I fəsil. İqtisadiyyat və cəmiyyətdə onun rolu. İqtisadi nəzəriyyənin predmeti və metodu



Yüklə 60,78 Kb.
səhifə20/25
tarix02.01.2022
ölçüsü60,78 Kb.
#44796
1   ...   17   18   19   20   21   22   23   24   25
İqtisadiyyat 1 fesil (seh 11-33) (1)

Təşkilati-iqtisadi münasibətlər isə iqtisadi fəaliyyətin təşkili ilə bağlıdır. Belə ki, ictimai istehsal, bölgü, mübadilə və istehlak müəyyən formada təşkil olunmadan baş verə bilməz. Prosesin təşkili insanların birgə fəaliyyəti zamanı zəruridir.

Beləliklə, iqtisadi nəzəriyyə iki münasibət tipini öyrənir:



      1. Mül­kiyyət münasibətlərini (sosial-iqtisadi münasibətləri);

      2. Təşkilati-iqtisadi münasibətləri (İstehsalda əməyin bölgüsü və kooperasiyası, Təsərrüfat fəaliyyətinin təşkili və İqtisa­diyyatın idarə edilməsi).

Təbiətlə və bir-birilə daim əlaqədə olan insan müntəzəm ola­raq is­­tehlak etməlidir. Bunun üçün isə o, fasiləsiz olaraq lazım olan ne­mət­ləri istehsal etməlidir. Bunun üçün insanın fəaliyyəti ilə ya­ra­dıl­mış və təbiətdən götürülmüş sərvət hərəkətə gətirilir. Sərvətin hə­rə­kə­ti istehsal-bölgü-mübadilə-istehlak mərhələlə­rin­­dən keçir və so­nun­cuda başa çatır. Hərəkətin çıxış mərhələsi istehsaldır – bu faydalı məh­sulların yaradılması prosesidir. Təbiətlə münasibətə girən insan tə­biət maddələrini və güclərini bir­ləş­dirərək özünə lazım olan ne­mət­lər (məhsullar) hazırlayır. Məsələn, ağacdan mebel, filizdən çuğun və s.

İstehsal bütövlükdə iqtisadiyyat üçün həlledici mərhələdir. Əvvəlcə bir şey istehsal olunmalıdır ki, sonra da bölgü, mübadilə və istehlak prosesləri baş versin. İstehsal insanla təbiət arasında baş verən elə qarşılıqlı təsir prosesidir ki, bu zaman insanlar təbiət cisimlərinə təsir göstərir və onları özləri üçün yararlı hala salır. Başqa sözlə, istehsal insanların tələbatlarının ödənilməsi üçün yararlı olan nemətlərin yaradılması prosesidir.

İstehsal olunmuş məhsulun miqdarı nə qədər çox olarsa əhalinin yaşayış səviyyəsi də bir o qədər yüksək olar. Çox istehsal edən ölkə daha varlı və güclü iqtisadi potensiala malik olur. Bunu müəyyən etmək üçün ÜDM-i ölkə əhalisinin sayına bölürlər.



Bölgü yaradılmış sərvətin cəmiyyət üzvləri arasında bölün­məsi prosesidir. Bu zaman hər bir adamın yaranmış sərvətdən alacağı pa­yın miqdarı müəyyən olunur. Payın miqdarı isə ilk növ­bə­də yara­dıl­mış məhsulun bölünməli olan hissəsinin həcmin­dən asılıdır. Bəzən be­lə də olur ki, əldə olan məhsul norma üzrə bölünür (müharibə vax­tı, təbii fəlakətlər olduqda və s.), məqsəd çətin şəraitdə əhalini ər­zaq­la təmin etməkdir. Bölgü dedikdə – ilk növbədə istehsal vasitələrinin, daha sonra əməyin və nəhayət, hazır məhsulun bölgüsü nəzərdə tutulur.

Mübadilə. Bölgü zamanı müəyyən bir məhsuldan pay almış hər kəs, digər məhsullara olan tələbatını ödəmək üçün, məhsulun müəyyən bir hissəsini başqa məhsullara dəyişir, yəni mübadilə edir. Məsələn, buğdanı verib əvəzində parça alır. Mübadilə həm fəaliyyət və qabiliyyətlərin, həm də hazır məhsulun mübadiləsini ifadə edir.

İstehlak. Bu əldə olunmuş məhsulların insanlar tərəfindən istifadə olunması prosesidir. İstehlak zamanı faydalı şeylər yox olur: çörək yeyilir, neft yandırılır və s. İstehlak prosesində yox olmuş şeylərin yeri doldurulmalıdır, yəni təkrar istehsal edilmə­lidir. İstehlakın iki forması fərqləndirilir: fərdi və məhsuldar istehlak. Fərdi istehlak insanların şəxsi tələbatlarının ödənilməsi üçün ərzaq, geyim s.-dən istifadəni, məhsuldar istehlak (istehsal istehlakı) isə nemətlərin (istehsal vasitələrinin: əmək alətlərinin, xammalın və s.) yeni məhsul isteh­salı üçün istifadə prosesini ifadə edir.

Ancaq cəmiyyət miqyasında istehsal-bölgü-mübadilə-istehlak prosesləri çox mürəkkəb bir proses olsa da, daim qarşılıqlı əlaqədə, asılılıqda baş verir və vahid tam kimi özünü göstərir. Bu tamlıqda o ictimai istehsal kimi mövcud olub fəaliyyət göstərir.



Yüklə 60,78 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin