I mövzu: Kursun predmeti, məzmunu və vəzifələri


Coğrafi prinsip üzrə qiymətqoyma strategiyası



Yüklə 457,5 Kb.
səhifə18/22
tarix02.01.2022
ölçüsü457,5 Kb.
#41253
1   ...   14   15   16   17   18   19   20   21   22
marketinq fennindün mühazireler - копия (2) - копия - копия

Coğrafi prinsip üzrə qiymətqoyma strategiyası. Coğrafi prinsip üzərə qiymətqoyma strategiyasında firma müxtəlif bölgələrdə məskunlaşan istehlakçılara, yaxud da vasitəçi ticarət firmalara müxtəlif qiymətlərdən əmtəə satışları təşkil edilir. Firmaların bunu etməkdə əsas məqsədi müxtəlif nəqliyyat xərclərinin müştərilər və ya satıcılar arasında paylanması və bu yolla daha çox müştərini firmaya cəlb etməkdir.

12. Əmtəənin yayılma yolları – bölgü kanalları

1. Bölgü kanalı anlayışı

2. Bölgü kanalının növləri

3. Vasitəçilərin zəruriliyi, bölgü kanalının funksiyaları

4. Bölgü kanallarının seçilməsində diqqət edilən ümumi prinsiplər

5. Bölgü kanallarının seçilməsi mərhələləri

6. Bölgü kanalı seçilməsi qərarlarına təsir edən amillər

7. Əmtəənin fiziki irəlilədilmə kompleksində yerinə yetirilən fəaliyyət

8. Pərakəndə satışın marketinq qərarları

9. Pərakəndə ticarət və burada müəssisələrin növləri

10. Topdansatış ticarət

11. Topdansatış müəssisələrin növləri
Bölgü kanalı əmtəənin istehsalçı firmadan istehlakçıya doğru hərəkətini təmin edən yoldur. Bu hərəkəti təmin etmək üçün ya istehsalçı firmanın, ya da istehsalçı ilə istehlakçı arasında daxil olan müxtəlif vasitəçi ticarət firmalarının xidmətlərindən istifadə olunur.

İstehsalçı ilə istehlakçı arasında daxil olan bu təşkilatlar istehsalçı firmadan müstəqil olmaqla yanaşı, eyni zamanda qazanc məqsədini də güdürlər. İstehsalçı firmalar qurduğu müxtəlif satış şöbələri vasitəsilə əmtəənin vasitəçi ticarət firmalaradək hərəkətini təmin edə bilirlərsə, onda bu firmalar da bölgü kanalının bir üzvü olacaqdır.

Bir çox firmalar öz bölgü kanallarını yaratmaq imkanı olduqda belə, kapital qoyuluşlarını öz əsas biznesinə yönəltmək əksər hallar daha çox gəlir verə bilər. Buna görə firmaların çoxu vasitəçilərin köməkliyi ilə öz əmtəələrini istehlakçılara çatdırırlar. Vasitəçilərdən istifadə olunaması əsasən əmtəənin məqsədli bazarlara çatdırılması işinin səmərəli təşkili bacarıqları ilə izah olunur.

Marketinq xadiminin əsas vəzifələrindən biri də bölgü kanalını seçmək və bu kanalın boyunu, enini və kanala daxil olacaq vasitəçi ticarət firmaları müəyyənləşdirməkdən ibarətdir.

Bölgü kanallarını onun bölmələrinin və yaxud da səviyyələrinin tərkib hissələrinə görə xarakterizə etmək olar.


Yüklə 457,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin