I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Qaz kəmərləri binaların xarici divarlarından keçdiyi yerlərdə hansı tələblər yerinə yetirilməlidir?



Yüklə 493,24 Kb.
səhifə14/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   10   11   12   13   14   15   16   17   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Qaz kəmərləri binaların xarici divarlarından keçdiyi yerlərdə hansı tələblər yerinə yetirilməlidir?

Qaz kəmərləri binaların xarici divarlarından keçdiyi yerlərdə futlyarda qoyulmalıdır. Boru ilə futlyar arasındakı boşluq kəsişən konstruksiyanın butun qalınlığı boyu əsaslı surətdə doldurulmalıdır. Futlyarın ucları elastiki materiallarla kipləsşdirilməlidir.

  1. Tərkibində çürüntülər və inşaat zibilləri olan qruntlarda qaz kəmərlərinin çəkilməsi necə olmalıdır?

Tərkibində çürüntülər və inşaat zibilləri olan qruntlarda qaz kəmərlərinin çəkilməsi, qaz kəmərlərinin altında qalınlığı 10 sm-dən az olmayan yumşaq və ya qumlu əsaslar düzəltməklə nəzərdə tutulmalıdır, qaz kəmərinin yerləşdiyi xəndək bütün dərinlik boyu həmin növ qruntla tam doldurulmalıdır.
Yükdaşıma qabiliyyəti 0,025 MPa-dan (0,25kqq/sm2-dən) az olan qruntlarda, həmçinin tərkibində çürüntülər və inşaat zibilləri olan qruntlarda xəndəklərin dibi beton tirlər, antiseptikalı taxta tirlər, paya əsaslar qoyulmaqla və ya çınqıl, qırmadaş ilə möhkəmləndirilməlidir. Bu halda qaz kəmərinin altına və xəndəklərin doldurulmasına verilən qrunt bu bəndin birinci hissəsindəki kimi qəbul edilməlidir.

  1. Yerüstu və yer səthindən yuxarı çəkilən qaz kəmərlərinin tikintisi zamanı hansı tələblər gözlənilməlidir?

Yer səthindən yuxarı çəkilən qaz kəmərləri yanmayan materiallardan olan ayrı-ayrı dayaqlar, sütunlar, rəflər üzərində və ya binaların divarları ilə cəkilməlidir.
Bu halda aşağıdakı çəkilmələrə yol verilir:

  • ayrı-ayrı dayaqlarda, sütunlarda, estakadalarda və rəflərdə – bütün təzyiqli qaz kəmərlərinin;

  • B, Г və Д kateqoriyalı otaqları olan istehsalat binalarının divarları ilə təzyiqi 0,6MPa-ya (6 kqq/sm2-ə) qədər olan qaz kəmərlərinin;

  • odadavamlılıq dərəcəsi III – IIIa-dan aşağı olmayan yaşayıs evlərinin və ictimai binaların divarları ilə – təzyiqi 0,3MPa-ya (3 kqq/sm2-ə) qədər olan qaz kəmərlərinin;

  • IV–V odadavamlılıq dərəcəsi olan yaşayıs evlərinin və ictimai binaların divarları ilə, bir qayda olaraq, şərti diametri 50 mm-dən yuxarı olmayan alçaq təzyiqli qaz kəmərlərinin, qaz təzyiq tənzimləyiciləri bu binaların xarici divarlarında və digər konstruksiyalarında yerləşdirildikdə isə təzyiqi 0,3MPa-ya (3kqq/sm2-ə) qədər olan qaz kəmərlərinin – tənzimləyicilərin girişinə qədər olan sahələrdə.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin