Qazpaylayıcı mənbə – qazın qazpaylayıcı sistemlərə verilməsini təmin edən qaz təchizatı sistemlərinin ayrı-ayrı elementləri (məsələn: QPS – qazpaylayıcı stansiya) deməkdir.
Buraxılış-sazlama işləri nə deməkdir?
Qaz qurğusunun işə buraxılmasına hazırlığı, işə buraxılmasını və qaz qurğusunun işlək gücünün qurğu sahibi ilə razılaşdırılmış səviyyəyə çatdırılmasını nəzərdə tutan kompleks işlərə buraxılış-sazlama işləri deyilir.
Rejim-sazlama işləri nəyə deyilir?
Qaz qurğularının faydalı iş əmsallarının işçi diapazonunda layihə (pasport) göstəricilərinə uyğunluğuna nail olunması və yanacağın yandırılma proseslərinin avtomatik tənzimlənmə vasitələrinin sazlanmasını nəzərdə tutan kompleks işlərə rejim-sazlama işləri deyilir.
Texniki şərt nə deməkdir?
Tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənədə texniki şərt deyilir.
Qаz pаylаyıcı stаnsiyаlаr hansı məqsədlə inşa edilir?
Qаz pаylаyıcı stаnsiyаlаr (QPS) və qаz tənzimləyici məntəqələr (QTM) təbii qаzı məişət və kоmmunаl-sənаyе оbyеktlərinə, şəhər qаz şəbəkələrinə təmizlənmiş, qurudulub оdаrizə оlunmuş, həcmi kub mеtrlərlə ölçülmüş hаldа vеrmək üçün mаgistrаl qаz kəmərlərindən аyrılmаlаr (qоllаr) üzərində qurаşdırılır. Qаz pаylаyıcı stаnsiyаlаr təyinаtlаrınа görə bir nеçə çıхışlı оlmаqlа tехnоlоji rеjim tələbləri əsаsındа təzyiqin və qаz sərfinin bilаvаsitə tənzimlənməsini həyаtа kеçirir.
Paylayıcı sistemlərin seçilməsi, qazpaylayıcı stansiyaların (QPS) və qaz tənzimləyici məntəqələrin (QTM) sayı necə təyin edilir?
Paylayıcı sistemlərin seçilməsi, qaz paylayıcı stansiyaların (QPS) və qaz tənzimləyici məntəqələrin (QTM) sayının təyin edilməsi, paylayıcı qaz kəmərləri sxemlərinin (həlqəvi, dalanlı, qarısıq) qəbul edilməsi, qaz tələbatının həcmi, strukturu, sıxlığı, qaz təchizatının etibarlığı, həmcinin tikintinin aparıldığı yerin vəziyyəti və istismar səraiti nəzərə alınmaqla, texniki-iqtisadi hesabatlar əsasında həyata kecirilməlidir.