expression in the written text with ancient Turkish alphabet and only consonant sound marks the
words show itself. So it is possible to determine the development of the ancient Turkish alphabet:
a) The first stage of formation icon and ideographs`
b) The second stage is not expression the vowel sounds.
c) The third stage consonant sound marks` expression vowel phonemes`.
The first stage development of an ancient Turkish alphabet`s involves formation pictographic-
ideographic in the writing form. Some ancient Turkish alphabet marks` anthropomorphic and even
there is the genetic proximity zoomorphic drawings.
Key words: Anancient Turkish, alphabet, pictographic writing, ideographic writing.
Aynur Qədimaliyeva, fil.ü.f.d.,dosent
Azərbaycan Dövlət İqtisad Universiteti
aynur_familqizi@rambbler.ru
OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ FEİLLƏRİN LEKSİK-SEMANTİK İNKİŞAFI
Türk dillərinin müqayisəli şəkildə öyrənilməsi bu gün dilçiliyimizin qarşıya qoyduğu ən aktual
məsələlərdən biridir. Belə ki, müxtəlif dil yaruslarında baş verən hadisələri yalnız bir dilin
faktlarına əsaslanaraq təhlil etmək və müəyyən nəticəyə gəlmək istənilən effekti vermir. Hər hansı
bir dilin formalaşmasını, onun daşıyıcısı olan xalqının tarixi keçmişini üzə çıxarmaq üçün qohum
dillərdən müqayisəli şəkildə istifadə tədqiqata cəlb olunan dilin keçmişini, bu gününü və gələcəyini
təmin edir.
Bu baxımdan qədim tarixə malik olan türk dillərinin müqayisəsinin filoloji askpektdə
öyrənilməsi əsrlər boyu ümumtürk ədəbi dilinin mövcudluğunu və vaxtilə süni şəkildə bir-birindən
təcrid olunan müasir türk dillərinin qədim türkcənin varisi olduğunu bir daha sübut edir. Türk
dillərinin bir-birinə qohumluğu və yaxınlığı tarixi faktlarla, qədim yazılı abidələrin dilində rast
gəlinən müştərək elementlərlə yanaşı, eyni zamanda bu dillərin müasir mərhələsində, xüsusən
dialekt və şıvələrində də öz əksini tapır. Son dövrlərdə aparılan türkoloji tədqiqatların əsasında
qohum qrupu türk dillərinin keçdiyi inkişaf prosesini izləmək üçün həmin dillərin lüğət tərkibində
kifayət qədər qorunub saxlanılan dil faktlarını ortaya çıxarmaq, müqayisələr aparmaq və bu
müqayisə zamanı lazımi nəticəyə gəlmək kimi məsələlər bu gün diqqəti cəlb edir.
Dilin leksik qatında son dövrlərdə baş verən dəyişikliklər türkoloqların da maraq dairəsinə
səbəb olmuşdur. Bu məsələyə aydınlıq gətirən M.Mirzəliyevanın fikrincə, türk dillərinin
leksikasında son illərdə baş verən dəyişikliklər təbiidir və bu dəyişmələr türk dillərinin bütün
normalarına uyğun yeni sözlərin yaranması, dilin passiv fondunda qalmış söz və terminlərin
yenidən dilə gəlməsi, yeni mənalarda çıxış etməsi, dünyaya inteqrasiya ilə əlaqədar yabançı sözlərin
müstəqil türk dillərinə güclü axını və s. ilə müşahidə etmək olar. Şübhəsiz ki, son nəticədə türk
dillərinin leksikasında baş verən əsaslı dəyişikliklər bütövlükdə dillərin zənginləşməsinə, onların
təkmilləşməsinə səbəb olur (9, 291-293).
Müqayisəli araşdırmalar çərçivəsində müəyyənləşdirilmişdir ki, müasir türk dillərinin leksikası
o dillərin daşıyıcılarının tarixi keçmişi ilə bağlı olaraq formalaşmış lüğət tərkibinin, söz
ehtiyatlarının müasir durumunu, leksik sisteminin vəziyyətini, leksik vahidin inkişaf
qanunauyğunluqlarını öyrənir. Aydın olur ki, bir-birinə qohum dillərin söz tutumu eyni ola bilmir.
