Xarici qaz kəməri - binadan kənarda çəkilmiş, binanın xarici divarının konstruksiyasına qədər olan yeraltı, yerüstü və ya yer səthindən yuxarı çəkilən qaz kəmərinə deyilir.
Daxili qaz kəməri dedikdə nə başa düşülür?
Daxili qaz kəməri – binanın xarici divarlarının konstruksiyasından binanın daxilində yerləşən qaz cihazlarının birləşdirilməsinə qədər olan qaz kəməri nəzərdə tutulur.
Qaz kəmərlərinə mühafizə zonasının ayrılması nə üçün tələb edilir?
Qaz kəmərlərinin və onların üzərində quraşdırılan qurğuların və avadanlıqların normal şəraitdə istismar edilməsini və zədələnmədən qorunmasını təmin etmək üçün qaz kəməri boyu və qazpaylayıcı şəbəkələrin digər obyektləri üçün mühafizə zonaları ayrılmalıdır. Mühafizə zonalarındakı ərazilərdən xüsusi şərtlərlə istifadə oluna bilər.
Qaz kəmərləri, cihazlar və qurğular hansı sənəd əsasında quraşdırılır ?
Qaz təchizatı sistemlərinin (şəhər, qəsəbə, kənd və sair yaşayış məntəqələrinin qaz təchizatı) və ayrı-ayrı qaz kəmərləri və avadanlıqlarının tikintisi “Azəriqaz” İstehsalat Birliyi (və ya aidiyyatı üzrə Qaz təchizatı müəssisələri) tərəfindən verilmiş texniki şərtlərə əsasən Dövlət tikinti norma və qaydalarının (TN və Q), həmçinin “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın tələblərinə uyğun olaraq layihələndirilmiş və müvafiq qaydada təsdiq edilmiş layihə-smeta sənədləri əsasında həyata keçirilir.
Qaz təsərrüfatı müəssələri və onların işçiləri xidmətləri zamanı nələri təmin etməlidirlər?
bütün istehlakçıların qazla gün ərzində fasiləsiz təchizatını;
qaz təchizatı sisteminin təhlükəsizliyini;
qaz kəmərləri və avadanlıqlarının quraşdırılmasına nəzarəti və tikilməkdə olan obyektlərin istismara qəbul edilməsini;
qaz kəmərləri və avadanlıqlarının texniki xidmətinin təşkilini və vaxtında keçirilməsini;
bütün kateqoriyalardan olan istehlakçıların qazdan səmərəli istifadə etmələrinə və qaz sərfinin qeydə alınmasına nəzarəti;
qaz təsərrüfatında istehsal proseslərinin effektivliyini, etibarlığını və təhlükəsizliyini təmin edən yeni texnikanın tətbiq edilməsini;
baş verən qəza və bədbəxt hadisələrin vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlərin hazırlanması məqsədilə onların tədqiqi, qeydə alınması və təhlilini;
qazdan düzgün istifadə edilməsi və təhlükəsizlik qaydaları haqqında əhalinin təlimatlandırılmasını və bu sahədə müvafiq təbliğatın aparılmasını.
Layihələndirmə normalarına görə qaz kəmərlərinin trasının relyefinin başlanğıc və son nöqtələri arasındakı fərqin göstəricisi neçə olmalıdır ki, qaz kəmərinin hidravliki hesabatında relyef nəzərdə tutulsun?
Qaz kəmərlərinin trasının relyefinin başlanğıc və son nöqtələri arasındakı fərq 200 metrdən çox olmalıdır.
Əhalisinin sayı 100 min nəfərdən artıq, seysmikliyi 8 və 9 bal olan yaşayış məntəqələrində qaz təchizatı sistemi layihələndirildiyi zaman neçə qaz paylayıcı stansiya nəzərdə tutulmalıdır, QPS-in yerləşməsnə əsas tələb hansılardır ?
Ən azı 2 qaz paylayıcı stansiya nəzərdə tutulmalıdır və QPS-lər yaşayış məntəqəsinin bir-birinə əks tərəflərində yerləşdirilməlidir.