik.  Bu  məlumatlardan  da  aydın 
olur  ki,  həna  bitkisinin  toxumlarının  bioloji  xüsusiyyətləri, 
səpin  norması,  üsulu,  toxumaların  basdırılma  dərinliyi  və  s. 
məsələlər  yetərincə  öyrənilməmiş,  saxlanma  müddətindən, 
toplandığı  yarusdan  (mərtəbədən),  becərilmə  şəraitindən  və  s. 
asılı olaraq bu toxumların səpin keyfiyyətinin necə dəyişilməsi 
məsələləri  bu  günə  qədər  diqqətdən  kənarda  qalmışdır.  Həna 
cücərtilərinin  morfoloji  xüsusiyyətləri,  çiçəkləmə  biologiyası 
və  meyvəvermə  xüsusiyyətləri  barəsində  tədqiqat  işləri  yox 
dərəcəsindədir.
 
Həna bitkisinin  vegetativ  çoxaldılması  üsulları, 
səpin  -  əkin  sxemləri,  biçin  üsulları,  biçin  vaxtlarından  asılı 

 
36
 
 
olaraq  yarpaq  məhsuldarlığı  və  bu  məhsuldarlığı  artırmaq 
yolları, eləcə də toxum məhsuldarlığı məsələləri və s. tədqiqat-
lardankənarda qalmışdır. 
Bunları  nəzərə  alaraq  həna  bitkisi  üzərində  tədqiqat  işləri 
aparıbgöstərilən məsələləri öyrənməyi   qarşımıza məqsəd qoy-
duq. 
Onu 
da 
qeyd 
edək  ki, 
ayrı-ayrı 
adamlar  və  çox  təs-
süf  ki,  bəzi  hallarda 
alimlər  belə  bu  qiy-
mətli  bitkilər  haq-
qında  səthi  biliyə 
malikdirlər. 
Hətta 
əsas  saç  rəngləyicisi 
olan  həna  tozunun 
bitkidən  yox,  torpaq-
dan hazırlandığını id-
dia  edənlərə  də  rast 
gəlinir.  Ona  görə  də 
bu 
fəsildə 
həna 
bitkisinin 
ümumi 
görünüşünü  də  ver-
məyi məsləhət bildik (şəkil 2.1). 
 
 
 
 
 
 
 
 
Şəkil 2. 1. Həna (Lawsonia inermis L.) 
bitkisinin ümumi görünüşü 

 
37
 
 
III FƏSİL. HƏNA BİTKİSİNİN AQROBİOLOJİ  
XÜSUSİYYƏТLƏRİ 
3. 1. Müxtəlif şəraitdə yetişdirilən həna toxumlarının 
laboratoriya cücərmə enerjisi və cücərmə qabiliyyəti 
Cücərmə enerjisi və cücərmə qabiliyyəti toxumların bioloji 
xüsusiyyətlərini  və  təsərrüfat  yararlılığını  göstərən  ən  mühüm 
amillərdən biridir (106). 
Həna 
toxumlarının  laboratoriya  şəraitində  cücərmə 
enerjisini və cücərmə qabiliyyətini yoxlamaq məqsədi ilə geniş 
temperatur  diapazonunda  təcrübə  aparılmışdır.  Тoxumların 
cücərmə  enerjisi  normal  toxumların  çüçərməsini  təmin  edən 
minimal  vaxt  (3  gün)  ərzində  cücərən  toxumların  miqdarı  ilə 
hesablanmışdır.  Toxumların  cücərmə  qabiliyyəti  isə  bütün 
normal  toxumların  cücərməsi  üçün  kifayət  edən  vaxt  (7  gün) 
ərzində təyin edilmişdir. Təcrübələr göstərdi ki, 10 
0
C (havada) 
temperatur  həna  toxumlarının  cücərməsi  üçün  ən  aşağı  həddir. 
Optimal  temperaturda  həna  (25 
0
C)  toxumlarında  üçüncü  gün 
cücərmə  müşahidə  edilir.  Cücərmənin  üçüncü  günündə 
toxumlar  ən  yüksək  cücərmə  enerjisinə  malik  olur.  40  -  45 
0

temperaturda  hər  iki  bitki  toxumlarında  cücərmə  qabiliyyəti 
azalır.  50 
0
C  temperatur  isə  həna  və  toxumlarının  cücərməsi 
üçün  ən  kəskin  həddir.  Ayrıayrı  şəraitlərdən  toplanmış  həna 
toxumlarının  cücərmə  enerjisi  və  cücərmə  qabiliyyətlərinin 
optimal  temperaturda  necə  dəyişildiyinə  diqqət  yönəltməyi 
lazım bildik. 
1991-1993  -
 
cü  illərdə  müxtəlif  torpaq  -  iqlim  şəraitində 
becərilən   həna   bitkilərindən  yığılan toxumların laboratoriya 
cücərmə  enerjisi  və  cücərmə  qabiliyyətlərinə  dair  tədqiqat-
larımızın nəticələri cədvəl 3. 1- də verilmişdir. 
Cədvəldən  göründüyü  kimi  optimal  temperaturda  müxtəlif 
şəraitdə  becərilən  bitkilərdən  alınan  toxumların  laboratoriya 
cücərmə enerjisi və cücərmə qabiliyyəti fərqlənir. 
 

