I fəsil. İqtisadiyyat və cəmiyyətdə onun rolu. İqtisadi nəzəriyyənin predmeti və metodu



Yüklə 60,78 Kb.
səhifə24/25
tarix02.01.2022
ölçüsü60,78 Kb.
#44796
1   ...   17   18   19   20   21   22   23   24   25
İqtisadiyyat 1 fesil (seh 11-33) (1)

Elmi abstraksiya – iqtisadi proseslərdə ən vacib amilin seçil­məsi ilə ikinci dərəcəlilərin sərf-nəzər edilməsi deməkdir. Məsələn, Tələb və ya Təklif qanunu. Tələbə və təklifə çoxsaylı amillər təsir göstərir. Bunlardan əsası qiymətdir. Qiymətdən başqa bütün digər amillərin sərf-nəzər edilməsi ilə Tələb və Təklif qanunları ifadə olunur. Əks halda, çoxsaylı qeyri-qiymət amillərinin təsiri altında bu qanunauyğunluğu aşkara çıxarmaq olmazdı.

Təhlil və sintez – mürəkkəb iqtisadi hadisə və prosesin tam halında öyrənilməsi çətin olduqda, onun hissələrə ayrılması və hər bir hissənin ayrılıqda öyrənilməsindən (təhlilindən) sonra onların birləşdirilməsi (sintez edilməsi) deməkdir. Məsələn, İqtisadi müna­si­bətlərin tam halında öyrənil­mə­si çə­tin­lik törətdiyi üçün, onun tərkib hissələri olan mülkiyyət, istehsal, bölgü, mü­ba­dilə, istehlak münasibətləri ayrı-ayrılıqda öyrənilir. Sonra isə həmin biliklər əsa­sında iqtisadi münasibətlər haqqında fikirlər ümumiləşdirilir. İnfra­struktur kifayət qədər mürəkkəb bir sistem olmaqla, özündə çox­saylı elementləri birləşdirir. Bu elementlərdən hər biri ayrılıqda öyrə­nildikdən sonra bütöv sistem haqqında dəqiq təsəvvür yaranır.

Həmçinin, təhlilin kəmiyyət və keyfiyyət tərəflərini və müqayi­səli təhlili də qeyd etmək lazımdır.




Yüklə 60,78 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin