uzlaşması yaratmışdır. Bu uzlaşma da əsasən Qərb tipli Şərq qadınının xarakterində
(Mahpeykər nəzərdə tutulur) açılır. Ailədaxili psixoloji çalarlar Əli bəyin sevgilisi Dilaşubla
rəftarında mərkəzə çıxırsa, bu hadisənin yaranmasının əsas səbəbkarı kimi Mehpeykər obrazı
sərbəstliyi və apardığı mübarizə tərzi ilə Qərb düşüncə tərzindən gəlmə mənfi tip kimi
verilir. Bu obraz Qərb ədəbiyyatı üçün də mənfi xarakterlidir. Ancaq mənfi də olsa, öz
davranışı, münasibətləri ilə qərbliləşməyi təmsil edir.
Ailədaxili münasibətlərin mənfi-müsbət planda ümumiləşdirilməsi Azərbaycan
ədəbiyyatında da XIX əsrdə real cizgilərlə üzə çıxmışdır. Buna misal olaraq, Azərbayacan
ədəbiyyatında maarifçi realizmin banisi olan M. F. Axundovun “Sərgüzəşti- Mərdi- Xəsis”
(Hacı Qara) komediyasını qeyd edə bilərik. Burada (Sona və Tükəz xanımın ailəyə bağlılığı
fonunda) bir Şərq ailəsi verilir. Lakin qadın və kişi münasibətlərində ailədə baş verən
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
381
dəyişikliklər M. F. Axundovda müsbət yöndən dəyərləndirilir, qadın öz ənənəvi mövqeyində
faciə yaradacaq ciddi dəyişikliyə məruz qalmır. Bu mənada, XX əsr Azərbaycan
ədəbiyyatında qadın obrazı yaradıcılığında həm M. F. Axundovdan başlanan maarifçi realizm
ənənəsi, həm də XIX əsr türk ədəbiyyatının tənzimatçı və sərvəti – fünunçu romantik –
simvolist ənənəsi təsiredici rol oynamışdır. M. F. Axundovdan başalanan maarifçi realizm
daxilində ənənədən gələn milli özünəməxsusluq mövcuddur. Elə buna görə Azərbaycanda
yaranan realizmin tiplər silsiləsindəki (obrazlar qalereyası nəzərdə tutulur) xarakterlər ilə
Qərb realizminin strukturu fərqlənirdi.
ƏDƏBIYYAT
1.
Hüseynov A. // Müasirlik problemi və nəsrin axtarışları (məqalə) “Azərbaycan” jurnalı.
1977, № 6.
2.
Hüseynzadə Ə. Qırmızı qaranlıqlar içində yaşıl işıqlar. Bakı: Azərnəşr, 1996, 252 s.
3.
Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 255 s.
4.
Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Maarif, 1974, 487 s.
5.
Məmməd T. XX əsr Azərbaycan dramaturgiyasının poetikası (H.Cavid,
C.Məmmədquluzadə və C.Cabbarlı dramaturgiyası əsasında). Fil. elm. dokt. ...dis. Bakı,
2004, 288 s.
6.
Namik K. İntibah. Roman. Ankara, 1997, 210 s.
7.
Rəsuli İradə Qafur qızı. XX əsr Azərbaycan dramaturgiyasında Türkiyə mövzusu. Fil.
elm. nam. ...dis. Bakı, 1998, 131 s.
Sadagat Asgarova
The woman image in Westen type East literature
Summary
In this paper woman images investigated in base of novels such as N.Kamals
“Intibah”, M.Raups “Eylul”, K.Z.Ushagligils “Askhı -mamnu”, H.Cavids “Afat”. İn research
differenciesbetween East and West analysed in context of Woman betrayal.
Sədaqət Qasımlı, fil.ü.f.d.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Aparıcı elmi işçi
gasimli36@mail.ru
AFƏT İLQAZIN HEKAYƏ YARADICILIĞI
Cümhuriyyət dövründə ədəbiyyat mükafatı alan ilk qadın yazıçı Afət Ilqaz 1937-ci ildə
Çanakqalanın Ezine bölgəsində anadan olmuşdur. Afət Ilgazın uşaqlıq və gənclik illəri, dindar bir
mühit olan Kocamustafapaşa adlı bir məhəllədə keçmişdir. Yazıçı hekayələrində də bu səmtdəki
həyatına çox yer vermişdir. Çapa Uygulama orta məktəbini bitirdikdən sonra, Çapa Öğretmen
Okulu, sonra isə Çapa Eğitim Enstitüsünün Ədəbiyyat şöbəsində təhsil almışdır. İnstitut təhsilini
bitirən kimi Pınarhisarda orta məktəb müəllimliyinə başlayır. Universitetə girmək üçün yenidən
İstanbula qayıdan İlgaz, Türkoloji şöbəsinə girmək qərarından vaz keçərək, Fəlsəfə fakultəsinə
daxil olur. Yazarlığını düşünərək atdığı bu addımı İlgaz belə izah edir: “Bir yazar olaraq geliş
memde ne çevremin, ne okullarımın, ne okuduğum kitapların beni gereken hızla yetiştirmede bir
yararı olmamıştı. Felsefe okumaya karar vermekle sanıyorum ki bu yanlış ve ağır gidişi gene kendi
sezgimle, bir dereceye kadar zamanında önledim.” (3. 161.) Afət Ilgaz İstanbul Universitetinin
Ədəbiyyat fakultəsinin Fəlsəfə və Klassik Dillər şöbəsini bitirir. İzmirdə başladığı türk dili
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
382
müəllimliyini qısa bir müddətdə İstanbulda davam etdirən yazar, Kasımpaşa Liseyində
müəlliməykən bu işini də buraxaraq İtaliyaya gedir. Vətənə döndükdən sonra Muhteremoğlu
Kitabevini işlədən Afət Ilgaz, 1969-1974-cü illər arasında yazıçı Rıfat Ilgaz ilə evliykən bir ana
okulu açıb işlədərək, əlavə olaraq, əriylə birlikdə Sınıf Yayınlarını qurur. Rıfat Ilgazdan
ayrıldıqdan sonra özünü tamamiylə ədəbiyyata bağlayır.
Afət Ilgazın yazı həyatı 1954-cü ildə “Dünya” qəzetindəki yazıları ilə başlayır. Yazıçının ilk
hekayəsi 1955-ci ildə çap olunmuşdur. Sonralar “Yücel”, “Varlık”, “Türk Dili”, “Yeditepe”,
“Hürriyet”, “Gösteri”, “Türkiye Yazıları” dərgilərində və “Yeni İstanbul”, “Cumhuriyet”, “Yeni
Şafak” qəzetlərində yazıları çap olunur. On roman müəllifi olan Afət İlqazın ilk kitabı “Eşiktekiler”
(1961) romanıdır. Bu romandan sonra bir-birinin ardınca hekayə kitabları nəşr olunmuşdur:
“Bedriye” (1963), “Başörtülüler” (1965), “Toprak” (1968). (Bu kitab “Toprak İnsanları” adı ilə
1971-ci ildə yenidən çap olunmuşdur), “Halk Hikayeleri” (1972), “Çeribaşı Aptullahla İdamlık
İsmail” (1974), “Ölü Bir Kadın Yazar” (1983), “Kazdağı Öyküleri” (2000).
Afət Ilqaz 1969-cu ildə yazıçı Rıfat Ilqazla ailə həyatı qurana qədər əsərlərini Afət
Muhteremoğlu imzası ilə yazmışdır. 8 roman müəllifi olan Afət Ilqaz uşaqlar üçün də 5 roman
yazmışdır. Afət Ilqazın “Başörtülüler” hekayə kitabı 1965-ci ilin “Türk Dil Kurumu Hikayə
Ödülü”nü, “Yol” romanı isə Türkiyə Yazarlar Birliyinin ilin romanı mükafatını qazanmışdır.
2010-cu ilə qədər “Yeni Şəfəq”, “Milli Qazete”də və 2010-cu ildən sonra isə “Yeniçağ”
qəzetində ömrünün sonuna qədər köşə yazarlığı etmişdir. Afət İlqaz 2015-ci il yanvarın 15-də
İstanbulda vəfat etmişdir.
Afət Ilgaz, orta məktəb illərində mütaliə etdiyi rus yazıçılarının əsərlərindən realizmi
mənimsəmişdir. Hekayələrinin qəhrəmanlarını əsasən kənd və qəsəbələrin orta və aşağı təbəqəsinə
mənsub olan insanlardan seçmişdir. “Soylu sanat” onu realizm cərəyanına yaxınlaşdıran ən öınəmli
təsirlərdən biri olduğu barədə yazıçı belə söyləyir: “Soylu sanatı en çok, batılı anlamda 19. yüzyıl
klasiklerinde buluyorum. Realistlerinde yahut onlar sağlam bir kurgunun içinde, isabetli tahliller,
tesbitler yaparlar. İnsanın bütün gerçeğini, hayatın da bütün gerçeğini de vermeye çalışırlar,
görünenle yetinmezler. Bunu da Tolstoy gibi şiirli bir dille yapanlar ve ya Dostoyevski gibi, şaşırtıcı
gerçeklere parmak basanlar becerebiliyorlar. En çok Rus klasiklerini severim.” (4, 18) Ilgaza
16
yaşındaykan oxumağa məhəbbət yaradan XIX əsr rus realistləri onu ən çox təsirləndirən yazarlardır.
Yazıçının hekayələrindəki təbiilik, çoxlu insandan bəhs etməsi və bu insanların yaxşı cəhətini
görməyi bacarması da bu təsirin nəticəsidir. Afət Ilgaz rus, qərb və türk yazıçılarından aldıqları ilə
öz realist dünyagörüşünü zənginləşdirərək, özünəməxsus tərzdə hekayələr yazır. Hekayələrinin
qəhrəmanlarını əsasən kənd və qəsəbələrin orta və aşağı təbəqəsinə mənsub olan insanlardan
seçmişdir. Yazıçının ilk hekayə kitabı “Bedriye” Yedi tepe Yayınları tərəfindən 1963-cü ildə çap
olunur. Ilgazın, üz qabığında “Roman-Hikaye” deyə səciyyələndirdiyi kitab bir-birinə bağlı 9
hekayədən ibarətdir. Kitabın bütün personajları və hadisələrin baş verdiyi məkan ortaqdır.
Hekayələrin hamısında ələ alınan mövzu da kənddən İstanbula Ahmet Beyin ailəsinə xidmətçi
olaraq gətirilən Bədriyənin bu yeni həyatında yaşadığı problemlərdir. Hekayələrin hər birində
Bədriyənin ətrafında cərəyan edən hadisə və durum anlatılır. “Korku” hekayəsində Ahmet Beyin
qızının ani bir qərarla evlənməsindən söhbət açılır. Hekayədə bəhs olunan hadisə evin qızına aid
olsa da hekayənin əvvəlindən sonuna qədər Ahmet Beyin hiss və düşüncələrinə yer verilir.
Yazarın “Kısır Çember” hekayəsində Bədriyənin məktəbə yazdırılmasından bəhs edilir.
Evin uşaqları Bədriyənin məktəbə getməsini istəsələr də ana və ata bunu istəmirlər. Çünki onlara
görə Bədriyənin vəzifəsi ev işlərinə yardım etməkdir. Kitabın “İnsanlar ve Çocuklar” adlı
hekayəsində Ahmet Beyin qızının Bədriyəyə olan məsuliyyətli münasibəti, mərhəmətli yanaşması
və ona qarşı duyduğu hisslərdən söhbət açılır. “Sevmek” hekayəsində isə Ahmet Beyin qızının
Bədriyəyə qarşı hiss etdiyi suçluluq və vicdan əzabını daxili dialoqlarından və əriylə olan
söhbətlərindən öyrənirik. Bu qız, bir yandan Bədriyəyə yazığı gəlib, onun üçün nəsə etmək
istəyərkən, o biri yandan da ona edilən haqsızlıqlara bəhanələr tapıb vicdanını sakitləşdirməyə
çalışmaqdadır. Digər tərəfdə isə Bedriyənin yalnızlığı və kədəri çoxalmaqdadır.. “Bedriye
ve
Çocuklar” hekayəsində Ahmet Beyin qızının evlad dünyaya gətirdikdən sonra Bədriyəyə olan
duyğularındakı həssaslığın artdığının şahidi oluruq. Bədriyənin xeyrinə olması kimi görünən bu
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
383
durum onun sevgisizliyini və əzilmişliyini daha da üzə çıxarır.
“Bir Aşk Mektubu” hekayəsində hadisələr, Bədriyənin məhəllənin yaramaz oğlanlarından
biri olan Hulkiyə yazdığı eşq məktubunun ətrafında cərəyan edir. Məktubun ələ keçməsiylə hərkəs
çaşqınlıq keçirir. Bu kiçik eşq məktubu insanlara Bədryənin də duyğulara malik bir qəlbinin
olduğunu xatırladır. “Bedriye Sorunu II” hekayəsində gözlənilən sonluq bəlli olmuşdur, Bədriyə
kəndə göndərilmişdir. Bədriyə getdikdən sonra, sevmədiklərini düşündükləri bu qızı, ailə özləri də
fərqinə varmadan çox sevirmişlər. Təəssüf ki, Bədriyə bu sevgini heç vaxt hiss etməyəcək. Afət
Ilgazın bu hekayəsində davamlı şəkildə hiss olunan anlatma tərzi və açıq yazmaqdan çəkinmədiyi
tənqidi cümlələrinə baxmayaraq, oxucuda Bədriyəyə həm acımaq , həm də əsəbilik hissi
aşılanır.1960-cı illər Afət Ilgazın ədəbiyyat və sənət aləmində ulduzunun parladığı illərdir.
Yazıçının ikinci kitabı1965-ci ildə TDK Hikaye Ödülünü alan “Başörtülüler”dir. Kitabdakı dini
mövzuda yazılmış “Başörtülüler” hekayəsində gənc bir qızın başdan axıra qədər dini sorğu və
duyğularına yer verilir. Afət Ilgaz cəmiyyətdə dinin məcburiyyətlə deyil, səmimiyyətlə və
məhəbbətlə qəbul edilməsini arzulayır. Mövzu üçün seçilən məkan, zaman və surətlərin uyğunluğu
hekayənin düzgün quruluşa malik olmasına sübutdur. Bu hekayə yazılan vaxt yazıçı hələ dinə
meyl etməmişdir.
“Aşk” hekayəsində yazıçı bir qadağan olunmuş eşqdən bəhs edir. Afət Ilgaz, “Evlilik”
hekayəsində isə məhəbbətlə gurulmamasına baxmayaraq xoşbəxt bir evlilikdən söhbət açır. Bu
hekayədə bütün ev qadınları kimi işinin təmizlik və yemək bişirməkdən ibarət olduğunu düşünən
qadının qəlbində eşq olmadığına baxmayaraq, ərinə və evinə sahib çıxması yazar tərəfindən xüsusi
olaraq nəzərə çarpdırılır. Hadisə və dinamikliyin az olduğu, rahatlıq və xoşbəxtliyin bərabər şəkildə
inkişaf etdiyi bu hekayədə, bu iki duyğu iki rəng olaraq əks olunmuşdur. Afət Ilgaz 1968-ci ildə
“Toprak”kitabını çap etdirir. Həmin kitab 1971-ci ildə yenidən “Toprak İnsanları” adı ilə nəşr
olunur. “Toprak İnsanları” adlı kitabındakı hekayələrdə kənddən şəhərə köç edən insanların
həyatından danışılır. Hər dönəmin sosyal problemi olan bu məsələ Afət İlgazın qələmində hərtərəfli
cəhətləriylə işlənmişdir. Bir çox hekayələrində öz həyatını qələmə alan yazıçı “Toprak
İnsanları”nda da bu yolu seçdiyinə görə mövzunu və tanıdığı surətləri bacarıqla oxucuya təqdim
edir. Bu cəhət kitabı avtoboiqrafik və xatirə janrına yaxınlaşdırır.
Rifat Ilgaz kitaba yazdığı ön sözdə bizim fikrimizi təsdiqləyir:
“Yazarın konu olarak işlediği toprağı ve didik didik ettiği toprak insanlarını önce kitabından
öğrendim, daha sonra da katıldığım sosyal çevresinden... Bu köyden kasabaya, kasabadan kentlere
ve İstanbul’a gelip yereleşen, önce umutlu, güvenli, sonraları tedirgin, yeni sorunlar karşısında
bunalmış, gücünü tüketen, dayanaksız kişiler, onun ortamındaki yakınlarıdır. Yenilenler, yenilip de
geri dönmek istiyenler, geri dönmek isteyip de dönemiyenler, yeniden tutunmaya çalışanlar da
vardır içlerinde, Topraklarından kopmuş gibi görünseler de gene kökleri toprağın derinliklerindedir.
Uzak kentlerde bile toprağın verimi, bereketi, kokusu ile tutunmaya, yaşamaya çalışırlar.”(3, 4)
“Toprak Insanları” kitabı adsız və birbirinə bağlı on iki hekayədən ibarət olmaqla uzun hekayə
formasındadır. Kitabda Ezinədən köçüb İstanbulda yerləşən bir ailənin böyük şəhərdə yaşaya
bilmək çabaları başdan sona qədər bütün detallarıyla hissə-hissə qələmə alınmışdır. Kitab,
yazıçının ələ aldığı sosyal mövzunun və insanların sərgüzəştlərinin genişliyi baxımından
hekayədən çox romana yaxın bir uzun hekayəni (povesti) xatırladır. Bu hekayələr, sosyal-iqtisadi
və psixoloji xüsusiyyətləriylə 60-70-ci illər Türkiyəsinin reallıqlarını əks etdirir.
Afət Ilgaz, 1972-ci ildə çap etdirdiyi “Halk Hikayeleri” kitabındakı hekayələrini 1969-cu
ildən yazmağa başlamışdır. Kitabındakı “Önsöz”de açıqladığına görə Afət Ilgazın məqsədi xalq
hekayələri şəklində, amma müasir türk cəmiyyətinin müxtəlif sahələrindəki qadın ilə kişi
münasibətlərini ictimai mövqedən qələmə almaqdır. “Xalq Hikayeleri”(1972) kitabında eşq,
ayrılıq, yoxsulluq, xəstəlik, yalnızlıq, məmləkət həsrəti, uşaq sevgisi, evlilik həyatı. bir parça çörək
pulu qazanmaq üçün kənddən şəhərə köçmək və s. mövzularda yazılan hekayələr gündəlik həyata
bağlı şəkildə qələmə alınmışdır. Doğrudur, yazılış forması bu hekayələri ümumiyyətlə xalq
hekayəsindən ayırsa da, amma tamamiylə də ondan qoparmır. Xalq hekayələrində olduğu kimi, bu
hekayələrdə də aşiqlər bir-birlərini dəlicəsinə sevirlər və heç cür də birləşib xoşbəxtliyə çata
bilmirlər. Xalq hekayələrinin əksinə olaraq, bunun səbəbi həyatın, cəmiyyətin yaratdığı çətinliklərlə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
384
izah olunur. “Xalq hekayələri”ndəki obrazların əksəriyyəti Anadolunun müxtəlif bölgələrindən
şəhərə köçənlərdir. Hamısı da boğazlarından kəsərək, bir az pul toplayıb yurduna yuvasına
dönmək
xəyalı
ilə
yaşayırlar.
Afət Ilgaz əsasən həbsxana həyatından bəhs edən “Çeribaşı
Abdullahla İdamlık İsmail” adlı hekayələr kitabını 1974-cü ildə çap etdirir. Kitaba adını verdiyi
“Çeribaşı Abdullahla İdamlık İsmail” hekayəsində cinayət etməməsinə baxmayaraq iki cinayətin
birdən onun boynuna qoyularaq, edama məhkum edilən İsmailin ətrafında baş verənlərdən və
sonda onun asılmasıyla başa çatan olaydan bəhs olunur. İsmailin gecikən edam cəzasının yerinə
yetirilməsinin bəhs olunduğu son hissə hekayənin ən canlı nöqtəsidir. Hekayədə qələmə alınan
insanlar rütubətli zirzəmilərdə, işıqsız, yolsuz, susuz gecəqondularda sıxıntı içində yaşayırlar.
Uşaqlarını oxuda bilənlər çox azdır. Hətta aralarında dəli olanlar da var. Yenə də xəyallarını
gerçəkləşdirmək naminə davam gətirirlər. Heç cür gəldikləri yerləri də, oranın adətlərini də, təbii
gözəlliklərini də unuda bilmirlər, böyük şəhərdə bir yabançı kimi sürgün həyatı yaşayırlar. Yazıçı,
bu insanların gündəlik həyat tərzlərini, həsrətlərini, üzüntülərini bütün detalları ilə güclü bir
müşahidəçi gözü ilə təsvir edir. Lakin o, ictimai məsələləri qaldıraraq, tam olaraq müşahidəçilikdən
ictimai reallıqlara keçə bilmir.
Bir çox hekayələrdə isə, məhkumlar arasındakı “böyük” “kiçik”, dostluq münasibətlərindən
və bunun həbsxana həyatında nə qədər önəmli olduğu işlənmişdir. Kitabın
“Arabın
Yalellsi”
hekayəsində məhkumlar arasındakı münasibətlərdən söhbət açılır. Kiçik bir radionun həbsxana
həyatına necə rəng qatdığı anlatılarkən, aralarındakı bütün anlaşılmazlıqlara baxmayaraq, bir-
birlərini ələ verməyən məhkumlar ön plana çəkilir. Məhkumların radioda dinlədikləri siyasi
xəbərlər barədə bir-birlərini həbsxana rəhbərliyinə xəbər verib-verməyəcəyinə son anda cavab
tapılması marağının hekayənin dinamizmini artırır.
“Beyler Koğuşundaki Hulusi Bey” hekayəsində yenə də həbsxana həyatı və məhkumlardan
söhbət açılır. Hekayə, kişilər bölümündə öz pis xüsusiyyətləriylə seçilən Hulusi Beyin danışdığı
əxlaqsız söhbətlər ətrafında cərəyan edir. “Tanıklar” hekayəsində isə aralarındakı fərqliliklərə
baxmayaraq, əvvəldən heç tanımadıqları müəllimi düşdüyü çətin vəziyyətdə yalnız buraxmayan
məhkumlar vasitəsiylə işlənən mövzunun əsasında yenə həbsxana həyatının ağır şərtlərinin
dayandığı
meydana
çıxır. Kitabdakı “Bayburtlu Necati”, “Çay”, “Lise Müdürü”, “Ekmek
Torbası” hekayələrində isə yenə də məhkumlar arasındakı “böyük” “kiçik” və dostluq
münasibətlərinin və bunun həbsxana həyatında nə qədər önəmli olduğu işlənmişdir.
Kitabdakı
hekayələrdə iqtisadi durumun insanlar arasında yaratdığı sinfi fərqlilik və cəmiyyətin yoxsul
insanlara olan münasibəti nəzərə çatdırılır. Yazıçı başqa hekayələrində də müəllimlərə aid
mövzulara yer verir. “Bir Öğretmenin Günlük’ünden” və “Parça Parça” hekayələrində müəllim
tələbə münasibətlərindən, müəllimlərin tələbələrinə duyduğu sevginin səmimiliyindən danışılır.
Ilgaz mövzuların əksəriyyətini şəhərdəki yaşayış binalarının çevrəsində sinfi ayrılıqlar, yoxsul-
zəngin məsələləri üzərində qurur. Bəlli ki o, bu məsələlərin yaratdığı durumları yaxından izləmiş
və bu durumların içindəki surətləri də bacarıqla canlandırmışdır. Ən çox binalardakı qapıçıları,
xidmətçiləri, tərbiyəçiləri, gündəlik işçiləri və uşaqlarını, binalarda oturanları təsvir edir. Bunun
nəticəsində özəlliklə Gülten, Fidan, Fatma, Hasan, Hesan adlı surətlər yaranır.
Afət Ilgaz bir neçə il sonra yazdığı bəzi ictimai gerçəklikləri tənqid etdiyi hekayələrində
sürətlə ictimai-realizmə keçməyə başlayır. Yazıçının bu dönəmdəki bəzi yazıları və müsahibələri bu
yolda irəliləyişinə sübutdur. Müsahibələrinin birində belə söyləyir:
“Sanatçı topluma atılım gücü verən, toplumu olumlu değişmelere hazırlayan, kişiyi
sömürüden kurtarmayı amaç edinen kişidir. Sanatçı bu duruma gelmişse, bu olgunluğa erişmişse
çevresine belli bir açıdan bakacaktır ister istemez.(...) Önemli olan bir sanatçının ele aldığı kişiler ve
olaylar değil, daha çok onlara bakış ve ele alış biçimidir.Toplumumuzda muhakkak ki en saygı
duyulması gereken kişiler emekçiler, toplumun yükünü taşıyanlar, bu yükün altına girenlerdir.(...)
Sanatta devrimci tavır, Halkın en sağlam yanlarını, en gerçek yanlarını, en güvenilir yanlarını
görebilmektir,(...) Halkı eleştirmek ama ona gene de inanmak.”
Afət İlqaz istər mükafat alan “Başörtülüler”də, istərsə də o biri kitablarındakı
hekayələrində ya bir ailəni, ya bir adamı, ya da başqa bir mövzunu qələmə alsın, Egedən İstanbula
köçmüş orta təbəqədən olan insanların gündəlik həyatlarından bəhs edir. Bu hekayələrdə ayrı
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
385
düşmüş aşiqlərin nakam məhəbbətləri, öz həyatlarında səhvlər buraxmış və bu səhvlərlə yaşayan
ziyalılır da yaddan çıxmır. Yazıçı xalq içərisindəki ziyalılara gözəl münasibət bəsləyir. Amma, yeri
gələndə ziyalıları tənqid də edir. Onu ən çox cəlb edən qadınların başlarına örtdükləri, illər boyu
modalara uyğun rəng dəyişdirən baş örtükləridir. Afət Ilqazın sonradan dinə bağlanmasında bəlkə
də bu baş örtüklərinin təsiri olmuşdur.
Afət Ilgazın hekayələri təkcə mövzuları və surətləriylə
deyil, dili və yazı tərziylə də xalqa yaxın mövqedə dayanır. Çünki o biri hekayələrində olduğu kimi
bunlar da təmiz və doğru türkcə ilə yazılmışdır. Türk dilinin incəliklərindən məharətlə istifadə
edərək, surətləri öz xarakterlərinə uyğun şəkildə danışdırır.
ƏDƏBIYYAT
1. Afet Ilgaz. Bedriye, Yeditepe Yayınları 1963.
2. Afet Ilgaz, Halk Hikayeleri, Sınıf Yayınları, İstanbul 1972.
3. Afet Ilgaz, Toprak İnsanları, İstanbul 1971.
4. Keziban Böge, Afet Ilgazın Hikayeciligi, Yüksek lisans tezi Konya-2006.
5. “Yenigün”, 15.08.1973.
Summary
The modern Turkish writer, the author of 8 story books Afat Ilgas wrote about class
differences, social problems and women issues. Her heroes are from the lower classes of the
village and town; those who moved from villages to towns. This problem of all times was depicted
by Afat Ilgas`s pen. The social- economic and psychological features of 60-70th years’ reality in
Turkey was described in her stories.
Key words: Afat Ilgas, the story, Bedriya, the realism.
Solmaz Həyatova, fil.ü.f.d.
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi, aparıcı elmi işçi
bakru@live.com
TÜRK ŞAİRLƏRİNİN YARADICILIĞI “ŞƏLALƏ” JURNALINDA
XX əsrin əvvəllərində Azərbaycan şeiri istər ideya, istərsə də üslub cəhətdən coşğun bir
inkişaf dövrünə qədəm qoyur. Bütün bunlarla yanaşı bu zaman yenə də dünya xalqlarının ədəbiyyatı
köməyə gəlir. Başqa millətlərin keçdiyi təcrübə yolu örnək seçilir, yeniliyə doğru qətiyyətli addım
atmaq tələb olunurdu. Bu məqsədlə “Şəlalə” jurnalının müəllifləri daha radikal mövqe tutur, Dostları ilə paylaş: |