I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə75/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   71   72   73   74   75   76   77   78   ...   88

quruluşuna, poetikasına görə hecalar sərbəstir, qafiyənin yaradılıb qorunmasına ehtiyac yoxdur.  

Şəkilcə, mənaca eyni təkrarlara daha çox üstünlük verilir.   XIII əsrə aid“Kodeks Kumançe”də (1,9) 

xına haqda verilmiş tapmacada deyilir:  

Biti, biti bitidim, 

Beş ağacda bitidim. 

Kibni suu yuurdim, 

Kök yibekim çırmadım. 

Ol “kine”dir. 

 Parçada misraların başında b, k samitlərinin, 1, 2-ci sırada biti sözününçoxsaylı təkrarları 

yaradılıb.  

“Dədə Qorqud”dastanında “Qanturalı boyını bəyan edər xanım hey-hey!” boyunda eyni 

cəhət köklü xüsusiyyət kimi təkrarlanır:  

Ya gələm, ya gəlməyəm, 

Ya qara buqranın köksü altında qalam, 

Ya qoqan aslanın qıynağında didiləm, 

Ya varam,  ya varmayam, 

Ya gələm, ya gəlməyəm! 

Yenə görüncə bək baba,  xatun ana! (7,366). 

Buryat folklorşünasları D.S.Duqarov, S.J.Jamsarano  və M.N.Namjilova bütünlükdə 

monqol-türk dastan söyləmə ənənəsinə köklü surətdə xas olan təkrarsız qədim “tuureelqe” 

havasının yaranmasını şamançılığın qədim şəbih səhnələri ilə əlaqələndirir, sabit poetik ifa tərzi 

kimi qəbul edirlər(24). Onların fikirlərinə görə “tuurelqe” qədim dövrlərdəgüclü, cəsur ovçuların 

mədhi, tərənnümü üçün yaranıb (24). Ev quşlarının əhilləşdirilməsi dövründə yaranan “tuurelqe”, 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



392

sonralar təkcə qəhrəmanları mədh etmə, quşları, heyvanları yamsılama məqsədi ilə deyil, həm də 

uligerlərin hava ilə söylənməsində də istifadə olunur.Qədimşaman ayinlərində vacib şərtlərdən biri 

xeyirxah qəbul edilən heyvanların, quşların hərəkətlərini, səslərini çoxsaylı təkrarlarla 

yamsılamadır.“Tuurelqe”lər iki, dörd misradan ibarət olmaqla tərcümələri mümkün olmayan nida 

səsləri, sözləri, nəqarətdir: 

Altan xoon exinjoo, 

Altan deeree nexinjoo! 

Altan joo nexinjoo! 

Altan deeree nexinjoo! (17,57) 

Bu dörd misralıq”tuurelqe”parçasında   misraların başında, sonunda, ortasında səs, söz 

həcmində təkrarlanma yaranıb.Monqol şeirində  təkrarlar  təsiri gücləndirmək məqsədi üçün 

işlənmir, istənilən vəziyyətdə  yaradılmır, ancaq xüsusi seçilmiş hissələrdə vurğu daşıyan sözlərin 

hecalarında istifadə olunur (17, 59-61).   

  Söz, cümlə səviyyəsində təkrarlar Ağbaba, İrəvan tırınqılarında, nanaylarında da müşahidə 

olunur. 


  Mənanın gücləndirilməsi məqsədi ilə yarananan qədim monqol-türk şeirinin bu xüsusiyyəti 

bayatılarda, fərqli vəziyyətlərdədaha çox misranın sonunda, xüsusən də söz təkrarı ilə üzə çıxır. 

Belə ritmiklik qoşma və gəraylılarda da özünü göstərir. (19,53; 22,43) Həmin xüsusiyyət şamançılıq 

inanclarına, mifologiyaya, epik ənənəyə aid anlayışların, xeyirxah və yaxud mənfi sayılan 

rəmzlərin, rəqəmlərin təkrarlarında da qorunub saxlanır. 

Bu qanunauyğunluq vurğunu, ahəngi gücləndirmək üçün səs təkrarları vasitısi ilə müasir fin, 

eston dillərində xüsusi isimlərdə: Tallin, Aavo, Kekkonen, Piikus və s. özünü göstərir. Monqol-

buryatlarda yenə xüsusi isimlərdə: Aşaabaqat, Masaak, Malaan, Haabal, Xaaya, Xartuun, Manşuud 

və s. şəkildə üzə çıxır. Bənzəri hal türk dillərində (yakut) daha geniş səviyyədə kökləşib: ayannabıt-

tarın (getdilər), saahı (yaz, bahar), “Kulun Kullustuur” (olonxo, dastan), saaraqayn (sağsağan), 

duuyindaa (eşidib, dinləyib), “Möqə Şaqaan - Toolay” (olonxo), “Maaday Kara” (dastan) və s. 

Müasir Türkiyə, Azərbaycan türkcəsində sifətin çoxaltma dərəcəsinin yaranma xüsusiyyəti  bu 

qanuna tabedir: sarı – sapsarı, göy – gömgöy, yaşıl – yamyaşıl, ağ – ağappaq, bəyaz – bəmbəyaz və 

s. Monqol dilində də həmin dərəcə eyni üsulla yaranır: saqan-ağ, sav saqan- ağappak: ulan-qırmızı, 

uv ulaan-qıpqırmızı; xar-qara, xab xara- qapqara; senxer-göy, sev senxer-gömgöy və s. (28,88).    

Həmin üsuldan – eyni sözün və ya söz hissəsinin bir neçə dəfə təkrarən istifadə edilməsi, qədim 

şumer adlarında, mətnlərində də işlənib.Şumer-hurritcədə Ur, Uruk, Ururda, Arapxa, Aratta, Urartu, 

Ararat, Ut, Utu kimi adlarda ur, ar (kişi),da,ta (dağ),tu (od) köklərinin təkrarlanması yolu ilə dağlı 

güclü kişilər mənasında(Ururda, Urartu)keyfiyyət artırılıbdır. Şumerlərdə göyün tanrıya yaxın hami 

ruhları anunnakilərə “iqiqlər” (3, 89-90) deyilməklə, iq kökü ok, ak – işıq mənasında iki dəfə 

təkrarlanaraq göyün daha işıqlı hami ruhları mənasını yaradır. 

 Urartu dövlətinin qurucusu Arqişti və başkəndi Arqiştixineli (hind-avropalı xalqların 

tələffüzünə görə) adlarının mənaları da xüsusilə diqqət çəkir.Qədim türklərdə “boyla” tanrıya yaxın 

ruh adı Dunay bolqarlarının Pereyaslav kitabəsində “Boyhaboyae” (8,9)  (ərərən, kişilər kişisi)  

adında iki dəfə təkrarlanmaqla xaqanların, xanların adlarına artırılaraq keyfiyyəti, mənanı, başçının 

nüfuzunu daha da gücləndirmə məqsədi güdürdü. Hurritcə Arqişti adında həmin qanunauyğunluq 

özünü qoruyaraq Ar (ur,er,ir, kişi) vəqiş (kişi), ti, ta (dağ kultu) köklərindən ibarət olmaqla dağlı 

kişilər kişisi (şahənşah) mənası daşıyır. Kiş kökü özünü eyni mənada (ər, kişi) Şumerdə Kiş, 

Azərbaycanda Kiş, qədim türklərdə ku-kijilər(qu quşuna çevrilmiş Aşenaoğulları), Komi-Permdə 

Kiji, altay “Yaradılış” dastanında Kişi(Erlik) və s. ural-altay mənşəli adlarda qoruyubdur. 

Arqiştixineli də (təhrif olunmuş şəkildə) Arqişti, xin (xan), il (el) köklərindən ibarət olmaqla Arqişti 

xanın eli (oba, yurd, şəhər) mənasında işlədilib.Ural-altay, dravid-elam, şumer-hurrit mənşəliEl 

kökü həmin mənada Elam, Tamil, Ellada(Qədim Yunanıstan, massaqet-skif təbiət tanrısı Lada), 

Karel, Mari-El, Böyük El (Göy Türk xaqanlığı), Şörəyel(Şirak-El,Qars-Ağbaba), Türkmən-El, 

Qaqauz-El və s. qədim, müasir adlarda da özünü qoruyubdur. Arqiştixineli də “xin” kökünün “xan” 

(başçı) mənasında işlədilməsini daha qədim tarixi məlumatlar da əsaslandırır. M.ö.XVIII-XV 

əsrlərdə semit-hamit tayfaları tərəfindən işğal olunan Şumer ərazilərini şərqdən gələn hurrit mənşəli 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



393

soydaşları giksoslar, kassitlər və s. tayfalar öz nəzarətlərinə alaraq Misirdə də güclənirlər. Onların 

Nil çayının deltasına yaxın ərazilərdə yaratdıqları yeni başkəndləri Avaris (avar, bar, var türk tayfa 

adının ən qədim şəkillərindən, bər-bərlər də bu kökdəndir), başçıları “xekan xasut” (xaqan), “Xian” 

(xan) (2,230-231), din kahinlərinin başçısı Xekanaxta (xaqan) (2,151) adlanırdı. 

 Urartu dövlətinin başçılarından Sarduri  adı da (sardlı kişi) hurrit sard (Urmiya ətrafı), 

soydaş etrusk sard tayfa(Sardiniya adası) adları ilə eyni mənşəlidir. Naxçıvanda Şərur yaşayış 

məskəninin mənşəyi də  həmin sard tayfa adından yaranmışdır. Hurrit urartularda dövləti idarə edən 

ailənin üzvləri “ururda” (14,58) adlanırdılar. Burada iki eyni kökün(ur, ər, kişi) təkrarlanması ilə 

“kişilər kişisi” “xanlar xanı” mənası yaranır. Silahlı tayfalara (orduya) “şureli” deyilirdi (14,58). 

Qədim türksoylu şu tayfası, şumer, şübartu xalq adları ilə eyni mənşəli olan bu ad Şörəyel (Şirak-El, 

Ağbaba-Qars) tarixi-coğrafi adının sirak (massaget-skif) tayfalarından törənməsini 

təsdiqləyir.Türksoylu kimmerlərin, massaqet-skiflərin (siraklar) Cənubi Qafqazda uzunmüddətli var 

olmaları nəticəsində yaranan coğrafi adlardan biri də Şörəyel (Sirak-El) və burada yerləşən 

Gümrüdür (kimmerin təhrif olunmuş şəkli). Gümrü yaxınlığındakı hurrit mənşəli Marmaraşen 

yaşayış məskəni adında mar kökü əsasını urartuca “mari”- hakimiyyəti idarə edən ailə, (14,58) şen 

əcdad totemi börü mənasından alır. Yenə də mar-ın iki dəfə təkrarlanması, marmar, əvvəlki 

səhifələrdə incələnən mənanın artırılması (ur-ur, iq-iq), dil qanunauyğunluğu hadisəsi ilə əlaqəlidir. 

Marmaraşen dedikdə “xanlar xanı boz qurd” mənası düşünülürmüş. Urartu və Ural adlarında ur 

kökü eyni mənanı daşıdığı kimi, urartuca “mar” anlayışı ilə ural-altay xalqlarından marilərin, 

mardvinlərin adlarında mar kokünün  ruh əlaqısi də bir mənşəlidir.  

Mifoloji əsaslara dayanaraq mənanın güclənməsi üçün rəqəmlərin təkrarından da istifadə 

olunur. Monqol xalqlarının şamançılıq inanclarında, “Qeser”in buryat mətnində tanrılar 55 xeyir 

ruhlu qərb, 44 şər ruhlu şərq tərəfin qoruyucusu kimi təqdim olunur (17,145). B.A.Mixaylovun 

“Dini mifologiya” monoqrafiyasında      buryat şamançılığının tanrıları  sıra ilə qabaqda duran 99, 

qərbdə 55, arxada 77 tanrıya bölünürlər (9).  Monqol-buryat uligerlərində qəhrəmanlar daimi 

tanrılar səviyyəsində tutulmaqla  99 müsbət xüsusiyyətdə yaradılırlar. Altay şamançılığında  qeyd 

edilir ki, “bizim dünyamızdan başqa daha 99 aləm var, bunların hər biri öz ərazilərində yerləşir, 

bunlara aid cənnət və cəhənnəm yaranıb... Bu dünyalardanən böyüyü, ucası Xan-Kurbustan -  

tenqrinindir.(21,47). Buryat mifologiyasına  aidbəzi əfsanələrdə Eseqe Malan cənub tərəfin 99 

tanrısının başçısı kimi  qəbul edilərək xeyirxah hami ruh sayılır. Onun  9 oğlu var idi (26,116). 

Altay “Yaradılış” dastanında(3, 89-90), “Dədə Qorqud” boylarında (12,51) , Buryat epik 

ənənəsində (26,55). “Qeser”in exirit-bulaqat mətnində (17,31),“Oğuz kağan” dastanında 

(10,54;23,32) 9 rəqəminin  uyğun təkrarları ilə rastlaşırıq.Qeyd edilməlidir ki, mifologiyada, epik 

ənənədə rəqəmlərlə mənanın artırılması həm eyni rəqəmin müxtəlif  hallarda  verilməsi ilə, həm də 

həmin rəqəmin  çoxsaylı təkrarlarla, miqdarca artması ilə yaradılır. 

N.Gəncəvinin“Yeddi gözəl” əsərinin adında  verilən yeddi rəqəmi dəyişik hallarda: yeddi 

göy, yeddi kök, yeddi iqlim, yeddi rəng, yeddi günbəd, yeddi gün, yeddi gözəl, yeddi ulduz, yeddi 

xan və s.mənalardaişlədilərək dastanlarda yaradılan üsullarla uyğunluq təşkil edir.(11,19) 

“Koroğlu”  dastanında dəlilərin sayı 7-dən 7777-yə qədər artırılır (15, 94) Bu dastanda 7-nin başqa 

münasibətlərdə də təkrarına rast gəlinir. (16:17,54,159 )  

Mənanın çoxsaylı təkrarlar vasitəsi ilə qədimdən başlanğıc alan xüsisiyyət kimi yaranması 

dastanlarda bir surətin 2,3,7 sayda eyni görünüşdə, ruhda varlığa çevrilmə motivində də özünü 

qoruyub. Həmin cəhətdən “Qeser”dastanlar silsiləsinə aid mətnlərin bəzisində bir bahadır üç eyni 

səviyyəli surətə çevrilir. “Maaday-Qara”da baş qəhrəman Ay-Kaanın torpağına gəlib çatana qədər 

yolda yeddi eyni Köqüdey-Merqen olur(18, 388-397). “Qilqamış”da iki eyni Enkudu surəti iştirak 

edir. 

Mənanın güclənməsi xüsusiyyəti mərhələli inkişafının sonunda – müasir vəziyyətində bitkin 



hala düşərək dilin qrammatik kateqoriyalarında özünü göstərmiş, maüsir ural-altay dillərindəeyni 

kökün, şəkilçinin, sözün çoxsaylı təkrarları şəklini almışdır.Həmin xüsusiyəti Türkiyə tükcəsində 

verilmiş aşağıdakı qısa mətn parçasından da aydınlaşdırmaq olar.“... Danunaların (Denyen) 

Hititlerleilişkili bir halk topluluğu olarak çok büyük ihtimalle Dana Adası üzerinde gemilerini 

yapmaya başladıklarını belirten Yrd. Doç. Dr. Hakan Öniz, şunları kaydetti: ... henüz yüzde yüz 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



394

kanıtlayamamalarına rağmen  ... 'Deniz Kavimleri' olarak adlandırılan topluluklardan biri olan 

Danunalar'ın (Denyen)...”(29). Parçadakı seçilmiş sözlərdən hər birində:-en, -it, -le, -ili, -la, yüz, -

la, -ma, -lan, -lu, -en, şəkilçiləri iki və ya daha artıq dəfə təkrarlanıb.“Tamamlanan bildiri metni 

yetkili kuruma sunuldu.”cümləsindəvurğulanan sözdə am, an şəkilçilərindən iki dəfə istifadə 

olunub. Yaxud eston, fin  Miikki, Raykenen ad, soyadlarında i, k səsləri, en şəkilçisi iki dəfə iştirak 

edir. Mənanın güclənməsi  düzəltmə yolu ilə söz səviyyəsində təkralarla da yaranır: bir-bir, dörd-

dörd; orada da, burada da; zaman-zaman və s. Ural-altay dillərinə xas olan qeyd edilən 

qanunauyğunluqlar qədim mifoloji xüsusiyyətin yeni məna almışşəkilləridir. Zəif də olsa, semit-

hamit, hind-avropa mənşəli dillərdə də bənzəri xüsusiyyət mövcuddur, lakin bunun yaranma 

əsasları fərqlidir. 

ƏDƏBIYYAT 

1.

  Абай Гесер – Хубун. Эпопея (Ехирит булагатский вариант). Часть I.  Типография 



Министерства культуры. Бур. АССР. 

2.

   Авдиев В.И. История Древнего Востока. Гос. Изд. Полит. Литературы. 1953. 



3.

  Афанасьева В.К.  Ануннаки. Мифы народов мира. Энциклопедия в двух томах.т. I. 

Москва. Советская Энциклопедия. 1991. 89-90 стр. 

4.

  Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. I cild (Şifahi xalq ədəbiyyatı), Bakı, “Elm”, 



2004,    

5.

  Bəydili C. Türkmifolojiobrazlarsistemi: strukturvəfunksiya. Bakı, Mütərcim, 2007,           



6.

  BüyükTürkKlasikleri. Tarih. Antoloji. Ansiklopedi. Birincicilt. Ötüken – Söğüt. İstanbul, 

1985,      

7.

   Cəmşidov Ş. “Kitabi – Dədə Qorqud”. Bakı, “Elm”, 1999,        



8.

  Donuk A. EskiTürkDevletlerindeİdari – Askeri Ünvan ve Terimler.  Türk Dünyası 

Araştırmaları Vakfı. İstanbul. 1988, 

9.

  Дугаров Б.С. Сакральный мир бурятской Гесериады. Небесный пантеон и генезис 



героя. 2005 Улан-Уде. Dissercat http://www.dissercat.com /content/ sakralnyi-mir-

buryatskoi – qeseriady – nebesnyi – panteon – i – qenezis – qeroya # ixzz 2 iqa2№4k. 27. 

10.

  Əsgər Ə. Oğuznamə yaradıcılığı. Bakı, “Elm və Təhsil”, 2013,  



11.

  Gəncəvi N. “Yeddi gözəl”. Bakı, “Elm”, 1983.        

12.

  Hacıyev T. “Dədə Qorqud kitabı”: tariximizin ilk yazılı dərsliyi. Bakı, “ElmvəTəhsil”, 



2014 

13.


  Хук С.Г. Мифология Ближнего Востока. Москва. Наука. 1991.       

14.


  История древнего мира. I том. Москва. Наука. 1989. 

15.


  Koroğlu. Bakı, “Gənclik”, 1975,     

16.


  Koroğlu. Paris nüsxəsi. Bakı, “Şərq-Qərb”, 2005,         

17.


  Героический эпос о Гэсэре. Иркутск. Издат. Гос. Университета. 1969.       

18.


  Маадай – Кара. Алтайский героический эпос. Москва. Наука. 1973.     

19.


  Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət. Bakı, “Ensiklopediya”. N.P.V., 

1998,      

20.

  Неклюдов С.Ю. Монгольские сказания о Гесере. Новые записи. Москва. Наука. 



1982. 

21.


  Сагалаев А.М. Мифология и верования алтайцев. Центрально – Азиатские влияния. 

Новосибирск. Наука. 1984.         

22.

   Sayılov Q.  Şirvan aşıq sənəti: ənənə və müasirlik. Bakı, “Nurlan”, 2013,                  



23.

  Ращид-ад-Дин Ф. Огуз-наме. Баку. «Элм». 1987.     

24.

  РинчиновГ.Б.Жанровая спецификаулигеровхори-бурят.2006.Улан-



Уде.13стр.disserCat http://www.dissercat.com/content/zhaнrovaya-spetsifika-uliqerov-

khori – buryat# ixzz 2iqYRf Hw I        

25.

  Рыбаков Б.А. Язычество древней Руси. Москва. Наука. 1988. 



26.

   Шаракшинова Н. Героический эпос бурят. Иркутск. Восточно – Сибирское 

книжное из-во. 1968.         


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



395

27.


  Tanrıverdi Ə. “Dədə Qorqud” kitabının obrazlar aləmi. Bakı, “Nurlan”,  2013,     86 

28.


   `Тюрко – монгольское языкознание и фольклористика. Издательство восточной 

литературы.  Москва. 1960.          

29.

  http://www.sondakika.com/haber/haber-dana-adasi-nda-3200-yillik-dev-tersane-ortaya-



8836125/ 

 

 



 

Turan Teymurov, fil.ü.f.d. 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu, elmi işçi 

turanteymurov@mail.ru 

 

OBRAZIN MİLLİ MƏNSUBİYYƏTİNIN TƏQDIMATINDA DETAL VƏ TƏFƏRRÜATIN 



ROLU (M.AUEZOVUN “ABAY” ROMANI ƏSASINDA) 

Görkəmli qazax yazıçısı Muxtar Auezov XX əsr qazax ədəbi-mədəni, elmi və ictimai-siyasi 

fikir tarixində mühüm xidmətləri olan mütəfəkkir şəxsiyyətdir.Zəngin və səmərəli yaradıcılıq yolu 

keçmiş bu böyük şəxsiyyətin ömür kitabı isə “Abay” romanı olmuşdur.  

Romanda XX əsrin əvvəllərinə qədərki qazax həyatı geniş planda, təfsilatlı şəkildə, koloritli 

formada təsvirini tapmışdır. Adından da göründüyü kimi, əsərin əsas qəhərmanı XIX əsr qazax 

şairi, tərcüməçisi, maarifçisi Abaydır. Onun həyatı və yaradıcılığı doğma xalqına xidmətdə 

keçmişdir. Bütövlükdə o, sağlığından xalqın arzu-istəklərinin carçısına çevrilmiş, fəaliyyətini 

doğma millətinin inkişafına, maariflənməsinə, hətta köçəri həyatdan oturaq həyata keçməsinə və s. 

həsr etmişdir.  Romanda Abayla xalq bir-biri ilə qarşılıqlı əlaqədədir, amma bütövlükdə Abay 

xalqın simvoludur, onun ideallarının carçısıdır.  

Etnoqrafik əsər yaratmağı qarşısına məqsəd qoymayan, amma bədii əsərlərində həm də “bir 

etnoqraf, alim, tarixçi qabiliyyətini də”  (2,219) göstərən müəllif romanda həm də xalq obrazını 

canlandırdığı və sevimli obrazını xalqla qarşılıqlı əlaqədə verdiyi üçün süjet xəttinin və hadisələrin 

gedişinin məntiqinə uyğun olaraq müxtəlif mərasimlərlə bağlı təfərrüatlar əhəmiyyətli yer tutur. Bu 

təfərrüatların təsviri iki baxımdan xüsusi maraq doğurur. Birincisi, xalq obrazını hərtərəfli və 

dolğun özünəməxsusluqları haqqında incəliklərinə qədər təsəvvür yaratmaqdırsa, ikincisi, şair 

Abayın bədii irsindəki milli ruhun və koloritin mənbəyindən birini qabarıq təsvir etməkdir. Ədib 

xalq mərasimlərinin təsvirində obyektivliyə o dərəcədə əməl edibdir ki, bu gün xalqın bir çox adət-

ənənələri roman əsasında araşdırılır.  

“Abay”  romanının əsas qəhrəmanlarından biri olan Bojey dünyasını dəyişir. Kunanbayın 

aulu bəd xəbəri eşidir, birmənalı şəkildə dəfnə getmək üçün hazırlaşır. “Hamı belə güman edirdi ki, 

qədimdən qalmış pozulmaz adətə görə, atlı çapıb gələcək, onları dəfn mərasiminə dəvət edəcəkdir. 

Adi həyatda adamlar nə qədər dalaşsalar da, köhnə məsəldə deyildiyi kimi, “Dəbdəbəli ziyafət və 

yeni məzar qarşısında hər şey unudulmalı idi. Bojeyin həyatında hər nə olmuşsa da, lakin onun dəfn 

mərasimində iştirak etməyən, hamı ilə birlikdə ona ağlamayan bir nəfər belə qohum-qardaş 

tapılmazdı. 

Dəfn üçün qımız hazırladılar, kəsməyə atlar seçdilər, alaçıqlar və dəvət gözləmədən gedib-

getməmək məsələsini müzakirə etməyə başladılar. Qaş qaralanadək bir xəbər gətirəni gözlədilər, 

lakin heç kəs gəlmədi”  (1,180). Yazıçı yas mərasiminin özünü nə qədər təfsilatlı təsvir edirsə, yas 

mərasiminin başlanğıcını da bir o qədər xırdalıqlarına qədər nəzərə çatdırır. Məhz bu xırdalıqların, 

daha doğrusu, təfsilatlı təsvirin sayəsində məlum olur ki, qazaxlar da digər türk xalqları kimi, yas 

mərasimində iki cəhətə xüsusi diqqət yetirirlərmiş. Bunlardan biri yas mərasiminə insanları dəvət 

etməkdirsə, ikincisi isə hətta küsülü insanlara da ayrı-seçkilik qoymamaqdır, yəni tayfaya 

münasibətdən asılı olmayaraq, qohum-qonşunun hamısı dəvət edilirmiş. 

Kunanbayın tayfası Bojeyin dəfninə dəvət olunmur. Onlar bununla xalqın yazılmamış 

qanununa çevrilmiş adətini pozurlar. Kunanbaydan xoşları gəlməyən yas sahibləri bütün tayfanın 

qəlbinə dəyirlər: onlardan heç kəsi, o cümlədən, ağbirçək Zərini, Uljanı da yasa çağırmırlar.  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



396

Bojey üçün ən böyük alaçığı qururlar, alaçığa ən yaxşı xalıları döşəyirlər, ortaya qara xalılı 

çarpayı və üstünə də cənazəni qoyurlar. “Baydalı matəm bayrağını gətirib öz əli ilə alaçığın sağ 

tərəfindən asdı. Nizənin ucuna keçirilmiş matəm bayrağı mərhum üçün ən böyük hörmət əlaməti, 

kədər əlaməti idi. Əgər Bojey xan nəslindən olsaydı, alaçıqdan Ture – ağ, mavi və ya zolaq-zolaq 

bayraq asılardı. Mərhum sadə nəsildən olduqda isə, bayrağın rəngi onun yaşından asılı olur. Baydalı 

bu barədə köhnə adətləri yaxşı bilən bir adam kimi məşhur olan Suyundiklə məsləhətləşmişdi. 

Suyundik cavab vermişdi ki, cavan adam öldükdə qırmızı bayraq asılır, qoca adam öldükdə ağ, 

Bojey kimi orta yaşlı adam öldükdə isə bayraq ikizolaqlı – qara və ağ zolaqlı olmalıdır. 

Bojeyin ölümünün ikinci günü matəm alaçığının sağ tərəfindən Baydalının vurduğu bu 

bayraq sübut edirdi ki, mərhuma böyük təntənə ilə təziyə saxlanacaq. Bu, hər şeydən əvvəl, o 

demək idi ki, yas bütün il davam edəcək və bundan sonra illik ehsan veriləcəkdir”  (1,183). 

Mərasimə hazırlıq mərhələsində yas adətlərinin təfsilatlı təsviri orijinallığı ilə seçilir. 

Detallar bolluğu ilə fərqlənən təfsilat qazax xalqının yas mərasiminin rəngarəngliyinin və 

zənginliyinin əyani göstəricisinə çevrilir. Nümunələrlə tanışlıq belə bir əminlik yaradır ki, həqiqətən 

də, “etnoqraf-alim burada həyat və məişətin indi keçmişə qovuşmuş maraqlı detallarını tapa bilər”  

(6,200). Simvolik rəngli bayraqlar iki baxımdan maraq doğurur: birincisi, epizoddakı rənglər qədim 

türklərdəki rəmzi rəngləri xatırladır (5,23). Təsadüfi xarakter daşımayan bu yaxınlıq yas 

mərasimindəki bəzi adətlərin qədim türk yas mərasimindəki adətlərin davamı olduğunu göstərir. 

İkincisi, mərasimdə istifadə olunan simvollar xalq üçün bəlli simvollardır. Yəni bu 

simvolları görənlər dünyasını dəyişənin gənc, orta yaşlı və ya qoca, varlı-kasıb, bəy, yaxud da sıravi 

bir insan olub-olmadığını bilir, özünü bütövlükdə buna hazırlayır.  

Məlum olduğu kimi, hər bir əsər üç amilin vəhdətindən ibarətdir. Bunlar yazıçı, əsər və 

oxucu amilləridir. Bu amillərin hər biri vacib olsa da, ən əhəmiyyətlisi, şübhəsiz ki, müəllifdir. 

Qələmə aldığı hər bir əsərdə müəllif özünün səviyyəsini, savadını, həyata baxışını, dünyagörüşünü, 

psixoloji yaşantılarını və s. əks etdirir. Müəllif özünü bədii əsərində əks etdirməklə, eyni zamanda, 

mənsub olduğu xalqdan gələn səciyyəvi cəhətləri də ifadə etməli olur. Deməli, birincisi, bədii 

əsərdə birbaşa müəllifin özündən gələn milli özünəməxsusluqlar zəruri şəkildə iştirak edir. İkincisi, 

mövzu xalqın həyatından, obrazlar xalqın içindən seçilən halda istər-istəməz millilik istinad olunan 

əsas cəhətlərdən birinə çevrilir. 

Hər bir xalq bənzərsiz və təkrarolunmazdır, bir çox keyfiyyətləri ilə başqa xalqlardan 


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin