I fəsil. İqtisadiyyat və cəmiyyətdə onun rolu. İqtisadi nəzəriyyənin predmeti və metodu



Yüklə 60,78 Kb.
səhifə8/25
tarix02.01.2022
ölçüsü60,78 Kb.
#44796
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
İqtisadiyyat 1 fesil (seh 11-33) (1)

Tələbatların artması qanunu. Cəmiyyətin iqtisadi tərəqqisi ilə onun tələbatları da artır. Tələbatların artması obyektiv bir zərurət­dir və qanun statusuna malikdir. Bu qanun istehsalın və mədəniy­yətin inkişafı ilə insanın tələbatlarının daim artması və təkmilləş­məsi arasında səbəb və nəticə əlaqələrini ifadə edir.

Cəmiyyətin tarixi inkişafı gedişində onun tələbatları kəmiy­yətcə artır və keyfiyyətcə dəyişir. Tələbatların bir çoxu yox olur, yeniləri meydana gəlir və onların tərkibi də dəyişilir. Buna uyğun olaraq ictimai sərvətin strukturu da dəyişir.

Tələbatların məzmun nəzəriyyələrinə aşağıdakıları aid etmək olar:


  1. A.Maslonun “tələbatların iyerarxiyası” nəzəriyyəsi;

A.Maslou belə hesab edirdi ki, insan davranışının, hərəkətinin əsasında başlıca amil tələbatlardır. O, qeyd edirdi ki, insanın çoxlu sayda tələbatları mövcud ola bilər. Maslou tələbatların iyerarxik strukturunu belə vermişdir:

  1. Fizioloji tələbatlar;

  2. Təhlükəsizlik tələbatları;

  3. Sosial tələbatlar;

  4. Nüfuza, hörmətə olan tələbat;

  5. Özünüifadə tələbatı.

İnsanların fizioloji tələbatları - onların qidaya, suya, yaşayış yeri­nə, istirahətə və s.-yə olan tələbatlarıdır.

İnsanların təhlükəsizlik tələbatlarına - onların sağlamlığı, sabit və təhlükəsiz iş ye­rinə, pul gəlirlərinin sabitliyinə,sosial sığortaya olan tələbatları və s.-yə olan tələ-batlarıdır.

İnsanların sosial tələbatlarına - onların kollektivə aid olmaq, ünsiyyətdə olmaq, emosional əlaqələr qurmaq və s. olan tələbat­larıdır.

İnsanların nüfuza, hörmətə olan tələbatları - onların səriş­tə­li, güclü, qabiliyyətli, özünə inamlı olmaqda, səlahiyyətli olmaq­da, etibar qazanmaqda, hörmətə olan tələbatlarıdır.

İnsanların nəhayət, özünüifadə tələbatlar - insanların poten­sial gücünü, bacarıqlarını, qabiliyyətini ifadə etməkdə və şəxsi inki­şafda olan tələbatlarıdır.


  1. D.Mak-Klellandın “qazanılmış tələbatlar” nəzəriyyəsi;

D.Mak-Klellandın “qazanılmış tələbatlar” nəzəriyyəsində əsa­sən 3 yüksək səviyyəli tələbatın üstün olması irəli sürülmüşdür:

    1. Uğurlara olan tələbat;

    2. Hakimiyyətə tələbat;

    3. Aidiyyat,mənsubiyyət tələbatı.

C) K.Alderferin tələbat nəzəriyyəsi və s.

K.Alderfer isə özünün tələbatlar nəzəriyyəsində 3 əsas tələ­bat­lar qrupunu qeyd etmişdir:



  1. Mövcud olma tələbatı;

  2. Sosial tələbatlar;

  3. İnkişaf tələbatları.

Burada mövcud olma tələbatına A.Maslonun tələbatlar iye­rar­xiyasından olan təhlükəsizlik və fizioloji tələbatlar da aid edilir. İnkişaf tələbatına isə hörmət və özünüifadə tələbatları uyğundur.

Resurslar. Tələbatların ödənilməsi məqsədi ilə resurslardan istehsalı genişləndirmək üçün daha səmərəli istifadə olunmalıdır. Bundan ötrü isə istehsal üçün tələb olunan resurslar lazımi qədər olmalıdır. Lakin hər bir konkret zamanda istehsal üçün lazım olan resurslar məhduddur, yəni tələb olunandan azdır.

 Resurs-İnsanların maddı və mənəvi rifahı üçün zəruri olan hər bir mənbə şərait.


Yüklə 60,78 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin