Qaz kəmərinin muhafizə zonası - qaz kəmərlərinin və onların uzərində qurasdırılan qurğuların və avadanlıqların normal səraitdə istismar edilməsini və zədələnmədən qorunmasını təmin etmək ucun qaz kəməri boyu və qazpaylayıcı səbəkələrin digər obyektləri ucun nəzərdə tutulan və xususi sərtlərlə istifadə olunan ərazidir.
Yeni tikilmiş qaz kəmərlərinin istismarda olan qaz kəmərlərinə qoşulması üçün əsas sənəd hansıdır?
Yeni tikilmiş qaz kəmərlərinin istismarda olan qaz kəmərlərinə qoşulması üçün əsas, Dövlət Qaz Nəzarəti İdarəsinin nümayəndəsinin iştirak etdiyi səlahiyyətli komissiya tərəfindən, həmin obyektin istismara qəbulu haqqında rəsmiləşdirilmiş aktdır.
Qaz təchizatı müəssisəsində qəza, təmir-bərpa xidmətləri (qəza-dispetçer xidməti) nə məqsədlə yaradılır?
Qəzaların məhdudlaşdırılması və ləğvi üzrə işlərin yerinə yetirilməsi, eləcə də qazın qəbulu, istehlakçılara paylanması və qaz kəmərlərində normal təzyiq rejimlərinin saxlanması üçün hər bir Qaz təchizatı müəssisəsində qəza, təmir-bərpa xidmətləri (qəza-dispetçer xidməti) yaradılır.
Bu xidmətlərin işi bütün gün ərzində təmin edilməlidir.
Qaz təchizatı sistemlərinə xidmət edən qəza, təmir-bərpa xidmətlərinin idarəetmə sisteminə nələr daxildir?
qazın təchizatçılardan qəbul edilməsi və istehlakşılara buraxılması rejimlərinin tənzimlənməsi;
təchizatçılar tərəfindən qazın verilməsində müqavilə şərtlərinə (qazın tərkibinin texniki şərtlərə uyğunluğuna, proqnozlaşdırılan qazın həcminə, müəyyən edilmiş təzyiq rejimlərinə) əməl edilməsinə nəzarət;
təchizatçıların növbətçi heyəti ilə bütün gün ərzində operativ rabitə əlaqəsinin saxlanması;
xidmət olunan qaz nəqli xətləri və şəbəkələrinin normal və xüsusi şəraitlərdə (qaz çatışmadıqda, qəza vəziyyətində, qaz kəmərlərinin ayrı-ayrı sahələrində təmir işləri yerinə yetirildiyi zaman, yeni obyektlər (qaz kəmərləri, QTM-lər, iri istehlakçılar) istismara buraxıldıqda iş rejimlərinin tənzimlənməsi;
qaz təchizatı sistemində qazın təzyiqi və sərfi üzrə toplanmış rejimlərin təhlili, QTM-in fəaliyyət zonasının müəyyənləşdirilməsi, sistem üzrə eyni vaxtda qazın təzyiqinin ölçülməsi, qaz şəbəkəsinin yeni daha səmərəli iş rejimlərinin işlənilməsi və tətbiq edilməsi, bütövlükdə sistemin və onun ayrı-ayrı rayonları üçün təzyiq rejimlərinin tənzimlənməsi üzrə metodikaların işlənilməsi;
qaz çatışmazlığı müddətində qaz təchizatı qrafikinə uyğun olaraq iri istehlakçıların (obyektlərin) qaz təchizatı şəbəkəsindən açılması və qoşulması;
təmir, qəza, yeni qaz kəmərlərinin qoşulması işləri yerinə yetirilən zaman qaz şəbəkəsinin ayrı-ayrı sahələrinin açılması və ya onlarda qazın təzyiqinin aşağı salınması;
lazımi istismar sənədlərinin aparılması və saxlanılması.