I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Şəhərlərin və kəndlərin baş planları hazırlanarkən 1 nəfər üçün illik qaz tələbatı norması necədir?



Yüklə 493,24 Kb.
səhifə8/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   4   5   6   7   8   9   10   11   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Şəhərlərin və kəndlərin baş planları hazırlanarkən 1 nəfər üçün illik qaz tələbatı norması necədir?

Şəhərlərin və digər yaşayış məskənlərinin baş planları hazırlanarkən 1 nəfər üçün illik qaz tələbatı normasının, m3/il, qazın yanma istiliyi 34 MC/m3 (8000 kkal/m3) olduqda, aşağıdakı kimi qəbul edilməsinə yol verilir:

  • mərkəzləşdirilmiş isti su təchizatı olduqda – 100;

  • isti su təchizatı qaz su qızdırıcılarından olduqda – 250;

  • hec bir nov isti su təchizatı olmadıqda – 125 (kənd yerləri ucun 165).




  1. Ölkə ərazisində yaşayış məntəqələrinin qazlaşdırılması üçün layihə-smeta sənədləri tərtib edilərkən hansı normativ sənədlərə istinad edilir?

Yaşayış məskənləri ərazisində izafi təzyiqi 1,2MPa-dan (12 kqq/sm2-dən) yüksək olmayan yeni tikilən və yenidən qurulan qaz təchizatı sistemləri və obyektlərinin həmçinin yaşayış məskənləri arasındakı qaz kəmərlərinin tikintisi üçün layihə smeta sənədləri tərtib edilərkən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02. 03. 09. tarixli 17 №-li əmri ilə təsdiq edilmiş AzDTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə normaları”na istinad edilməlidir.

  1. Qaz kəmərlərinin və qaz avadanlıqlarının istismara qəbulu hansı sənədlərə əsasən və necə həyata keçirilməlidir?

Qaz kəmərlərinin və qaz avadanlıqlarının istismara qəbulu AzDTN 1.6-1, СниП 3.05.02-88*, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın və eləcə də digər normativ sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
Polietilen borulardan tikilmiş qaz kəmərlərinin istismara qəbulu həyata keçirilərkən istismar təşkilatları qabaqcadan aşa­ğıdakılarla təmin edilməlidirlər:

  • müxtəlif ölçülü (diametrli) polietilen borular və onların birləşdirici hissələri (detalları);

  • təmir işlərini yerinə yetirmək üçün lazım olan avadanlıq və alətlər (siyahı əlavə olunur).

Həmçinin Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qaz kə­mər­lərinin və onun qurğularının üfürülməsi və sınağı qaz vasitəsilə aparıldığı halda, tikinti təşkilatı, göstərilən işləri təhlükəsiz yerinə yetirmək üçün sifarişçi ilə razılaşdırılmış təlimatı Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə və Dövlət Qaz Nəzarəti İdarəsinə təqdim edərək onlardan rəsmi icazə almalıdır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin