İqtisadi nəzəriyyə bəşəriyyətin istehlak və istehsal sahəsində öz vəzifələrinin öhdəsindən necə gəlməsi haqqında elmdir;
İqtisadi nəzəriyyə sərvət haqqında elmdir.
Diqqətlə baxdıqda aydın olur ki, bütün müəlliflər insanın iqtisadi davranışından, davranışın formalarından və insan davranışının qanunauyğunluqlarından söhbət açdıqda əslində təsərrüfat subyektləri arasında iqtisadi münasibətlərdən, bu münasibətlərin formalarından və onları idarə edən qanunlardan danışırlar. İqtisadi nəzəriyyə humanitar elm kimi, insanların iqtisadi həyatı, iqtisadi mənafeyi və iqtisadi fəaliyyəti ilə bağlı olan problemləri öyrənir.
Yuxarıda deyilənlərə əsasən, iqtisadi nəzəriyyənin predmetini bu cür müəyyən etmək olar: İqtisadi nəzəriyyə – məhdud resurslar şəraitində həyat nemətlərinin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların iqtisadi davranış formaları, iqtisadi münasibətləri və onları idarə edən qanunlar haqqında elmdir.
İqtisadi nəzəriyyə bir sıra funksiya yerinə yetirir. Bunlar aşağıdakılardır:
Dərketmə funksiyası;
Proqnozlaşdırma funksiyası;
Praktiki funksiya;
İdeoloji funksiya;
Metodoloji funksiya.
Dostları ilə paylaş: |