“füyuzat”çı ənənənin, “modern ədəbiyyatı” yaradıcılarının nümayəndələri kimi çıxış edirdilər.
Ədəbi əlaqələrin qurulmasını bu şəkildə həyata keçirən şəlaləçilər Türkiyə və onun vasitəsilə
Avropaya çıxış yolunu daha səmərəli sayırdılar. Elə buna görədir ki, klassik Anadolu-türk
ədəbiyyatı ilə yanaşı, çağdaş türk və Anadolu üslubunda yetişən sənətkar və sənət örnəkləri ciddi
maraq doğururdu. Onların tərcümə, təbliği və nəşri ön plana çəkilirdi. Türkiyədəki yenilikçi-
modernist ədəbi xətlə yanaşı milli ədəbiyyat tarixinə və qanunlara da diqqət yetirirdilər. Bu
baxımdan “bən türküm, dinim, cinsim uludur” fikrini məramına çevirmiş Məhəmməd Əmin
Yurdoğlunun rəhbərliyi ilə çıxan “Türk yurdu” dərgisi və onun ətrafına toplanan müəlliflərin
yaradıcılığı daha çox öyrənilir və təbliğ edilirdi. Xüsusilə 1913-cü ildə nəşrə başlamış “Şəlalə”
jurnalı bu işə yeni bir təkan verdi. Təsadüfi deyil ki, şəlaləçi mətbuat orqanlarının demək olar ki,
hamısında bu tələbləri ödəyən ədəbi-bədii parçalar nəşr olunur, onların bədii məziyyətləri ilə yanaşı,
daşıyıcı ideya-əxlaqi xüsusiyyətlər də nəzərə çatdırılırdı.
Türk ədəbiyyatına bu baxımdan tənqidi baxışla yanaşı Ş.Süleyman konkret poetik örnəklərə
əsaslanaraq yazırdı: “Etiraf etməliyik ki, biz bu qüvvətdə, bu hüsndə, bu qədər həyəcankar və
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
386
həyəcanavər bir mənzumə yazmadıq. Böylə bir əsər – sənət vücudə gətirmədik. Böyük mənzumət
yazmadan əvvəl kini, yaxud eşqi öyrənəlim. Yoxsa sünilikdən qurtulmayız. Fikrimizdəki məqsəd nə
qədər ali olursa olsun, nəticə məkuziyyətə iqtiran edər”. Təsadüfi deyil ki, şəlaləçi mətbuat
orqanlarının demək olar ki, hamısında bu tələbləri ödəyən ədəbi-bədii parçalara rast gəlinir və
onların bədii sənətkarlığı ilə yanaşı ideya-əxlaqi xüsusiyyətləri də nəzərə çatdırılırdı.
Bu baxımdan çağdaş ədəbiyyatın, ədəbiyyatı cədidə normalarının Azərbaycan gerçəkliyinə
gətirilməsinə çalışan şəlaləçilər ümumtürk milli hiss, duyğu, düşüncə ortaqlığının yaradılması əsas
ədəbi-bədii vəzifə sayır, bütövlükdə Azərbaycan mentalitetində türklüyün tarixi və indisi haqqında
aydın təsəvvür formalaşdırmağı vacib bilirdilər. Odur ki, türklük xarakterini, onun tarixi və çağdaş
yaşantısını açan nümunələrə üstünlük verilirdi. “Şəlalə” M.Camalın torpaq, vətən, yurd sevgisi,
türkə layiq cəsurluq ifadə edən şeirini həmin məqsədlə nəşr edirdi.
Şeirdə deyilir:
Altında yatarkən də bizimdir yerin üstü,
Hər zirvəsinə qanilə xüruşan oluruz da.
Dağlar, qayalar cismimizə hail olursa,
Cari oluruz düşmənə biz qan oluruz da (17, 4).
Buna oxşar örnəklərin meydana çıxması elə-belə təbliğat xarakteri daşımır. Bunların təsiri ilə
Azərbaycan ədəbiyyatında orijinal əsərlər də yaranır.
Xatırlatmalıyıq ki, həmin istiqamətdə ardıcıl çalışmağın nəticəsində vətəndaşlıq duyğuları ilə
süsləşən Azərbaycan romantizmi çoxşaxəli inkişaf yolu keçə bildi, qan-gen yaddaşımıza söykənən
H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq və başqalarının çoxsaylı, çoxjanrlı irsi yeni dövr
ədəbiyyatımızın əsas göstəriciləri oldu. Bu müəlliflər hər hansı bir Anadolu-türk sənətkarın təsirinə
qapılmır, onlar sadəcə ümumtürk ədəbiyyatının ortaq ənənələrini uğurla davam etdirir, türklüyün
ulu tarixinə sadiq qalaraq və çağdaş yaşam stixiyasına əməl edərək bəşəri dəyərlərin qorunmasına
çalışırdılar. Bu zaman milli bəşəri duyğular, düşüncə tərzi eyni mövqedən yüksək qiymətləndirilir,
çağdaş ədəbi-bədii yaradıcılığın, milli tərbiyə irsinin istinad nöqtəsi sayılırdı.
“Şəlalə” jurnalının redaktoru olan X.X.Səbribəyzadə eyni bədii normalardan çıxış edərək
“Heyhat” şerində yazır:
Gəzməkdə idim dün gecə yalnızca çəməndə
Hər şey idi sakit.
Bir başqa lətafət var idi virdü-səməndə,
Bülbül belə sakit.
A1 idi sədasızdı, müttərdi o gülşən,
dərya isə rakit.
Əşcarü-çəmən, yer və səma, cümləsi rövşən,
Həp x a l i q ə sacid (8, 9).
Göründüyü kimi bu şeirdə X.X.Səbribəyzadə dünya romantizmində özünü göstərən yalqızlıq,
tənhalıq, ənbar-ay, uzaqlıq, xülya, fanilik kimi təyinedici terminləri işlədir. Onun bu şeiri
A.Səhhətin, H.Cavidin, M.Füzulinin, A.Şaiqin təbiət təsvirlərinə, lirik psixoloji yaşantılara həsr
olunmuş şeirlərə daha yaxındır və bədii-estetik əsaslara görə qətiyyən seçilmir!
X.X.Səbribəyzadə gözəllik aşiqi, təmizlik vurğunu, nəcib insani hisslər, yüksək bəşəri fikirlər
tərənnümçüsü idi. Bu incə ruhlu, böyük amallı sənətkarın estetik idealını öyrənmək üçün onun
gözələ, insan əxlaqına, aşiqə, sənətkara və nəhayət, yaşadığı dövrə, mühitə münasibətinə dair
əsərləri çox qiymətli mənbədir. Onun “O və bən” şeiri bunun bais nümunəsidir:
Gəl-gəl gözəlim, gəl mələyim! Ol bana Hadi,
Sən gəl ki, gələ bəxtə də, əfkarə da şadi.
Sənsən dili-möhnətzədənin, peyki-ümidi,
Sənsən əbədi eşqimə, əşvaqimə badi (8, 30).
Aşıqın mənəviyyat kodeksinə görə, əsil məhəbbəti, pak sevgisi, dəmiri əritməyə, daşı
yandırmağa qadir olan bir qüvvədir. Onun qənaəti belədir ki, bu böyük məhəbbətin obyekti olan
şəxsiyyət təkcə zahiri gözəlliyi ilə öyünə bilməz. Onun da kamalı dərin, sözü mənalı olmalıdır.
Gözəl olan gərək öz əxlaqı ilə adamlarda fərəh hissi oyatsın, ürəklərə sevinc gətirsin. Ümumiyyətlə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
387
əxlaq və rəftarda incəlik, həssaslıq X.Xürrəmin yalnız gözəllər qarşısında qoyduğu tələblərdən
biridir:
Göstərdi təbəssüm, yenə məsti-ləbi qaldım,
Bir xəndəyə qarşı, yenə heyrətlərə daldım.
Pişində əgildim, onu təqdis edərəkdən,
Dəstanını təqbili-əməlilə ələ aldım.
Bu sətirlər həyatda bir ahəngdarlıq axtaran sənətkarın idealını son dərəcə yığcam ifadə
etməkdədir.
Eşqim kimi nəhayət yox nazına vəfasız,
Hüsnündə çoxdur amma, covrində intəhəsız.
X.Xürrəm qələmindən çıxan bu gözəl poetik lövhə, əsl poeziya nümunəsidir. Bu poeziya
nümunəsi ilə məhəbbətin heyrətamiz gözəlliyini, bu əbədi-əzəli mizanını təkcə sevgilisinə deyil,
sanki bütün Türk dünyasına göstərmək istəyir.
Tək bivəfa imişsən xuban içində heyfa,
Qan ağladın onun da, sən olmadın əzasız.
Bilməm nə zövq alırsan, bivari dağlamaqdan,
Heç olmamaqmı fıkrin Xürrəm için cəfasız (5,1).
Elinə-gününə bu qədər bağlı olan, sevdiklərinin ruhunu qoruyub saxlayan, qəlbən yanan,
yaşadığı yeri müqəddəs bilən bir insan tərki-dünya ola bilərmi? Əsla yox. Elə ona görə də şairin
qəlbi məhəbbətlə döyünəndə, eşqi ona vəfasızlıq edəndə
o qəlbinin fəryadını gizlətmir və ona
müraciət edir.
XIX əsrin realist və romatik şeir cərəyanları, iki müxtəlif istiqamətli poeziya cəbhəsi: bir
tərəfdən Şəmsi, Müşkat, Dilsuz, Ruhi, Mirzə Nəsib, Qüdsi, Cakər kimi şairlərin müasirlikdən və
ictimai məzmundan kənar olan şeirlərində, digər tərəfdən isə C.Məmmədquluzadə, Ö.F.Nemanzadə,
Ə.Nəzmi, A.Səhhət, R.Əfəndiyev, Rza Tofiq, Namiq Kamal, Tofiq Fikrət, M.Rəcaizadə, M.Əkrəm,
Kamal Bəyzadə, Əbdül Həlim Məmduh, Cənab Şəhabəddin, Əli Əkrəm, Arif Hikmət bəy və
başqaları dövrün tələbləri ilə sıx bağlı əsərlərində nəzərə çarpırdı. Gələcək şəlaləçilərin arabir dərc
etdirdikləri əsərlərdə diqqəti cəlb edən bir sıra cəhətlər var idi, bunlar həmin şairləri köhnə şeir
nümayəndələrindən tamamilə fərqləndirirdi, onların “Şəlalə” jurnalı səhifələrində dönə-dönə
müraciət etdikləri ictimai problemlərin ilk qığılcımlarını bu şeirlərdə görmək mümkündür.
“Şəlalə” jurnalında tez-tez şeirləri ilə çıxış edən Arif Hikmət bəyin şeirləri bu baxımdan çox
maraq kəsb edir:
Olur xülus
ilə hər kəs müqarin tofıq
Hərim var ki, haqqa istinadi qədər.
Təsəvvürat bəşərdən xuda münzu hədər,
Bəlayi cahilə düşər ğafıl etiqadi qədər (4, 9).
Və yaxud Əli Əkrəm və Kamal Bəyzadənin birlikdə yazdıqları Yavuz Sultan Səlimin bir
misranın təqdimində xalqa müraciətlə yazdığı şeirdə deyilirdi:
“Fəryad! Bu söz tərcümeyi-hal fələkdir,
Hər an cahan bir əbədi ah deməkdir.
Madam ki, insanlar için nuha kər-kədər,
Madam ki, fəryad ilə aləm bitəcəkdir
Bilməm ki, yaratmaqda nədir şuyuye məbud?
Fəryad için nuyi vücud aləm alud!” (5, 30)
Göründüyü kimi, həm türk mütəfəkkiri, həm də dünyanın məşhur ədəbiyyat və ictimai fikir
xadimləri eyni yöndə diqqət mərkəzinə çəkilir, eyni çağdaş marağı ödədikləri üçün öyrənilirdi.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
388
Məşhur türk şairlərindən Namiq Kamalın “Şəlalə” jurnalında ürək ağrısı ilə dərc etdiyi “Bir
mühacir qızının istimdadı” şerinin məzmunu da yuxarıda söylədiklərimizi bir daha təsdiq edir:
İştə şu məzlumun təni,
Bak ləkələnmiş damına.
İnsanmı sandık düşməni?
Allah için öldür bəni
Allah hifz etsin səni!
Artıq girişmə çarama,
Düşmənlə gəl gir arama.
Bir qurşun at da yarama,
Allah için öldür bəni!
Allah hifz etsin səni! (6, 30)
Öz zəngin daxili aləmlərini, sevinc və kədərlərinin, qayğı və düşüncələrini əks etdirmək üçün
şeir həmişə şairlərin yardımçısı olmuşdur. Qısa sözlə böyük fıkirlər ifadə edən şairlər həmişə
“Şəlalə” və başqa jurnallara yardımçı olmuş və bu baxımdan jurnalla onlar arasında və sonrakı
nəsillər arasında bir mənəviyyat körpüsünə çevrilmişdir.
XX əsr romantik poeziyasının qəhrəman problemi, demək olar ki, hələlik işlənməmiş elmi
mövzudur. Əlbəttə, biz belə deyərkən heç də bu dövr romantik poeziyasının öyrənilməsi sahəsində
mövcud təcrübəni qətiyyən danmırıq. Əksinə ədəbiyyatşünaslıq romantik poeziyanın ardıcıl
öyrənərək bu sahədə həm tədqiqat ideyası, həm romantik ədəbiyyatın tədqiqinin metodologiyası
baxımından xeyli irəliləmişdir. Romantizm ədəbiyyatşünaslığın mürəkkəb nəzəri kateqoriyasıdır.
Məhz buna görə ədəbiyyatşünaslığın bu problemə hər yeni müraciəti əhəmiyyətli və
diqqətəlayiqdir. M.Arif, M.Cəfər, Ə.Mirəhmədov, R.Zəka, İ.Həbibbəyli, V.Osmanlı və b.
Tədqiqatçıların kitab və monoqrafiyalarının milli romantizmin ideya-estetik xüsusiyyətlərinin
aydınlaşdırılmasında oynadığı rolu qiymətləndirməmək qeyri-mümkündür.
Toifq Fikrətin poetik yozumunda bu xüsusiyyət siyasi-ictimai rəng alır, insanın, xalqın
azadlıq həsrətinin rəmzinə çevrilir. “Gözəlsən” şeirində biz bu surətin ənənəvi təzahürü ilə üzləşirik.
Azadlıq pərisi – uzaq, ideal gözəldir, ona qovuşmaq üçün insan, bəşəriyyət böyük səy və iradə
nümayiş etməlidir. Onun qəlbində azadlıq pərisinə qovuşmaq odunu alovlandırmalıdır:
Gözəlsən əvvəlin gülbusə eşqimlə hüsnündə
Sabah ismətin bidar olan ənvar olandan
Gözəlsən, bir xəzn pərvarda mehr məğrib aranın
Onu meydana sevdadan gözəl hal zavalından
Gözəlsən bunların həpsindən əlbət bəlkə ey canan
Gözəlsən hüsnün kəlmədə nəqş olunmuş xəyalından (7, 8).
Tofıq Fikrətin lirikasında hüriyyəti şair öz şəxsi acı hisslər və düşüncələr prizmasından
keçirərək oxucuya təqdim etdiyi sosial sərvəti idi.
Mütəfəkkir şair Rza Tofıqi düşündürən, məşğul edən məsələlər insan və onun cəmiyyətdəki
mövqeyi, ziddiyyətlər üzəyində qurulan və ədalətsiz qanunlarla idarə olunan dünyadakı qarşılığın
səbəblərin axtarılması problemləridir. Rza Toflqin “Issız gecələr” şeiri də məhz bu baxımdan
maraqlıdır və sətiraltı dediyi fikirləbr oxucuda bir fikir dəryasına baş vurmağı sövq edir:
Düşürür zehnini bir nəşəyə sevdayi ləyal,
O məhəbbətli qaranlıqlar bən pək sevərəm
Uçurur fıkrimi ənginlərə əndaye xəyal,
Bənzər əşara o halətdə məlalu kədərim.
Düşünür mabədi viranədə bir rəvayi qəmin
Nə duyursan dar və divarda mübhəmdir həp
O sükunun zülmətində nidalar duyaram,
O qonur əqlimi heyrətdə qoyan bilməcələr.
Soraram fikrimi səyyarələrin, zəralərin,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
389
Sevərəm səmt ilə pərvazım səyyarələrin.
Bana sevayi təfəkkür verir ıssız gecələr. (Rza Tofiq) (8, 8)
Demək lazımdır ki, T.Fikrətin XX əsr romantik poeziyasında mövqeyi onun lirik
qəhrəmanının şəxsiyyəti ilə müəyyən olunur. Bu şəxsiyyəti yalnız milli gerçəkliyin problemləri
yox, dünyanın, bəşərin problemləri
VƏ
faciələri düşündürür, kədər və qüssələrinə səbəb olurdu.
“Şəlalə” jurnalında çıxış edən və yazıçılar gələcəyi doğru – elm
VƏ
maarif, mədəniyyət
yolunda görürdülər. Azadlıq, istiqbal mövzusunda yazdığı şeirlərində bu əsas və konseptual
fıkirlərdən biri idi. Çünki inanırdılar ki, biliksiz, elmsiz hüriyyət yoxdur, hürriyyət yoxsa, deməli,
istiqbalda yoxdur. Hürriyyət insanı təhsil və elmə çatdırır. X.X.Səbribəyzadənin “Biz” adlı şeirində
söylədiyimiz fıkirlər öz əlvanlığı ilə əksini tapır:
Elm ilə aləm bütün nail bu gün ülviyyətə,
Bizsə düşmüş, batmışız, saplanmışız sufliyyətə.
Qarnımız ac, sirətimiz çıplaq, zəbunuz, titrəriz,
Tənbəliz, tənpərvəriz, ciddən əsiriz rahətə.
Bilməyiz bir şey, fəqət hər şeydə yüksək bir vüquf,
Göstərir, söz söyləriz, həp aşnayız hikmətə (10, 9).
Şair inanır ki, belə bir dünya, belə bir istiqbal qurulacaqdır və bu inam şeirdə belə bir gələcək
uğrunda mübarizə etmiş, əzab çəkmiş, iztirab və məhrumiyyətlər görmüş nəslin taleyindən ayrı
düşünülmür. Şeirdə mövzu əsas və müfəssəl bir mövzudur. Təsadüfı deyil
ki, bu mövzu şeirdə ötəri
deyil, çox müfəssəl yerlərdən birini tutur.
ƏDƏBIYYAT
1.
Əli bəy Hüseynzadə. Türklük, əsgərlik və İstanbulda 31 mart vəqəsi. “Tərəqqi” qəzeti, 10
aprel 1909, №75.
2.
Xəlil Rza Ulutürk. Mənə bənzə. Bakı, “Gənclik” nəşriyyatı, 2000.
3.
“Şəlalə” jurnalı, 1913, № 3
4.
“Şəlalə” jurnalı, 1913, № 5
5.
“Şəlalə” jurnalı, 1913, № 8
6.
“Şəlalə” jurnalı, 1913, № 12
7.
“Şəlalə” jurnalı, 1913, № 13
8.
“Şəlalə” jurnalı, 1913, № 14
9.
“Şəlalə” jurnalı, 1913, № 15
10.
“Şəlalə” jurnalı, 1913, № 16
11.
“Şəlalə” jurnalı, 1913, № 17
12.
“Şəlalə” jurnalı, 1913, № 18
13.
“Şəlalə” jurnalı, 1913, № 19
14.
“Şəlalə” jurnalı, 1913, № 20.
15.
“Şəlalə” jurnalı, 1913, № 22.
16.
“Şəlalə” jurnalı, 1913, № 39.
17.
“Şəlalə” jurnalı, 1913, № 40
Hayatova Solmaz
Works of the Turkey poets in the magazine “SHALALA”
Summary
At the beginning of the 20-th century the poetry created in Turkey and Azerbaijan steps on the
rapid development period both from ideological and stylistic point of view. In addition to all this,
the literature of the world nations plays an important role as regards the assistance. I.e. the way of
experience passed by the other nations is chosen as an example, so, there was required to step
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
390
decisively on the novelty. o this end, the authors of the magazine “Shalala” take radical position and
appear as the representatives of the creators of the modern literature from the standpoint of
“Fyuzat” group. That’s why, the masters and the masterpieces created in the Turkish and Anatolian
style attracted interest. So, translation, propaganda and publication of these samples were in the
center of attention. They paid attention to the national history of literature and regularities other
than the innovator-modernist line of development. From this point of view the works published in
the magazine “Turk Yurdu” under the leadership of Mahammad Amin Yurdagul by the various
authors are distinguished and propagandized. Especially the magazine “Shalala” started to be
published since 1913 has stimulated this work.
Key words: Kh.Khurram, lover, love, beautiful, master, ethics, environment
Tahir Nəsib, fil.ü.f.d.
AMEA Folklor İnstitutu
Türk xalqları folkloru şöbəsi, böyük elmi işçi
tahirnesibli@yahoo.com
URAL-ALTAY, ŞUMER-HURRİT DİLLƏRİNDƏ MƏNANIN GÜCLƏNDİRİLMƏSİ
ÜSULLARININ MİFOLOJİ ƏSASLARI
Müasir folklorşünaslıq nəzəriyyəsində belə bir köklü fikir hakimdir ki, qədim dövrdə türk
xalqlarının mifoloji görüşləri, inancları, mifopoetik yaradıcılıqları və ictimai-mədəni həyatları bir-
biriləri iləsıx əlaqədə olub(5,30).Həmin cəhət bütünlüklə ural-altay xalqlarının hər birinin maddi-
mənəvi həyatlarının həm müstəqil, həm də ortaq tarixindəeyni inkişaf mərhələlərindən keçməklə
təkrarlanmışdır. Ural-altay xalqlarına aid mifoloji görüşlər, mifopoetika, epik yaradıcılıq
xüsusiyyətlərinin müqayisəsi göstərir ki, bu yaxınlıqlar genetik-tipoloji səviyyədədir. Belə bağlılıq
həmin dövrdə onların dil xüsusiyyətlərinə dətəsir edərək özünü bu sahədə də qoruyub saxlamışdır.
Bu cəhətdən aqlyutinativmənşəli ural-altay və şumer-hurrit dillərinə aidqrammatika qanunlarında
mənanın gücləndirməsinin keçdiyi inkişaf mərhələləri xüsusi ilə diqqət çəkir.Həmin
inkişafardıcıllığısonrakı mərhələlərdəbir çox qrammatik normaların şəkilləşməsinə də öz təsirini
göstərmişdir.
Mifoloji düşüncədə təbiətlə insan arasındakı münasibətlərin əksindən yaranmış arxaik
folklor janrlarından: alqış, qarğış, sehr, ovsun, ayin, oyun, tamaşa və s. ortaq xüsusiyyətlərdən biri
fikrin, məqsədin istəklərdə, dualarda dəfələrlə təkrarlanmasıdır.Əfsanələrdə, nağıllarda və
şamançılıq mifologiyasını, inanclarını, qədim ənənələri özündə qoruyan digər epik yaradıcılıq
mətnlərində də həmin xüsusiyyət özünü köklü səviyyədə göstərir. Avropa, rus folklorşünaslarından
bəzilərinin düşüncələrində həmin cəhət yersiz, əhəmiyyətsiz, bezikdirici cəhət sayılır(17,45).Türk
mədəni-mənəvi tarixinin, mifologiyasının şah əsəri sayılan oğuznamələr haqda daorta əsrlər
salnamələrində oxşar haqsız qiymətlər verilmişdir. (4,471). Tarixi mənbələrdə uyğun genetik-
tipoloji cəhət kimişumer mifik, epik mətnlərinin oxunması zamanı seçilmiş parçaların üç, doqquz
dəfəsöyləyicilər və dinləyicilər tərəfindən mnemonik üsulla təkrarlanması haqda məlumatlar
var.(14,121). Həmin təkrarsız xüsusiyyət- eyni mənanın, fikrin çoxsaylı təkrarı, uzun tarixi zaman
ərzində ural-altay dillərinə aid qrammatik qanunlarda da əks olunub. Bu araşdırmada həmin məsələ
türk, monqol, fin, eston, şumer-urartu dillərinə aid sözlərin müqayisəsi yolu ilə izah edilib
aydınlaşdırılır. Problemə aydınlıq gətirmək üçün, eyni zamanda, mifologiyaya, inanclara, şifahi
xalq yaradıcılığına aid bəzi arxetip əlamətləri müqayisəyə cəlb etməyə ehtiyac yaranır.
Mifoloji düşüncənin, mifopoetik yaradıcılığın hakim olduğu qədim ictimai-mədəni həyatda
ural-altay, çin, tibet xalqları ortaq tək tanrı inancına görə ən ali, yüksək varlıq saydıqlarıGöyüvəsf
məqsədi üçün onun ayrı-ayrı müsbət yüksək xüsusiyyətlərinin yanına “tenqri” əlavə edirdilər.
Uqan-Tanrı-qüdrətli, güclü, hər şeyə qadir, hamıdan əvvəl; Kayraqan-Tanrı-bütün aləmi
yaradan(kayran), qoruyucu güc, hifz edən qüdrət; Ulu-Tanrı-ən uca, müqəddəs; Ülgen-Tanrı- ulu
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
391
günəş və s. Həmin cəhətə görə də monqol-buryat şamançılıq inanclarında 99 xeyirxah xüsusiyyətli
tanrı adı vardır.
Tanınmış buryat folklorşünası Xanqalov qeyd edirdi ki, tenqrinin 99 müxtəlif mənalı,
xüsusiyyətli, keyfiyyətli adı qədim dövrlərdə ancaq bir xeyirxahlıq, müqəddəslik məqsədi güdüb.
“Əvvəlki zamanlarda Qərb, Şərq tərəfdəki 99 tenqri yaxşı, ağ idi, yerdəki insanlar üçün onlar birgə
fəaliyyət göstərirdi.” (17,315).Avropalı, rus folklorşünaslar yanlış olaraq bu xüsusiyyətiçoxtanrılıq
kimi qəbul ediblər (21,50). Bu baxış islam dinində allahın 99 gözəl adının olması inancına da öz
təsirini göstərmişdir.
Qədim türk və monqol şeir üslubunun tarixi poetik xüsusiyyətlərində də bu cəhət özünü
qoruyub saxlayıb. IX əsrdə aidmanixeyçi uyqurlara aid olan türkcə yazılmış şeir “Tan Tanrı” da
(Tanq Tenqri) deyilir:
Tanq Tenrı kelti, Tan Tanrı gəldi
Tanq Tenri Tan Tanrı özü gəldi,
Tanq Tenrı kelti, Tan Tanrı gəldi,
Tanq Tenrı özü kelti. Tan Tanrı özü gəldi.
Turunqlar kamağ bəylər, kardeşlər, Qalxın, bütün bəylər, qardaşlar,
Tanq Tenqrik öqelim. Tan Tanrıyı öyəyin.
Körüqme Kün Tenqri, Görən Günəş Tanrı,
Siz bizni kurtqarınq! Siz bizi qoruyun!
Körünüqme Ay Tenqri, Görünən Ay Tanrı,
Siz bizni kurtqarınq! Siz bizi qoruyun!
Tanq Tenqri! Tan Tanrı!
Yıdlığ yıpralığ, Gözəl qoxulu, müşk-ənbər qoxulu,
Yarukluğ yaşukluğ Parıltılı, işıltılı,
Tanq Tenqri! Tan Tanrı!
Tanq Tenqri!
TanTanrı (6,90).
Burada Tanq Tenqri, Kün Tenqri, Ay Tenqri, Görünən Tenqri, Görən Tenqri, gözəl qoxulu,
müşk-ənbər qoxulu, parıltılı, işıltılı Tanq Tanrı müstəqil adlar mənasında işlədilməyib; Tanrını vəsf
üçün ifadələr, mənanı gücləndirən eyni səviyyəli təkrarlardır. Qədim türk, monqol şeirinin
Dostları ilə paylaş: |