IV F Ə S İ L. MEYVƏ-GİLƏMEYVƏ
VƏ TƏRƏVƏZ ŞİRƏLƏRİ
Meyvə-tərəvəz şirələri qidalı yeyinti məhsuludur. Onların tərkibində şəkər, üzvi turşular, vitaminlər və mineral maddələr var. Konservləşdirilmiş meyvə-tərəvəz şirələri qiymətli ekstraktiv maddələrlə zəngin olmaqla bərabər həm də çox dadlıdırlar. Onlardan təravətləndirici içkilər və pəhriz yeməyi kimi, habelə müxtəlif yeyinti məhsulları istehsal etmək üçün istifadə edilir (10,11,13,18,21,22,30,31,47,49,51,55,78,88,89,92).
ŞİRƏLƏRİN TƏSNİFATI
Konservləşdirilmiş şirələr hazırlanma üsullarına görə aşağıdakı qruplara bölünür (11,18,67,78,88,89).
Təbii şirələr. Müəyyən bir xammal növündən alınaraq üzərinə digər meyvələrin şirələri, şəkər və ya konservant əlavə edilmir. Təbii şirələr yüksək dad-tam göstəriciləri ilə fərqlənir. Belə şirələrin çeşidi həmin məqsədlə seçilib götürülən meyvə-tərəvəzin adı ilə adlanır.
Kupaj edilmiş şirələr. Əsas şirənin üzərinə əlavə edilmiş digər meyvə şirəsi qarışığından ibarətdir. Kupaj edilən şirələrin düzgün seçilməsi əsas şirənin dad keyfiyyətini və qida dəyərini artırır. Əlavə edilən digər şirənin miqdarı 35%-i keçməməlidir.
Dostları ilə paylaş: |