Hüseynov Mövlud


Şəkər və ya şərbət qatılmış şirələr



Yüklə 2,07 Mb.
səhifə64/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   60   61   62   63   64   65   66   67   ...   181
Şəkər və ya şərbət qatılmış şirələr. Bəzi meyvə-gilə­meyvələrin təbii şirələrinin turşuluğunu azaltmaq və tərəvəz şirələrinin dadını yaxşılaşdırmaq üçün onlara şəkər qatı­lır.

Saturasiya edilmiş və ya karbon qazı ilə doydurul­muş şirələr. Karbon qazı şirənin dadını xeyli yaxşılaşdırıb, ona təravətləndirici xassə verir. Ev şəraitində belə şirələri hazırlamaq mümkün deyil.

Meyvə toxuması hissəciklərinin olmasına və şəffaflıq dərəcəsinə görə şirələr iki qrupa bölünür. Lətsiz və lətli (meyvənin ləti ilə birlikdə hazırlanır) şirələr. Lətsiz şirələr də öz növbəsində, açıq rəngli şəffaf və tünd rəngli şirələrə bölunür. Şəffaf şirələrin xarici görünüşu və dadı çox cəlbedicidir. Lakin bioloji dəyərliliyinə görə şəffaflaşdırılmamış və lətli şirələr daha dəyərli qida məhsulu hesab edilir.

Konservləşdirilmə üsullarına görə şirələr pasterizə edil­miş, sterilizə edilib süzülmüş, soyuqda saxlanılmış, spirtləş­dirilmiş və sulfitləşdirilmiş şirələrə ayrılır. Antiseptiklərlə konservləşdirilmiş şirələri (spirtləşdirilmiş və sulfitləş­diril­miş şirələri) ayrılıqda içki kimi istehlak etməyib, sənayedə təkrar emal yolu ilə şərbət və ya spirtli içkilər hazırlayırlar. Ev şərai­tində əsasən pasterizə edil­miş meyvə-tərəvəz şirələri hazırlanır.


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin