xatirələrində Türkiyəyə etdiyi mühacirətin tarixi ilə bağlı kiçik yanlışlığa yol verdiyi fikrini irəli
sürərək bu məsələyə belə münasibət bildirmişdi: “O, İstanbula özünün yazdığı kimi, 1908-ci ilin
sonlarında deyil, 1909-cu ilin ortalarında gəlmişdi. Bunu mühacirətə yola düşənə qədər redaktoru
olduğu “Tərəqqi” redaksiyasına göndərdiyi 28 iyun 1909-cu il tarixli məktub da təsdiq edir”[1, 17].
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
376
Hələ Türkiyədə ikən Əhməd bəy Ağaoğlu “İttihad və tərəqqi” partiyasının “Türk ocağı”
məclisinin və “Türk yurdu” dərgisinin fəaliyyətində də iştirak etmiş, “Xalqa doğru”, “Siratül-
müstəqim” qəzetlərində müəllif, “Tərcümani-həqiqət” adlı mətbu orqanda isə redaktor kimi
çalışmışdı. Bütün bunlarla yanaşı, Ağaoğlu İstanbul Universitetinin professoru kimi də fəaliyyət
göstərmiş, Milli Məclisin üzvü seçilmiş, bəzi siyasi məsələlər üzündən Malta adasına sürgün də
edilmişdi.
İstanbulda olduğu zaman Əhməd bəy Ağaoğlu 1921-ci ilin mayında Nəriman Nərimanovdan
Azərbaycanda nazir vəzifəsinə dəvət olunduğuna dair məktub almış, bununla belə, böyük hörmət
hissi ilə yazdığı cavab məktubunda həmin təklifdən imtina edərək qəbul edə bilməməsinin
səbəblərini də açıqlamışdı.
Türkiyədə yaşadaığı dövrdə Ağaoğlu dövlət quruculuğunda fəal iştirak edir, İki dəfə Qars
vilayətindən millət vəkili seçilir, ölkənin mətbuat və informasiya naziri təyin olunur. Həmçinin, o,
Ankara Universitetində Ana Yasadan, İstanbul Universitetində hüquq tarixindən dərslər aparır,
“Hakimiyyəti-Milliyə” qəzetinin redaktoru kimi çalışır, “Akın” qəzetini çıxarmaqla da məşğul olur.
Əhməd bəy AğaoğluŞərq və türk adət-ənənələrini, düşüncə tərzini, din, dövlətçilik
məsələlərini əhatə edən, eyni zamanda fəlsəfə, sosiologiya və etikaya aid bir sıra problemləri
özündə müfəssəl əks etdirən elmi ədəbi və publisistik əsərlərini də qələmə almışdı: “İslam və
Ayunun”, “İslama görə və islamda qadın”, “Üç mədəniyyət” (1927), “Hindistan və İngiltərə”
(1929), “Dövlət və fərd” (1936), “Sərbəst insanlar ölkəsində” (1936), “Mən nəyəm?” (1936), “İran
və inqilabı” (1941-1942), “Könülsüz olmaz” (1941-1942), “İxtilalmı, inqilabmı?”, “Sərbəst firqə
xatirələri”.
Həyatı daima yüksək ideallar uğrunda mübarizələrdə, keşməkeşlərin və çarpışmaların
içərisində keçmiş Əhməd bəy Ağaoğlu 1918-ci ildə Azərbaycana köməyə gəlmiş “Osmanlı Qafqaz
Ordusu”nun siyasi müşaviri kimi Bakıya gələrək yeni qurulmuş Azərbaycan Demokratik
Respublikasının Parlamentinin üzvü kimi tarixi xidmətlər göstərmişdi. O, Azərbaycan nümayəndə
heyətinə Paris Sülh konfransında da rəhbərlik etmişdi.
Keçən əsrin əvvəllərində Əhməd bəy Ağaoğlunun diqqət mərkəzində saxladığı digər önəmli
məsələ müsəlman qadınların cəmiyyətdəki rolu, onların hüquq və azadlıqlarının qorunması idi. Heç
də təsadüfi deyil ki, onun bu xüsusda bir sıra aktual mövzuları əhatə edən, rus dilində qələmə aldığı
kitabı da 1904-cü ildə Bakıda çap olunmuşdu. Əsər türk alimi Həsən Əli Edizin tərcüməsində 1959-
cu ildə türk dilində İstanbulda nəşr edilmişdi.
Təqdirolunası haldır ki, 1918-ci ildə Şərqin ilk müstəqil Cümhuriyyəti olan Azərbaycan
Demokratik Respublikasının qurulmasını hədsiz sevinclə qarşılamış Əhməd bəy Ağaoğlunun
fəaliyyətinin mühüm bir hissəsi onun möhkəmlənməsi yolunda xidmətə yönəlmiş, vətənpərvər
ziyalı məhz bu istiqamətdədə öz səylərini əsirgəməmişdi. Həmçinin, Cümhuriyyət dönəmində
Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə qadın azadlığı ideyalarını
yayan Əhməd bəy Ağaoğlunun daha bir istəyi reallığa çevrilmişdir.
Əhməd bəy Ağaoğlunun ədəbi fəaliyyəti tədqiqat müstəvisinə gətirilərkən bir fikir xüsusiə
nəzəri cəlb edir, onun bütövlükdə yaradıcılıq xarakterini dolğun şəkildə əks etdirir: “Ə.Ağaoğlunun
yaradıcılığı mövzu, janr, problematika etibarilə geniş və çoxcəhətlidir. Yaradıcılığının ilk illərində
islam və qadın mövzusuna geniş yer verirdisə, sonrakı dövrlərdə dövlət, cəmiyyət, fərd kimi
məsələlərə daha geniş yer ayırırdı” [2, 99].
Sovetlər dönəmində Əhməd bəy Ağaoğlunun ədəbi irsi, ictimai fəaliyyəti haqqında
çoxsayda tənqidlər deyilmiş, onun barəsində“burjua mühərriri” kimi yanlış düşüncə
formalaşdırılaraq o adla damğalamağa cəhdlər edilmişdir. Bununla da böyük fikir, qələm sahibinin
zəngin yaradıcılığı tədqiqatlardan demək olar ki, tamamilə kənarda qalmışdı.
Görkəmli publisist Ömər Faiq Nemanzadə “Şərqi-Rus” qəzetində dərc etdirdiyi “Əhməd bəy
Ağayev” adlı məqaləsində bu böyük şəxsiyyətin yaradıcılığına dair düşüncələrinə aşağıdakı
sətirlərdə hərtərəfli aydınlıq gətirmişdi:
“Bir az həmiyyəti-milliyəsi, məlumatı-elmiyyəsiolan Qafqaz müsəlmanları içində cənab
Əhməd bəy Ağayev namını bilməyən yoxdur sanıram. Ancaq pəkuzaqda bulunan qardaşlarımızın
bu ali zatı lazım olduğu dərəcədə tanımadıqları zənni ilə bu məqaləmlə bir cüzi də olsa nəzər
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
377
diqqətlərini cəlb etmək istərəm. İstərəm ki, hər mömin qardaş fürsət fot etməyərək bu millətpərvər
mühərrir-aliqədrin yazdıqlarından, əsərlərindən vaxtı ilə istifadə etsin”[6, 48].
Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi yaradıcılığı da özünəməxsusluğu ilə səciyyələnir. O,
çeşidli məqalələrində yeni düşüncə tərzini, yeni meyilləri əks etdirən fikirlərə üstünlük vermişdi. Bu
baxımdan demək olar ki, Əhməd bəy “Həyat” qəzetinin 18 noyabr 1906-cı il tarixli sayında yer
almış yazısındada məhz tarixin ibrət dərslərindən cəsarətlə söz açmışdı:
“Tarix səhifələri bir məhkəmeyi-ədliyyədir. Heç bir şeydən və heç bir kəsdən çəkinməyib
hər bir elmi və feli layiqincə və hər tərəfdən axtarıb təftiş edib bu mizanaməl öz hökmünü verərvə
pəsə pəs düşüb yaxşıya yaxşı diyor, haqqa haqq və nahaqqa nahaqq diyor” [3].
Ümumiyyətlə, Əhməd bəy Ağaoğlu fransız, rus, fars, türk, Azərbaycan dillərində qələmə
alınmış çoxsaylı məqalələrin müəllifidir. 1892-1939-cu illər arasında, təxminən yarım əsrə yaxın bir
zaman ərzində o, tarix, fəlsəfə, ədəbiyyat, siyasət, gündəlik həyatı, bir sözlə, dövrün aktual
məsələlərini özündə geniş şəkildə əks etdirən məqalələrini yazmışdı. Yaşadığı dövrün bütün mühüm
ictimai-siyasi hadisələrinə Əhməd bəy çəkinmədən öz publisistik qələmi ilə münasibət bildirmişdi.
“Əgər biz irəliləmək və həyati birliyə malik bir millət olmaq istəyiriksə, biz hər şeydən öncə
müsəlman olaraq qalmalıyıq. Bizim irəliləmək istəyimiz, həyat şərtlərinin yaxşılaşdırılması
istiqamətində olan səylərimiz islam qanunlarına vabəstə olaraq əldə edilə bilər” – deyən Əhməd bəy
Ağaoğlu azərbaycanlıların etnik mənsubiyyətlərini dərindən dərk edərək milli dəyərlərinə sahib
olmalarını “Həyat” qəzetinin birinci sayında dərc olunmuş proqram xarakterli məqaləsindən
başlayaraq yazılarında ardıcıl şəkildə bəyan etmişdi.
İctimai-mədəni, elmi fikri məşğul edən bir sıra məsələləri yaradıcılığında ustalıqla
işıqlandırmışensiklopedik şəxsiyyət Əhməd bəy Ağaoğlu 1927-ci ildə İstanbulda çap etdirdiyi “Üç
mədəniyyət” adlı kitabında İslam, Budda və Qərb mədəniyyətlərinə istinad etməklə mədəniyyət
anlayışını, onun xarakterik cəhətlərini, əsl mahiyyətini tədqiqata cəlb etmişdi. O, burada mücərrəd
məzmunlu həmin anlayışın konkret təfsirini vermişdir.
“Üç mədəniyyət” Ağaoğlunun ən qiymətli nəzəri əsəri hesab edilir. Bəllidir ki, zaman-
zaman mədəniyyətə fərqli təriflər verilmiş, onun məzmununa müxtəlif rakurslardan yanaşılmışdır.
Əhməd bəy Ağaoğluisə ondan bəhs edərkən məhz bu amili nəzərdən qaçırmamışdı ki, əslində
mədəniyyət öz ifadəsini “həyat tərzi” anlayışında tapır.
Əhməd bəy Ağaoğlu XX əsrdə mədəniyyətlərin yaxınlaşması məsələsinə alim-mütəfəkkir
məharətilə münasibət bildirmiş, mədəniyyətin müasir mənasına dair qənaətlərini bölüşmüşdür.
Həyat yolu Şuşadan başlayan, Sankt-Peterburq, Paris, Bakı, İstanbul, Ankara kimi böyük
şəhərlərdə, gərginictimai-siyasi hadisələrin baş verdiyi şəraitdə mübarizələrlə dolu şərəfli ömür
yaşamış, taleyinə çoxsaylı əzablar, məşəqqətlərlə üz-üzə qalmaq yazılmış Əhməd bəy yüksək
mənəviyyatı, inam və cəsarəti sayəsində önünə çıxan bütün maneələri dəf edərək əqidəsinə, amalına
daima sadiq qalmışdı.
“Əhməd bəy Ağaoğlu təpədən dırnağa qədər bir azəri türkü olaraq yaşamış, düşünmüş və
söyləmişdir” deyərkən görkəmli publisist Mirzə Bala Məhəmmədzadə bununla həm də onun
haqqında ümumun fikrini ifadə edirdi. Əhməd bəy Aöaoğlunun təxminən yarıməsrlik dövrü əhatə
edən zəngin, məhsuldar yaradıcılığı XX əsr Azərbaycan ədəbi-bədii, ictimai-siyasi fikrinin ayrılmaz
tərkib hissəsidir.
ƏDƏBIYYAT:
1.
Ağaoğlu Ə. Seçilmiş əsərləri. Ön sözün, izah və şərhlərin müəllifi: Vilayət Quliyev. Bakı:
Şərq-Qərb, 2007
2.
Əhmədov B. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, I cild, Bakı: Elm və təhsil,
2011
3.
“Həyat” qəzeti. 18 noyabr 1906
4.
Qarayev Y. Azərbaycan ədəbiyyatı XIX və XX yüzillər. Bakı: Elm, 2002
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
378
5.
Məhəmmədzadə M. Azərbaycan türk mətbuatı. Ərəb əlifbasından çevirib tərtib edən, ön
söz, lüğət və qeydlərin müəllifi: filologiya elmləri doktoru Alxan Bayram oğlu
Məmmədov. Bakı, BakıUniversitetinəşriyyatı, 2004
6.
Nemanzadə Ö. F. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1992
Saba Namazova, Phd in philology
Sign of Ahmet Agaoglu in Turkish literary, journalistic thinking
Summary
Ahmet Agaoglu the end of the nineteenth century and early twentieth century not only
Azerbaijani people, all Turkic world, which holds a special place in the history of literature and
social thought of himself as an example. He has done great things for Azerbaijan and Turkey, the
unparalleled sacrifices for the people left behind a rich scientific and political heritage lends
credence to this idea. Life is always social and political struggles of the past Ahmet Agaoglu,
scientific activities, as well as productive worked in the field of journalism, as well as the role of
Muslim women in society, their rights and freedoms given to the issue of special importance to its
operations.
Key words: Ahmet Agaoglu, journalistic activities, national awakening, a model
personality, social life
Sədaqət Əsgərova, fil.ü.f.d.
Bakı Slavyan Universiteti
Azərbaycan ədəbiyyatı kafedrası, baş müəllim
filoloq2010@rambler.ru
XX ƏSR AZƏRBAYCAN ƏDƏBIYYATINDA QADIN OBRAZLARININ
YARANMASINDA TÜRK ƏDƏBIYYATI ƏNƏNƏLƏRİ
Klassik Azərbaycan poeziyasında qadın çoxçalarlı rəmzi bir məxluq kimi tərənnüm
olunsa da, qadın problemi əsasən yeni ədəbiyyatda, nəsr və dramaturgiyada özünü biruzə
verir. Bu problemin təşəkkül dövrü XIX əsrə düşdüyü halda, hərtərəfli inkişafı XX əsrin
başlanğıcına aiddir.
XX əsrin ilk onilliklərinin ədəbiyyatının qadın obrazları üzərində araşdırma apararkən
çox maraqlı bir vəziyyətlə rastlaşırıq. Ədəbi-nəzəri düşüncədə belə bir fikir formalaşmışdır
ki, realist ədəbiyyata aid obrazlar həyata, gerçəkliyə daha yaxındır, romantik ədəbiyyatın
obrazları isə gerçəkdən artıq idealla bağlıdır. XX əsrin romantik və realist dramaturgiyasını
müqayisə edərkən şahid olduq ki, tənqidi realist dramaturgiyada qadın obrazı gerçək
həyatdakı qadından daha artıq cəmiyyətin problemlərinin yükünü özündə daşıyan işarəvi bədii
komponentdir. Romantik dramaturgiyanın qadın obrazları isə öz psixoloji məzmununa görə
həyatdakı gerçək qadına daha yaxındır.
XX əsr bütün dünyada, eləcə də qədim Şərqdə haqsızlığa, ictimai bərabərsizliyə,
imperializm əsarətinə qarşı qanlı mübarizələr dövrü olmuşdur. Bu mübarizədən faydalanan
Qərb öz mədəniyyətini yaymaq üçün də əlverişli şərait qazandı. Fransız hüquq bəyannamələri
və daha sonra Rusiyada sürətlənən inqilabi mübarizə qərbi ucqarlar üçün ədalət məkanı
kimi tanıtmaqla bərabər, həm də yeni müstəmləkələr üçün şərait yaradırdı. Fərdi və sosial
azadlığa meylli olduğu üçün qərb mədəniyyəti, həyat tərzi, təhsil sistemi şərqlilər üçün
cəlbedici idi. Belə bir zamanda Qərb ənənələri Azərbaycan ədəbiyyatında da sürətlə
yayılmağa başladı. Azərbaycan ədəbiyyatında Qərbə meyllilik, qərb ədəbiyyatından təsirlənmə
XIX əsrin əvvəllərindən başlanıb, 50-ci illərindən sürətlənsə də onun özünə aid nümunələrin
Azərbaycan dilli oxucular arasında geniş yayılması XIX əsrin sonu, XX əsrin ilk
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
379
onilliklərindən başlandı. “Rus və Avropa dramaturgiyası haqda verilən məlumatlar hələ
M.F.Axundovdan başlasa da, onun ilk nümunələrinin Azərbaycan dilinə tərcüməsi XIX əsrin
sonlarına aiddir” (76, 201). Professor T. Məmməd özünün “XX əsr Azərbaycan
dramaturgiyasının poetikası” adlı doktorluq dissertasiyasında Azərbaycan ədəbiyyatının Qərb
ilə fəal münasibətlərinin tarixinin XIX əsrdən başlanmasını qeyd edir. Hələ vaxtilə Ə.
Hüseynzadə “Füyuzat” jurnalında “Tolstoyçuluq nədir?” adlı məqaləsində XIX əsr Rus
mədəniyyətinin yüksəliş səbəblərinin mahiyyətini izah edərkən, bunu qərb mədəniyyətinin
təsiri ilə əlaqələndirir və qabaqcıl avropalıların mədəniyyətini mənimsəməyin tərəfdarı kimi
çıxış edir(4, 252).
XX əsr Azərbaycan dramaturgiyası elə bir dövrdə yaranmışdır ki, artıq dünya
ədəbiyyatı ilə inteqrasiyanın müəyyən bir mərhələsi yaşanmışdı.
XX əsrdə Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı ənənələrini mənimsəməsi
birbaşa səviyyədən daha çox Rusiya və Türkiyə ədəbiyyatından keçib gələn ənənə şəklində
özünü göstərməkdəydi. Maraqlıdır ki, realist ədəbiyyatın qadın obrazlarının yaranmasında kənar
təsir hiss olunmayacaq dərəcədədir. Lakin romantik qadın obrazlarının məzmununda türk
ədəbiyyat ənənələri özünü göstərir. Romantik və realist dramaturgiyada qadın problemindən
bəhs edərkən bu problemə də aydınlıq gətirməyi lazım bildik. Məqalədə Qərb həyat tərzinin
Şərqə daxil olmasının ilkin mərhələlərində yaşanan ağrıların ədəbiyyatda necə əks olunmasını
müqayisəyə cəlb etmək istədik. “Bütövlükdə XX əsrin milli-mədəni dirçəlişimizdə,
demokratik ədəbi fikrin formalaşmasında və yeni ideya-estetik dünyagörüşünün inkişafında
Türkiyənin böyük rolu olmuşdur” (9, 103). Azərbaycan yazıçılarının IX qurultayında yazıçı
Anarın çox haqlı olaraq qeyd etdiyi kimi: “Türkiyəylə sıx mədəni əlaqələr bizim
müasirləşməyimizə, dünyanın qabaqcıl millətləri sırasında, demokratik, maariflənmiş, müasir
çağdaş bir cəmiyyət kimi tanınmağımıza yardım etməlidir. Keçmişdə bizim pəncərəmiz yalnız
rus mətbuatı vasitəsiyləydirsə, bu gün daha bir pəncərə – Türkiyə pəncərəsi dünyanı
tanımaqda və özümüzü dünyaya tanıtmaqda əhəmiyyətli rol oynaya bilər (2). Faktlar göstərir
ki, dünyanı tanımaqda Türkiyə “pəncərəsinin” tarixi əsrdən uzun vaxtı əhatə edir.
Azərbaycan dramaturgiyasında Türkiyə mövzusu ayrıca tədqiqat işi kimi Rəsuli İradə
Qafur qızının “XX əsr Azərbaycan dramaturgiyasında Türkiyə mövzusu” adlı
dissertasiyasında işlənib. Həmin dissertasiyada mövzu istiqamətində H. Cavidin “Afət”,
“Uçurum”, C. Cabbarlının “Trablis müharibəsi”, “Ədrinə fəthi” və İ.Əfəbdiyevin “Tənha iydə
ağacı” pyesləri təhlil olunmuşdur. Bizim tədqiqatımızın məqsədi isə Türkiyə mövzusunu təkcə
təsvir obyekti kimi götürmək deyil, dramaturgiyamızın inkişafına qadın obrazları və Şərq
qadınının problemləri baxımından etdiyi təsiri araşdırmaqdır. Azərbaycan ədəbiyyatşünaslığında
romantik ədəbiyyatda qadın obrazlarının daxili konfliktlərində yaşanan faciəvilik ənənəsinin
Türkiyə ədəbiyyatından gəlməsi ilk dəfə olaraq “Azərbaycan tənqidi realist ədəbiyyatında
qadın obrazı” adlı dissertasiyada araşdırılıb. Bu problemə aydınlıq gətirmək üçün məhz
Türkiyə ədəbiyyatında Sərvəti-fünun və Tənzimatçıların əsərləri ilə H. Cavidin Türkiyədə
təhsil alarkən ideyasını türk həyatından almış “Afət” əsərində də görə bilərik.
Bədii yaradıcılığın spesifik cəhətlərinə münasibət məsələsində romantik və realist
tənqid arasında müəyyən fərqlər mövcuddur. Bu fərq həyatı dərk və təhlil etmədə önə çıxır.
Realist ədəbiyyat həyatı olduğu kimi, bütün əlvanlığı və ziddiyyətləri ilə vermək tələbi irəli
sürürsə, romantik ədəbiyyat hadisələri ideallar prizmasından təqdim etməyi nəzərdə tutur. XX
əsrin başlanğıcı mərhələsində Azərbaycan ədəbiyyatında qadın obrazlarına realist və romantik
yaradıcılıq istiqamətində nəzər saldıqda, realist ədəbiyyatda qadının mübarizə aparmasını
görmürük. Daha doğrusu, realist ədəbiyyatda qadının mübarizə aparması üçün konkret şəraitin
olmaması bu dövrdə tənqid hədəfi seçilir. Romantik ədəbiyyatda isə biz qadının mübarizliyini
görürük, lakin romantik ədəbiyyatda gördüyümüz mübariz qadınlar faciə ilə üzbəüz qalırlar.
1873-1875-ci illərdə yazılmış N. Kamalın əvvəllər “Son peşmanlıq” adı ilə tanınan
“İntibah” romanı qərb tipli janrlardan olan romanın türk ədəbiyyatında ilk nümunələrindən
biri kimi (bir çox tədqiqatçılara görə birincisi) oxuculara təqdim olunur. Bu romanda cərəyan
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
380
edən hadisələr bizə imkan verir ki, qadın obrazlarını Qərbdən gələn janrlar kontekstində
nəzərdən keçirək.(Qeyd edək ki, X.Z.Uşaqlıgilin” Aşkı Məmnu”, M.Raufun “Eylül”,və H.Cavidin
“Afət” əsərləri də həmin kontekstdə təhlil oluna bilir).Əsərdə hadisələr Əli bəyin üzərində
cəmləşir və onunla əlaqələndirilən iki qadın obrazı ilə bir eşq üçbucağı formalaşır. Əsər
boyu üç qadınla rastlaşırıq. Əli bəyin anası, Mahpeykər və Dilaşup. Bu üç qadından biri – Əli
bəyin anası əsərdə öz missiyasını layiqincə yerinə yetirən ana obrazıdır. Roman Qərb
xüsusiyyətlərinin daxil olmağa başladığı Şərq həyatı və sırf Şərq həyat tərzləri arasında
müxtəlifliyi, təzadı nəinki duymuş, bəlkə də daha artıq bu təzaddan yaranmışdır. Əslində XIX
əsr Azərbaycan ədəbiyyatında da “İntibah”da cərəyan edən hadisələrin qarşılığı ilə rastlaşırıq.
Buna misal olaraq, Azərbaycan ədəbiyyatının aparıcı maarifçi simalarından biri olan və
yaradıcılığı XIX əsrin birinci yarısına təsadüf edən A. Bakıxanovun “Xəyalın uçuşu” və
“Firəng məclisi” əsərlərində bunu görmək olar. Məsələn, Bakıxanovun “Xəyalın uçuşu” əsərində
belə bir beyt var:
Heyrət etmə cəhalətlə sən buna,
İp bağlamış nəfsin bil öz boynuna (1, 74).
Klassik ədəbiyyatda çox zaman nəfs əql və ya ruh ilə qarşı-qarşıya qoyulur. Nəfsə
tabe olanlar həmişə dünyada uduzurlar. Buna görə də Bakıxanov öz-özünə deyir ki, sən öz
nəfsinə tabe olmuşsan, o sənin boynuna ip bağlayıb istədiyi tərəfə aparır. Əqlə arxalanan
özünü bu bəladan qurtarar. Bu, Azərbaycan maarifçilərinin düşüncəsində önəmli idi. Çünki,
ağıl maarifçilərin nəzərində ən böyük qüvvə idi. “Maarifçiliyin əsas xüsusiyyətlərindən biri
ağıla, idraka istinad etmək və hər şeyi ona tabe tutmaqdır” (5, 125). “ Maarifçi realizmin
əsasında ağıla uyğun cəmiyyət durur. Ağlın və dünyəvi elmin qanunları əsasdır. Burada
humanizm prinsipləri insan hüquqlarının qorunması əsasında gündəmə gəlir” (6., 124). A.
Bakıxanov nəfs və ağıl qarşıdurmasından başqa, həm də Şərq və Qərb qarşıdurmasını
yaradır, hər ikisinin dəyərli və mənfi cəhətlərini də göstərir. “İntibah” romanındakı
qəhrəmanların xarakterində də nəfsə uyub, ağıldan uzaqlaşmaq var. Bu baxımdan “İntibah”
romanı ilə Bakıxanovun “Xəyalın uçuşu” və “Firəng məclisi” əsərlərində eyni xətt üzrə
inkişafla rastlaşırıq. Şərq və Qərb tipli Şərq qadınını müqayisə etdikdə Əli bəyin anası,
demək olar ki, sırf Şərq qadınlarının xarakterini tamlıqla xatırladır. Digər bir tərəfdən isə
roman Qərb ədəbi cərəyanlarının, maarifçiliyinin təsiri ilə qələmə alınmışdır. Bu təsirə
istinadən, Əli bəyin anasının xarakteri müqayisədə öz fərqliliyini sərgiləyir. O, özündə Şərq
xarakterinə malik bir qadının cizgilərini biruzə verir. Biz burada A. Hüseynovun təbirincə
desək, “gerçəkliyə baxış, yanaşmada başqalaşma” (3, 153) görürük. Ənənəvi qadın qeyri-
ənənəvi janrda, qeyri-ənənəvi tərzdə təqdim olunur. Bu, artıq ədəbiyyamızda əsrlərcə davam
edən təqdimat üsulu deyildi. Yəni Qərbdən gələn prinsiplə – gerçəkliklərin təsviri anında Şərq
qadınının xüsusiyyətlərini daşıyan bir obrazın yaranmasının şahidi oluruq. Çünki, N. Kamal
tənzimat ədəbiyyatının aparıcı nümayəndəsi olmuşdur. Bu baxımdan da o, “İntibah” romanında
– yazıçı üçün maraq kəsb edən Qərb qayda qanunlarını, Qərbin insanlararası münasibətlərini,
Şərq üçün yeni olan həyat tərzini təsvir etmiş, lakin rəğbətlə yanaşdığı tamamilə fərqli bir
obraz (yəni Əli bəyin anası) şərqli xüsusiyyətlərinin daşıyıcısı olan ana obrazını da
yaratmışdır. Əslində, “İntibah” romanının müəllifi şərqlidir və o, bu əsərdə Şərq və Qərb Dostları ilə paylaş: |