Meqoiqtisadiyyat, yəni bütövlükdə götürülən dünya iqtisadiyyatı öyrənilir.
İqtisadiyyatın əsas funksiyası məhdud resurslar şəraitində cəmiyyətin artmaqda olan sonsuz (hüdudsuz) tələbatlarını ödəyən nemətlər yaratmaqdır. Bu cür nemətləri yaratmadan isə insanın mövcud olması və fəaliyyəti qeyri mümkündür.
Nemət – insanların müəyyən tələbatlarını ödəyən, mənafe və məqsədlərinə cavab verən təbiət maddəsi və əmək məhsullarıdır. Cürbə-cür olan bütün nemətləri iki qrupa ayırmaq olar:
təbiətin verdiyi təbii nemətlər (torpaq, meşə, bitki və ağacların meyvələri, çaylar, dənizlər və s.). Təbiət insanların həyatı üçün həmişə resurs və yaşayış mənbəyi olmuşdur;
iqtisadi nemətlər – insanların məqsədəuyğun məhsuldar fəaliyyəti nəticəsində yaranan iqtisadi nemətlər.
Mövcud ədəbiyyatda isə nemətlər aşağıdakı kimi təsnifləşdirilir:
Maddi və qeyri-maddi nemətlər;
Maddi nemətlər – təbiətin verdiyi və insanın əməyilə yaradılmış bütün faqdalı şeylərdir.