2.2. C. H. Təqdisinin əsərlərində
tibb ilə fəlsəfənin əlaqəsi
Filosof olmaq istəməyən də qabaqca filosof olmalıdır ki,
bilsin fəlsəfə lazımdır ya yox. Hippokrat bu sözlər ilə fəlsəfənin hər
yerdə lazım olmasını göstərmişdir. Bəzən yazırlar ki, Hippokrat
tibbi fəlsəfədən ayırır və ondan sonra bu iki elm sərbəst şəkildə
inkişaf etməyə başlayır. Lakin Hippokrat elə bu sözlər ilə fəlsəfənin
bütün elmlər, xüsusilə tibb üçün zəruri olması göstərilmişdir.
Ümumiyyətlə fəlsəfə ilk dəfə qədim Şərq ölkələrində Misir,
Çin, Hindistan və bir də bizim üçün daha yaxın olan Orta və Yaxın
Şərqdə yaranmışdır. Bütün bunların içərisində ən qiymətlisi “Aves-
ta”da göstərilən fəlsəfi fikirlərdir. Hələ o zaman Azərbaycanın bu
müqəddəs kitabında Əhrimən ilə Hürmüzün mübarizəsi dialekti-
kanın qanunlarından biri olan ziddiyyətlərin vəhdəti və mübarizəsini
xatırladır. “Avesta” da göstərilən atəşpərəstlərin üç əsas şüarı olan
yaxşı düşünmək, yaxşı danışmaq və yaxşı əməl etmək, mütərəqqi
fəlsəfənin ən qiymətli təzahürüdür.
Fəlsəfi fikirlərin qədim Şərqdən qədim yunan mədəniyyətinə
keçməsində “Avesta”nın çox böyük rolu olmuşdur.
C. H. Təqdisinin göstərdiyi məlumatlara əsasən qədim yunan
filosofları (əsasən də Aristotel) atəşpərəstlərin fəlsəfi fikirləri ilə ya-
xından maraqlanmışlar. Qədim yunan filosofları atəşpərəstlərin
məktəblərinə gedir, müqəddəs odun ətrafında onların fəlsəfi fikirləri
ilə yaxından tanış olur və lazımi məlumatlar əldə edirdilər.
61
Antik dövründə Yunanıstanda fəlsəfədə böyük nailiyyətlər
əldə edilir. Elə bu da tibbin inkişafına çox kömək edir. Lakin bu
dövrdə olan filosofların bəzi tibbi məsələləri haqqında ziddiyyətlər
də mövcud idi. Məsələn, Hippokrat ilə Demokrit xəstəliklərin
səbəbini axtarmağa çalışmışlar. Hippokrat tibb də ilk dəfə qədim
humoral nəzəriyyəni, Demokrit isə otomistik nəzəriyyəni irəli sür-
müşdür. Lakin bu iki nəzəriyyədən başqa məşhur Yunan filosofla-
rından Aristotel və Platon (e. ə. 428/427-348/347) xəstəliyi qəzəbli
ruhların təsirindən görmüşlər, həyati ruhun olmasına inanmışlar.
Sonralar fəlsəfənin özünün və tibb ilə onun əlaqəsinin öyrənil-
məsində əldə edilən yeniliklər Qədim Yunanıstandan Orta və Yaxın
Şərqə keçib, orada yeni istiqamətdə inkişaf etməyə başlayır. Orada
göstərilir ki, Qədim Yunanıstanda akademiyalar bağlandıqdan sonra
bu dahi alimlər Orta və Yaxın Şərq ölkələrinə üz tutub, orada tibb,
fəlsəfə və s. elmlərin inkişafına başlayırlar. Lakin bizim tədqiqatı-
mıza əsasən dahi Şərq alimləri bu nailiyyətləri sadəcə qəbul etmə-
yib, onları inkişaf etdirib, yeni istiqamətə yönəldirdilər. Fəlsəfə el-
minin inkişafında Qədim Yunanıstanın filosoflarından Aristotel,
Platon, Hippokrat, Demokrit və başqalarının mühüm rol oynama-
sına baxmayaraq orada fəlsəfi məktəblər təşkil oluna bilmir. Yalnız
bu məsələ orta əsrlərdə Orta və Yaxın Şərqdə həyata keçirilir.
Burada 10-a qədər fəlsəfi məktəblər yaranır. Tibbin inkişafında bu
fəlsəfi məktəblərin hamısının rolu böyük olur. Bunların hərəsi öz
növbəsində tibbin inkişafında mühüm rol oynamışlar.
Həqiqətən fəlsəfə elmlərin elmi sayılır. Xüsusilə tibb elmi
üçün fəlsəfənin əhəmiyyəti əvəzsizdir. Elə Şərqdə həkimlər əvvəlcə
filosof olub, sonradan həkimliklə məşğul olmuşlar. Heç də təsadüfi
deyil ki, Şərqdə həkim sözü həm filosof, həm də tibbə aid edilir.
Hesab edirlər ki, fəlsəfə yunan sözü olub, “müdrikliyi sevirəm” de-
məkdir. Bəzən fəlsəfəni müdrikliyə məhəbbət kimi qiymətləndirir-
lər. Bəzən isə saflıq, təmizlik sözü ilə əlaqələndirirlər. Belə ki, tam
saflıq dərəcəsinə çatan adamlar özlərini filosof hesab edə bilərlər.
Şərq də fəlsəfə və bir çox elmlərin inkişafı nəticəsində burada
fəaliyyət göstərən alimlər müxtəlif elmlər akademiyaları yaratmışlar.
62
Elm və mədəniyyətin beşiyinin qədim Şərqdə olması və onun
antik dövrünə təsiri haqqında bir çox inkaredilməz faktlar vardır.
Elə elmin müxtəlif sahələrini kordina edən xüsusi məktəblər,
cəmiyyətlər və s. hələ o zaman qədim Şərqdə olması haqqında
məlumatlar az deyildir. Lakin bu məfhumları ifadə edən Akademiya
sözü ilk növbədə Qədim Yunanıstanda yaranır. Fəlsəfi məktəb adı
ilə məşhur olan ilk Akademiya Qədim Yunanıstanda, Afinada
Platon tərəfindən təşkil olunmuşdur. Akademiya sözü özü də qədim
yunanların mifik qəhrəmanı Akademin adı ilə bağlıdır.
Sonralar bu ad altında müxtəlif fəlsəfi ali məktəblər, cəmiy-
yətlər, ayrı-ayrı elmlərin fəaliyyətini kordina edən idarələr və s. nə-
zərdə tutulur. Hal-hazırda müxtəlif ölkələrdə bir çox kənd təssər-
rüfatı, incəsənət, tibb, hərbi tibb, texniki elmlər və s. akademiyaları
mövcuddur.
Tarixə nəzər saldıqda görürük ki, ilk dəfə Akademiya
haqqında təsəvvürün Qədim Yunanıstanda yaranmasına baxmaya-
raq akademiyaların sonraki, inkişafı orta əsrlərdə Şərqdə olmuşdur.
Platonun özünün Yunanıstanda yaratdığı ilk Akademiya lazımi
səviyyədə olmadığından öz-özünə aradan getdi.
489-cu ildə Bizantiyada məşhur elmi, tibbi, fəlsəfi təfəkkürün
mərkəzi olan Edessa Akademiyası Zenon imperotorunun əmri ilə
bağlanır. Onun ardınca 529-cu ildə yenə Bizantiya imperatoru Afi-
nada olan Akademiyanı bağlayır. Bu akademiyalarda çalışan alimlər
Orta Şərqə üz tutub, orada yeni Akademiyaların yaranmasına
kömək edirlər. Bunlardan birincisi o zaman Sasanilər dövründə Ni-
sibin şəhərində yaradılmış böyük fəlsəfi məktəb idi. Bu məktəbdə
xüsusilə riyaziyyat, astronomiya, tibb və s. elmlərin inkişafı başla-
yır. Tarixi mənbələrə əsasən VI əsrin sonlarında bu Akademiyada
minə yaxın elmi işçi var idi. Bunların içərisinə Aristotel və Platonun
tələbələri də daxil idi.
Lakin Şərq alimlərinin özləri də bu böyük yunan alimlərinin
fikirlərini sadəcə qəbul etməyib, onları inkişaf etdirərək yeniləşdir-
mişlər. Hətta məlumdur ki, Qədim Yunanıstanın özündə də elm və
mədəniyyəti inkişaf etdirən alimlərin içərisində Şərq alimləri də az
63
deyildir. Məsələn, Afina Akademiyasının sonuncu rəhbəri Də-
məşqdən olan Damask adlı alim idi. Hərçənd ki, o, elmə İsgəndəriy-
yə və Afinada yiyələnmişdir, Aristotelin, Platonun və onların ardı-
cıllarının bir çoxunun fikirlərinin əleyhinə çıxırdı. Elə bunun
mütərəqqi fikirləri Afinada Akademiyaların bağlanmasına səbəb
olmuşdur. Oradan bir sıra alim I Xosrov Ənuşirəvanın (531-579
İranda hökmdarlıq etmiş, məşhur Sasani padşahı) yanına gəlib,
onun köməyi ilə o dövrün ən böyük Akademiyalarından biri olan
Cündişapur Akademiyasını yaradırlar (VI əsrin əvvəllərində). Bu
Xuzestan əyalətində indiki, Dizful şəhərinin yaxınlığında idi.
Həmin Akademiyanın bir sıra elmi əsərləri və tarixi abidələri bizə
gəlib çatmışdır. Bu Akademiya Antik, Yunan, Rim elmi və
mədəniyyətinin, xüsusilə tibb sahəsində Şərqdə davamı idi.
869-cu ildə bu Akademiyanın başçısı Sabur ibn Sabir (IX əsr)
demək olar ki, bütün dünyada məşhur olan ilk “Farmakopeya” kita-
bını yazır. Cündişahur Akademiyasının işçiləri tərəfindən 22 cild-
dən ibarət “Toksikologiya” əsəri yaradılır. Orada zəhərlərin geniş
xarakteristikası, zəhərlənmələrin diaqnostikası və müalicə metodları
göstərilmişdir. Bu Akademiyanın məşhur həkim-alimlərindən Cubra
əl-Sulfistani, əl-Duristabaz, Yuhanna və digərlərinin adı fəlsəfə və
tibb tarixində həmişəlik qalır.
Cündişapur Akademiyasının alimləri tibbi ara həkimlərdən
təmizləyərək, tibbin bir çox müasir sahələrinin yaranmasına yaxın-
dan kömək etmişlər. Bu Akademiyanın alimləri qədim Hind, Çin və
başqa ölkələrin elmi nailiyyətlərindən də bəhrələnmişlər. Bu ölkə-
lərin bir çox qədim kitabları burada tərcümə olunmuşdur. Tarixi
məlumatlara əsasən hələ o zaman Cündişapur Akademiyasının nəz-
dində tibb və başqa elmlərə aid konqreslər keçirilmiş, o dövrün tibb
də məşhur alimlərinin biri əl-Həris ilə Ənuşirəvanın arasında tibbə
aid olan mübahisələr haqqında kitab (VII əsr) bizə gəlib çatmışdır.
Bu Akademiyanın nəzdində olan tibbi fakültədə bir neçə xəstəxana
var idi. Bu klinikalar o dövr üçün lazım olan yüksək cihazlar ilə
təmin olunmuşdur. Məsələn, narkoz vermək üçün xüsusi cihazlar
var idi. Klinikaların nəzdində apteklər və aptek bağları mövcud idi.
64
Tibbdən əlavə burada fəlsəfə, riyaziyyat, kimya, astronomiya
və başqa elmlər də mövcud idi. Həmin Akademiya Suriya dilinə bir
sıra qədim yunan alimlərinin və filosoflarının əsərlərini tərcümə
etdirmişdir.
Sasanilər dövründə Cündişapur Akademiyası ilə bərabər
Hərran şəhərində olan Akademiyanı da göstərmək lazımdır. Hərran
Suriyada olan şəhərdir. Bu şəhər uzun müddət Yunan dilli alimlərin
pənah yeri və məşhur fəlsəfi mərkəzi sayılırdı. Elə buradan da Şərq
fəlsəfəsinin inkişafına böyük yardım edilmişdir. Bu Akademiyada
fəlsəfədən başqa tibb, məntiq və s. elmlərin inkişafına böyük
yardım göstərilmişdir.
VII əsrin 30-40-cı illərində ərəblərin Şərqdə tam qələbə çal-
ması nəticəsində Suriya sonralar Fələstin, Misir, İraq və başqa Orta
Şərq ölkələrində, xüsusən Abbasilər sülaləsinin başçılığı dövründə
VIII əsrdən başlayaraq Şərqdə yeni bir böyük Akademiya, Bağdad
Akademiyası formalaşır. Bağdad Akademiyası mahiyyət etibarı ilə
Cündişapur Akademiyasının davamı olaraq onun nailiyyətlərini
özündə cəmləşdirib, inkişaf etdirirdi. Bu Akademiyada tibb ilə
bərabər astronomiya, riyaziyyat, həndəsə və bir çox digər elmlər öy-
rənilirdi.
Qərbdə bu zaman kimya haqqında da heç bir məlumat olma-
dığı halda Bağdad Akademiyası bu haqda böyük nailiyyətlər gör-
müşdür. Burada çalışan alimlər (Cabir ibn Həyyan, Ər-Razi) həm
canlı və həm də cansız orqanizmdə olan maddələrin dəyişməsini
öyrənirdilər. Onların fikrincə kimya elmi üçün mümkün olmayan
heç bir şey yoxdur. Əl kimya adı ilə məşhur olan bu elmin Bağdad
Akademiyasında yeni metodları yaranır, olan metodlar təkmilləşir,
çoxlu elmi əsərlər yazılırdı. Distillyasiya ekstraksiya, filtrasiya,
buxarlandırma üçün yeni cihazlar hazırlanırdı. Bu böyük işlərin
hamısına əsas rəhbərlik edən dahi klinisist Zəkəriyya Ər-Razinin
rolu olduqca böyükdür. O, ilk növbədə spirti, şəkərli maddələrdən
qovmaq vasitəsi ilə alır. Onun başçılıq etdiyi məktəbdə müasir
tibbdə geniş istifadə olunan alkaloidlər, qlikozidlər alınır. Elə alka-
loid adı da ərəb sözü olub, alkali-yəni qələvi deməkdir. Bu məktəb-
65
də hələ o zaman bilmirdilər ki, alkaloidlər turşular ilə birləşib,
duzlar da əmələ gətirirlər.
Zəkəriyya Ər-Razinin kimya elmi ilə bu qədər yaxından məş-
ğul olması tibbdə mürəkkəb dərman maddələri alınmasına kömək
edir. Kimya elmini yaxından bildiyi üçün toksikologiya elmini yara-
dır. Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufinin (721-815)
maddələrin dozası haqqında təliminin burada rolu böyükdür. Elə
Əbu Abdulla Cabirin işləri nəticəsində müasir elmdə geniş tətbiq
olunan “Çəki daşları”, “Ölçü vahidləri” haqqında təsəvvür yaranır.
Zəkəriyya Ər-Razinin fizika haqqında da işləri böyükdür. O,
Demokritin atomlar haqqında nəzəriyyəsini inkişaf etdirərək yazır;
“Düzdür bütün maddələr kiçik atomlardan əmələ gəlir, lakin hər bir
atomun özünün müəyyən çəkisi və bəlkə də müəyyən tərkib
hissələri vardır”.
Bağdad Akademiyasının nəzdində böyük kitabxanalar ilə
bərabər rəsədxanalar, fiziki və kimyəvi laboratoriyalar, böyük
klinikalar var idi. Orada ən böyük klinikanı təşkil edib, ona
rəhbərlik edən Zəkəriyya Ər-Razinin özü idi. Maraqlıdır ki, klinika-
da eksperimental laboratoriyalar mövcud idi. Burada iki yüzdən çox
elmi işçi fəaliyyət göstərirdi. Bağdad Akademiyasının tibb fakültə-
sinin nəzdində daima fəaliyyət göstərən həkimlərin təkmilləşməsi
uçun xüsusi kurslar var idi.
İlk dəfə Bağdad Akademiyasında Cəbr elmi yaranır
(“Alqebra” yəni “əl Cəbr”).
Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri
(Ömər Xəyyam 18.05.1048-04.12.1131) bunun ardınca ilk növbədə
Cəbr ilə həndəsənin əlaqəsini yaxından öyrənir. Xəlifə Məmun Mə-
həmməd ət-Tusinin dövründə dahi alim Əbu Əbdullah bin Musa əl
Xarəzmi (780-850) özünün məşhur “Cəbr” adlı əsərini yazır. Bu ki-
tab illər boyu Şərq də və Qərb də bu elmin öyrənilməsi üçün mənbə
sayılırdı.
Tibbə aid burada əmələ gələn yeni elm sahələrindən dər-
manlar haqqında olan təlimlərin əczaçılıq və dərmanşünaslığa bö-
lünməsidir. Hansı ki, müasir tibb də hakimdir.
66
Bağdad Akademiyasının nəzdində ilk dəfə olaraq tərcüməçilər
məktəbi yaranır. Bu məktəbin əsas vəzifəsi müxtəlif ölkələri
gəzmək, orada olan elmin ayrı-ayrı sahələrinə aid əsərləri tapmaq və
onları ərəb dilinə tərcümə etməkdən ibarət idi.
Bağdad Akademiyası yaranan kimi əvvəllər Ənuşirəvana
yaxınlaşan böyük yunan alimləri bu akademiyaya üz tutdular. Eyni
halda bu akademiyanın özündə də elmin müxtəlif sahələrində bütün
dünyada məşhur olan Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-
Kindi (801-873), Əbu-Əla əl-Maari (979-1058) və digər filosof və
alimlər yetişmişdi.
X əsrin sonunda Abbasilər sülaləsinin dağılması nəticəsində
Yaxın və Orta Şərqdə Samanilər və Qəznəvilər dövləti yaranır. Be-
ləliklə, elmin mərkəzi və Akademiyalar tarixi zərurətdən bu tərəfə
köçür. Bu dövrdə Buxara, Səmərqənd, Nişapur, Mərv, Xarəzm,
Dəməşq, Bəsrə, İsfahan, Rey, Həmədan dünyanın elm və
mədəniyyət mərkəzlərinə çevrilirlər. Həmin şəhərlərin akademiyala-
rının nəzdində böyük kitabxanalar mövcud idi. Məsələn, Okbatan
Akademiyasında 65 mindən çox kitabın olması qeydə alınmışdır.
Bu Akademiyalarda fəaliyyət göstərən Zəkəriyya Ər-Razi, İbn Sina,
İsmayıl Cürcani, kimi tibbin klassik alimləri ilə bərabər dahi
şairlərdən Əbülqasım Firdovsi (935-1020), Əbu Abdullah Cəfər
Rudəki (860-941), Xaqani Şirvani, Nizami Gəncəvi, Sədi Şirazi
(1184-1282), Cəlaləddin Rumi (Mövlanə – 30.09.1207-17.12.1273),
Hafis Şirazi (1325-1389/1390) və elmin müxtəlif sahələrinə qulluq
edən Əbu Nəsr Fərabi (873-951), Əbu Muin Nasir Xosrov ibn Faris
əl-Kabadyani əl-Mərvəzi (1004-1088), Əl-Biruni Əbu Reyhan
Məhəmməd ibn Əhməd (04.09.973-09.12.1048), Əbu Həmid əl-
Qəzali (1058-1111), Məhəmməd ibn Rüşd (1126-1198), İbn Zöhr
və başqalarının böyük xidmətləri olmuşdur. Bu alimlərin əksəri
yunan dilini bilib, antik dövrünün alimlərinin əsərləri ilə yaxından
tanış idilər. Əsərlərinin əsas xüsusiyyətlərindən biri elmin bütün sa-
hələrində, fəlsəfədən geniş istifadə etmək idi. Maraqlıdır ki, bu
alimlər müasir elmin yeni sahələri haqqında da öz fikirlərini söylə-
mişlər. Məsələn Nasir Xosrov öz əsərlərində kibernetikanın mahiy-
67
yətini çox gözəl qeyd edir; “Qanun-qaydalıq əlbəttə qanun qayda-
sızlıqdan yaxşıdır. Amma qanun qaydasızlıq olmasa, qanun qayda-
lıq yaranmaz. Həyatda baş verən hadisələr hamısı təkamülə doğru
gedir. Hər bir yarımçıq, potensial olaraq tamlıq deməkdir”.
Orta Asiya Akademiyalarına başçılıq edən alimlərdən də ilk
növbədə Fərabi, İbn Sina, İsmayıl Cürcani, Əbu Reyhan Biruni və
bir çox digərlərini göstərmək lazımdır. Bunların sırasında İbn Sina-
nın əsərləri bütün dünyaya məşhurdur. İbn Sinanın müxtəlif Akade-
miyalarda öz davamçıları ilə elmin ayrı-ayrı sahələrində apardığı
mübahisələr haqqında bir sıra miniatürlər bizə gəlib çatmışdır.
İbn Sinanın ən yaxşı tələbələrindən olan Bəhmənyar öz
əsərlərində ruh ilə cismin vəhdətinin qanuna uyğunluqlarından
danışır. Bu alimlərin hamısı yunan dilini yaxşı bilirdilər və yunan
alimlərinin əsərlərini tərcümə etmişlər.
Əl-Farabinin elmlər haqqında təsnifatı hələ indi də aktualdır.
Əbu Reyhan Biruninin “Minerologiya” və “Farmakoqnoziya”
haqqında əsərləri gələcəkdə bu elmlərin inkişafına yaxından kömək
etmişdir. Bu alim demək olar ki, elmin tarixinin əsasını qoymuşdur.
Orta əsrlərdə Azərbaycanda yerləşən Akademiyalardan
Şamaxı, Təbriz, Ərdəbil, Marağa, Urmiya və s. göstərmək olar.
Şamaxı Akademiyasını ilk növbədə qeyd etmək lazımdır. Ona
görə ki, bu Azərbaycanda ilk Akademiya sayılırdı. Onu təşkil edən
məşhur Azərbaycan həkimi Kafiyyətdin Ömər ibn Osman idi. O,
özü həkim olduğu üçün akademiyanın nəzdində böyük tibbi məktəb
təşkil etmişdir. Orada bir çox xarici alimlər də işləyirdilər. Hal-ha-
zırda Şamaxının yaxınlığında olan Məlhəm kəndi həmin Akade-
miyanın dərmanlarını hazırlayan əsas yer idi.
Ömər ibn Osman xarici mühit amillərinin insanın fiziologiya
və patologiyasında öyrənilməsinə çox geniş yer verirdi.
O, Aristotel və Platonun fəlsəfəsi ilə yaxından tanış olub,
onların fəlsəfəsinə tənqidi yanaşmaqda qardaşı oğlu Xaqaniyə
kömək edirdi.
Ömər ibn Osmanın təşkil etdiyi akademiyanın nəzdində tibb
ilə əlaqədar kimyaçılar da fəaliyyət göstərirdilər. Ömər ibn Osman
68
və onun davamçılarının elmdə əsas xüsusiyyətlərindən biri yalnız
faktlar və müşahidələrə əsaslanaraq, onların dərin təhlilini vermək-
dən ibarət idi. Demək olar ki, onun təşkil etdiyi akademiyanın tibbi
şöbəsi ilk növbədə Azərbaycanda klinik tədqiqat metodlarını yay-
mağa başlayırdı.
Əfsuslar olsun ki, zəlzələlər və yadellilərin hücumu nəticə-
sində Şamaxı Akademiyasından bizə gəlib çatan əsərlər, abidələr
məhdud olub, əldə olunan məlumatlar da lazımi dərəcədə tədqiq
olunmayıbdır.
Orta əsrlərin ikinci yarısında (XIII əsr) dahi Azərbaycan
tarixçisi, reformatoru və eyni halda məşhur həkimi Rəşidəddin
Fəzlullah Təbriz də ikinci böyük Elmlər Akademiyasını təşkil edir.
Burada da dünyanın müxtəlif yerlərindən toplanmış alimlər işləyir-
dilər. Hətta Çindən, Misirdən, Hindistandan və Qərb ölkələrindən
bura mütəxəssislər gəlirdi və onlar üçün bütün lazımi şərait yara-
dılırdı. Bu Akademiyanın idarələrinin hamısı Təbrizin yaxınlığında
“Rüb e Rəşidi” (“Rəşidi kvadratı”) adlanan yerdə yerləşirdi. Bu
Akademiyanın xərabələri indi də Təbriz şəhərinin kənarında qüllə
nahiyəsində qalır. Burada o zaman alimlər küçəsi, alimlər evi,
alimlərin işləməsi üçün geniş laboratoriyalar və s. mövcud idi.
Bu Akademiyada əsas yeri tibb, əczaçılıq, botanika tutmuş-
dur. Maraqlıdır ki, həmin Akademiyanın yaxınlığında “Fəxrəabad”
adlı yerdə böyük botanika bağı varmış. Orada yeni dərman bitkilə-
rinin növlərini becərmək və həmin tibbi akademiyanın klinikala-
rında müalicə olunan xəstələr üçün indiki, dildə desək ekoloji tam
təmiz, yüksək keyfiyyətli göy-göyərti və meyvələr becərilmişdir.
Arxeoloji tədqiqatlar nəticəsində həmin bu botanika bağında xüsusi
qablarda müxtəlif dərman bitkilərinin toxumlarının olması müşa-
hidə edilmişdir.
Təbriz Akademiyasının nəzdində hələ o zaman 67 müalicə evi
mövcud idi. Burada təşkil olunan ilk sağlamlıq müəssisəsi Rəşidiy-
yə adlanırdı. Burada əlli həkim və onların hərəsinin beş köməkçisi
var idi. Tibbin bir çox sahələri, hətta stomatoloqlar da burada hazır-
69
lanırdı. Akademiyanın nəzdində bir neçə apteklər var idi. Burada
işləyən həkimlərə yaşayış evləri verilmişdi.
Rəşidəddin xüsusilə Azərbaycan alimlərinə böyük qiymət
verirdi. O, yazırdı ki, Aristotel və Platonun öz dövrləri var idi. İndi
isə başqa dövrdür. Azərbaycanın dahi həkimlərindən Mahmud ibn
İlyas və Möhzabəddin Təbrizi haqqında çox danışardı.
Azərbaycanın o zaman ki, Akademiyaları sırasında Təbriz
şəhərində dahi münəccim və həkim Nəsirəddin Tusinin təşkil etdiyi
akademiya xüsusi yer tutur. Burada müxtəlif elmi sahələrin
mütəxəssisləri iştirak edirdilər. Tibb sahəsinə o vaxt ki, görkəmli
Azərbaycan həkimi Əbdül Məcid Təbib başçılıq edirdi. Maraqlıdır
ki, onun kitablarından (əlyazma) biri olan “Dərmanlar ilə müalicə”
əsəri AMEA-nın Əlyazmalar İnstitutundadır. Burada sistemlər üzrə
xəstəliklərin müalicəsi diqqəti cəlb edir. Ruhi xəstələrin xəstəxa-
nada yerləşib müalicə edilməsi üçün onun böyük əməyi olmuşdur.
Təbriz Akademiyasının banisi Nəsirəddin Tusi özü həm də
həkim idi. Tibb elmini o zaman ki, görkəmli həkimlərdən olan
Qütbəddin Misri tərəfindən öyrənmişdir. İlk dəfə statistik metodu
tibbdə tətbiq edən N. Tusinin astronomiya, riyaziyyat, fizika və s.
elmlər haqqında əsərləri Şərqdə və Qərbdə daha məşhurdur.
Maraqlıdır ki, N. Tusinin təşkil etdiyi Akademiyanın bəzi
hissələri digər şəhərlərdə yerləşirdi. Buna misal bütün dünyada
məşhur olan Marağa rəsədxanasını göstərmək olar. Bu rəsədxana
Savalan dağının hündürlüyündə böyük bir düzənlikdə tikilmişdir.
Bunun nəzdində müəyyən laboratoriyalar ilə bərabər böyük
kitabxana da var idi. Belə böyük rəsədxananı Tusinin rəhbərliyi
altında on iki il müddətində tikib, başa çatdırmışlar. Bir çox mütə-
xəssislər hesab edirlər ki, bunun tikilməsi üçün otuz il vaxt lazımdır.
Bu fakt diqqəti cəlb edir ki, Marağa rəsədxanasının baş mühən-
disinin əsərinin əl yazması Parisin milli kitabxanasında saxlanılır.
Bir çox müasir alimlərin fikrincə yeni riyaziyyat, astrono-
miya, həndəsə, fizikanın yaranmasında Tusinin rolu olduqca böyük-
dür. N. Tusi Ömər Xəyyamın riyaziyyat haqqında fikirlərini inkişaf
70
etdirib başa çatdırır. Tusinin fəlsəfi fikirləri onun məşhur əsəri olan
“Əxlaqi Nasir” kitabında cəmləşmişdir.
Nəsirəddin Tusinin təşkil etdiyi akademiya baytarlığa da
xüsusi şöbə ayırmışdır. Bu dahi alimin “Fərəsnamə” əsəri bu məsə-
ləyə həsr edilmişdir. N. Tusi və onun tələblərinin mədənlər, qiy-
mətli daşlar və s. işləri də çox böyük əhəmiyyətə malikdir. Tusinin
“Cəvahirnamə” əsəri bu məsələləri əhatə edir.
Nəsirəddin Tusinin təşkil etdiyi alimlər yığıncağı, müasir dil-
də desək Akademiyanın Rəyasət Heyəti Təbriz şəhərində yerləşirdi.
Göründüyü kimi Akademiya sözü ilk dəfə Qədim Yunanıs-
tanda yaranmasına baxmayaraq onun əsas inkişafı orta əsrlərdə
Şərqdə olmuşdur. Bu akademiyalar və orada çalışan alimlər elmin
bütün sahələri, xüsusilə tibbin inkişafında nəinki Şərq və hətta
Qərbdə də həlledici rol oynamışlar. Bunu iftixar hissi ilə qeyd
etmək lazımdır ki, orta əsrlərdə yaranmış ona yaxın akademiyadan
üçü Azərbaycanda yaranmışdır. Bu akademiyalarda fəlsəfə ilə bəra-
bər münəccimlik, riyaziyyat və xüsusilə tibb əsas yerlərdən birini
tuturdu.
Orta əsrlərdə Şərqdə tibbin klassik alimləri sayılan Zəkəriyya
Ər-Razi, İbn Sina, İsmayıl Cürcani və onların davamçıları geniş
fəlsəfi təfəkkürə malik olduqlarından tibbin inkişafında böyük xid-
mətlər göstərmişlər. Onlar hesab edirdilər ki, hər bir yaxşı həkim
əvvəlcə filosof olmalıdır. Orta əsrlərdə fəaliyyət göstərmiş Şərq
alimlərinin əksəri həkim olmaqla yanaşı, həm də görkəmli filosoflar
olmuşlar.
Zəkəriyya Ər-Razi Hippokratın yuxarıda qeyd olunan fəlsəfə
haqqında sözlərini inkişaf etdirərək yazır ki, fəlsəfə yalnız müəyyən
qrup şəxslər üçün olmayıb, müdriklik, bütün insanları əsas etibarilə
həqiqəti axtarmağa dəvət edir. Hərçənd ki, belə bir təsəvvür yaranıb
ki, Razi ən çox praktik həkim kimi fəaliyyət göstərmişdir. Həqiqət-
də isə onun materiya, atomlar və s. haqqında olan fəlsəfi fikirləri
tibbin nəzəriyyəsinin inkişafında böyük rol oynamışdır.
71
Razinin işlərində maddənin mahiyyəti, onun atomları, De-
mokritin fikirlərinin inkişafı zaman və məkan haqqında təsəvvür və
s. məsələlər barədə məlumat vardır.
Göründüyü kimi orta əsrlərdə Şərqdə geniş yayılmış fəlsəfi
təlim bir çox elmlərin inkişafına kömək etmişdir. Təbiidir ki,
bunların içərisində tibb ən mühüm yeri tutur. Lakin fizika və
kimyanın inkişafında da fəlsəfənin rolu az deyildir. Orta əsrlərdə
Şərqdə inkişaf etməyə başlayan əl kimyaya bəzən Qərbdə necə bir
yalan, falçılıq ilə məşğul olan bir sahə kimi baxırdılar, lakin bu heç
də belə deyildir. “Əl” ərəb artikli olub, əl kimya isə kimya demək-
dir. Elə əl kimyaçıların nailiyyətlərinin nəticəsidir ki, ilk növbədə
kimyəvi maddələrin qovma və ekstraksiya yolu ilə alınması müm-
kün olmuşdur. Müasir elmlərin müxtəlif sahəsində geniş tətbiq
olunan filtrasiya, distilyasiya, su hamamı və başqa metodlar hazır-
lanmışdır. İlk növbədə Şərq də ki, əl kimyaçılar Avropada olan dini
və mistik xarakter daşıyan əl kimyaçılardan fərqli olaraq bir çox
yeni kimyəvi maddələrin alınması və onların təsirinin öyrənilmə-
sində yeniliklər əldə etmişlər. İlk növbədə burada distillə edilmiş su,
azot və kükürd turşuları, civə və kükürd birləşmələri, müasir tibbdə
geniş tətbiq olunan alkoloidlər, qlikozidlər, göy zac adı ilə məşhur
olan dəmir sulfatı, talk və başqa maddələr alınırdı. Mis, gümüş, qızıl
və s. elementlərin təsnifatı verilirdi. Bu işlərin hamısının meydana
gəlməsində ən çox zəhməti olan Zəkəriyya Ər-Razi və onun
tələbələri idi. Alimin 200-dən çox elmi əsəri kimya və tibbə aiddir.
Xəstəliklərin diaqnostika və müalicəsində də Şərq alimlərinin
rolu böyükdür. İlk növbədə onlar bəzi xəstəliklərin diferensial diaq-
nostikasını aparmışlar. Xəstəliklərin gedişində baş verə bilən böh-
ranların öyrənilməsi və onların qarşısının alınmasında bu alimlərin
əsərlərində geniş məlumatlar vardır. Xəstəliklərin mərhələləri üzrə
müalicənin xüsusiyyətlərinə fikir vermişlər. Demək olar ki, ilk
növbədə Razi uşaq orqanizminin xəstəlikləri və müalicəsinin
xüsusiyyətləri üzərində ətraflı dayanmaqla pediatriyanın əsasını
qoymuşdur. Yaraya tikiş qoymaq üçün qoyun bağırsağından istifadə
edilməsi ilk dəfə Razi tərəfindən irəli sürülmüşdür.
72
Elə İbn Sina, Nasir Xosrov, Fərabi, İsmayıl Cürcani, İbn Rüşd
və bir çox digər məşhur filosofları da Razinin bu sahədə davam-
çıları hesab etmək olar.
Bu alimlər sırasında əlbəttə Ər-Razi və İbn Sinanın fəlsəfənin
başqa elmlər ilə əlaqəsinin öyrənilməsində rolları olduqca böyük-
dür. Elə onun 300-dən artıq əsərlərindən 180-i fəlsəfəyə aid idi.
Bunların içərisində onun “Şərq fəlsəfəsi” adlı böyük kitabı diqqəti
daha çox cəlb edir. İbn Sinanın tamamilə fəlsəfi məsələlərə həsr
olunmuş “Şəfa” kitabı 18 cilddən ibarətdir. Burada fəlsəfə ilə əla-
qədar məntiq, fizika, kimya, riyaziyyat, astronomiya, biologiya,
fiziologiya hətta musiqi və bir çox elmlərin nailiyyəti işıqlandırılır.
Fəlsəfi “Şəfa” kitabında da tibbi fikirlər çoxdur. Bu əsərdə
hissiyyatın səkkiz növ olması göstərilir. Müasir tibbə isə hissiyyatın
beş növü məlumdur. Təəssüf ki, bu qədər böyük və fundamental
əsər hələlik heç bir dilə tərcümə olunmayıb, ona görə nəinki geniş
oxucu kütləsi, hətta müxtəlif ixtisas sahiblərinə belə məlum deyil.
Fəlsəfəyə aid İbn Sinanın “Nicat” kitabında üç hissə məntiq,
fizika və metafizikadan ibarətdir. Hələ 1501-ci ildə bu kitab ilk dəfə
olaraq latın dilinə tərcümə olunmuşdur. Dərin fəlsəfi fikirlər İbn
Sinanın “Daneşnameyi əlai” (“Bilik kitabı”) və “Risalei nəfs”
kitablarında və bir sıra digər başqa əsərlərində də vardır.
Əbu Əli İbn Sina müxtəlif elmlər ilə yaxından tanış olduğu
üçün özü də bu elmlərin təsnifatına aid əsər yazmışdır. Onun ruh
haqqında aforizmləri kitabında qəzəb, kin, qorxu, sevinc və başqa
emosional hallar haqqında hətta müasir tibbə maraqlı olan
məlumatlar verilir və onların idarə edilməsi göstərilir.
Dahi Şərq alimi İbn Sinanın “Şəfa”, “Nicat”, “İşarələr” və s.
bu kimi fəlsəfəyə aid bəşəriyyətin böyük nailiyyətlərindən sayılan
kitablarının nəticəsində Qərbdə onu görkəmli filosof kimi tanımış-
lar. Sonralar məlum olmuşdur ki, İbn Sina həm də dahi həkimdir.
Onun fəlsəfi fikirləri Dekartın (31.03.1596-11.02.1650) fəlsəfi tə-
fəkkürünün yaranmasında böyük rol oynamışdır. Dekart özü də
bunu inkar etməmişdir. Onun məşhur bir sözü ki; “mən fikir edirəm,
demək mən varam”, İbn Sinanın bir sıra əsərlərin də müxtəlif
73
variantlarda təzahür etmişdir. Demək olar ki, o dövrün həkimlərinin
əksəri filosof, filosofların əksəri həkim idilər. Elə bu da tibbin
nəzəriyyə və praktikasının inkişafında olduqca mühüm rol
oynamışdır. Heç də təsadüfi deyil ki, bu alimlərin əsərlərində
müasir tibbdə hakim olan determinizm (səbəbiyyət) nəzəriyyəsinə
böyük yer vermişlər. Xəstəliklərin analizində hər şeydən əvvəl
başqa səbəbi tapıb, aradan qaldırmağa çalışmışlar. Hətta min il
bundan əvvəl mikroskopdan heç bir məlumat olmadığı dövrdə İbn
Sina öz əsərlərində gözə görünməyən xəstəlik törədici amillərin
(mikroblar) olmasına işarə etmişdir.
Bu amillərin əksəriyyətində kəmiyyət dəyişiklərinin toplana-
raq yeni keyfiyyətə keçməsi, bununla əlaqədar xəstəliyin müxtəlif
mərhələlərinin olması göstərilmişdir. Xəstəliklərin müalicəsində hər
bir mərhələnin xüsusiyyətinin nəzərə alınmasının əhəmiyyəti qeyd
edilmişdir. O dövr ki, həkimlər hesab edirdilər ki, xəstəlik kimi
mürəkkəb bir prosesin gedişində orqanizmin müdafiəyə uyğunlaşma
reaksiyaları ilə xəstəliyi törədən amillərin dağıdıcı və sarsıdıcı
qüvvələri arasında daimi mübarizə gedir. Onlar deyirdilər ki, xəstə
əsas etibarı ilə öz gücünə sağalır, həkim isə buna kömək edir.
Orta əsrlərdə Şərq alim və həkimlərinin əsərlərində tibbin
həm nəzəri, həm də klinik məsələləri bir çox cəhətlərdən müasir
səviyyədə öyrənilmişdir. Bu alimlərin əsərlərində ilk növbədə tibbin
sərhəd və vəzifələri qətiləşdirilmişdir. Onlar qeyd edirdilər ki, tibbin
vəzifələri heç zaman yalnız xəstəliklərin müalicəsini öyrənməklə
məhdudlaşa bilməz, sağlamlığın öyrənilməsinə, onun möhkəmlən-
məsinə və qorunmasına da fikir verilməlidir. İbn Sinanın “Tibb qa-
nunu” kitabında sağlamlığın dərəcələri haqqında qeydlər müasir
alimlərin fikirlərinə olduqca yaxındır. Hələ o zaman “Tibb qanunu”
kitabında bu dahi alim sağlamların sağlamlığı, sağlamlığın möh-
kəmləndirilməsi üçün xüsusi dərmanların tətbiq edilməsinə böyük
yer vermişdir.
Yaxın və Orta Şərqin klassik həkimlərindən Zəkəriyya Ər-
Razini klinik məsələlər, İbn Sinanı tibbin nəzəri, İsmayıl Cürcanini
isə bunların hər ikisi yaxından maraqlandırmışdır.
74
Hərçənd ki, o zaman meyitlərin təşrihinə (yarılmasına) rəsmi
icazə verilmirdi, lakin bu alimlər və onların davamçıları anatomiya
haqqında məlumatları diqqəti xeyli cəlb edir. Hətta o zaman onların
beyinində müəyyən mərkəzlərin olmasını qeyd etmişlər. Uzunsov
beyində həyatı mərkəzlərin olmasını bilərək və ağac şaxələrinə
bənzədiyini nəzərə alaraq ona həyat ağacı adı vermişlər. Maraqlıdır
ki, onlar anatomiyanı tədric olunmuş şəkildə yox, həmişə funksiya
ilə sıx əlaqədə götürmüşlər. İsmayıl Cürcani hələ o zaman qan
dövranı haqqında müasir təsəvvürə yaxın fikirlər söyləmişdir. Ürək
əzələsini qidalandıran xüsusi dərmanların olmasını göstərmişdir.
Ərəb alimi İbn ən Nafisin əsərlərində ağciyər qan dövranı (kiçik qan
dövranı) haqqında (XIII əsr) məlumatı maraqlıdır. İbn Sina və
Cürcani iyirmiyə qədər nəbz növlərinin olması və onların diaqnostik
əhəmiyyətini göstərmişlər.
Şərq alimlərinin əsərlərində patologiya, gigiyena hətta gineko-
logiya və s. bir çox müasir tibbin mühüm məsələləri haqqında ol-
duqca maraqlı məlumatlara rast gəlmək olar ki, bunların üzərində
ayrılıqda dayanmaq lazımdır. O dövr də yaşayan alimlərin əsərlərin-
də müasir tibb də mövcud olmayan sahələrə də rast gəlmək müm-
kündür. Məsələn, səfər gigiyenası. Bu alimlərin əsərlərində sağlam-
lığı qoruyub möhkəmləndirmək, xəstəliklərin qarşısının alınması və
müalicəsi üçün pəhriz qaydasına əməl edilməsinə böyük yer verilir.
Hətta ayrı-ayrı xəstəliklərdə hansı heyvanların ətinin xeyirli olması
göstərilir. Onlar hətta müalicəvi bədən tərbiyəsi, tibbi kosmetika və
s. üzərində də ətraflı dayanmışlar.
Şərq alimləri, xüsusilə İbn Sinanın əsərlərində qeyd olunan
dərman bitkilərinin sayı müasir tibbə məlum olan dərman bitkilərin-
dən xeyli çoxdur. Mürəkkəb dərman formaları sırasında əhval-ru-
hiyyəni yaxşılaşdıran, məcazi dəyişdirən, qəm-qüssəni azaldan, ağlı
artıran və s. bu kimi məcunlar (kokteylər) müasir tibb üçün olduqca
maraqlı ola bilər. Ümumiyyətlə o, zaman ki, Şərq alimlərinin əsərlə-
rində qəm, qüssə, ümidsizlik, xəcalət, qəzəb, kin, həddindən artıq
şadlıq və s. bu kimi emosional halların öyrənilməsində və onların
idarə edilməsində olduqca maraqlı məlumatlar vardır. Hətta onlar o
75
zaman göstərmişdilər ki, həddindən artıq şadlıq özü də bəzən
ölümlə nəticələnə bilər. Mənfi emosiyaların qarşısının alınması,
onların orqanizmə zərərinin azaldılması üçün fiziki iş ilə məşğul
olmaq, başqa şəhərlərə səfər etmək, xoşagələn musiqiyə qulaq
asmaq, maraqlı adamlarla söhbət etmək və s. əsas yer vermişlər.
Ümumiyyətlə demək olar ki, Şərq alimlərinin əsərlərində
müalicədən daha çox profilaktik tədbirlərinin aparılmasına böyük
yer verilmişdir. Şərqdə belə bir ümumi qəbul edilmiş misal var ki,
hər hadisənin əlacını o hadisə baş verməmişdən əvvəl aparmaq la-
zımdır. İkinci misal, zərərverici amili sənə zərər vermədən qabaq
məhv et.
Orta əsrlərdə Şərq alimlərinin bu nailiyyətlərinin həddindən
artıq böyük olmasının nəticəsidir ki, həmin dövrün alimləri və
onların davamçılarının işləri bütün dünyada məşhur olub, müxtəlif
dillərdə nəşr olunmuşdur. Məsələn, İbn Sinanın “Tibb qanunu”
kitabı 30 dəfədən çox latın dilinə tərcümə edilmişdir. Bu kitab
XVIII əsrin axırlarına qədər Avropada Universitetlərində tədris
olunan əsas kitablardan biri idi.
Zəkəriyya Ər-Razinin “Əlhavi” kitabı ən azı beş dəfə latın
dilinə tərcümə edilmişdir. O dövrün klassik tibb alimlərindən biri
İsmayıl Cürcaninin “Xarəzmşahlar zəxirəsi” tibbin nəzəriyyə və
praktikasında daha geniş məlumata malik olmasına baxmayaraq
nisbətən az məşhurlaşmışdır. Bu kitab IX fəsildən ibarət olub,
mahiyyət etibarilə demək olar ki, o zamanın tibb ensiklopediyası
sayıla bilər. Bu əsərin ərəb dilində olan variantı XII cilddən
ibarətdir. Onun xülasəsi də sərbəst kitab şəklində nəşr olunmuşdur.
Demək olar ki, müasir tibbin nəzəriyyə və praktikasının elə bir
sahəsi yoxdur ki, Cürcani ona toxunmasın.
Bu görkəmli alimlərin sırasında Azərbaycan alimlərinin də
rolu az olmamışdır. Hətta İbn Sinanın bilavasitə tələbələrindən biri
olan azərbaycanlı alim Əbülhəsən Bəhmənyarın da fəlsəfi və tibbi
məsələləri haqqında fikirləri mütəxəssislərə, geniş kütlələrə az
bəllidir.
76
Orta əsrlərdə tibbin əsas nailiyyətlərindən biri də həkimlərin
təkmilləşdirilməsi ilə məşğul olmaqdan ibarət idi. Bu məsələni qeyd
etmək olduqca mühümdür ki, həkimlərin təkmilləşdirilməsi
məsələsinin zəruri olması “Avesta” da qeyd olunmuşdur.
Orta əsrlərdə Şərqdə bu məsələyə ciddi fikir verilir və onun
həyata keçirilməsi üçün o dövr ki, akademiyaların nəzdində xüsusi
kurslar təşkil olunmuşdu.
Orta əsrlərdə Şərq alimlərinin tibbə aid elmi populyar
məqalələr nəşr etmələri olduqca diqqətə layiqdir. Hətta demək olar
ki, bu məsələnin banisi onlar sayıla bilərlər. Məlumdur ki, bu dahi
alimlər çox zaman tanınmış, məşhur şəxslərin xahişi ilə tibbin
müxtəlif sahələrinə aid olan yalnız bir nüsxədən ibarət kitab və
məqalə yazıb bağışlayırdılar. Belə əsərlərdən İbn Sinanın
“Cudiyyə” (“Bəxşiş”) Zəkəriyya Ər-Razinin “Həkimə əli çatmayan
adamlar üçün”, “Dərmanların mənfəəti”, “Mənsuri tibb kitabı” və s.
əsərləri göstərmək olar. Bu sonuncu kitabda xüsusilə ayrı-ayrı
xəstəliklərdə pəhriz məsələlərinə geniş yer verilir.
Bu alimlərin fəlsəfə ilə tibbin əlaqəsi haqqında geniş işləri
sonralar Qərbdə yayılıb və orada həm fəlsəfə və həm də tibbin
inkişafına yaxından kömək etmişdir.
Əl-Fərabi böyük filosof olmaqla yanaşı həm də həkim idi. O,
təbiətşünaslıq və fəlsəfə haqqında yüzdən çox əsər yazmışdır.
Fərabinin “Elmlərin təsnifatı” adlı məşhur kitabı Madridin kitab-
xanasında saxlanılır. O, əsərdə elmlərin bir-biri ilə əlaqəsi və onla-
rın hamısının fəlsəfə ilə yaxınlığı haqqında qiymətli məlumatlar
vardır. Bu təsnifatda tibbə verilən yer diqqəti xüsusi cəlb edir.
Əl-Fərabinin ən məşhur əsərlərindən biri “Yüksək müdrikli-
yin mirvarisi” kitabıdır ki, burada o, sıx formada özünün fəlsəfi
təyinini vermişdir. Onun bir çox elmlər ilə yaxından tanışlığı Fəra-
binin tərəfindən təklif edilən elmlərin təsnifatında özünü göstərdi.
Onun fəlsəfəsi daima isxalastikanın əleyhinə olmuşdur. Fərabi
təbiətin bütün hadisələrində fəlsəfi qanunauyğunluğu axtarmağa çox
cəhd etmişdir. Onun fikrincə elmin əsas vəzifəsi dünyanı öyrənmək-
dən ibarətdir. İlk növbədə Fərabi elmdə nəzəri və praktik istiqamət-
77
lərin olmasını göstərib və onların sıx əlaqəsini qeyd etmişdir. Tibbə
aid bu məsələ orta əsrlərdə Azərbaycan alimi Mahmud ibn İlyasın
“Tibb kitabı” adlı əsərində aydın şəkildə öz izahını tapmışdır.
Fərabi həm də kainat sferasında olan hərəkətləri və onların mahiy-
yətinin açılmasına təbii qanunların fəlsəfədə tətbiqinə və s. böyük
yer verilmişdir.
Əbu Reyhan Biruni təbii hadisələrin mahiyyətinin açılmasın-
da böyük işlər görmüşdür. Praktik nöqteyi-nəzərdən onun əsərləri
təbiətşünaslıq və fəlsəfə üçün əvəzsizdir.
İbn Rüşd Avropada daha məşhur filosof idi. O, həmişə çalış-
mışdır ki, fəlsəfəni mövhumatdan təmizləsin. Mütərəqqi fəlsəfəni
həqiqi bir elm kimi inkişaf etdirmək də onun rolu böyükdür. O, öz
əsərlərində din ilə fəlsəfənin əlaqəsindən danışır və fəlsəfəni
müdafiə edirdi. Özündən əvvəlki məşhur alimlərin fəlsəfə haqqında
məlumatlarını yekunlaşdıraraq, onlara qiymətli əlavələr etmişdir.
Beləliklə, fəlsəfə ilk dəfə yarandıqdan ən ümumi qanunauy-
ğunluqlarını öyrənən əsas elm sayılırdı. Hərçənd ki, müxtəlif
elmlərin sürətli inkişafı ilə əlaqədar fəlsəfə son zamanlar bir qədər
öz mühüm əhəmiyyətini itirməyə başlamışdır. Lakin son zamanlar
elm və texnikanın sürətli inkişafı dövründə yaranan bir çox elmlərin
hamısından müəyyən nəticə çıxarmaq üçün fəlsəfənin mühüm rolu
daha çox hiss edilir.
Hal-hazırda müxtəlif elmlərin ayrılığından daha çox onların
bir-biri ilə sıx əlaqəsi haqqında aparılan kompleks işlər diqqəti cəlb
edir. Bu qabiliyyət isə yalnız fəlsəfi təfəkkürə malik olan alimə mü-
yəssər ola bilər.
Heç də təsadüfi deyil ki, C. H. Təqdisi öz elmi işlərində, mü-
hazirələrində daima fəlsəfi təfəkkürə böyük yer verirdi. Onun yüz-
lərlə elmi əsərləri, monoqrafiyaları və dərsliklərində həmişə fəlsəfi
təfəkkürə böyük yer verilmişdir. Onun, xəstəliyin mahiyyətinin öy-
rənilməsində fəlsəfi və tarixi yanaşma, xəstəliyin mahiyyəti haq-
qında müasir fəlsəfi anlayış, xəstəliyin məfhumunun evolyusiyasına
dair əsərləri vardır.
|