Məsələn, qaqauz dilinin ləng inkişafı onun lüğət tərkibinin zənginləşməsinə mane olmuşdur. Əksinə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
303
Türkiyə türkcəsi, Azərbaycan və türkmən dillərinin inkişaf sürəti leksik tərkibin zənginləşməsinə
münbit şərait yarada bilmişdir (10, 17).
Türkologiyada fellərin semantikasının müqayisəli tədqiqinə dair müxtəlif fikirlər mövcuddur.
K.M.Musayev cənubi qıpçaq dillərində işlənən felləri digər qohum olan və qohum olmayan dillərlə
müqayisə etmişdir. O, fellərin semantik inkişafına səbəb olan amillərdən biri kimi çoxmənalılığı
əsas götürür (18, 310). E.Z.Kajıbəyov isə türk dillərində təkhecalı fellərin mənasının dəyişməsində
əsas səbəblər sırasında ilkin komponentin şəklinin dəyişməsi və ya sait əvəzlənməsini xüsusi qeyd
edir. Təkhecalı fellərdə bir saitin digər saitlə əvəz edilməsi də məna diferensiasiyasına gətirib
çıxarır. Məsələn, sız- “sızmaq, sızıb keçmək”; süz- “süzmək, süzgəcdən keçirmək” (19, 106).
Azərbaycan dilçiliyində fellərin leksik-semantik inkişafını ilk dəfə araşdıran Q.Bağırov
Azərbaycan dilində işlənən felləri digər türk dilləri ilə müqayisə edərək onların ilk təşəkkül
dövrünün aydınlaşdırılmasında yazılı abidələrin materiallarından istifadə etmişdir. O, müasir
Azərbaycan dilindəki felləri qədim türk yazılı abidələrindəki fellərlə müqayisə edərək belə bir
nəticəyə gəlmişdir ki, təkhecalı fellərin özülü əsasında fellər kəmiyyətcə artmışdır(1, 18-19).
X.İ.Əfəndiyeva “Azərbaycan və türk ədəbi dillərində kök və düzəltmə fellərin semantik
diferensiallaşması” adlı tədqiqat işində türk və Azərbaycan dillərində kök və düzəltmə fellərin
semantik inkişafında üç istiqamət – mənanın şaxələnməsi, mənanın konkretləşməsi və məna
keçməsi müəyyənləşdirilmişdir (2, 21).
Göründüyü kimi, aparılan tədqiqatlar həm dillərin tarixi inkişafını, həm də müasir vəziyyətini
əhatə edir. Oğuz dillərinin dördünün də bir arada tədqiqata cəlb etmək, tarixi-müqayisəli
araşdırmalar aparmaq həmin dillərin söz köklərində vahid türk dilinin dayandığını, inkişaf
dövrlərini, ayrılma tarixini dəqiqləşdirməyə kömək edə bilər. Tədqiqat zamanı bu prinsipləri nəzərə
alaraq, verilən nünunələri istər qədim mənbələrlə, istərsə də orta əsr yazılı mənbələrilə, eləcə də
həmin dillərin müasir mərhələsi ilə tutuşdurulur, bəzən də dialekt və şıvələrə müraciət olunurdu. Bu
baxımdan Oğuz qrupu türk dillərində işlənən fellərin əksəriyyəti öz ilkin mənasını itirməyərək,
müasir dövrdə də məhsuldarlığını qoruyub saxlasa da, müəyyən qismi fonetik dəyişikliyə uğramış,
bəziləri isə arxaikləşərək (ağmaq “qalxmaq”, tayınmaq “sürüşmək”, ivmək “tələsmək” və s. ) ədəbi
dildən çıxmışlar. Tədqiqat zamanı fellərin çoxluğunu nəzərə alaraq, həmçinin fellərin hamısını oğuz
dilləri ilə müqayisə etmək imkan xaricində olduğu üçün yalnız bir neçə nümunə üzərində araşdırma
aparmağı məqsədəuyğun hesab etdik. Məqsədimiz həmin nümunələr əsasında oğuz dillərində gedən
leksik-semantik dəyişmələri izləməkdir.
Getmək. Bu fel türk dillərində get//git//kit//ket//kət//qet//qed və s. fonetik variantlarında özünü
ğöstərsə də, müxtəlif məna variantlarında işlənir. Müasir Türkiyə türkcəsində gitmək feli “bir yerə
yönəlmək”, “yoxlamaq”, “yaraşmaq”, “tükənmək, xərcləmək” mənalarında işlənir. Orta əsr türk
(osmanlı) abidələrində isə bu felin “var olmaq”, “yox olmaq” mənalarına rast gəlinir:Bizim Çin
İlinde bu adet gider; Kim ol günler ol günler er arvatı terk eder; Gece ile belimden giden altı yüz
seksen akçayı mezburdan taleb ederin(3, III, 1705-6). Müasir Azərbaycan dilində getmək feli
“addım atmaq, yerimək, hərəkət etmək, olduğu yeri tərk etmək, köçmək” mənalarında işlənir (4,
145). Müasir türkmən dilində qitmək “yox olmaq, yönəlmək, xərclənmək” mənalarında işlənir (5,
181). Qaqauz dilində isə “getmək” mənasında təsadüf olunur (6, 116).
Getmək feli ge-//-gi sinkretik kökündən və -t icbari növ əlamətinin birləşməsindən yaranmışdır.
Q.Kazımovun fikrincə, ulu dilin sözlərinin müxtəlif dil ailələrindəki forma və semantik
xüsusiyyətlərinin müqayisəsi göstərir ki, hətta müasur dövrdə antonim məqamda işlənən bir sıra
leksik vahidlər də bir kökdən törəmişdir. Buna ən tipik misal *gi sözüdür. Bu söz ulu dilin
parçalanması ərəfəsində bütün canlı və cansız varlıqların müxtəlıf növ hərəkətini bildirmiş, bütün
protodillərə keçmiş, dil ailələrinə yayılmışdır (7, 36). Müəllif hesab edir ki, sözün çoxmənalılığı ulu
dildən başlayır və bu hal şumer dilində də öz izlərini saxlamışdır. E.ə. IV minilliyə aid şumer
ideqramlarında ayaq şəkli “getmək, “gedir”, “gəlir”, “qayıdır” mənalarını ifadə edirdi. E.ə.III
minilliyin əvvəllərinə aid şumer sillaboqramlarında da gi, gin sözləri
“getmək”,”gəlmək”,”qayıtmaq”, “gedir” mənalarındadır (7, 37).
Qədim türk lüğətində də ki-//ke- kökü “getmək” mənasını ifadə edir və ket “yox olmaq, itirmək,
ölmək”, “yollanmaq, getmək”, “özünü saxlamaq” mənalarında qeyd olunmuşdur: ben bir otuz
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
304
yaşımda sizima kettim (“İyirmi bir yaşım olanda özümünküləri itirdim”) (20, 303). V.V.Radlov öz
lüğətində qit variantını verərək, sözün “getmək, uçmaq, keçmək, göndərmək, ölmək, casusluq
etmək” kimi mənalarını vermişdir (21, II, 1922).
XIV əsr abidəsi olan Nəsiminin dilində getmək felinin “uzaqlaşmaq”, “keçmək”mənalarına rast
gəlinir: Çün gedə ortadan hicab, eynə mübəddəl ol elm, Buluna andə kim, kimün qəlbi səlim
içindədür (11, 210).
Getmək felinin yuxarıda qeyd olunan məna variantlarından “uçmaq”, “izləmək”, “cəsusluq
etmək”, “göndərmək”mənaları oğuz dillərində təsadüf edilməsə də, “yox olmaq”, “uzaqlaşmaq”
mənası türkmən dilində mühafizə olunmuşdur.
Düşmək. Bu fel “enmək”,”yerə yıxılmaq” mənalarını ifadə edir. Qədim türk lüğətində də eyni
mənada- “yıxılmaq, enmək” mənasında verilmişdir (20, 600). Türk dillərində bu felin
düş//tüş//tuş//çüş//tis//kis//töş variantlarına rast gəlinir (12, III, 330). Orxon-Yenisey abidələrinin
dilində tüş//tüs varintlarında”düşmək, yıxılmaq, yerdəyişmək” mənalarında işlənmişdir: Tenri
yarlıkadu, yaydımız, ügüzkə tüsdi (“Tanrı yar olduğu üçün dağıtdıq(yaydıq), çaya töküldü”) (13,
118).
Orta əsr türk-osmanlı mənbələrində isə düşmək felinin “hücum etmək”, “vaqe olmaq”, “məğlub
olmaq”, “qonaq etmək”, “şəhid olmaq”, “yıxılmaq” , “aciz, çarəsiz”, “girmək, sığınmaq”,
“yaraşmayan” kimi müxtəlıf mənalarına rast gəlınir. Məsələn; Ey furu-maye, yirmi kişi düşürdün,
dükelinin intikamını senden alayım(3, II, 1350); Kafesi sıdım bir tahta ilə suya düştüm, tahtanı yel
sürdü on gün gittim (3, II, 1350); Ey sultanım, vacip budur kim evvel İstanbula düşesin(3, II, 1349)
və s. Müasir Türkiyə türkcəsində düşmək feli mənasını daha da genişləndirərək, otuza yaxın
mənada işlənir. Məsələn; “yıxılmaq”: Çocuk koşarken yere düştü; “yuxarıdan aşağıya enmək”:
Havada uçan kuş vurulmuş kibi birdenbire sokağa düşüyor (R.N.Güntekin) (22, I, 422).
Orta əsr Azərbaycan yazılı abidələrində düşmək felinin ilkin həqiqi mənası ilə yanaşı,
məcazlaşmış mənalarına da geniş təsadüf olunur: yola düşmək “getmək”, irax düşmək
“uzaqlaşmaq”, qan düşmək “dalaşmaq, vuruşmaq”, ələ düşmək “aldatmaq”, ayağa düşmək
“alçalmaq; yalvarmaq, xahiş etmək”, tağux düşmək “dağılmaq,səpələnmək”, sayrı düşmək
“xəstələnmək” və s. Qeyd edim ki, XIV əsr abidəsi olan Qazi Bürhanəddın Əhmədin “Divan”ında
düşmək feli müxtəlıf sözlərlə birləşərək altmışa yaxın mənada işlədilmişdir: Xəyalə düşdi biliylə
könlüm, Ağzıyla düşər can yüz gümana (14, 146); Nagah eşqünün odına yana düşmüşəm, Sevdan
ilə uyırkən oyana düşmüşəm (14, 148); Cananı cana tərk qılan müşkilə düşər, Canana canumı qoyub
asana düşmüşəm (14, 148). Bu kimi fellər tərkib daxilində əsas məzmununu saxlamaq şərti ilə öz
müstəqilliyini itirir, isimlə birlikdə yeni bir məzmun kəsb edir, məcazlaşır, nəhayət bir mənadan
başqa bir mənaya doğru inkişaf edır. Bu qrupa daxil olan fellər mənşə etibarilə qədim olduğu kimi,
həm də bu günə qədər həyatiliyini saxlamışdır (15, 40). Müasir Azərbaycan dilində düşmək feli
“yerə enmək, aşağıya tökülmək, bir şeyin üstünə yıxılmaq” mənalarında işlənir (4, II, 182).
Orta əsr türkmən mənbələrində də tüş formasında “enmək” mənasında işlənmişdir (16,178).
Müasir türkmən dilində isə bu felin “tökülmək”, “enmək” mənalarına da təsadüf olunur:Kabinadakı
qara köynekli yiqit xem maşından düşdi (23,281).
Müasir qaqauz dilində düşmək felinin “enmək”, “öldürmək”, “arıqlamaq, zəirləmək”,
“kasıblamaq” mənalarına rast gəlinir: su dereda çeketti düşməə “çayda suyun səviyyəsi enməyə
başladı” (6,170).
Yapmaq feli “etmək”, “tikmək”, “yapışdırmaq” mənalarında işlənmişdir. Qədim türk lüğətində
yapmaq omonim fel kimi verilmişdir: yap- “qurmaq, tikmək, etmək, yaratmaq”; yap- “örtmək,
bürümək, bağlamaq”; yap- “yığmaq, qatlamaq, yapışdırmaq” (20, 235). Orxon-Yenisey
abidələrində isə “etmək, düzəltmək” mənalarında işlənmişdir (13, 189).
Orta əsr türk-osmanlı mənbələrində yapmak//yapamak feli “qapamaq, örtmək” mənalarında
qeydə alınmışdır: Beni gördü kaçdı,bir mescide girdi, kapusun yapdı (3, VI, 4300). Müasir Türkiyə
türkcəsində isə “əmələ gətirmək, təmir etmək, məşğul olmaq, yerinə yetirmək, etmək”;
“evləndırmək, yetişdirmək, sahib olmaq, davranmaq, olmaq” mənalarında geniş işlənir: ev yapmak,
yemek yapmak, heykel yapmak, mühakime yapmak, resim yapmak və s. (22, 154). Verilən
nümunələri müasir Azərbaycan dili ilə müqayisə etsək, görərik ki, yapmaq feli başqa fellərlə ifadə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
305
olunur. Birinci kimponent saxlanılır, ikinci komponent dəyişilir: ev tikmək, yemək bişirmək, heykəl
düzəltmək, mühakimə yürütmək, şəkil çəkmək və s.
Orta əsr abidələrimizdə yapmaq felinin “tikmək", “etmək” mənalarına rast gəlinsə də, müasir
Azərbaycan dilində yalnız “yapışdırmaq” mənası işlənir. Müasir türkmən dilində “örtmək”,
“yapışdırmaq”, “boynuna götürmək”, “qurtarmaq”, “vurmaq” mənaları qeydə alınmışdır (8, 292).
Qaqauz dilində yapmak//yapmaa feli “əməl etmək”, “qurmaq”, “bayram etmək”, “hazırlamaq”,
“idarə etmək” mənalarında işlənir: düün yapmaa “toyu idarə etmək” (6, 214).
Göründüyü kimi, Oğuz qrupu türk dillərinin qohumluğu, hər şeydən əvvəl, dillərin inkişafı,
lüğət tərkibi, qrammatik quruluşu, sözyaratma və sözdəyişmə qaydaları haqqında aydın təsəvvür
yaradır. Tədqiqatın əsas məqsədi faktik dil materialları əsasında fellərin leksik-semantik
xüsusiyyətlərini aşkara çıxarmaq və bu dillərin inkişaf qanunauyğunluqlarını izləməkdir. Bütün bu
araşdırmalar bir daha sübut edir ki, Oğuz türkləri istər dil baxımından, istərsə mədəniyyət
baxımından bir kökün, bir nəslin bugünkü yadigarlarıdır. Ziya Göyalp yazırdı: “bu gün kültür
yönündən birləşməsi asan olan türklər, xüsusilə Oğuz türkləri, yəni türkmənlərdir. Türkiyə türkləri
kimi Azərbaycan, İran və Xarəzm (Türkmənistan – A.Q.) ölkələrin türkmənləri də Oğuz nəslinə
mənsubdurlar. Deməli türkçülüyümüzdə yaxın ilgimiz – məfkurəmiz “Oğuz birliyi” olmalıdır...
beləliklə, Xarəzm, İran, Azərbaycan və Türkiyə ölkələri türk etnoqrafiyası baxımından eyni ailənin
yurdlarıdır” (17,37).
ƏDƏBİYYAT
1.
Bağırov Q.Azərbaycan dilində fellərin leksik-semantik inkişafı. Bakı, 1971.
2.
Əfəndıyeva X. Azərbaycan və türk ədəbi dillərində kök və düzəltmə fellərin semantik
diferensiallaşması. Nam.dis., Bakı,1997.
3.
Tarama sözlügü. Ankara, III, 1967.
4.
Azərbaycan dilinin izahlı lüğəti. Bakı,III, 1983.
5.
Turkmensko-russkiyslovarğ. M., 1968.
6.
Qaqauzsko-russko-moldavskiy slovarğ. M., 1973.
7.
Kazımov Q. Azərbaycan dilinin tarixi. Bakı, 2003.
8.
Meredov A., Axallı S. Turkmen klassıkı gdebiяtının tekstleri boönça qısqaçasozluk.
Aşqabad, 1963.
9.
Mirzəliyeva M. Dilin lüğət tərkibi: təşəkkül, inkişaf və təkmilləşmə (mülahizə və
düşüncələr) // Türk dillərinin tarixi müqayisəli leksikologiyası məsələləri. I cild, Bakı, 2004.
10.
Kazımov İ. Müasir türk dillərinin müqayisəli leksikası. Bakı, 2010.
11.
Məmmədov E. Nəsiminin leksikası oğuz dilləri kontekstində. Türk dillərinin tarixi-
müqayisəli leksikoloğiyası məsələləri, IIcild, Bakı, 2004.
12.
Sevortяn G.V. Gtimoloqiçeskiy slovarğ törkskix яzıkov.t.I-III., M., 1974-1980.
13.
Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri, Bakı, 1983.
14.
Qədimalıyeva A. Qazi Bürhanəddin “Divan”ının leksikası. Bakı, 2008.
15.
Cavadova M. Şah İsmayıl Xətainin leksikası. Bakı, 1977.
16.
Muxamedova Z.B. İssledovaniя po istorii turkmenskoqo яzıka XI-XIVvv., Aşxabad, 1973.
17.
Ziya Göyalp. Türkçülüyün əsasları. Bakı, 1991.
18.
Musaev K.M. leksika törkskix яzıkov v sravnitelğnom osvehenii(zaradno-kıpçakskaя
qruppa). Moskva, 1975.
19.
E.Z. Kajibekov. Qlaqolğno-imennaя korrelяüiя qomoqennıxkorneyvtörkskix яzıkax.
Alma-ata,1986.
20.
Drevnetörkskiyslovarğ. L., 1969.
21.
Radlov V.V. Opıt slovarя törkskix nareçiy. t.I-IV, SPb., III, 1905.
22.
Türkce sözlük. I-IIc., Ankara, 1992.
23.
Turkmendilininsozluqi. Aşqabat, 1962.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
306
Aynur Gadimaliyeva
Lexical and semantic development of verbs in the Turkish languages of the Oghuz branch
Summary
From the philological aspect, the study on the comparison of the Turkish languages, which
have old history, once more proves that the all-Turkish languages have been existed for centuries,
and the contemporary Turkish languages, which were once artificially isolated, are the successor of
ancient Turkish. Relationship and closeness of the Turkish languages to one another were reflected
in the joint elements found in the language of the written monuments, at the same time, at the
contemporary stage of these languages, especially in their dialects and accents with historical facts .
On the basis of the turkological research carried out recently , in order to trace the development
stages of the Turkish language family, the matters such as to find out the linguistic facts maintained
in the vocabulary of these languages in a sufficient amount, especially verbs, to draw comparisons,
and to reach the necessary conclusion are catching attention today. One of the basic directions in
the lexical and semantic development of verbs in the Oghuz languages is to save one or some of
the primary meanings of the motion titles, to form newer meaning options in the result of the loss of
other meanings. For instance, some verbs such as getmək, qalmaq, yapmaq, yanaşmaq, görmək,
düşmək and etc., are mentioned as the verbs exposed to differentiation.
Key words: the Oghuz languages, verb, lexical meaning, semantic change
Baba Məhərrəmli, fil.ü.f.d.,dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutu
baba_magerramli@mail.ru
TÜRK DİLLƏRİNİN ETİMOLOGİYASININ NƏZƏRİ PROBLEMLƏRİ
Dilin tarixi, ilk növbədə, sözün tarixi ilə bağlıdır. Sözün kökü, mənşəyi, söz köklərində
morfonoloji, semantik dəyişmələr mövzusu hər zaman dünya dilçiliyinin əsas tədqiqat obyekt-
lərindən biri olmuşdur.
Dünya dilçiliyində ilkin söz qatının hansı nitq hissələrindən ibarət olması məsələsi hələ də
mübahisəlidir. Dilçilik tarixində uzun illərdir ki, bu mövzuda diskussiyalar davam edir. Yafəs
nəzəriyyəsinin banisi N.Marr yazırdı ki, qədimdə feillər müstəqil nitq hissəsi olmamışdır. Onlar
yalnız frazada, ifadədə ad bildirən sözün feil kimi işlənməsi nəticəsində yaranmışdır, bir sözlə,
bütün feillər isim köklərindən təşəkkül tapmışdır (13, 21-22). Q.Şuxardt, A.Trombetti, Q.Royne,
K.Herman və bir çox digər dilçilərin fikrincə, adlarla müqayisədə, feillər daha qədim söz qruplarıdır
(8, 131). F.Boppun fikrincə, hind-Avropa dillərində ilk yaranan təkhecalı köklər iki yerə bölünür: 1)
feil kökləri; 2) əvəzlik kökləri. Birincilərdən feillər və adlar (yəni isimlər və sifətlər); ikincilərdən
isə əvəzliklər və bütün ilkin önlüklər, bağlayıcılar və ədatlar yaranmışdır (1, 25). Türkologiyada bu
məsələdə sinkretik köklər nəzəriyyəsinə üstünlük verilir. Fikrimizcə, isim, feil, əvəzlik kökləri
dünya dillərinin ən qədim leksik layına aiddir.
Altayşünaslıqda və türkoloji dilçilikdə kök morfemlərin fonetik strukturu haqqında da tə-
zadlı fikirlər var. Maraqlı fakt ondan ibarətdir ki, türk dillərində təkhecalı olan eyni sözlər monqol
dillərində ikihecalı şəkildədir: məsələn, tür. ud-, mon. utu- “udmaq” (10, 1370), tür. sor-, mon.
sura- “soruşmaq” (10, 1144) və s. Müqayisə üçün qeyd edək ki, türk dillərində monosillabik kök
morfemlər monqol dillərində olduğu kimi, digər Altay dillərindən olan tunqus-mancur dillərində də
ikihecalıdır: tür. ov “şikar”, mon. av, sol. ava, manc. aba (17, I, 7), tür. ot, monq. ota, tun.- manc.
okta “ot” (17, II, 46) və s. Bu paralel faktlar bir daha göstərir ki, türk dilləri monqol və tunqus-
mancur dillərindən daha əvvəl təşəkkül tapmışdır. Yəni nostratik dillərdən olan Altay dilləri
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
307
içərisində türk dillərinin formalaşması daha erkən başa çatmışdır, çünki təkhecalı kök morfemlər
çoxhecalı morfemlərdən öncə yaranmışdır.
Türk dillərinin kök sözlərində diqqəti cəlb edən səciyyəvi xüsusiyyətlərdən biri də bəzi türk
dillərində təkhecalı olan köklərin digərlərində ikihecalı olmasıdır. Məsələn, əksər türk dilində at,
xotan dilində ată, əksər türk dilində bud, xotan dilində butū. A.M.Şerbak xotan dilindəki bu hadi-
səni monqol və ya çin dilinin təsiri ilə izah edir. O, türk dillərində 50-dən çox bi tipli, yəni ikili
xüsusiyyətə malik kökün mövcudluğunu qeyd edir (20, 38; 40.). Həm türkologiyada, həm də hind-
Avropa dilçiliyində sözlərin arxetiplərinin reksonstruksiyası zamanı təkhecalılığa üstünlük
Dostları ilə paylaş: |