təsirini gerçəkləşdirən əsas amillərdir. Dillərarası əlaqələrin xüsusiyyətləri, onların təmaslı və ya
təmassız olması, hansı dövrdə başlanması, davametmə müddəti, intensivliyi, dil daşıyıcılarının hə-
yat və məişətinin hansı sahələrini əhatə etməsi dil sisteminin müxtəlif səviyyə və yaruslarında öz
izlərini buraxır. Tədqiqat məhz belə izlərin xüsusiyyətlərini açmağı, onları dəqiqləşdirməyə, sahə
anlayışları ilə adlandırmağa yönəldilir.
Dil əlaqələrinin öyrənilməsinin ən yaxşı obyekti belə əlaqələrin geniş və çoxşaxəli olduğu
ərazilərdə fəaliyyətdə olan dillər təşkil edir. Tarixən və bu gün də dünyada daha çox dilin təmaslı
əlaqələrdə olduğu regionlardan biri Qafqazdır. Müxtəlifsistemli dillər nəzərə alındıqda Qafqazda dil
əlaqələrinin geniş yayılması, çoxşaxəli olması, ardıcıl, kəsilmədən getməsi və bu gün də davam
etməsi baxımından diqqəti ən çox cəlb edən ərazi Azərbaycandır. Ona görə də Azərbaycanda
müxtəlif dillər arasındakı əlaqələr daim tədqiqat obyekti olur.
Hər bir dilin genealoji mənzərəsi bu dildə istifadə olunun dil vahidləri əsasında
müəyyənləşdirilir. Belə bir mənzərənin tam şəkildə açılması həmin dili müxtəlif səviyyələrdə
genetik baxımdan araşdırmağı tələb edir. Bu kitabda tat dilinin genealoji mənzərəsi onun müxtəlif
yaruslarına aid vahidlərin mənşəyi əsasında öyrənilir. Təbii ki, uzaq keçmişdə Azərbaycan gəlmiş
tatlar ilk əvvəl öz dillərinə aid vahidlərdən, sözlərdən, qrammatik vahidlərdən, sintaktik
konstruksiyalardan istifadə etmişlər. Onlar məskunlaşdıqları yeni ərazidə yaşayan başqa xalqlarla
müxtəlif tipli əlaqələrə girmək məcburiyyətində qalmışlar. Bu əlaqələr isə təbii ki, dil vasitəsi ilə
gerçəkləşmişdir. İnsanın öz məişətinə gətirdiyi və başqa bir xalqa məxsus olan hər bir yeni əşya öz
adı ilə alınmışdır. Çox zaman dil daşyıcıları dilin daxili imkanlarından istifadə edərək yeni sözlər
yaradırlar. Bununla belə, dilə onunla təsirdə olan başqa dildən alınma sözlərin daxil olması hadisəsi
də daim gedir. Bu hadisə nəticəsində dilin leksik səviyyədə genealoji mənzərəsi dəyişməyə başlayır.
Qeyd edilən cəhət daha çox ozünü leksik səviyyədə göstərir. Leksika dilin kənar təsirə daha çox
reaksiya verən yarusudur. Ona görə də dilin genealoji mənzərəsini çox zaman lüğət fondundakı
sözləri mənşəcə qruplaşdırmaq yolu ilə tədqiq edirlər.
Məlumdur ki, dillər arasındakı əlaqələr ədəbi dil və dialekt səviyyələrində baş verir. Tarixən
müxtəlif sistemli dillər arasındakı əlaqələr daha çox dialekt səviyyəsində başlanır; ədəbi dil
səviyyəsindəki münasibətlər nisbətən sonrakı dövrlərdə formalaşır. Tatların Аzərbaycan ərazisində
müxtəlif dialekt mənsubiyyətinə daxil olan coğrafi regionlarda məskunlaşması onların dilində ən
qədim türk tayfalarına məxsus leksik alınmaların işlənməsinə lazımi şərait yaratmışdır. Başqa sözlə
desək, Аzərbaycan dili dialekt və şivələrinin təşəkkülündə oğuz və qıpçaq tayfa dillərinin təsiri bu
və ya başqa dərəcədə tat dilinə keçmiş türk sözlərinin xarakterində də xüsusi izlər buraxmış,
alınmaların tarixi-areal izoqloslar şəklində yayılmasına şərait yaratmışdır. Bu baxımdan həmin
izoqlosların müəyyənləşdirilməsi bir sıra alınma sözlərin mənbə dildəki ilkin fonetik və semantik
formalarını dəqiqliklə bərpa etməyə imkan verir. Tat dilinə Аzərbaycan dilindən keçmiş sözlər
mənşə etibarı ilə müxtəlifdir. Аzərbaycan dili başqa dillərdən alınmaların mənimsənilməsində tat
dili üçün əsas vasitəçi rolunu oynamışdır. Təbiidir ki, Аzərbaycan dilindən alınmыş, tarixi-
linqvistik baxımdan diqqəti cəlb edən bir sıra türk sözlərinin geniш planda nəzərdən keçirilməsi
məqsədəuyğundur.
Dilin yazıyaqədərki dövrünün tədqiqində başqa dillərə aid materiallar xüsusi rol oynayır.
Yazısı olan hər bir dilin yazıyaqədərki dövrü də olmuşdur. Bu dövrə aid faktlar başqa dillərdə, onun
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
313
öz tarixi boyu əlaqə və təmasda olduğu dillərdə qorunub saxlanır, yazılı abidələrdə yer tutur. «Hind-
Avropa dilçiləri, İran dillərini, slavyan və başqa dilləri öyrənərkən bu dillərdə kökü Azərbaycan
dilinə gəlib çıxan türkizmlərin qədim qatını aşkara çıxarmışlar» (16,3). 80-ci illərin ikinci
yarısından başlayaraq, tədqiqatçılar bu məsələyə böyük diqqət göstərmişlər.
Dilin yazıyaqədərki dövrünə aid qədim sözlər onomastik vahidlərin tərkibində daim mühafizə
olunur. Ona görə də onomastikaya, eləcə də, etnogenezə dair tədqiqatlarda qədim leksik qat diqqət
mərkəzində olur.
Məlumdur ki, dillər tarixi inkişaf prosesində bir-biri ilə birtərəfli və ikitərəfli əlaqədə olurlar.
Dil əlaqələri xalqlar arasındakı mədəni, siyasi və iqtisadi əlaqələr zəminində baş tutur. Xalqların
tarixən yaxın və ya eyni ərazidə yaşaması onların dilləri arasında təmaslı əlaqələr yaradır. Təmaslı
əlaqələr prosesində dillər bir-birinə təsir göstərir. Bu təsir daha çox leksik səviyyədə baş verir.
Azərbaycanda İran dilləri ailəsinə mənsub bir sıra dillər, o cümlədən, tat, talış, kürd dilləri
yayılmışdır. Bu dillər arasında tat dilinin öz yeri var. Tatlar uzun əsrlər boyu azərbaycanlılarla
yanaşı yaşamış, Azərbaycan dili tatlar üçün canlı ünsiyyət vasitəsi olmuşdur. Hər iki xalq arasında
yaranan davamlı ictimai, iqtisadi və mədəni əlaqələrin təsiri nəticəsində tat dilinin tərkibində
Azərbaycan dilindən alınmış türk sözlərindən ibarət xüsusi leksik lay formalaşmışdır. Bu leksik lay
həm tematik zənginliyinə, həm də qarşılıqlı əlaqələrin tarixi xronologiyasını əks etdirməsinə görə
mühüm əhəmiyyət kəsb edir.
Q.Qeybullayev Zaqafqaziyada yayılmış dillərdə qədim türk sözlərindən bəhs edərkən tat
dilində işlənən alınma sözlərə də xüsusi yer ayırmışdır. Onun tat dilində işlənən qədim türk
sözlərinə dair verdiyi nümunlərdə aya (aya), aqu (avu), ağa (əğə), baxiçi (baxıcı), bo (bö), emrəq
(ömrağ), bilerzik (bilərzik), vergi (vergi), qiziz (qiziz), qedeş (ğadaş), qatanqaz (gatangaz), qizluq
(qizlug), qed (gad), qeyqu (geygu), qisqi (qisqi), qintir (qintir), burk (qaraqaş), qeteq (qətəv), qovuz,
qunum (qunum), diriq (diriv), quden (qudön), qurqut (qurqut), qundaq (qundağ), quzur (qüzür),
dirrik, dirlik (dirlik, dirrik), tirilik (tirilik), dəzgəçi (dözğaçi), dəzkə (gözgö), durlu (dürlü), duş,
zırlek (zırlak), zələ (zölö), zinqilti (zinvilti), zırp (zirp), ərəmik (örömik), eçur (açur), key (key),
kendu (köndü), künqür (küngür), kuruk (kürük), kuşek (kusek), kube (kübö), kuşek (ikindi), kür (kur),
lalo (lalo), məkəcin (mökaçin), oyna, ovna (övna), uva, ünkər (ünkar), obur-sabur (ubur-sabur),
sayki, sayqi, tapxur (tapxur), sail (sail), suqra (suvra), öd, örük, ürük (örük), tutmac (tutmoz), uqur
(uğur), tanq (tang), tutam (tutam), tuvenk (tuvenk), çənəx (çanak), ciqan (çigan), caqra (çaqra), cis
(cis!), çiçirinq (çiçiring), çov, şire (şirə), hurt (hurt), kərənti (kərənti), cir (zir) kimi sözlər var.
Bunlar müəllifin göstərdiyi sözlərin tam siyahısı olmayıb, onun yalnız bir hissəsini təşkil edir
(15,452-453).
Tat dilində işlənən qədim türk sözləri, şübhəsiz ki, tarixən qədim dövrlərdə bu dilin lüğət
fonduna daxil olmuşdur. Eyni ərazidə yaşayan bu xalqlar arasında həm iqtisadi, həm də mədəni
əlaqələr müntəzəm səciyyə daşımışdır. Nəticədə tat dilinə bir çox Azərbaycan sözləri keçmişdir. Qeyd
olunmuş sözlərin tarixi aspektdə leksik-semantik təhlilə cəlb olunması dil tarixi üçün əhəmiyyətli ol-
duğu kimi, tat dilinin leksikologiyasının öyrənilməsi baxımından da böyük əhəmiyyət daşıyır.
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, yuxarıda verilmiş qədim türk sözlərinin bir qismi
müasir Azərbaycan dili və başqa türk dillərində qalmaqdadır. Bir sıra sözlərsə arxaikləşmiş, dilin
passiv lüğət fonduna keçmişdir. Məsələn, Azərbaycan tatlarının dilində işlənən aqu – zəhər, acı,
bo//bö «böyə», bilərzikqizluq, şirə «qatı palçıq», dirrik, soqrak «fincan», diriq «arıq», qədeş
«qardaş», yaxın «doğma adam» sözləri müasir Azərbaycan ədəbi dilində, dialekt və şivələrdə, o
cümlədən danışıq dilində işlənir. Bununla yanaşı, həmin sözlər dilin tarixən qədim dövrlərinə aid
leksik qata aid olan sözlərdir. Qeyd olunmuş sözlər müasir Azərbaycan dili ilə müqayisədə tat dilin-
də daha çox işləkdir.
Dilin yazıyaqədərki dövrünün tədqiqində başqa dillərə aid materiallar xüsusi rol oynayır. Yazısı
olan hər bir dilin yazıyaqədərki dövrü də olmuşdur. Bu dövrə aid faktlar başqa dillərdə, onun öz
tarixi boyu əlaqə və təmasda olduğu dillərdə qorunub saxlanır, yazılı abidələrdə yer tutur. «Hind-
Аvropa dilçiləri, İran dillərini, slavyan və başqa dilləri öyrənərkən bu dillərdə kökü Аzərbaycan
dilinя gəlib çıxan turkizmlərin qədim qatını aşkara çıxarmışlar» [3, 3]. 80-ci illərin ikinci yarısından
başlayaraq, tədqiqatçılar bu məsləyə böyük diqqət göstərmişlər.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
314
Dilin yazıyaqədərki dövrünə aid qədim sözlər onomastik vahidlərin tərkibində daim
mühafizə olunur. Ona görə də onomastikaya, eləcə də, etnogenezə dair tədqiqatlarda qədim leksik
qat diqqət mərkəzində olur.
Məlumdur ki, dillər tarixi inkişaf prosesində bir-biri ilə birtərəfli və ikitərəfli əlaqədə olurlar.
Dil əlaqələri xalqlar arasındakı mədəni, siyasi və iqtisadi əlaqələr zəminində baş tutur. Xalqların
tarixən yaxın və ya eyni ərazidə yaşaması onların dilləri arasında təmaslı əlaqələr yaradır. Təmaslı
əlaqələr prosesində dillər bir-birinə təsir göstərir. Bu təsir daha çox leksik səviyyədə baş verir.
Azərbaycan tatlarının dilində qeydə alınan bir neçə arxaik sözə diqqət edək:
Аğa/əğə «ağa», «böyük», «başçы» Bu söz demək olar ki, əksər tat ləhcə və şivələrində geniş
şəkildə işlənməkdədir. V.Аslanov bu sözün XVII əsrədək işlək olmasını, sonra arxaikləşməsini
qeyd etmişdir [1, 243].
R.Məhərrəmova «Kitabi-Dədə Qorqud» dastanlarında «çıxmaq, qalxmaq, yüksəlmək»
mənalarında, eyni mənada XIII-XIV əsrlər ədəbi dilində (Qul Əli, Suli Fəqih), türk dili lüğətlərində
qeydə alınmasını, Füzuli rayonu şivələrində təsadüf edilməsini qeyd etmişdir [11, 52].
H.Zərinəzadə «ağa» sözünün «ağ-» felindən yaranmasını Səfəvilər dövründən əvvəl və
ondan sonra «böyümək, yaşlanmaq», «böyük qardaş», «xanın qardaşı və ya əmisi oğlanları», «el və
qəbilə başçısı», «böyük və başçı» və başqa mənalarda fars dilində işlənməsini qeyd etmişdir [14,
135-137]. Həmin söz Аzərbaycan dilində «ağa» mənasında qorunub saxlnılmışdır. Аzərbaycan tat-
larının dilində «böyük», «ağa» və babaya müraciət forması kimi işlənməkdədir.
Qılığ «xarakter, xasiyyət, davranış» Əsasən, Abşeron və Lahıc ləhcələrində qeydə
alınmışdır. Аzərbaycan dilinin Şəki dialektində qılıx fonetik variantında «xasiyyət, xarakter»
mənası bildirir [3, 135]. Qılıq sözünə bu mənada M.Kaşğarlının «Divanü-lüğat-it-türk» lüğəti və
«Qutadğu bilig»də, uyğur, Xarəzm və Cağatay abidələrində rast gəlmək olur [15, 443; 16, 630].
Eyni məna XIV əsrə aid Аnadolu yazılı abidələrindən «Xurşidnamə»də əks olunmuşdur: Nə köp
yaxşı həmiyyət qıldınız siz, Yaman könlüm qılığın bildiniz siz; Аlır ola cihanın alığını, Bilür ola za-
manın qılığını [TS, I, 2483]. XVIII əsr Аzərbaycan şairi M.P.Vaqifin şeirlərində də bu sözə təsadüf
edilir: Günəş üzlü, şirin sözlü, xoşqılıq, Ləblərindən axar balı gözəlin. Müasir Аzərbaycan dilində
bu söz qılığına girmək ifadəsinin tərkibində qorunub saxlanmışdır [3, 511]. Qılıq «xasiyyət, rəftar»
sözü qılmaq felindən yaranmışdır. Həmin feildən yaranan qılınc «xasiyyət, rəftar» sözü də erkən
dövr türk yazılı abidələrində geniş şəkildə işlənməkdədir: Kişi əsli bilmək tiləsə açuq, Könül, til,
qılıncı bu işkə tanuq «Əgər bir kişini tanımaq istəsələr, onun könlü, dili, xasiyyəti şahidlik edə bi-
lər» («Qutadğu biliq») [5, 71].
Qizluq «çatışmazlıq», «qıtlıq» (Q., Dəv., Xaçm.). Tat dilində bu söz «quraqlıq nəticəsində
taxıl чatışmamazlığı» mənasında işlənir. Onun «qiz» kökündən -luq şəkilçisi ilə düzəlməsi şübhə
doğurmur. Qeyd edək ki, bu söz «qıtlıq», «qəhətdik», «aclıq», «bahalıq» mənalarında Аzərbaycan
dilində işlənmişdir. Ş.Xəlilov bu sözün göstərilən mənalarına aid konkret nümunəl.r vermişdir:
Qızluq dünyayı dutdı… Qızlığ ilə qamusı zar oldular. Müəllif Mustafa Zəririn «Yusif və Züleyxa»
poemasının dilində işlənmiş türk mənşəli arxaizmlərdən bəhs edərkən, bu sözü qeyd etmiş, onun
«Təfsir»də (XII-XIII), Qütbün «Xosrov və Şirin», Seyfi Sarainin «Gülüstan» poemalarında,
həmçinin, orta əsr türk ədəbiyyatında da «bahalıq», «qıtlıq», «aclıq» və s. məna çalarlıqları yarat-
masını göstərmişdir [9,34]. Qıtlıq taxılın olmaması, aclıq və çatışmazlığı bildirir. Bu mənada
quraqlıq nəticəsində taxıl çatışmazlığını bildirmək üçün tatların bu sözü işlətməsi qədim türk
sözünün semantikasına tam müvafiq gəlir.
Kəsüy «yazıq», «fağır», «qəlbisınıq» Bu söz Quba, Xaçmaz, Şabran şivələrində geniş
şəkildə işlənməkdədir. Kəsüyə mərd ə dəmicə bərə güzət bə soxtan «Yazıq kişi bayaqdan burada
gözləyir». M.Kaşğarinin lüğətində bu söz «yazıq, bədbəxt, yetim» mənasını bildirmişdir [10, 302].
Tat dilinə Аzərbaycan dilindən keçmiş türk sözlərinin tarixi-müqayisəli və etimoloji təhlili
göstərir ki, bu dillər arasındakı leksik əlaqələr çox qədim tarixə malikdir.
Tülək«yunu təmizlənmiş dəri» (Lah., Q., Dəv., Xaçm.). Bu söz tat dili şivələrində dabbaqlıq
peşəsi ilə bağlı olaraq yayılmışdır (7, 60). Talış dilində həmin söz məcazi məna kəsb edərək, «arıq,
çəlimsiz» mənası ifadə edir: Əhmədi tüləkiş kardə «Əhməd tülək olub, yəni həddindən artıq
arıqlıyıb» (6, 76). M.Kaşğarlı lüğətində tülə – «tükünü tökmək» və tülək «dördayaqlı heyvanların
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
315
tüklərini tökməsi; qoyun qırxımı» mənalarında işlənən sözlər bilavasitə tat dilindəki tülək sözü ilə
bağlıdır. Tülək sözünün kökü tü «tük» şəklində M.Kaşğarlı lüğətində, habelə bir sıra başqa yazılı
abidələrdə qeydə alınmışdır (10, 387). Buna əsasən sözün etimologiyasını tü+lə+k şəklində izah
etmək mümkündür. Burada -lə isimdən fel, -k isə feldən sifət düzəldən şəkilçidir. Müq.et: kəsik,
yanıq, pozuq, əzik və s.
İlk dövrlərdə sifət kimi işlənən söz daha sonra substantivləşərək semantik cəhətdən tülə –
«tükünü tökmək» felinə bağlı proses adına çevrilmişdir. Tülək sözünün kökü olan tülə – feli
Azərbaycan dilinin Quba, Şamaxı, Şəki, Qax şivələrində də «tükünü dəyişmək, tükünü tökmək
(heyvan haqqında) mənası ifadə edir (2,392). Eyni mənalı tülə sözünə Y.V.Çəmənzəminli və
Ə.Vəliyevin əsərlərində də təsadüf edilir (3, 217-218).
Аşıq Ələsgər yaradıcılığında da tülək sözünə rast gəlirik: «İtkin düşdü tülək tərlan, Sar da
kəklik alan oldu».
Əmrəq//əmrag «dost», «yaxın» (Q., Qon. k.). Bu qədim türk sözü «amraq»ın fonetik
cəhətdən dəyişmiş variantıdır. V.Aslanov bu sözün «nə üçünsə xəsis», «vurulmuş, eşqə düşmüş»
mənalarında XVII əsrə qədər işləndiyini, «amir-//əmir-» felindən törəmə olmasını, fars dilinə
keçməsini göstərmişdir (1,245).
Qədim türk sözləri lüğətində «amra-» sözü «sevmək» mənasında verilmiş, onun bir sıra
derivatları – amrak «sevmək», amrançığ «sevgili», «yar», amranmaq – «məhəbbət, sevgi,
göstərmək», amranmağlıq «sevgi, məhəbbət oyadan» və nəhayət, amraq – «sevgili», «yar»
derivatları qeyd edilmişdir (18,41-42). Müq.et: imrənmək «mehr göstərmək» (2, 257).
Аzərbaycan dialekt və şivələrində (tükünü) tüləmə «xəstəlik nəticəsində tükü tökmə» sözü
işlənir [2, 74]., yayılmışdır. Bu dillər arasında tat dilinin öz yeri var. Tatlar uzun əsrlər boyu
azərbaycanlılarla yanaşы yaşamış, Аzərbaycan dili tatlar üçün canlı ünsiyyət vasitəsi olmuşdur. Hər
iki xalq arasında yaranan davamlı ictimai, iqtisadi və mədəni əlaqələrin təsiri nəticəsində tat dilinin
tərkibində Аzərbaycan dilindən alınmış türk sözlərindən ibarət xüsusi leksik lay formalaşmışdır. Bu
leksik lay həm tematik zənginliyinə, həm də qarşılıqlı əlaqələrin tarixi xronologiyasını əks etdir-
məsinə görə mühüm əhəmiyyət kəsb edir.
Dil əlaqələri prosesində başqa dilin təsirinə ən tez və ən çox məruz qalan dilin leksik
sistemidir. Hər bir dil əlaqədə olduğu dildən sözlər alır. Azərbaycan tatlarının dilinin bütün ləhcə və
şivələrində Аzərbaycan dilindən və ya Аzərbaycan dili vasitəsi ilə digər dillərdən alınmış sözlər
müəyyən çoxluq təşkil edir.
Azərbaycan və tat xalqlarının uzunəsrlik tarixi əlaqələri nəticəsində bu xalqların dillərində
qarşılıqlı şəkildə söz alınması prosesi baş vermişdir. Bu alınmaların xarakteri keyfiyyət etibarilə bir-
birindən fərqlənir. Azərbaycan dili leksik səviyyədə ümumən tat dilinə təsir etdiyi halda, tat dili
daha çox qonşuluqda yaşayan bu və ya digər dialekt nümayəndələrinin məhəlli şivələrində iz
buraxmışdır.
Аzərbaycan tatlarının dilində qeydə alınmış türk alınmalarının öyrənilməsi təkcə ümumlinq-
vistik baxımdan əhəmiyyət daşımayıb, Аzərbaycan tarixinin, dilinin, mədəniyyətinin təşəkkül,
tapması və fəaliyyət göstərməsində mühüm rol oynamış amillərdən birinin də öyrənilməsi kimi
qiymətləndirilə bilər.
ƏDƏBİYYAT
1. Аslanov V. Аzərbaycan dilinin tarixinə dair tədqiqlər, I. c. Bakı, Elm, 2003, 155 s.
2. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, Az. SSR EA, 1964, 480 s.
3.
Azərbaycan dilinin izahlı lüğəti. I c., Bakı, Elm, 1966, 595 s.
4.
Аzərbaycan dilinin izahlı lüğəti. IV. Bakı, Elm, 1987, 544 s.
5.
Balasaqunlu Y. Qutadğu-Bilğ. Bakı, Аvrasiya-Press, 2006, 440 s.
6.
Əliyev Ə.B. Talış dilində bəzi türkizmlərin linqvistik təhlili. Tədqiqlər – I, Bakı, 2004,
s.276 – 283
7.
Hüseynova G.İ. Lahıc tatlarının dili, Bakı, Nurlan, 2002 , 198 s.
8.
Xasıyev Z. Heyvandarlıq və əkinçilik terminləri lüğəti (Gəncəbasar materialları
əsasında). Bakı, Nurlan, 2000, 87 s.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
316
9.
Xəlilov Ş.X. Mustafa Zəririn «Yusif və Züleyxa» poemasının dilində türk mənşəli
arxaizmlər // Аzərbaycan dilinin tarixi leksikasına dair tədqiqlər. Bakı, АDU, 1988, s. 3
10.
Kaşğari M. Divanü luğat – it – turk. IV c. Bakı, Ozan, 2006, 752 s.
11.
Məhərrəmova R.C. Kitabi-Dədə Qorqudun söz xəzinəsi. Bakı, Nurlan, 2007, 192 s.
12.
Mirtalıblı (Hacıyeva) İ. Dil quruculuğu – termin və imla məsələləri // Tədqiqlər-1. Bakı,
2004, с. 331-335.
13.
Yeni Tarama Sözlügü. Ankara Universitesi basımevi, 1983, 482 s.
14.
Zərinəzadə H. Fars dilində Аzərbaycan sözləri (Səfəvilər dövrü). Bakı, EА nəşri,
1962,436 s.
15.
Гейбуллаев Г.A. K этногенезу азербайджанцев, Баку, Элм, c.452 – 453.
16.
Гукасян В.Л., Асланов В. Исследование по истории Азербайджанско языка до
письменного периода. Баку, Элм, 1986.
17.
Гусейнов И. История народов Кавказа (новый период). Баку, 1999, 12 с.
18.
Древнетюркский словарь. Л., Наука, 1969, 676 с.
19.
Киргизско-русский словарь. М., 1965, 635 с.
G.İ.Hüseynova
Archaisms in the Azerbaicani Tat’s language
Summary
The article is dedicated to the lexics of Tat language. On the basis of the collected materials
of subdialects and accents of the Azerbaijani Tat’s language its lexical system have been analysed
and also the problems of influence of the Azerbaijani language on the Tat language including some
archaisms have been investigated.
Key words: Azerbaijani language, tat, lexical system, archaisms.
Kübra Quliyeva, fil.ü.f.d., dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Azərbaycan dilinin dialektologiyası şöbəsi
qkubra@mail.ru
DİLİMİZİN VƏ TARİXİMİZİN REALLIĞI – «DƏDƏ QORQUD» DASTANI
Həyatda elə reallıqlar var ki, millətin tarixini, kimliyini bir bayraq kimi yüksəklərə qaldırır,
onu yaşatdıqca yaşadır, bütün dünyaya tanıdır. Bu reallıq tarixin daş yaddaşına həkk olunaraq özünə
əbədiyyət səhifəsi açır. Mənsub olduğu millət yaşadıqca, yer üzündə var olduqca, o da var olur.
Millətin fəxr abidəsinə, qürur məbədinə çevrilir. Gələn nəsillər o daşları oxuyur, xalqının tarixini
hafizələrə köçürür. Onun mənəviyyatı, məişəti, mədəniyyəti ilə o, yaddaşda qalanlar vasitəsilə tanış
olur. Millətinin kimliyi, ortaya çıxışı, dili, coğrafiyası haqqında onlardan öyrənir. Daş yaddaşlar
qəlpə-qəlpə sökülərək tarix və onunla yanaşı hər şey ortaya çıxarılır. Üzərini əsrlik torpaqların
örtdüyü o daşlar bir-bir qaldırılaraq tarixin sarayı yenidən tikilir. Türk xalqlarının tarixi kimi...
Türk xalqlarının tarixi ən qədim dövrlərin tarixiylə üst-üstə düşür. Bəlkə də dünyada ilk və
ən qədim xalq olmuşdur türklər. Araşdırdıqca dərinlərə nüfuz etmək lazım gəlir. Sanki çox dərin bir
ümmandır bu tarix və baş vurduqca, dərinliyi müəyyən etmək olmur. Vardıqca daha dərinə varmaq
lazım gəlir. Nuh əyyamınamı – Yafəsinmi dövrünə gedək, ana türkcəmizin tarixinəmi baş vuraq,
hunlarınmı tarixinə gələk, yoxsa şumerlərinmi zamanına qayıdaq? Bu qədər böyük tarixi dövrü
əhatə edən bir xalqın hansı dönəmindən söz açaq?
Bəlkə elə bir reallıqdan danışaq ki, o həm yaxın, həm də uzaq keçmişimizlə bağlı olsun? Bu
reallıq daşlara deyil, bilinməyən əsrlər bundan əvvəl yazıya hopmuş reallıqdır. Bu, türk xalqlarının
qədimliyini, mövcudluğunu, həm də məhz bu torpaqlarda mövcudluğunu isbatlayan «Kitab-i
Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan» – «Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı»
adlı oğuz türk dastanı, Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı nümunəsidir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
317
Araşdırma tarixində ənənəyə görə, «Kitabi Dədə Qorqud»da dastanların müəllifliyi Dədə Dostları ilə paylaş: |