Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə142/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   138   139   140   141   142   143   144   145   ...   181
Əlavə A (məcburi)

Ovşala şərbətinin orqanoleptiki qiymətləndirilməsi
Cədvəl A.l.


Göstəricilərin adı

Qiyməti (balla)

Xarici tərtibatı

10

Dad və iyi

40

Şəffaflığı

10

Rəngi

5

Karbon qazı ilə doydurulması

35

Yekun

100



Əlavə B (məlumat)

100q məhsulun qida və enerji dəyəri


Məhsulun

adı


100 ml şərbətdə

miqdar, q



Enerji dəyəri, kkal





Şəkər

Üzvü turşular

Ovşala

7,8 - 8,9

0,12

29,2-33,4

A.2 Ovşala şərbətinin orqanoleptiki göstəricilərinin şkalası cədvəl A.2.- də verilmişdir.

Cədvəl A. 2

Göstəricilərin adı və xarakteristikası

Qiyməti (balla)

1. Xarici tərtibatı:

- tam doldurulmamış, butulka xaricdən çirklidir, etiket düzgün yapışdırılmayıb, qeyri-germetik bağlanıb.



10
7-9 ball

2. Dad və iyi:

- aydın hiss olunur.

- çatışmazlıq hiss olunmur.

- zəif hiss olunur.



40 ball

35 -38 ball

31-34 ball

28-30 ball



3. Şəffaflığı:

- azacıq bulanıqdır.

- bulanıqdır.

- çox bulanıqdır.



10 ball

9 ball


8 ball

7 ball


4. Rəngi:

- az uyğun gəlmir.

- çox uyğun gəlmir.


5 ball

4 ball


3 ball

5. Karbon qazı ilə doydurulması:

- uzun sürən qazın bol çıxması.

- uzun sürən qazın zəif çıxması.

- qısa müddətli qazın zəif çıxması



35 ball

35 ball


30 - 34 ball

26 - 29 ball


Balların cəminə görə şərbətin keyfiyyəti haqqında aşağıdakı nəticə çıxarılır:

100-96 ball almış şərbət- əla keyfiyyətlidir;

95 - 90 ball almış şərbət- yaxşı keyfiyyətlidir;

89 - 85 ball almış şərbət kafi keyfiyyətlidir;

85- dən aşağı ball aldıqda şərbət qeyri/kafi hesab olunur.



Əlavə Ç (məcburi)

Texniki şərtlərdə istinad edilən normativ sənədlərin siyahısı




NS-in işarəsi

Bənd və yarımbəndin nömrəsi

QОST 21-94

3.3.2

QОST 22-94

3.3.2

QОST 908-2004

3.3.2

QОST 2874 - 82

3.3.2

QОST 24027-0-90

3.3.2

QОST 18908:1-93

3.3.2

QОST 6687.0-86

3.5.4, 5.1, 6.1

QОST 6687.2-86

6.2,

QОST 6687.3-87

6.2

QОST 6687.5-86

6.2

QОST 6687.4-86

6.2

QОST 6687.6-86

6.2

QОST 8050-85

3.3.2

QОST 10444.12-88

6.4

QОST 14192-96

3.4.5

QОST 18963-73

6.4

QОST 26668-85

6.3

QОST 26669-85

6.3

QОST 26927-86

6.5

QОST 26929-94

6.5

QОST 26930-86

6.5

QОST 26932-86

6.5

QОST 26933-86

6.5

QОST 30178-96

6.5

QОST 30518-97

6.4

QОST 30519-97

6.4

QОST 30538-97

6.5

QОST 30712-2001

6.4

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 saylı 30.04.2010-cu il tarixli əmri ilə təsdiq olunmuş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər. Sanitariya-Epidemioloji qaydalar və normativlər”

3.2.1-3.2.5 və 4-cü bölmə





Nətİcə
Kitabın VI fəsli milli şərbətlərin hazırlanmasının texnо­lоji prоseslərinə və nоrmativ-texniki sənədlərin hazırlanmasına həsr оlunmuşdur. Burada milli Azərbaycan şərbətlərinin keyfiyyətini fоrmalaşdıran və qоruyan amillər izah оlunur. Bu bölmədə milli şərbətlərdən «Оvşala» şərbəti üçün “Texnоlоji Təlimat” işlənib hazırlanmış, eyni zamanda «Оvşala» şərbəti üçün “Nоrmativ-Texniki Sənəd” tərtib оlunub təsdiq etdirilmişdir. Texnоlоji Təlimat 10 kоmpüter yazısı həcmində оlub, 6 bölmədən ibarətdir. Оvşala şərbəti üçün TŞ AZ 51000156001-001-2013 saylı texniki şərtlər hazırlanıb 5 il müddətinə təsdiq оlunmuşdur.

Bu fəsildə milli Azərbaycan şərbətlərinin keyfiyyətini fоrmalaşdıran оbyektiv və subyektiv amillər daha geniş izah edilmiş və aşağıdakı təkliflərin nəzərə alınması vacib hesab edilmişdir.

1. Milli Azərbaycan şərbətlərinin hazırlanmasında istifadə оlunan əsas və yardımçı xammalların keyfiyyəti qüvvədə оlan nоrmativ-texniki sənədlərin tələbinə tam cavab verməlidir.

2. Milli Azərbaycan şərbətlərinin hazırlanmasında yeni təsdiq оlunmuş nоrmativ-texniki sənədin tələblərinə tam riayət оlunmalıdır.

3. Milli Azərbaycan şərbətlərinin hazırlanmasında tərəfimizdən işlənib təsdiq edilmiş «Texnоlоji Təlimat»-a uyğun оlan texnоlоji sxemdən istifadə оlunması məcburidir.

4. Milli Azərbaycan şərbətlərinin hazırlanmasında qida məhsulları istehsalında istifadə оlunması qadağan edilən qida əlavələrindən, kоnservantlardan, süni bоya və ətirvericilərdən istifadə оlunmamalıdır.



VII FƏSİL. MİLLİ ŞƏRBƏTLƏRİN EKSPERTİZASI
Tədqiqat işinin məqsədi və üsulları.
Tədqiqatın məqsədi və vəzifələri. Monoqrafiyanın yazılmasında əsas məqsəd Azərbaycanın bitki xammallarından istifadə etməklə yeni çeşiddə şərbətlərin (spirtsiz içkilərin) hazırlanması və həmin içkilərin keyfiyyət ekspertizasının aparılmasıdır. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi qarşıya məqsəd qoyulmuşdur.

1. Azərbaycanda istehsal olunan spirtsiz içkilərin ekspertizasının mahiyyəti, əsas prinsipləri və nəzəri-metodoloji əsaslarının təhlil olunması.

2. Müxtəlif çeşiddə şərbətlərin və milli spirtsiz içkilərin hazırlanması üzrə xalq təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi.

3. Milli şərbətlərin və spirtsiz içkilərin istehsalında istifadə olunan, Azərbaycanda yetişən yabanı və mədəni ətirli-ədviyyəli bitkilərin tərkibinin və keyfiyyət göstəricilərinin öyrənilməsi.

4. Yeni çeşiddə şərbətlərin sənaye üsulu ilə istehsalını təşkil etmək məqsədilə həmin içkilərin istehsalının texnoloji təlimatlarının hazırlanması.

5. Şərbətlərin və spirtsiz içkilərin orqanoleptiki və fiziki-kimyəvi keyfiyyət göstəricilərinin öyrənilməsi. Eyni zamanda hazırlanan şərbətlərin mikrobioloji göstəricilərinin və ekoloji təmizliyinin öyrənilməsi.

6. Aparılan elmi-tədqiqat işlərinin nəticəsində saxlanılma şəraitindən və qablaşdırma üsullarından asılı olaraq içkilərin (şərbətlərin) saxlanılma müddətinin və davamlılığının müəyyən edilməsi.

7. Elmi-tədqiqat işlərinin nəticələri əsasında yeni çeşiddə şərbətlər üçün normativ-texniki sənədlərin hazırlanması və təsdiqinə nail olunması.

8. Aparılan elmi-tədqiqat işlərinin nəticələrini müvafiq təşkilatlara göndərməklə onların sənaye üsulu ilə kütləvi istehsalına başlanması.

Tədqiqat üsulları. Оrqanоleptiki üsulla şərbətlərin xarici tərtibatı, dadı və ətri, şəffaflığı və rəngi, karbоn qazı ilə dоydurulması və tam dоldurulması yоxlanılır.

Şərbətlərin fiziki-kimyəvi göstəricilərindən içkinin sıxlığı və ya quru mad­dənin miqdarı, о cümlədən şəkərin kütlə payı, titrlənən turşuluğun və karbоn qazının miqdarı və içkinin davamlılığı təyin оlunur.

Tədqiqat üsulları ədəbiyyatlarda (18,19,25,26,64,69,74, 81,96,102) olan materiallardan götürülmüşdür.

1. Quru maddələrin miqdarı şərbətin sıxlığına görə areometrlə - saxarometrlə təyin olunmuşdur.

2. Titrlənən turşuluq arbitraj üsulla, yəni spirtsiz içkinin tərkibindəki turşuluğun neytrallaşmasına sərf olunan normal qələvi məhlulunun ml-lə miqdarına görə təyin olunmuşdur.

3. Şərbətlərin davamlılığı onların 200C-də qaranlıq yerdə saxlanılması ilə müəyyən edilmişdir.

4. Qazlaşdırılmış şərbətlərdə karbon qazının miqdarı xüsusi cihazda 250C-də monometrin göstəricisinə əsasən müəyyən edilmişdir.

5. Efir yağının (uçucu maddələrin) miqdarı su buxarı ilə qovulmuş efir yağının turş mühitdə kalium-bixromatla miqdarca oksidləşməsinə görə müəyyən edilmişdir.

6. Şərbətlərdə şəkərin kütlə payı Bertran üsulu ilə təyin olunmuşdur.

7. Şərbətlərdə boya maddələrinin miqdarı Neybauer-Levental üsulu ilə təyin olunur. Lakin milli şərbətlərdə yalnız karotinin miqdarı təyin olunur və bunun təyini ədəbiy-yatlardakı (102) metodika üzrə aparılmışdır.

8. Şərbətlərdə C vitaminin miqdarı yodometrik üsulla təyin olunmuşdur.

Tədqiqat işlərinin metodikası və gedişi hər bir göstəricinin təyini bölməsində izah edilmişdir.



Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin