İstehsalın həcminin dəyişməsindən asılı olan xərclər dəyişən xərc adlanır.
Rəqiblərin qiymətlərinin və əmtəələrinin təhlili. Baxmayaraq ki, əmtəənin maksimal qiyməti tələbin səviyyəsi ilə təyin olunur. Lakin firmanın müəyyən etdiyi qiymətlərin orta diapazonuna rəqiblərin bazar qiymətləri və eləcə də onların bazar reaksiyaları ciddi təsir göstərir. Bu, o deməkdir ki, hər bir firma rəqiblərin qiymət və əmtəələrinin səviyyəsini bilməlidir.
Beləliklə, qiymətin yaranması prosesi aşağıdakı mərhələlərdən ibarətdir: