İstismara qəbul olunan qaz kəmərlərinə və onun avadanlıqlarına qaz buraxılana qədər sifarişçi nələri yerinə yetirməlidir?
Qaz təchizatı müəssisəsinin imtahan komissiyası (zəruri hallarda Fövqəladə Hallar Nazirliyi və Dövlət Qaz Nəzarəti İdarəsinin nümayəndələrinin iştirakı ilə) tərəfindən qaz kəmərlərinin və onun avadanlıqlarının istismarı və təmiri üzrə cavabdeh məsul şəxslərin və xidmət işçilərinin biliklərinin yoxlanılmasını;
təsdiq olunmuş normativ sənədlərin siyahısına əsasən qaz kəmərlərinin və onun avadanlıqlarının istismarına aid olan sənədlərin (istehsalat, texnoloji, əməyin mühafizəsi və yanğına qarşı təlimatları, texniki xidmət, təmir, həmçinin təsadüfi baş verə biləcək qəzalar və onların ləğvi planlarını, qaz kəmərlərinin və avadanlıqlarının sxemlərini) iş yerlərində oxuna bilən yerlərdən asılmasını;
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Baş Yanğın İdarəsinin (Xidmətinin) müvafiq təlimatına uyğun olaraq obyektlərin yanğınsöndürmə vasitələri ilə təmin edilməsini;
müvafiq tikinti norma və qaydalarının tələblərinə əsasən bütün texniki-icra sənədlərinin Qaz təchizatı müəssisəsinə təhvil verilməsini;
yaşayış və digər qazlaşdırılmış binaların qaz sobalarının, tüstü bacaları və tüstü borularının, ventilyasiya kanalları və qurğularının istismara hazırlanmasını.
Hansı obyektlərə təbii qazın verilməsi qəti qadağandır?
Dövlət komissiyası və Baş idarələrin müvafiq komissiyası tərəfindən qəbul olunmamış, həmçinin Dövlət Qaz Nəzarəti İdarəsindən Xüsusi icazə verilməmiş obyektlərə qazın verilməsi və ya onun avadanlıqlarının istismara buraxılması qəti qadağandır.
Qaz kəmərlərində və onun avadanlıqlarında, hər hansı bir tikinti, yenidən qurma və təmir işləri başa çatdırılaraq istismara veriləndən sonra istismar təşkilatı necə gün ərzində lazımi qeydləri aparmalıdır?
Qaz kəmərlərində və onun avadanlıqlarında, hər hansı bir tikinti, yenidənqurma və təmir işləri başa çatdırılaraq istismara veriləndən sonra 3 gün ərzində, istismar təşkilatı mövcud qaz avadanlıqlarının texniki pasportlarında görülmüş dəyişikliklər haqqında lazımi qeydiyyatlar aparmalıdır.
Obyekt istismara qəbul edildikdən sonra tikintiyə aid olan bütün layihə və texniki icra sənədləri, o cümlədən təsdiq olunmuş qəbul aktının bir nüsxəsi (akta əlavə olunan sənədlərlə birlikdə) istismarçı təşkilatda (Qaz təchizatı müəssisələrində) mütləq saxlanılmalıdır.