PORTAĞAL
Portağal sədokimilər fəsiləsindəndir. Azərbaycanda
becərilən əsas sitrus meyvələrindəndir. Portağalın qabığının
rəngi sarımtıl-narıncı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif
lifli və ətirli olur. Karolyok sortlu portağalın ətli hissəsi
qırmızı-yaqut rəngində olur.
Portağalın tərkibində efir yağlarının faizlə miqdarı onların
ayrı-ayrı hissələrində müxtəlif olur. Yerli sort portağalın
qabığında 2,4%, ətli hissəsində 0,24%, efir yağları olur.
Portağalın tərkibində şəkər, çoxlu miqdarda pektin
maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağ-
ları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplan-
mışdır.
Portağalın tərkibində vitaminlərdən C, P, B
1
, B
2
, PP və
karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən
daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 33-62 mq%
olduğu halda, qabıq hissədə 121-175 mq%-dir.
26
Portağalın qabığında 490 mq% P vitamini vardır. Azotlu
maddələrin miqdarı 1%-ə qədər təşkil edir.
Təzə dərilmiş meyvəsinin lətində və ya ondan alınan
ş
irədə 70%-ə qədər şəkər, 5-6%-ə qədər limon, alma turşuları
və başqa üzvi turşular, pektin maddəsi, mineral duzlar, boyayıcı
maddələr, C, B
1
, B
2
vitaminləri və karotin vardır. Buna görə də,
portağalın şirəsi avitaminoz xəstəliklərinin müalicəsində çox
faydalıdır.
Portağalın tərkibində kalium və C vitamini çox
olduğundan
hipertoniyada,
aterosklerozda,
qaraciyər
xəstəliyində, piylənmədə və podaqrada istifadə etməyə imkan
verir.
ÜZÜM
Üzüm fəsiləsinin üzüm cinsindəndir. Üzüm cinsinin 70
növündən ikisi Azərbaycanda bitir. Bunlardan meşə və Amur
üzümü daha geniş yayılmışdır.
Meşə üzümünün tərkibində 10-13% şəkər, 1,2-2%-ə
qədər üzvi turşu vardır. Şirəsinin çıxarı 54%-dir. Tumunda 8-
20% yeməyə yararlı yağ olur. Qovurduqda qəhvə əvəzedicisi
kimi istifadə edilir. Meşə üzümü təzə halda yeyilir, ondan şirə,
şə
rab, nastoyka, sirkə, kisel, kompot, mürəbbə və sərinləşdirici
içkilər hazırlanır. Meşə üzümü qurudulur, bəzən qışa saxlamaq
üçün şorabaya da qoyulur.
Üzüm giləsi və onun şirəsi ürək-damar sistemi
xəstəliklərində, tənəffüs yolları, mədə-bağırsaq, qaraciyər,
böyrək xəstəliklərində çox xeyirlidir.
Üzümdən hazırlanan bəkməz və ya doşab qanazlığında,
ümumi zəiflikdə çox faydalı qüvvətverici vasitədir.
Üzüm təzə halda, qurudulmuş, üzüm şirəsi və must
şə
klində istifadə olunur, eləcə də ondan kompot, doşab, abqora
və digər spirtsiz içkilər hazırlanır. Bu məhsulların həm pəhriz
və müalicəvi əhəmiyyəti var, həm də qidalı yeyinti məhsulu ol-
27
maqla uşaqların, qocaların və zəif düşmüşlərin qidalanmasında
istifadə olunur.
Təzə üzüm şirəsinin tərkibində 0,5-0,8% sərbəst üzvi
turşular, pektin və zülal maddələri, A, C, P, B
1
, B
2
və digər
vitaminlər, lesitinlər, az miqdarda efir yağı, mineral maddələr,
boya maddələri və bioloji fəal maddələr vardır. Üzümün tərki-
bində olan qlükoza damarları genişləndirərək, ürək əzələsinin
fəaliyyətini yaxşılaşdırır, onun qidalanmasını artırmaq hesabına
qan təzyiqini qaldırır. Nəticədə qan dövranı normallaşır, qanda
hemoqlobinin faizi artır, hüceyrələrin oksigenlə təmin olunması
güclənir, əzələlərin fəaliyyəti yaxşılaşır. Üzümdəki üzvi tur-
ş
ular mədənin fəaliyyətini yaxşılaşdırır, mədədə xlorid turşu-
sunun ifrazını azaldır, buna müvafiq olaraq öd axarı əzələlə-
rinin tonusunun yaxşılaşması nəticəsində ödün ifrazı artır.
Üzüm fiziki yorğunluq, qanazlığı, qan itkisi və ümumi zəiflik
zamanı ürəyin fəaliyyətini bərpa etmək üçün əvəzsiz qida məh-
suludur (10,11,14).
Ə
T RL -ƏDV YYƏL B TK LƏR
Ə
tirli-ədviyyəli bitkilərdən milli şərbətlərin, spirtsiz
içkilərin və ətirləndirilmiş çayların hazırlanmasında istifadə
olunur. Bu bitkilərdən dəmləmə formasında, onlardan alınan
ekstraktlar və su buxarı ilə qovulmasından alınan
distillyatlardan (məs. gülab) istifadə edilir. Aşağıda şərbətlərin
və digər spirtsiz içkilərin hazırlanmasında istifadə olunan ətirli-
ə
dviyyəli bitkilərin qısa səciyyəsi verilir (10,15,18).
BOYMADƏRƏN haqqında kitabın VI fəslində (“Ovşa-
la” şərbətinin hazırlanması üzrə “Texnoloji Təlimat”-da) geniş
məlumat verilir (səh.179).
CÖKƏ
Cökə fəsiləsinə aid yabanı halda bitən 25 m-ə qədər
hündürlükdə ağacdır. 50 növ kol və ağacdan Azərbaycanda
yetişəni, əsasən Qafqaz cökəsi adlanır.
28
Cökənin çiçəklərində 0,1-0,3% xoşagələn efir yağı, onun
da tərkibində farnezol (C
15
H
26
O) maddəsi vardır. Likör-araq
sənayesində istifadə edilir. Cökə çiçəklərində gesperidin
(C
28
H
50
O
15
) və tiliasin tipli flavon qlükozidləri, aşı maddələri,
karotin və C vitamini, saponin, üzvi turşular və s. maddələr,
toxum ləpəsində isə 58% yağ var.
Cökə yarpaqlarında 131,5 mq%, çiçəyində isə 31,6 mq%
C vitamini vardır. Yaz vaxtı təzə cökə yarpaqlarından cökə
dolması bişirilir. Cökə çiçəkləri çay əvəzedicisi kimi də istifadə
edilir.Cökə çayının tərlədici və hərarətsalıcı kimi gözəl xassəsi
vardır.Qədim vaxtdan bəri cökənin iyun və iyul aylarında
toplanmış və qurudulmuş çiçəklərindən xalq təbabətində
dəmləmə kimi bir çox xəstəliklərin müalicəsində istifadə
edirlər.
DAĞNANƏS
Dağnanəsi dodaqçiçəklilər fəsiləsindən olan birillik ot
bitkisidir. 30 növündən Azərbaycanda 13 növünə təsadüf edilir.
Dağnanəsinin çiçək açmamışdan dərilən yarpaqları əd-
viyyə kimi istifadə edilir. Olduqca ətirli və xoş tamlıdır. Tər-
kibində 1%-ə qədər efir yağı, onun isə tərkibində timol, fenol,
karvakrol, pinen
vardır. Təzə yarpaqlarında 50 mq% askorbin
turşusu, 9 mq% karotin, 40 mq% rutin vardır. Dadı istiot dadına
oxşar olub ədviyyə qatışıqlarında istiotu əvəz edir. Efir yağının
ə
sas hissəsini karvakrol təşkil edir.
Dağnanəsindən likör-araq sənayesində, spirtsiz içkilərin
hazırlanmasında, ətriyyat və təbabətdə istifadə olunur.
DARÇIN
Darçın dəfnə fəsiləsinə aid olan həmişəyaşıl tropik darçın
ağacının cavan budaqlarından soyulmuş və qurudulmuş qabıq-
dan ibarətdir.
29
Darçının xoş ətri və nisbətən tünd tamı, tərkibindəki
darçın aldehidinin
(C
9
H
8
O) olması ilə izah edilir ki, bu aldehid
darçındakı efir yağlarının 70-98%-ni təşkil edir. Bundan əlavə,
efir yağlarında 4-10% evgenol,
α
- pinen, kariofilen, fellandren
və qeyri-birləşmələr vardır. Darçın bitkisinin növündən,
becərildiyi rayondan və hazırlanma üsulundan asılı olaraq 4
növə ayrılır: Seylon darçını, Çin darçını, Sayqon darçını, Baton
və Maloy darçını. Bunlardan Çin və Seylon darçını yüksək
keyfiyyətliliyi ilə fərqlənir. Ona görə də respublikamıza yalnız
Seylon və Çin darçını gətirilir.
Darçın iki müxtəliflikdə satışa buraxılır: boruşəkilli
darçın qabığı və üyüdülmüş darçın tozu.
Nəmliyi 13,5%-dən (üyüdülmüşdə 12,5%-dən), ümumi
külü 5,8%-dən çox, efir yağı 0,5%-dən az olmamalıdır.
Darçının tərkibində 2-3,5% efir yağı vardır. Darçının
xoşagələn iyi və şirintəhər dadı ondan kulinariyada və qənnadı
sənayesində geniş miqyasda istifadə olunmasını təmin edir.
Milli mətbəximizdə darçın çox geniş miqyasda istifadə
olunur. Darçınlı çay və ayrıca darçın dəmləməsindən xalq
arasında istifadə olunur.
Darçın iştahanı artırır, bağırsaqların yüksək peristalti-
kasını nizamlayır, köpün əmələ gəlməsini azaldır, mədə və
bağırsaqlardakı ağrıları sakitləşdirir.
Darçın bakteriyalara və viruslara qarşı təsirə də malikdir.
Darçın cövhəri qripə qarşı vasitə kimi tətbiq olunur.
GÜLXƏTM
Gülxətmi əməköməci fəsiləsindən olan çoxillik ot
bitkisidir. 1-1,5 m hündürlükdə qol-budaqlı gövdəsi vardır.
Azərbaycanın bir çox rayonlarında aptek gülxətminə təsadüf
olunur.
Gülxətmi kökündə 35%-ə qədər selikli maddə vardır. Bu
parçalandıqda qalaktoza, qlükoza, arabinoza, ramnoza alınır.
30
Kökündə 37%-ə qədər nişasta, 10,2% şəkər, 2% asparagin, 4%
betain, 1,7% yağ, o cümlədən lesitin, fitosterin, 11-16% pektin
maddəsi və vitaminlər vardır. Çiçəklərində pişikotunun ətrini
xatırladan turşular olan efir yağı vardır. Yarpaqlarında selikli
maddə, karotin, askorbin turşusu və efir yağının izi vardır.
Xalq təbabətində gülxətminin ən çox çiçəklərindən
istifadə edilir. Çiçəklərini tam açılan vaxt yığır və kölgəli, quru
havalı yerdə qurudurlar. Sonra bu çiçəklərdən çay dəmləyib bir
sıra xəstəliklərin müalicəsində – soyuqdəymədə sinəyumşaldıcı
kimi, sidik yollarının iltihabını aradan qaldırıcı kimi, eləcə də
mədə-bağırsaq xəstəliklərində iltihaba qarşı tətbiq edilir.
Gülxətmi çiçəklərindən dəmləmə şəklində bəzi şərbətlərə və
milli içkilərə qatılır.
H L
Hil zəncəfil bitkiləri fəsiləsindən olan çoxillik kardamon
bitkisinin yetişməyən meyvəsinin qurudulmasından alınır. Hilin
ə
sas vətəni Hindistan sayılır.
Hil meyvəsi oval formada, uzunluğu 8-40 mm yaşılımtıl,
qəhvəyi rəngdə, ağardılmışı isə sarımtıl-ağ rəngdə olub daxi-
lində 9-18 ədəd qırmızımtıl-qonur rəngli, zəif yandırıcı xassəli,
xoş ətirli, büzüşmüş xırda toxumu olur. Qurudulmuş meyvənin
20-53%-ni qabıq, 47-80%-ni isə toxumu təşkil edir.
Hilin toxumunun tərkibində faizlə aşağıdakı maddələr
vardır: azotlu maddələr – 11-15; efir yağları – 3-5; yağ – 1-2;
karbohidratlar – 35-60; o cümlədən, şəkər – 0,5-0,8; nişasta –
30-50; pentozanlar – 4-7; pektin maddələri – 0,5; sellüloza –
11-19; mineral maddələr – 2-10. Hil toxumunda olan efir
yağlarının əsasını
α
- terpineol;
α
- limonen, sineol,
terpenilasetat
təşkil edir. Hil qozasının qabığında efir yağları
yox dərəcədə (0,1-0,7%), sellüloza isə çoxdur (28-31%).
Üyüdülmüş hil toxumundan unlu şirniyyatda, kulinariyada, kol-
basa məmulatları istehsalında istifadə olunur, hil bütöv meyvə
31
halında 10 q kütlədə karton qutularda satışa buraxılır. Nəmliyi
12%-ə, külü 10%-ə qədər, zədəli toxumlar 0,5%-ə qədər
olmalıdır.
Hil həzmi yaxşılaşdırır, ürəyi və mədəni möhkəmləndirir,
ə
hvali-ruhiyyəni yüksəldir. O eyni zamanda tər iyini aparır,
ağız qoxusunu ətirli edir. Hili mədə xəstəliyi, ürəkbulanma,
qaraciyər ağrısı, böyrək daşı xəstəliyi zamanı işlətmək xüsusi
ə
həmiyyətə malikdir. Hildən milli şərbətlərin hazırlanmasında
istifadə olunur.
KEŞN Ş TOXUMU
Keşniş çətirçiçəklilər fəsiləsinə mənsub olan birillik
bitkidir. kitoxumlu meyvəsi ədviyyə kimi, yaşıl təzə yarpaqları
isə ətirli tərəvəz kimi istifadə edilir.
Keşniş meyvələrində 1%-ə qədər efir yağı, 10%-ə qədər
piyli yağ və 10-16% zülal maddələri vardır. Keşniş meyvə-
lərindən efir yağını su buxarı vasitəsilə alırlar. Bu yağ rəngsiz
və bəzən sarımtıl rəngli maye olub, xoşagələn ətirli iyə və dada
malikdir. Onun başlıca tərkib hissəsi 70%-ə qədər olan linalool
spirtindən ibarətdir. Bundan başqa, keşniş yağının tərkibində
5%-ə qədər geraniol spirti və 20%-ə qədər terpen qruplu başqa
ə
tirli maddələr də vardır.
Keşniş toxumunun rəngi sarı, sarı-boz, qoxusu isə xoş
ə
tirli olur. Nəmliyi 13%, külü 7%-ə qədərdir. Əmtəəlik keşniş
toxumunun tərkibində efir yağı 0,5%-dən az olmamalıdır. Zibil
qatışığı 3%, efir yağlı bitkilərin toxumlarının qatışığı 6%, xır-
dalanmış meyvənin miqdarı 10%-dən və yetişməmişlərin miq-
darı 10%-dən çox olmamalıdır.
Keşniş toxumundan çörəkçilikdə, unlu qənnadı məmulatı
istehsalında, likör-araq sənayesində, pendir, kolbasa və
şə
rbətlərin istehsalında istifadə edilir. Keşniş efir yağından
tütünü ətirləndirmək üçün və təbabətdə də istifadə edilir.
32
Keşniş yağı və meyvəsi iştahaartırıcı dərman kimi Dövlət
Farmakopeyasına daxil edilmişdir.
Keşniş toxumu yalnız ətirli-ədviyyəli tamlı qatma deyil,
həm də qidanı vitaminləşdirən vasitə kimi də xeyirlidir.
Müəyyən olunmuşdur ki, keşniş efir yağı orqanizmdə
ödqovucu, ağrıkəsici, antiseptik, yarasağaldıcı, babasilə qarşı
və həzm vəzilərinin fəaliyyətini yaxşılaşdırıcı vasitə kimi
ə
həmiyyətlidir.
KƏKL KOTU
Kəklikotu (kəkotu) dodaqçiçəklilər fəsiləsinin yerlə
sürünən gövdəyə malik kol bitkisidir. 400-ə qədər növündən
Azərbaycanın müxtəlif rayonlarında 20 növünə təsadüf edilir.
Kəklikotunun yerüstü hissəsində 0,5-1%-ə qədər efir yağı
olur. Bu yağın da tərkibində 1-3%-ə qədər timol, karvakrol,
borneol
və terpinen adlı ətirli maddələr vardır. Kəklikotu efir
yağının əsas hissəsini simol təşkil edir. Tərkibində aşı maddəsi,
kamedlər, flavonoidlər, ursol və oleanol turşusu vardır.
Qurudulmuş kəklikotu toz halında az miqdarda ət və tərə-
vəz şorbalarına, bir qədər çox miqdarda isə balıq xörəklərinə
qatılır.
Təbabətdə kəklikotundan mədə-bağırsaq xəstəliklərində,
tənəffüs yollarının iltihabında, diş ağrılarında, dezinfek-
siyaedici, eləcə də qurdsalıcı dərman kimi geniş istifadə olunur.
Xalq təbabətində kəklikotu dəmləməsini qidanın həzmini
yaxşılaşdıran və bağırsaqlarda yaranan köp zamanı yeməkdən
qabaq qəbul edirlər. Azərbaycanda kəklikotu ilə çay dəmləmək
geniş yayılmışdır.
QIZILGÜL, ondan hazırlanan gül suyu və gülab
haqqında kitabın VI fəslində (“Ovşala” şərbətinin hazırlanması
üzrə “Texnoloji Təlimat”-da) geniş məlumat verilir (səh.177).
33
NANƏ
Nanə dodaqçiçəklilər fəsiləsindən çoxillik bitkidir. Nanə-
nin bütün hissələri, xüsusən yerüstü hissəsi xoşagələn ətirli iyə
malikdir. Respublikamızın bütün rayonlarında becərilir.
Nanənin təzə və qurudulmuş yarpaqları yeyinti sənaye-
sinin müxtəlif sahələrində və kulinariyada istifadə edilir.
Nanədən alınan efir yağı müxtəlif içkilərin ətirləndirilməsində,
qənnadı, likör-araq sənayesində, balıq sənayesində, tütünün
souslaşdırılmasında işlədilir. Qənnadı sənayesində nanəli kara-
mel istehsalında daha çox istifadə edilir.
Nanə efir yağının əsas tərkib hissəsi olan mentoldan
təbabətdə istifadə olunur. Nanənin yarpaqlarında və çiçək
tumurcuqlarında 0,8-3,5% efir yağı (yarpaqlarında 2,4-2,7%,
hamaş çiçəyində 4-6%, zoğlarında isə 0,1-0,3%) vardır. Ən çox
yağ bitkinin çiçəkləməyə başladığı dövrdə olur. Bu zaman efir
yağının miqdarı 8,6%-ə çatır və su buxarı ilə qovduqda əsas
miqdarı ayrılır. Efir yağının əsas komponentləri mentol (41-
70%) və menton-dur (16-18%), həmçinin, tərkibində
β
-pinen,
α
-fellandren,
mentol-asetat
və pulogen vardır. Təzə
yarpaqlarında 12 mq% karotin və P vitamini var. Odur ki,
nanədən kulinariyada istifadə etmək fizioloji cəhətdən
faydalıdır.
Elmi əsasda öyrənilib müəyyən edilmişdir ki, əkilən
nanənin tərkibində bir sıra vacib üzvi maddələr vardır ki, onlar
orqanizmdə maddələr mübadiləsini normallaşdırır, mədə-
bağırsaqlarda əmələ gələn spazmı və köpməni aradan qaldırır,
həzm prosesinin fəaliyyətini artırır. Bundan əlavə, əkilən nanə
böyrək və sidik yollarını dezinfeksiya edir, beyində olan tıxac-
ları açır, qan damarlarını təmizləyir, qusmanı, ürəkbulanmanı
dəf edir və ürək-damar sisteminin fəaliyyətini artırır. Odur ki,
nanədən xörəklərimizdə geniş istifadə etmək son dərəcə
faydalıdır.
Nanədən iskəncəbi şərbəti hazırlanır.
34
REYHAN
Reyhan dodaqçiçəklilər fəsiləsindən olub, birillik ot
bitkisidir. Vətəni Hindistan və randır. Zaqafqaziya respub-
likalarında, o cümlədən Azərbaycanda becərilir.
Reyhan çox ətirli və xoş dadlı olduğundan, əsasən əd-
viyyəli göyərti kimi həm də souslara, salatlara və duru xörək-
lərə dad və ətir vermək üçün işlədilir. Reyhan pomidordan,
xiyardan hazırlanmış salat üçün əsas ətir və dadverici göyərti
hesab olunur. Reyhan qarın və böyrək xəstəliklərinin profilak-
tikasında da tətbiq edilir. Quru yarpaqlarından hazırlanmış toz,
ə
sasən xaricdən alınan istiotların əvəzedicisi kimi, istiotlu
qatışıqların tərkibinə daxil edilir.
Reyhanın yarpaq və çiçəklərində 0,03-1,6%, yaşıl
yarpaqlarında isə 0,04-0,52% efir yağı vardır. Ən çox efir yağı
tam çiçəkləmiş bitkidən hasil edilir. Efir yağının əsas
komponentləri evgenol (7,8%), metilxavikol, linalool, kamfora
və osimendən ibarətdir. Toxumların tərkibində 11,6-19% piyə-
bənzər yağ da vardır.
Efir yağından başqa reyhanın yarpaqlarında 16,3% azotlu
maddə, 4,73% yağ, 12,6% sellüloza, vitaminlər, aşı və boya
maddələri vardır. Reyhanda olan boya maddələri – xlorofil,
flavonlar, karotin tibbi cəhətdən çox faydalıdır. Bu maddələrin
qanazlığında, mədə-bağırsaq xəstəliklərində, avitaminozda çox
gözəl müalicəvi təsiri var. Qida ilə qəbul olunmuş reyhan mad-
dələr mübadiləsini yaxşılaşdırır, qidanın həzmini asanlaşdırır.
Ona görə də reyhandan gündəlik qidamızda istifadə olunma-
sının böyük əhəmiyyəti vardır.
Azərbaycan şərbətləri içərisində «Reyhan şərbəti» xüsusi
yer tutur və plov yanında süfrəyə verilir.
35
SƏHLƏB
Səhləb fəsiləsindən çoxillik bitkidir. Azərbaycanda
səhləb bitkisinin 21 növünə rast gəlinir. Azərbaycanın
dağlarında, xüsusən Böyük Qafqazda bitir.
Dərman məqsədilə səhləbin yeraltı kök yumrularını bitki
çiçək açan vaxt toplayır, əvvəlcə soyuq su ilə təmiz yuyur,
sonra ipə düzür, qaynar suyun içərisində 5-10 dəq. saxlayırlar
(qaynar suda saxlamaqda məqsəd cücərmənin qarşısını
almaqdır). Sonra onu günəş altında qurudurlar. Bu qayda ilə
qurudulmuş səhləbi xüsusi torbalara doldurub satışa gön-
dərirlər.
Səhləb son dərəcə faydalı, zəngin qidalı bitkidir. Onun
tərkibində 50%-ə qədər selik maddəsi, 27%-ə qədər ni-
ş
asta, 13%-ə qədər dekstrin, 11%-ə qədər şəkər, 5% zülali
maddə, mineral duzlar, az miqdarda qatran və alkaloidlər
vardır.
Səhləbdən xalq təbabətində soyuqdəymələrdən baş verən
tənəffüs yolunun iltihabında sinəyumşaldıcı, eləcə də xroniki
mədə-bağırsaq xəstəliklərində yarasağaldıcı, malyariyada isə
ürək yanğısını azaldıcı vasitə kimi çox qədim vaxtdan bəri
istifadə olunur.
Azərbaycanda, ümumiyyətlə, şərqdə bu bitkidən
susuzluğu aradan qaldırmaq məqsədilə sərinləşdirici içkilər
hazırlanır.
SUMAQ
Sumaq fəsiləsinin sumaq cinsinə aid 2-3 m hündürlükdə
qollu-budaqlı gövdəyə malik kol bitkisidir. 250-ə qədər kol və
ağac növləri məlumdur.
Meyvələrinin dadı büzüşdürücü və turşdur. Sumağın turş
dadı onun tərkibindəki şərab və alma turşusundan irəli gəlir.
Kulinariyada istifadə olunan tozvarı sumax çox da iri olmayan
36
sumax
kolunun
meyvələrinin
qurudulub
toz
halına
salınmasından əldə edilir. Onun meyvələri çox turş olduğundan
bəzən sirkə ağacı adlanır. Sumaq bitkisinin yarpaqlarında 13-
25%-ə qədər aşı maddəsi – ramnozidmiristin flavanoidləri
vardır.
Dadı turş və büzüşdürücüdür. Meyvələri qurudulub
poroşok halına salındıqdan sonra ət və balıq xörəklərində tamlı
qatqı kimi işlədilir. Sumaq ya isti emal zamanı xörəyə qatılır,
ya da nəlbəkidə hazır xörəyin yanına qoyulur. Tikəkabab,
lüləkabab, qızardılmış ət, ət qutabı yanında süfrəyə verilir.
Sumağın turş dadı onun tərkibindəki şərab turşusundan irəli
gəlir. Sumağın tərkibində 112 mq% C vitamini, həmçinin,
karotin, aşı və boya maddələri vardır.
Xalq
təbabətində
sumağın
yarpaqlarından
və
meyvəsindən çay kimi dəmləmə şəklində, spirtli damcı
formasında mədə-bağırsaq xəstəliklərində ishala və qanlı ishala
qarşı istifadə olunur. Sumaqdan sumaq şərbəti də hazırlanır.
TƏRXUN
Tərxun mürəkkəbçiçəklilər fəsiləsindən olan çoxillik ot
bitkisidir. Vətəni Şərqi Sibir və Monqolustandır. Tərxun
Azərbaycanda qəlyanaltı göyərti kimi geniş miqyasda becərilir
və istifadə edilir.
Bitkinin yerüstü hissəsi çox ətirli olub, efir yağı ilə
zəngindir. Yaşıl yarpaqlarda 0,1-0,4%, qurudulmuş yarpaqlarda
isə 0,25-0,8% efir yağı vardır. Tərxunun əsas xüsusiyyəti ondan
ibarətdir ki, müxtəlif yerlərdə yetişən bitkinin tərkibindəki efir
yağının miqdarı da müxtəlif olur. Tərxun həm müxtəlif
yeməklərə qatılır və həm də təzə halda istifadə olunur.
Tərxundan qənnadı və likör-araq sənayesində də istifadə
edilir. «Tərxun» adlı spirtsiz desert içki tərxunun təbii ekstraktı
və ya süni immitasiyası əsasında hazırlanır.
37
Tərxun müqaviməti artırır, iştahgətirici, həzmi yaxşılaş-
dırıcı kimi istifadə edilir. Xalq təbabətində tərxundan hazırla-
nan cövhərdən damarların divarlarının möhkəmləndirilməsində,
diş qanaxmalarında və s.-də istifadə edilir.
Dostları ilə paylaş: |