Güzəştli qiymət strategiyası. İstehsalçı, yaxud da topdansatış firmaların əmtəələri üçün müəyyənləşdirdikləri satış qiymətlərinə ilkin qiymətlər deyilir. Bu qiymətlər müxtəlif kateqoriyalarda nəşr edilərək yayınlanır. Güzəştli qiymət səviyyələri isə istehsalçı, yaxud da topdansatış ticarət firmalarının müəyyən şərtlərdə qiymətlər üzərində etdikləri dəyişikliklərdir.
Əsas güzəştlər aşağıdakılardır:
1. Alınan miqdarlara görə güzəştlər. Bu güzəştlər iki şəkildə tətbiq olunur:
a) Bir dəfəyə məxsus alışlar üçün miqdar güzəştləri. Məsələn, firma aşağıdakı faiz güzəştlərini tətbiq edə bilər:
alış miqdarı (ədəd) ilkin qiymətlər üzərində edilən güzəştlər %
1 - 10 0
11 – 15 2
16 – 30 3,5 və s.
b) Bir neçə dəfəyə məxsus alışlar üçün miqdar güzəştləri. Bu strategiyada müştərilər müəyyən müddət ərzində eyni əmtəədən bir neçə dəfəyə məxsus olmaqla satın alarsa, satışın bunlara əmtəənin ümumi miqdarı, yaxud da dəyəri üzərindən artan nisbətdə güzəştlər tətbiq edir. Məsələn, bir ay ərzində alınan əmtəə miqdarlarına firmanın tətbiq etdiyi güzəştlər:
bir ay ərzində alınan miqdarlar (ədəd) ilkin qiymətlər üzərində edilən güzəştlər %
200 0
200 – 500 2,5
500 – 1000 5
2. Nağd hesablaşmalara görə güzəştlər. Alıcılara nağd hesablaşmalara həvəsləndirmək məqsədilə ilkin qiymətlər üzərində tətbiq etdikləri güzəştlərə nağd hesablaşmalara görə güzəştlər deyilir.
3. Mövsümü güzəştləri əmtəənin mövsümdən kənar vaxtlarda satışlarını sürətləndirmək məqsədilə istehsalçılar və topdansatış firmalar tərəfindən alıcılara ilkin qiymətlər üzərində tətbiq edikləri güzəştlər başa düşülür.
Dostları ilə paylaş: |