I fəsil. İqtisadiyyat və cəmiyyətdə onun rolu. İqtisadi nəzəriyyənin predmeti və metodu


Əsas iqtisadi məktəblər və cərəyanlar



Yüklə 60,78 Kb.
səhifə21/25
tarix02.01.2022
ölçüsü60,78 Kb.
#44796
1   ...   17   18   19   20   21   22   23   24   25
İqtisadiyyat 1 fesil (seh 11-33) (1)

1.6. Əsas iqtisadi məktəblər və cərəyanlar
Tarix boyu toplanmış iqtisadi biliklərə yiyələnmədən iqtisadi şüuru formalaşdırmaq, inkişaf etdirmək və fəallaşdırmaq qeyri-mümkündür.

Qədim elmin ən yüksək nümunələrini antik yunanlar və ro­ma­lılar yaratmışlar. Bir çox iqtisadi hadisələr: mübadilə, pul, qiy­mət, ticarət, mənfəət, borc faizi hələ qədim misirlilərdə, yunan­larda və bəzi şərq mütəfəkkirlərinə məlum olmuşdur. Lakin qul­dar­­lıq cə­miy­yətinin iqtisadi sisteminin, təsərrüfat fəaliyyətinin öyrə­nil­məsi yunan filosofları Ksenofont, Platon və Aristotelə məxsusdur.

İqtisadi təlimin sistemli inkişafın mərhələsindən biri də mer­kan­tilizmdir. Merkantilizm (ital.merkante, ticarət, tacir) – iqti­sa­di nəzəriyyə məktəbi kimi İngiltərədə, Fransa və İtaliyada möv­cud olmuşdur.

İctimai əmək bölgüsünün və mübadilənin inkişafı qapalı natu­ral təsərrüfatın hüdudlarını aş­mağa və iqtisadiyyatın müəyyən bir dövlətin hüdudları çərçivəsində vahid halda for­ma­laş­ma­sı­na gətirib çıxartdı. Bütün ölkənin xalq təsərrüfatı haqqında biliklərin yaradılmasına ehtiyac duyuldu.

1615-ci ildə Fransız iqtisadçısı Antuan de Monkretyen (1575-1621) özünün “Siyasi iqtisadın traktatları”nı nəşr etdirir. Burada o, təklif edir ki, istehsalın başlıca məqsədi olan ticarətin genişləndi­ril­məsi siyasəti yeritmək lazımdır və sübut edir ki, istehsalın başlıca məqsədi ticarətdir.

Monkretyen “Ekonomiya” adını “Siyasi iqtisad”la əvəz edir ki, elmin bu adı indiyə kimi saxlanılır. Elmin adındakı “politiçeskaya” sözü də qədim yunan mənşəlidir. O, “polis” (şəhər, dövlət) sözün­dən götürülmüş və geniş məna yükünə malikdir – dövlət təsərrü­fatını, ictimai təsərrüfatı idarə etmək mədəniyyətidir (bacarığıdır). Bu dövrün siyasi iqtisadı empirik xarakterdə olub dövlətin istifadə edəcəyi faktları, tövsiyələri verirdi. Bunlar isə dövlətin və monarx­ların gəlirinin artmasına xidmət edirdi.

Merkantilistlər qızıl və gümüşü sərvətin əsas mənbəyi hesab edir, daxili və xarici ticarət vasitəsilə bu sərvətin artırılması yolla­rını göstərməyə çalışırdılar. Merkantilizm elmi təlim və dövlətin əsas iqtisadi siyasəti idi. Dövlət öz iqtisadi siyasəti ilə daxili və xarici ticarətin genişlənməsinə, daxili bazarın xarici müdaxilədən qorunmasına yönəldilmiş tədbirlər həyata keçirməli idi. Hansı ölkədə olmasından asılı olmayaraq bütün merkantilistlər dövlətin iqtisadi proseslərə fəal müdaxiləsinə tərəfdar idilər.

Merkantilizmin görkəmli nümayəndələri sırasında İngiltərədə Tomas Man (1571-1641), Fransada A.Monkretyen (1575-1621), Jan Batista Kolber (1619-1683), Rusiyada İvan Pasaşkov (1652-1726) və b. göstərmək olar.



Fiziokratlar (yunanca fizis – təbiət; kratos – güc, hakimiyyət) – siyasi iqtisad məktəbi, XVIII əsrin ortalarında Fransada meydana gəlmiş, İtaliyada, İngiltərədə və Almaniyada yayılmışdır. Fransada bu məktəbin yaradıcıları Fransua Kene (1694-1774) və A.Tyurqodur (1727-1781). Fiziokratiya təliminə görə yalnız əkin­çilik ictimai sər­və­ti artırır. Yalnız kənd təsərrüfatı əməyi məhsul­dardır və “xalis gə­lir” yaradır. Sənaye və ticarətdə “xalis məhsul” yaranmır və qeyri-məh­suldar sahələrdir. Sənaye kənd təsərrüfa­tının verdiyi xammalı emal edir, ticarət isə hazır əmtəələri satır. Onların gəlirləri “ikinci əldən” asılıdır.

F.Kene ilk dəfə olaraq ictimai məhsulun təkrar istehsalı prose­sini və xalis məhsulun cəmiyyətdə bölgüsü məsələsini öyrənməyə səy gös­tərir. Cəmiyyətin üç sinifdən ibarət olduğunu və xalis məhsulun bu siniflər arasındakı bölgüsünü özünün “İqtisadi cədvəl”ində şərh edir.




Yüklə 60,78 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin