Hüseynov Mövlud


ŞİRƏLƏRİN HAZIRLANMASI MƏRHƏLƏLƏRİ



Yüklə 2,07 Mb.
səhifə65/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   61   62   63   64   65   66   67   68   ...   181
ŞİRƏLƏRİN HAZIRLANMASI MƏRHƏLƏLƏRİ
Şirələri tam yetişmiş, şirəli, təzə meyvə-giləmey­və­lər­dən və bəzi tərəvəzlərdən (yerkökü, aşxana çuğunduru, qabaq, pomi­dor və s.) hazırlayırlar. Şirələr əsasən presləmə üsulu ilə əldə edilir. Presləmə və ya sıxma zamanı meyvə-giləmeyvədən şirə ilə birlikdə orqanizm üçün xeyirli olan bir çox qiymətli maddələr – şəkərlər, üzvi turşular, vitaminlər, mineral mad­dələr və digər bioloji fəal maddələr ayrılır. Meyvə-giləmeyvənin və tərəvəzin tərkibindəki şirədə həll olan maddələrin əsas hissəsi şirəyə keçir, yerdə qalan tullan­tıda (jmıxda) isə qidaya az yararlı olan maddələr (sellüloza, hemisellüloza və s.) qalır. Ona görə də meyvə-tərəvəz şirə­ləri, qidalı yeyinti məhsulu kimi uşaqların, xəstələrin, qoca­ların və sağalmaqda olan adamların gündəlik qidası üçün böyük əhəmiyyətə malikdir.

Ev şəraitində müxtəlif meyvə-giləmeyvədən şirə hazır­layıb, onları təbii halda şəkərsiz və ya şəkər əlavə etməklə pasterizə edib konservləşdirmək olar. Şirələrin hazırlanması aşağıdakı ardıcıllıqla başa çatdırılmalıdır.

1. Meyvə-giləmeyvənin və tərəvəzin keyfiyyətinin yox­lanılması.

2. Meyvə-giləmeyvənin və tərəvəzin yuyulması, yeyil­məyən hissələrdən təmizlənməsi.

3. Xammalın doğranması və ya əzilməsi.

4. Əzintinin qızdırılması və ya bir müddət saxlanılması.

5. Şirənin sıxılıb çıxarılması.

6. Şirənin çökdürülməsi və süzülməsi.

7. Təbii şirələrin konservləşdirilməsi.

8. Qarışıq və şəkər əlavə edilmiş şirələrin konserv­ləş­dirilməsi.

9. Konservləşdirilmiş şirələrin soyudulması, 10 gün ərzin­də saxlanıb düzgün konservləşdirilməsinin yoxlanıl­ması, sərin və qaranlıq yerdə uzun müddət (bir ilə qədər) saxlanılması.

Qeyd. Əgər konservləşdirilmiş şirələr 10 gün ərzində otaq temperaturunda saxlandıqdan sonra qapaqlar atmırsa (və ya şişmirsə) deməli bütün texnoloji əməliyyata düzgün əməl edilmişdir və belə şirələri uzun müddət saxlamaq olar.


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin