Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə70/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   66   67   68   69   70   71   72   73   ...   181
BÖYÜRTKƏN ŞİRƏSİ
Şirə hazırlamaq üçün irigiləli, şirəli və tumu çox xırda olan böyürtkən götürülür. Böyürtkən əvvəlcə taxta həvənglə əzişdirilir, 42–45°C temperatura kimi qızdırılır, 4–6 saat sax­lanılır, əvvəlcə süzgəcdən süzülür, yerdə qalan cecə qalın par­çadan kisəyə tökülüb üzərinə ağır yük qoyulur. Kisədə qalan cecənin üzərinə qaynanmış su (1 kq giləmeyvə cecə­sinə 1 st) əlavə edilir, qarışdırılır, 2–3 saat saxlanılır və yenidən preslənib sıxılır. Alınan şirələr qarışdırılır, 80–85°C tempera­tura kimi qızdırılır. Bankalara tökməzdən qabaq dördqat tənzifdən süzülür, yarımlitrlik bankalar 12–15 dəq., litr­lik bankalar 20 dəq., üçlitrlik balonlar 30–35 dəq. qaynayan suda pasterizə edilir. Bankalar laklanmış tənəkə qapaqla (sarı rəngli) germetik bağlanıb qapağı üstə qoyulur və soyu­dulur. Qaranlıq və sərin yerdə bir ildən çox olmamaq şərtilə saxlanıla bilər.
ƏZGİL SUYU
Əzgilə yabanı halda Böyük və Kiçik Qafqaz dağlarının meşələrində, mədəni sortlarına isə həyətyanı sahələrdə rast gəlmək olar. Əzgil payızın sonunda yetişir, dərilir, saxlanılıb yumşaldılır, təzə halda yeyilir və ondan müxtəlif məhsullar: əzgil suyu, əzgil-şərab hazırlanır və duza qoyulur.

Azərbaycanda əzgil suyundan spirtsiz içki kimi istifadə edi­lir. Əzgil suyu yağlı xörəklərin yanında verilir, susuzluğu yatırtmaq üçün içilir. Yeyilən xörəyin həzminə və mənim­sə­nil­məsinə kömək edir. Əzgil suyu turşaşirin, meyxoş, açıq-çəhrayıya çalan qəhvəyi rəngdə olur.

Əzgil suyu hazırlamaq üçün ətliyi bərk olan əzgili top­layıb təmiz yuyur, küplərə (emallı qazana, mehtərəyə və s.) əzgili yarıdan bir az yuxarıya qədər (qabın həcminin 3/4-ü qədər) doldurub, üzərinə doluncaya qədər su tökürlər. Qabın ağzını bərk bağlayır və qapağın üstünə ağır daş qoyurlar. Bu minvalla əzgil suyun içərisində 25–30 gün saxlanılır. Bu müddətdə yetişib hazır olur.

Əzgil suyu tənzifdən süzülür, stəkan və ya qrafinlərə tökulüb sufrəyə verilir. Meyvəsi isə boşqaba qoyulub çərəz kimi yeyilir. Əzgil suyundan Quba–Xaçmaz bölgəsində daha çox istifadə edilir. Dadını və ətrini yaxşılaşdırmaq üçün üzərinə bir qədər nanə əlavə etmək olar.


GİLAS ŞİRƏSİ
Gilas sıxlığı 1030 kq/m3-dən və turşuluğu 1,0%-dən az olmayan şirə verməlidir. Şirə almaq üçün ən yaxşı gilas sortları Denisyon gilası, Draqon gilası, Qoşa gilasıdır. Gilas şirəsi də albalı şirəsi kimi hazırlanır.

Gilas şirəsinə albalı şirəsi qarışdırmaq məsləhət görülür.





Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin