Göstəricilərin adı
|
Norması
|
Quru maddələrin kütlə payı,%, ən azı;
|
7,8 - 8,9
|
Turşuluğu, 100 sm3 içkiyə 1mol/dm3qatılıqlı
natrium hidroksid məhlulu, sm3;
|
1,2-1,5
|
Karbon 4 oksidin kütlə payı, %, ən azı;
|
0,3
|
Sorbin turşusunun - E-200 - kütlə payı, %-lə;
|
0,06
|
Qeyd: Qazlaşdırılmamış “Ovşala” şərbətində karbon 4 oksidin kütlə payı təyin edilmir.
3.3 Xammala olan tələblər.
3.3.1 Ovşala şərbətinin hazırlanmasmda bütün çeşidlər üçün xammal komponentlərinin konkret siyahısı və onların nisbəti müəyyən qaydada təsdiq olunmuş resepturalarda təyin edilir.
3.3.2 Ovşala şərbətinin istehsalında aşağıdakı əsas xammallardan istifadə olunmalıdır:
-
QОST 21 və QОST 22 üzrə - şəkər tozu;
-
QОST 8050 üzrə karbon 4-oksid;
-
üzüm sirkəsi – QОST 52101-2003;
-
QОST 908 üzrə limon turşusu "ekstra" və əla növ;
-
QОST 2874 üzrə içməli su;
- qida ətirvericiləri (gülab, nanə, reyhan, bədmüşk, boymadərən bitkilərindən alınmış distilyatlar) qüvvədə olan normativ sənəd üzrə;
Qızıl gül (Роза - Rosa – QОST 18908:1-93);
Nanə (Мята – Menta Piperita L. - QОST 23768-94);
Reyhan (Базилик – Ocimum basilicum L. – QОST 53593-2009);
Boymadərən (Тысячелистник – Achillea millefolium L.– QОST 51074-2003);
-
qida boyaları (E-122 - “azorubin”, E-124 - “ponso 4P”- qüvvədə olan normativ sənəd üzrə;
-
konservantlar – sorbin turşusu E 200.
Azərbaycan Respublikasının ərazisində müəyyən olunmuş qaydada spirtsiz içkilərin istehsalında istifadəsinə yararlı olan yerli və xaricdən gəlmiş qida xammalı və qida əlavələri, keyfiyyəti bu texniki şərtlərdə qeyd olunan, normativ sənədlərdə göstərilən tələblərdən aşağı olmayan, digər köməkçi xammalın istifadəsinə icazə verilir.
Xammala olan tələblər alqı-satqı müqavilələrində, qüvvədə olan standartlara istinad edilməklə və ya müəyyən dəyərlərin göstərilməsi ilə təyin edilə bilər.
3.3.3 Ovşala şərbətinin istehsalında istifadə olunan xammalın təhlükəsizlik və mikrobioloji göstəriciləri Sanitariya qaydaları ilə müəyyən olunmuş yol verilən həddlərdən çox olmamalıdır.
3.3.4 Gigiyenik və uyğunluq sertifıkatı olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən icazə verilən, xaricdən alınan analoji xammal və materialların istifadəsinə icazə verilir.
3.4 Markalanma.
3.4.1. Ovşala şərbətinin hər bir qablaşdırma vahidinin istehlak qablaşdırmasına etiket vurulur və ya mətbəə üsulu ilə markalanır, markalanmanın tərkibi aşağıdakı məlumatları əks etdirməlidir:
- məhsulun adı, məhsulun çeşidi (olduqda), firma adı (olduqda) dırnaq arasında;
-
istehsalçının adı və yerləşdiyi yer (hüquqi ünvanı), əm-təə nişanı (olduqda);
-
xalis kütlə və (və ya) həcm;
- məhsulun tərkibi (inqrediyentlərin kütlə payının ardıcıl azalma sırası ilə, qida əlavələrinin, aromatizatorların və digər icazə verilən komponentlərin məcburi göstərilməsi ilə);
- 100 q məhsulun qida və enerji dəyəri;
-
istehsal tarixi;
-
yararlılıq müddəti;
-
saxlanma temperaturu;
- istehlak qablaşdırması açıldıqdan sonra məhsulun saxlanması haqqında tövsiyələr (tövsiyə olunan mətn – “sərin və qaranlıq yerdə saxlamalı”);
-
bu texniki şərtlərin işarəsi;
-
ştrixkod.
İstehsal tarixinin aydın, oxuna bilən istənilən formada qeyd edilməsinə icazə verilir.
Məlumat Azərbaycan dilində, əlavə olaraq isə sifarişçinin tələbi ilə başqa dillərdə də təqdim edilə bilər.
3.4.2 Nəqliyyat tarasının hər bir vahidinin üzərində məhsulu səciyyələndirən aşağıdakı məzmunda markalanma vurulmalıdır;
-
istehsalçının adı və yerləşdiyi yer (hüquqi ünvanı), əmtəə nişanı (olduqda)
-
məhsulun adı, məhsulun çeşidi (olduqda), fırma adı olduqda;
-
xalis çəki və qablaşdırma vahidinin ədəd sayı və ya yalnız ədəd sayı;
-
qablaşdırma vahidinin xalis kütləsi;
-
istehsal tarixi (gün, ay, il);
-
yararlılıq və son istifadə və yaxud saxlanma müddəti və saxlanma şərtləri;
-
sertifikatlaşdırma haqqında məlumat;
-
bu standartın işarəsi.
Markalanma mətbəə üsulu, kağız etiket və ya ştamp ilə bilavasitə karton qutu üzərində aydın oxuna bilən üsullar ilə vurulur.
3.4.3 Manipulyasiya işarələri "Günəş şüalarından qorunmalı","Kövrəkdir. Ehtiyatla", "Tez xarab olan yük", "Yuxarı" (ehtiyac olduqda) QОST 14192 üzrə
vurulur və nəqliyyat qablaşdırmasının üst-üstə maksimum yığım sayı da göstərilir.
3.4.4 İxrac edilən məhsulun markalanması xarici ticarət təşkilatının tələblərinə uyğun olaraq aparılır.
3.4.5 Nəqliyyat markalanması QОST 14192 üzrə aparılır. Nəqliyyat markalanmasına əlavə tələblər alqı- satqı müqaviləsinin şərtlərinin tələblərinə uyğun olmalıdır.
3.4.6 İstehlakçı istəyi və razılığı ilə ovşala şərbətlərinin
qablaşdırılmasında məlumatların azaldılmasına və sadələş-dirilməsinə yol verilir.
-
Qablaşdırma.
3.5.1 Ovşala şərbəti 0,1; 0,2; 0,25; 0,33; 0,5; 0,75 və 1,0 litrlik təkrar istifadə olunmayan və şərbətin yararlılıq müddəti ərzində təhlükəsizliyini və keyfiyyət göstəricilərini təmin edən şüşə qablara qablaşdırılır.
3.5.2 İstehlak və nəqliyyat qablaşdırmaları, qapaqlar və tıxac vasitələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfındən bu tip məhsulların təmasına icazə verilmiş materiallardan hazırlanmalı, daşınma və saxlanma qaydalarına riayət etmək şərti ilə, yararlılıq müddəti ərzində məhsulun keyfıyyətini, təhlükəsizliyini və bu texniki şərtlərin tələblərinə uyğunluğunu təmin etməlidir.
3.5.3 Müvafiq qaydada təsdiq olunmuş və istifadəsinə icazə verilmiş digər qablaşdırmaların istifadəsinə yol verilir.
3.5.4 Ovşala şərbətinin xalis kütləsinə nominal miqdardan yol verilən kənara çıxmalar QОST 6687.0-86 üzrə təyin edilir.
3.5.5 Ovşala şərbətinin qablaşdırılması sanitariya qaydalarına uyğun olaraq həyata keçirilməli, daşınma və satış zamanı məhsulun qorunub saxlanmasını təmin etməlidir.
Dostları ilə paylaş: |