 
38
 
 
Cədvəl 3. 1 
 
Müxtəlif şəraitdə yetişdirilən həna toxumlarının 
laboratoriyada cücərmə enerjisi və cücərmə qabiliyyəti, faizlə 
 
Тoxumun 
yığıldığı 
yer 
Cücərmə  enerjisi 
Cücərmə   qabiliyyəti 
1991 
1992 
1993 
Orta 
1991 
1992 
1993 
Orta 
   Şirvan 
86,3 
88,5 
89,4 
88,0 
90,2 
92,3 
94,7 
92,4 
Gəncə - 
Qazax 
79,4 
81,3 
82,5 
81,0 
83,7 
85,4 
86,2 
85,1 
İstixana 
şəraiti 
90,9 
93,7 
94,8 
93,1 
94,5 
96,2 
97,3 
96,0 
 
Şirvan  bölgəsində  becərilmiş  həna  bitkilərindən  yığılmış 
toxumların  laboratoriyada  cücərmə    enerjisi  tədqiqat  illərində 
orta hesabla 88,0 %, cücərmə qabiliyyəti isə 92,4 % olmuşdur. 
Gəncə  -  Qazax  bölgəsində  becərilmiş  həna  bitkilərindən  yığıl-
mış toxumların isə laboratoriyada cücərmə enerjisi orta hesabla 
81,0  %,  cücərmə  qabiliyyəti  isə  85,1  %  olmuşdur.  İstixanada 
becərilmiş  həna  bitkilərindən  yığılmış  toxumların  laboratoriya 
cücərmə  enerjisi  93,1%,  cücərmə  qabiliyyəti  isə  96,0  %  təşkil 
etmişdir. 

 
39
 
 
Gəncə - Qazax bölgəsi şəraitində becərilən həna bitkilərin-
dən yığılan toxumların cücərmə enerjisi və cücərmə qabiliyyəti 
Şirvan bölgəsindən yığılmış həna toxumlarına nisbətən 7,0 - 7,3 
% aşağı olmuşdur. 
Gəncə  -  Qazax  bölgəsindən  yığılmış  həna  toxumlarının 
laboratoriya  şəraitində  cücərmə  enerjisinin  və  cücərmə 
qabiliyyətinin  Şirvan  bölgəsindən  yıqılmış  həna  toxumlarının 
müvafiq göstəricilərinə nisbətən aşağı olmasının əsas səbəbi bu 
bölgələrin iqlim şəraitlərinin fərqli olması ilə əlaqədardır. Belə 
ki,  Şirvan  bölgəsində  toxumların  tam  yetişməsi  üçün  əsas 
şərtlərdən  biri  olan  effektiv  temperaturun  miqdarı  (4400 
0
C) 
Gəncə  -  Qazax  bölgəsinə  (3800  -  4200 
0
C)  nisbətən  çox 
olduğundan  burada  becərilən  həna  bitkilərinin  toxumları  daha 
yaxşı  yetişir  ki,  buda  onların  cücərmə  enerjisi  və  cücərmə 
qabiliyyətinə öz təsirini göstərir. 
İstixana  şəraitində  becərilmiş  həna  bitkilərindən  yığılmış 
toxumların  laboratoriya  cücərmə  enerjisi  və  cücərmə 
qabiliyyətinin  yüksək  olmasının  əsas  səbəbi  istixanadakı 
şəraitlə bağlıdır. İstixanada olan yüksək temperatur (40 - 45 
0
C) 
və rütubət (80 - 85 %) noyabr ayına kimi həna bitkiləri üzərin-
dəki toxumların tam yetişməsini təmin edir. 
Тədqiqatlarımız  həm  də  onu  bir  daha  təsdiqlədi  ki, 
Azərbaycanın  Gəncə  -  Qazax  və  Şirvan  bölgələrinə  intro-
duksiya  edilmiş  həna  bitkiləri  yerli  şəraitə  uyğunlaşdıqca  bu 
bitkilərdən  toplanmış  təzə  toxumların  cücərmə  enerjisi  və 
cücərmə qabiliyyəti hər il 2,5 -3,0 % artır.  
Müxtəlif şəraitlərdə yetişdirilən həna toxumlarının cücərmə 
enerjisi  və  cücərmə  qabiliyyətinin  öyrənilməsindən  belə 
nəticəyə  gəlmək olar ki,  həna  toxumlarının  laboratoriya cücər-
mə  enerjisi  və  cücərmə  qabiliyyəti  Gəncə  -  Qazax  bölgəsində 
Şirvan  bölgəsinə  nisbətən  aşağıdır.  İstixanadan  yığılmış  həna 
toxumları  açıq  şəraitdən  yığılmış  toxumlara  nisbətən  hər  iki 
bölgədə daha yüksək cücərmə enerjisi və cücərmə qabiliyyətinə 
malik olmuşlar.   

 
40
 
 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin