Tələbat – insanın, sosial qrupun və cəmiyyətin həyat-fəaliyyətini qoruyub saxlamaq üçün çatışmayan və ödənilməsi zəruri olan ehtiyacdır. Tələbatlar insanı fəallaşdıran daxili qüvvə, hərəkətverici stimuldur. İnsanın tələbatları çox müxtəlifdir. Tələbatların daşıyıcıları olan subyektləri: fərdlər, qruplar, kollektivlər və cəmiyyətdir. Buna uyğun olaraq tələbatları fərdi tələbat, qrupun tələbatı, kollektiv tələbat və cəmiyyətin tələbatına ayırmaq olar.