Fəaliyyət sferasına görə tələbatlar əməyə olan tələbata, ünsiyyət (münasibət) saxlamaq tələbatı, istirahətə, qabiliyyəti bərpa etməyə tələbat və iqtisadi tələbata ayırmaq olar.
Bizim üçün başlıca olanı iqtisadi tələbatdır. İqtisadi tələbat insanın ehtiyacının o hissəsidir ki, onun ödənilməsi üçün maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı lazımdır. İstehsalla tələbatın daxili qarşılıqlı əlaqəsi tələbatların artması qanununun tələb və prinsiplərindən irəli gəlir. Belə ki, istehsalla insanın ödənilmiş ehtiyacları arasında möhkəm əlaqə vardır və istehsal bir neçə istiqamətdə tələbata təsir edir.
Dostları ilə paylaş: |