I fəsil. İqtisadiyyat və cəmiyyətdə onun rolu. İqtisadi nəzəriyyənin predmeti və metodu



Yüklə 60,78 Kb.
səhifə16/25
tarix02.01.2022
ölçüsü60,78 Kb.
#44796
1   ...   12   13   14   15   16   17   18   19   ...   25
İqtisadiyyat 1 fesil (seh 11-33) (1)

Metodoloji funksiya. Bir çox konkret iqtisad elmləri möv­cud­­dur və onlar üçün nəzəri baza olmalıdır. Belə bir nəzəri baza rolunu İqtisadi nəzəriyyə elmi oynayır.
1.4. İqtisadi kateqoriya və qanunlar
İqtisadiyyat elmi iqtisadi an­la­yışlar, iqtisadi ka­te­qo­ri­ya­la­rın köməkliyi ilə hadisə və prosesləri öyrənir, araşdırır, onların mahiyyətini və qanunlarını açıb göstərir. Lakin hər cür an­la­yış kateqoriya deyildir. İqtisadi kateqoriya dedikdə real iqtisadi gerçəkliyi əks etdirən məntiqi an­la­yış baa düşülür. İqtisadi kateqoriyalar cəmiyyətin iqti­sadi həyatını ümumiləşdirilmiş şəkildə əks et­dirir, onun ayrı-ayrı cəhətlərini nəzəri olaraq ifadə edir. Yəni iqtisadi kateqoriyalarda İqtisadi münasibətlər nəzəri ola­raq ifadə olunur. Mülkiyyət, kapital, pul, mənfəət, əmtəə, dəyər, tələb, təklif, maliyyə və s. iqtisadi kateqoriyalardır.

İqtisadi qanun da kateqoriyadır, lakin mürəkkəb məzmunlu kateqoriyadır. Nəzəri tədqiqatların gedişində iqtisadi qanunun məzmunu, fəaliyyət mexanizmi və onlardan istifadə etməyin üsul və vasitələri müəyyən edilir.

Ən ümumi formada QANUN - hadisələr və proseslər arasın­dakı müəyyən zəruri münasibətdir, bu da onların daxili təbiəti və ma­hiy­yə­tindən irəli gəlir. Hər cür əlaqə forması qanun deyildir. Qanun ha­di­sələrdəki mühüm, möhkəm, sabit, təkrarla­nan, səbəb və nəticə əla­qə­lərinin ifadəsidir. İqtisadi qanunları insan­lar yarat­mır, onlar ob­yektiv baş verən hadisələr və ya pro­seslərə məxsus­dur. Bu cür hadisə və proseslər həm təbiət, həm də cəmiyyətdə baş verir. Ancaq onların qanunları, o cümlədən də iqtisadi qanun­lar bir-birindən fərqlidirlər.

Təbiət qanunları kimi iqtisadi qanunlar da obyektivdirlər, yəni onlar insanların iradəsindən asılı olmayaraq meydana gəlib fəa­liyyət göstərirlər. Ancaq təbiət qanunları insanların iştirakı olma­dan fəaliyyət göstərirlər və daha uzun ömürlüdürlər.

İqtisadi qanunlar ən ümumi, ümumi və xüsusi qanunlar olmaqla fərqlənirlər.




Yüklə 60,78 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin