I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə31/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   27   28   29   30   31   32   33   34   ...   94

«e» vardır. Axı bu səsləri ayrı-ayrı hərflərlə yazmağın heç bir ziyanı yoxdur. Əksinə Türkiyə 

türkcəsi üçün də xeyirlidir. Həm də tarixən, əsrlərcə türk dillərinin demək olar ki, hamısında bu 

səslər olmuşdur. Bəzi vaxtlarda bu səslər ayrı hərflərlə də göstərilmişdir. İndi bəzi türk 

respublikalarında bu səslər yenə də ayrı hərflərlə bildirilir. Məsələn, Azərbaycan əlifbasında qapalı 

«e» isə bunun tərsinə çevrilmiş şəklində, «ə» kimi yazılmış və yazılmaqdadır. Bəzi türk dillərində 

bu «ä» işarəsi kimi göstərilir. 

Əslində Türkiyə türkcəsində də həm açıq, həm də qapalı «e» səsi qarışdırılır. Özəlliklə də 

danışıq dilində, radio və televiziyalarda, demək olar ki, hamı açıq «e»ni daha çox işlədir. Heç kim 

yer, ver, elçi, deyiş, ev, eş, eşik kimi sözləri olduğu kimi, yəni qədim zamanlardan istifadə olunaraq 

gələn sözləri dəyişməyə cəhd etməməlidir. Ancaq nədənsə qapalı «e» ilə yazılması və qapalı «e» 

olaraq istifadə olunmalı halda, əksinə, hamı yər, vər, əlçi, əv, əş… kimi söyləyir. 

Türkiyədə açıq «e» ilə (yəni, bizim «ə» səsilə) söyləməyə o qədər alışmışlar ki, hətta qapalı 

«e» ilə yazılan xarici sözləri də açıq «e» ilə söyləməkdədirlər: pərsil, jəl, pəpsi, pərsonel və s. 

Eynilə bəzi ərəbcə və farsca sözləri də, bəyza, çəşmə, fəyz, ləyl (Ləyla), məydan, nəyzan və s. kimi 

söyləməkdədirlər. 

Açıq «e» hərfi olmadığından nəinki digər türk respublikalarında sözlərin sonundakı açıq «e» 

səslərini, hətta qədimdən bəri işlədilməkdə olan – ca, - cə, - ça, - çə, - ar, - ər; - şar, - şər; - al, - əl; - 

sal, - səl və digər  şəkilçiləri səsləndiyi kimi deyil, yazıldığı kimi işlədirlər. Bunun ən bariz örnəyi 

olaraq – al, əl; - sal, səl şəkilçiləri ilə düzəldilən adlarda görülməkdədir. Azərbaycanda Günel, 

Aysel, Güner, Ayçe, Sezer, Gürsel, Sezen, Eren, Benek kimi adlar sonralar yayılmağa başlayıbdır. 

İyirmi-iyirmi beş ildən bu yana uşaqlarımıza verilən bu adlar yazıldığı kimi yazılır və söylənir. 

Lakin əslində xüsusilə şəkilçilərdəki «e» səsləri açıqdırlar. Yəni azərbaycanca (türkcədə olduğu 

kimi) Aysəl, Ayçə, Günəl, Ərəm, Bənək olmalıdır. 

Azərbaycanda Yunus Əmrənin adı müxtəlif formalarda yazılmaqdadır. Bəziləri Y.Emrə, 

bəziləri Y.Əmrə, bəziləri də Y.İmrə kimi yazırlar. Əgər açıq və qapalı «e» lər ayrıca formalarda 

yazılmış olsaydı, belə hallar da olmazdı. 

1928-ci ilə qədər bu fərqlər, demək olar ki, bariz surətdə gözə çarpmırdı. Çünki, sait səsləri 

hərə öz ləhcəsinə uyğun söyləyirdi: gəlirəm, gəliyorum. Latın qrafikasını qəbul etdikdə 

azərbaycanca və türkcədə bəzi səslər eyni olduğu halda, hərflər fərqli olmuşdur. Bunun nəticəsində 

də sözləri Türkiyədə və Azərbaycanda (eyni zamanda başqa türk ölkələrində də) fərqli oxumuş, 

zaman keçdikcə də bu fərqlər ortaya çıxmışdır. 

Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra, öz latın qrafikalı əlifbasına da 

qovuşdu. Ancaq hərflərin adları öncəki kimi qaldı. Bütün samitlərin sonuna Türkiyədə olduğu kimi 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



155

bir «e» səsi artırmaq lazım gəldiyi halda, «em», «en», «er», «es» kimi deyilənlər yenə də 

dəyişməyib qaldı. 

Xarici sözlərin alınmasında və işlədilməsində də müəyyən fərqli cəhətlərlə qarşılaşırıq. 

Bəziləri ərəb dilinə, digərləri fars dilinə daha çox meyl etmiş, çoxlu sözlər, ifadələr alıb işlətmişlər. 

Türkiyədə Avropa dillərindən alınaraq işlədilən sözlərə, Azərbaycanda isə ruslardan alınan sözlərə 

çox yer verilmişdir. 

Xarici ifadə və sözlərin yerinə türk dillərindən götürüb istifadə etmək lazımdır. Özəlliklə də 

gündəlik həyatımızda (xüsusilə radio və televiziyalardan eşitdiyimiz) bəzilərinin işlətməkdə olduğu: 

mersi, bravo, pardan, net, super, uje, da, vot, neujeli, şto, davay… kimi yabançı sözlərdən qəti 

şəkildə imtina edilməlidir. 

Bütün bu cür nöqsanların aradan götürülməsi və  problemlərin həll edilməsi üçün 

komissiyalar yaratmalı, bu və bunun kimi ortaq dil məsələlərini müzakirə etməli və bunların 

nəticələri nəşr edilib yayılmalıdır! 

Summary 

Common language the most important problem in turkoloji.  The major problem is two 

vowels sounds in the Turkish language.   Also it uses in Azerbaijan language. 

  

 



Key words: The common Turkish language, Turkish words, foreign words

 

 



 

 

 



Buludxan Xəlilov, fil.ü.e.d., prof.  

Azərbaycan Dövlət Pedaqoji Universiteti  

 

BİRİNCİ TÜRKOLOJİ QURULTAY ƏRƏFƏSİNDƏ YENİ ƏLİFBA UĞRUNDA 



MÜBARİZƏ: 1924-CÜ İLDƏ KRIM VƏ TÜRKÜSTAN ELLƏRİ  

 

“Yeni Əlifba Komitəsi”nin 1924-cü ilin sentyabr ayında təşkil etdiyi heyətdə Xalid Səid 



Xocayev də vardı. Məqsəd türk xalqları arasında mətbuat mübadiləsini həyata keçirmək üçün yeni 

əlifba tərəfdarları arasında təbliğatı gücləndirmək, görüşlər təşkil etmək yolu ilə tərəfdarların sayını 

artırmaqdan ibarət idi. Heyət üzvləri böyük əhval-ruhiyyə ilə mindikləri vaqonun içərisindəki 

masanın ətrafında yeni əlifbanın gələcəyi barədə söhbət edir, məsləhətləşirlər. Qatar Maxaçqalaya 

çatanda heyətin burada qalmasına heç bir lüzum görünmür. Ona görə ki, Dağıstan yeni əlifbaya 

keçmək məsələsində Azərbaycanla həmrəy idi. 1924-cü il sentyabrın 9-da heyət Rostova doğru 

hərəkət edir, bir müddətdən sonra Krım cümhuriyyətinə və onun mərkəzi Ağməscidə çatır. Heyət 

faytonla Komissarlar Şurasının binasına gəlir. Xalid Səid Xocayev Bəkir Çobanzadə ilə burada 

tanış olur. Xalid Səid Xocayev davam edərək yazırdı ki, Səməd Ağamalıoğlu Krımda yeni əlifba 

məsələsinə münasibəti Bəkir Çobanzadədən soruşur. Bəkir Çobanzadə isə ciddi bir vəziyyət alaraq 

burada yeni əlifba məsələsinə münasibət barədə məlumat verir. Qeyd edir ki, Krımda əlifba və imla 

ilə bağlı gənclər arasında üç cərəyan özünü göstərir (7, s.359). Birinci cərəyan tərəfdarları 

islahatçılardır. Onlar ərəb əlifbasının üzərində müəyyən islahatların aparılmasının tərəfdarıdırlar. 

İkincilər latın əlifbasının tərəfində olanlardır. Üçüncülər isə rus əlifbasının (yəni kirilin) tərəfdarları-

dır. Bəkir Çobanzadənin bu məlumatından sonra Səməd Ağamalıoğlu deyir ki, ərəb və rus 

əlifbasının tərəfdarlarının fikri mənasız fikirdir. Krımlılar yeni əlifbanı qəbul edəcəklər. Xalid Səid 

qeyd edir ki, Səməd Ağa bu fikrini çox qətiyyətli və inamlı söyləyirdi.  

Xalid Səid onların faytonlarla Bağçasaray şəhərinə gəlmələrini, buradakı Xan sarayında 

olmalarını və bu işə Krımda Bəkir Çobanzadənin rəhbərlik etdiyini müfəssəl şəkildə qeyd edir. Yeni 

əlifbanın həyata keçirilməsi təkcə Azərbaycanla məhdudlaşa bilməzdi. Ona görə ki, məqsəd yeni 

əlifbanı qəbul etməklə türk xalqlarını birləşdirməyə nail olmaq idi. Məhz türk xalqlarının bir-birinə 

yaxınlaşmasını təmin etmək üçün əsaslı islahatlardan biri əlifba ilə bağlı idi. Yəni yeni əlifbaya 

keçmək mümkün qədər türk xalqlarının bir-biri ilə yaxınlaşmasını, birləşməsini təmin edə bilərdi. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



156

Doğrudan da, əlifba məsələsi mühüm məsələ idi. Həm də həyati məsələ idi. Belə bir həyati məsələ 

millətin təkamülünü gözləməklə həll oluna bilməzdi. Əksinə, bunu həll etməklə milləti təkamül 

etdirmək, inkişaf yoluna çıxarmaq, irəliyə aparmaq mümkün idi (5, s.35-38). Ona görə də Birinci 

Türkoloji Qurultayın çağırılması bir zərurətə çevrilmişdi. (1; 2; 3) 

Bəkir Çobanzadə yeni əlifba məsələsinə ciddi yanaşır, məsələnin həlli yolunda durmadan 

çalışırdı. O, Ağməsciddə Krımın məsul işçilərinin, maarif xadimlərinin iştirak etdiyi iclasda çıxış 

edərək deyirdi: “Yoldaşlar, əlifbaya əvvəla elmi-nöqteyi nəzərdən yanaşalım: əlifbanı bir lisanda 

mövcud olan səslərə görə təşkil etmək lazımdır. Ərəb əlifbası lisanımızda olan səsləri ifadədən 

acizdir. İkinci: Bir lisan şəxsi deyildir, ictimai bir məsələdir...” (4, s.21). Daha sonra Bəkir 

Çobanzadə cəmiyyətin təbii olaraq təşəkkülünü və təşəkkül etmiş cəmiyyətdə yazının rolunu, bu 

mənada türk xalqlarını mədəniyyət yolu ilə irəli aparacaq bir əlifbanın vacibliyini öz çıxışında Krım 

türklərinin nəzərinə çatdırırdı. Onun fikrincə, mədəni inkişafa nail olmaq üçün “bu əlifbanı (yeni 

əlifbanı – B.X.) qəbul etməkdən başqa çarəmiz yoxdur”. Bəkir Çobanzadə Bakını türk xalqları üçün 

mədəniyyət mərkəzi hesab edirdi. O, əlifba ilə bağlı çıxışında qeyd edirdi ki, Rusiyada yaşayan türk 

xalqları arasında bir mədəniyyət mərkəzinə ehtiyac vardır. Belə bir mərkəz kimi Bakı namizəd ola 

bilər. O deyirdi: “Bakıdan başlamış yeni əlifba məsələsinə bütün Krım xalqı və gəncliyinin yardım 

etməsini ümid edirəm”. (4, s.21) 1924-cü ilin sentyabr ayının 14-də “Yeni Əlifba Komitəsi”nin 

Krıma səfər etmiş heyəti Ağməsciddən 30 kilometr uzaqlaşaraq Sevastopola doğru hərəkət etdi. 

Xanışköy adlı bir tatar kəndində Krım tatarlarının “Dərvizə” adlı xalq bayramları qeyd olunurmuş. 

Burada milli havalar və şərqilər ifası altında tatarlar öz bayramlarını qeyd edirmiş. “Tatarlığım”, 

“Tatarbarmı” mənzumələri bir şərqiçi tərəfindən ifa edilirmiş. Belə bir xoş gündə Bəkir Çobanzadə 

Krım türklərinin bayramını hökumət adından təbrik edir, bu bayramın ictimai əhəmiyyətindən 

danışır, hal-hazırda yüzə yaxın Krım kəndli uşaqlarının darülfununda oxuduqlarını qeyd edir. Həm 

də bu bayramda iştirak edən qonaqları təqdim edir. O, Azərbaycan Sosialist Şura Cümhuriyyətinin 

rəisi Səməd Ağamalıoğlunu təqdim edir və Səməd Ağamalıoğlu çıxış edir. Krımlılar Səməd 

Ağamalıoğlunun çıxışını sürəkli alqışlarla qarşılayırlar. Bu sürəkli alqışlar arasından “Yaşasın Şura 

Azərbaycanı”, “Yaşasın yeni əlifba qəhrəmanı” (qəhrəman deyəndə Səməd Ağamalıoğlu nəzərdə 

tutulurdu) sədaları eşidilirdi. Səhərisi gün “Yeni Əlifba Komitəsi”nin heyəti Ağməscidə doğru 

hərəkət edirlər. Və yolda ziyarət etdikləri iki yer olur. Bunlardan biri “Zəncirli mədrəsə” adlı bir 

mədrəsə, ikincisi isə Bağçasarayda çap olunan “Tərcüman” qəzetinin mühərriri İsmayıl Qaspıralının 

evi. İsmayıl Qaspıralının evində onları İsmayıl Qaspıralının oğlu Rüfət bəy qarşılayır. Rüfət bəy 

onlara öz atası barədə xeyli məlumat verir: İsmayıl Qaspıralının Bağçasarayın iyirmi 

kilometrliyində olan Avçıköy adlı kənddə 1851-ci ildə anadan olması, 1914-cü ilin 10 sentyabrında 

dünyasını dəyişməsi və s. Xalid Səid Xocayev qeyd edir ki, İsmayıl Qaspıralını türk-tatar 

ölkələrində tanımayan bir ziyalı yoxdur. Və onun çap etdirdiyi “Tərcüman” qəzeti türk-tatar 

xalqlarının oyanmasında böyük rol oynamışdır. Xalid Səid Xocayev yazırdı: “Tərcüman” qəzetəsi 

sabiq rus imperatorluğu daxilində olan bütün türk-tatar ölkələrində oxunurdu. Bundan başqa

Türkiyədə, Ruminiyada, Bolqariyada və hətta Hindistanda da bir çox müştərilər qazanmışdı. 

“Tərcüman” orta bir dillə yazılırdı. Bağçasaray kimi kiçik bir şəhəri bütün dünyaya tanıtdıran bu 

qəzetə idi. Ziyarət etdiyimiz ev bu böyük adamın evi və nəşr etdiyi qəzetinin idarə və mətbəəsi idi. 

Şura hökuməti onun evinin bir qismini muzey halına gətirmişdir”. (4, s.37) 

“Yeni Əlifba Komitəsi”nin üzvləri Bağçasarayda olduqdan sonra Ağməscidə yollanır. 1924-

cü ilin sentyabr ayının 15-də Ağməsciddəki maarif evində yığıncaq təşkil olunur. Bu yığıncaqda iki 

yüzə yaxın müəllim və müəllimələr iştirak edir. Burada Səməd Ağamalıoğlu mənalı və məzmunlu 

bir çıxış edir. Səməd Ağamalıoğlu çıxışında deyirdi: “Böyük adamların kitablarını açsanız hamısı 

müsəlmanların geridə qaldıqlarından şikayət edirlər. Bəs bunun səbəbi nədir? Bunu anlamaq 

lazımdır. Çünki dünyada səbəbsiz heç bir şey yoxdur. Hər şeyin mütləqa bir səbəbi var”. (bax: 4, 

s.37) Həmin səbəbləri Səməd Ağamalıoğlu bir-bir izah edirdi. Məsələn, Avropanın sərmayəsi 

çoxaldıqca öz kitablarını qoymaq üçün yerlər axtarmağa başladılar. Bu da Avropanın 

müstəmləkəçilik siyasətinə bir meydan açdı. Müstəmləkəçilik siyasətini həyata keçirmək üçün Şərq 

ölkələri bir meydana çevrildi. Və bununla da Şərq məsələsi avropalılar üçün aktuallaşdı. 

Avropalıların Şərq məsələsinə diqqəti artırmaqda əsas məqsədləri şərqlilərin torpaqlarını 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



157

bölüşdürmək, əhalisini istismar etməkdən ibarət olmuşdur. Səməd Ağamalıoğlu “tərki-silah” 

məsələsini “avropalıların bir-birlərinin boynuna kəndir salmaq üçün yapdıqları bir siyasət, bir 

“oyun” kimi izah edir, bununla da avropalıların müstəmləkəçilik siyasətindən vaz keçmədiklərini 

açıq-aydın şəkildə bildirirdi. Avropalıların Şərqə olan marağının səbəblərindən biri kimi Şərqin öz 

maddi nemətlərindən istifadə etmədiklərini və bu baxımdan da Avropanın buraya marağının 

artdığını qeyd edirdi. Avropanın Şərqə olan bu marağının Şərqə, o cümlədən türk xalqlarına fəlakət 

gətirəcəyini deyirdi. Səməd Ağamalıoğlunun fikrincə, bu fəlakətin biri də əlifba ilə bağlı olan 

fəlakətdir. Onun fikrincə, cəhalət, elmsizlik savadlı olmağa əngəl törədən səbəblərdəndir. Hərf də 

savad üçün alətdir. Ona görə də Səməd Ağamalıoğlu türk xalqlarının hamısının yeni əlifbanı qəbul 

etməsini arzu edirdi. Belə hesab edirdi ki, qüvvətli mətbuat, əsaslı bir ədəbiyyat yaratmaq üçün 

böyük bir cəmiyyət, birlik yaratmağa ehtiyac vardır (6, s.115-116). Təbii ki, türk xalqlarının hər biri 

ayrı-ayrı əlifbalardan istifadə etsə, güclü bir mətbuat və birlik yarada bilməz. Səməd Ağamalıoğlu 

deyirdi: “Biz türk-tatar xalqları az deyilik, hesabımız qəti surətdə müəyyən olmamaqla bərabər, hər 

halda 50-60 milyondan az deyilik. Əgər dilləri bir-birinə yaxınlaşdıra bilsək, ədəbiyyatımızın, 

mətbuatımızın gələcəyini əmin bir hala gətirə bilərik, yoxsa bir milyon orada, iki milyon burada... 

darmadağın bir halda ədəbiyyat və mətbuat yaratmağa qalxmaqdan heç bir səy çıxmaz. Dili 

yaxınlaşdıra bilmək üçün müştərək hərf qəbul etməyə məcburuq. Hərfimiz müştərək olmazsa, 

dilimiz də bir-birinə yaxınlaşmaz. Dilimiz bir-birinə yaxınlaşmadıqca bizdə qüvvətli mətbuat 

meydana gətirmək mümkün deyil, qüvvətli mətbuat olmazsa, qüvvətli ədəbiyyat da yox 

deməkdir...” (4, s.40) Səməd Ağamalıoğlu yeni əlifba ilə bağlı söylədiklərinin müqabilində 

meydana çıxacaq sualları da yaxşı bilir, həmin suallar ona verilməmişdən qabaq özü yaranacaq 

sualları irəli sürür və bu suallara cavab verirdi. Məs.: “... amma deyəcəksiniz: “O halda nə üçün siz 

bütün türk aləmindən ayrı bir (Azərbaycanı nəzərdə tuturdu – B.X.) hərf qəbul edirsiniz; əski 

hərfləri atmaq istəyirsiniz? Doğrudur. Əgər bütün türklərdəki əlifba onların dillərinin birliyini 

saxlaya bilsəydi, biz böylə işə girişməzdik. Halbuki, islah deyə (ərəb əlifbasında islahat aparmaq 

nəzərdə tutulur – B.X.) öylə şeylər meydana çıxardınız ki, bu, dilimizin birliyini tamamən parçaladı, 

pərişan etdi. Yapılan islah bir şeyə bənzəsəydi, sözümüz yox idi. O da yaxşı bir şey meydana 

qoymadı. İndi ən yaxşısı, gəliniz, dilimizin birliyini təmin edə bilən yeni bir əlifba qəbul edək”. (4, 

s.40) 


Beləliklə, Ağməscidin maarif evindəki yığıncaqda Səməd Ağamalıoğludan sonra söz Xalid 

Səid Xocayevə verilir. Xalid Səid Xocayev öz çıxışında mədəniyyətin qədimliyini dil ilə bağlayır. 

Onun fikrincə “...mədəniyyətin tarixi dil tarixi ilə başlayır”. Ona görə də o, “biz də işə dildən 

başlamalıyıq”, elm və mədəniyyət dilinin inkişafında əlifba məsələsindən başlanılması 

məcburiyyətini yığıncaq iştirakçılarının nəzərinə çatdırırdı. Xalid Səid Xocayev əlifba ilə bütün 

xalqın əlaqədar olduğunu, daha çox isə müəllimlərin bağlı olduğunu söyləyirdi. O, müzakirədə 

iştirak edənlərin əksəriyyəti müəllimlər olduğu üçün məqamdan istifadə edərək müəllimlərə əlifba 

məsələsinin əhəmiyyətli bir iş olduğunu xüsusilə çatdırmaq istəyirdi. XIX əsrin ikinci yarısında 

Mirzə Fətəli Axundovdan başlayan bu məsələnin müzakirəyə çevrilməsi səbəbini ərəb əlifbası ilə 

əlaqələndirirdi. Ərəb əlifbasının türk dillərinə uyğun olmaması ilə bağlayırdı. İndiyə qədər ərəb 

əlifbasının islah olunması ilə bağlı iki cür islahat tərəfdarlarının olduğunu açıqlayırdı. Birinci qrup 

islahat tərəfdarlarının Krım türkləri, qazaxlar, özbəklər, qismən də Kazan türklərinin olduğunu 

deyirdi. Birinci qrup islahat tərəfdarlarında ərəblərə məxsus olan hərflər çıxarılmış, hərəkələrin 

yerində işlədilən səsli hərflər yazıya gətirilmiş, bir neçə vəzifəni ifadə edən səsli hərflər üzərinə 

işarələr qoyulmaqla ərəb əlifbasında islahat aparılmışdır. Bu cür islahatı aparmaqda məqsəd 

kəlmələrin düz oxunmasından ibarət olmuşdur. Ancaq burada yenə də nöqtələr, işarələr hərflərin 

sayını bir az da artırmışdır. Bu da mətbəədə, yazı makinasında, teleqrafda çətinliklər yaratmışdır.  

İkinci qrup islahat tərəfdarları isə yalnız Kazan türkləri olmuşdur. Onların ərəb əlifbasında 

apardıqları islahatın məğzi ondan ibarət olmuşdur ki, ərəb əlifbasını olduğu kimi qəbul etməklə 

bərabər, həm də hərflərin quyruqlarını kəsmişlər. Xalid Səid bu cür islahatın heç bir faydasının 

olmadığını deyirdi. O bilirdi ki, bu cür islahatların heç bir xeyri olmadığını daha düzgün nəzərə alan 

Azərbaycan olmuşdur. Odur ki, çıxışında deyirdi: “Bu nöqtələri nəzərə alan Azərbaycan, yeni əlifba 

komitəsi ərəb əlifbasını olduğu kimi buraxaraq yeni bir əlifba qəbul etməyi müvafiq görür, bu yolu 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



158

daha sağlam, daha əsaslı bir yol hesab edir. Yeni əlifba projesini tənzim edərkən Amerikanı təzədən 

kəşf etmək xülyasına düşmədi; əsrlərdən bəri öz qabiliyyətini, öz istedadını göstərə bilən latın 

əlifbası sistemini qəbul etdi. Yanınıza bu xüsusda görüşmək üçün gələn heyət (özlərini nəzərdə 

tutur – B.X.) latın əlifbası sistemində hazırlanmış olan yeni əlifba projesini təqdim edir. Əlbəttə hər 

şeyin ibtidasında bəzi nöqsanlar ola bilər, bizim də sizə təqdim etdiyimiz projedə bəzi nöqsanlar 

olması təbiidir. Bəlkə də bu nöqsanları biz görmürük. Bunu göstərsəniz çox şad və minnətdar 

olarıq”. (4, s.43) 

1924-cü ildə Ağməscidin maarif evində çıxış edənlərdən biri də Bəkir Çobanzadə olur. 

Bəkir Çobanzadə öz həmyerlilərinə çıxış etməsinin səbəbini açıqlayır. O qeyd edir ki, dilçi olmaq 

əlifbaçı olmaq deyildir. Ancaq əlifba ilə bağlı fikrini söyləməyin də vacib olduğunu deyir. Bir sıra 

məsələlərə münasibətini konkret olaraq bildirir. Məsələn, ərəb əlifbasının türk xalqlarının dilindəki 

səsləri təqdim edə bilməməsi, əlifbanın alət olması, ancaq bu alətin (ərəb əlifbasının) mükəmməl 

olmaması. O, ən başlıcası indi əlifbada üç cərəyanın mövcud olduğundan bəhs edir: əski imla, islah, 

yeni əlifba. Bəkir Çobanzadə əski imlanın doğru olmadığını deyir və islahata gəlincə, onun bir 

əfsanə olduğunu söyləyir, və yeni əlifbanı ən əlverişli əlifba kimi qiymətləndirir. Onun fikrincə, 

yeni əlifbanı qəbul etmək vacib bilinirdi.  

Krımda bir əlifba komitəsi yaratmaq məqsədilə namizədlər göstərildi. Müəllimlərdən Osman 

Ağçoğraqlı, Kərim Cəmaləddin, Mahmud Nedim, professor Bəkir Çobanzadə, “Yeni Dünya” 

qəzetinin redaktoru Tarxan Qafarov Əlifba Komitəsinə seçildilər. Azərbaycandan gələn heyət 

Krımda yeni əlifba ilə bağlı söhbətlərdən razı qalmışdı. Odur ki, heyət Krımdan ayrılaraq Moskvaya 

və oradan da Türküstana yola düşür. Heyət Moskvada çox qalmayacaqdı. Əsas iş Türküstanda 

olmalıydı. Qazaxıstan, Özbəkistan, Tacigistan, Qırğızıstan, Qaraqalpaq Şuralar Cümhuriyyətində 

xeyli işlər görülməliydi. Odur ki, heyət Moskvada az bir vaxt dayandıqdan sonra Daşkəndə yola 

düşür. Daşkəndə çatan kimi Xalid Səid Xocayevlə Vəli Xuluflu lazım olan adamlarla görüşmək 

üçün şəhərə çıxırlar. Ona görə ki, ertəsi gün yeni əlifbanı müzakirə etmək üçün rəsmi adamlarla, 

ziyalılarla, müəllimlərlə görüş olmalıydı. Ancaq onlar axtardıqlarının hamısını tapa bilmirlər, 

ziyalıların bir qismi ilə görüşürlər. Səməd Ağamalıoğlu Mərkəzi İcraiyyə Komitəsində səlahiyyətli 

adamlarla görüşəcəkdi. Ancaq o, buna müvəffəq ola bilməmişdi. Ona görə ki, məsul işçilər, 

səlahiyyət sahibləri Moskvaya getmişdilər. Yeni əlifba məsələsi burada geniş müzakirə olunana 

qədər bir sıra vacib adamlarla görüşməyə böyük ehtiyac vardı. Bu ehtiyaclardan biri də Maarif 

Komissarı ilə olacaq görüş idi. Maarif Komissarı ilə görüşəcək şəxs Xalid Səid Xocayev olmalıydı. 

Maarif Komissarı da Moskvaya getməli olacağından imkanı yalnız ona çatır ki, vağzalda on beş 

dəqiqə Xalid Səid Xocayevlə görüşür. On beş dəqiqəlik söhbətdə maarif komisarı Xalid Səid 

Xocayevə öz qəti fikrini bildirir. Və deyir ki, “Bu lazımlı məsələdir, bunu həll etmək zamanı 

gəlmişdir”. Ancaq Moskvaya getməli olduğu üçün müzakirədə iştirak edə bilməyəcəyini deyirdi. 

Həm də yeni əlifbanı müdafiə edəcəyinə də vəd verirdi.  

Daşkəndin maarif evində təşkil olunacaq tədbirə Vəli Xuluflu ilə Xalid Səid Xocayev bir az 

tez getməliydilər. Maarif evinə müəllimlər toplandıqdan sonra Səməd Ağamalıoğluna telefonla 

məlumat verməliydilər, və Səməd Ağamlıoğlu bura gəldikdən sonra tədbir başlanmalıydı. 

Gözlənilmədən bir adam gəlib insanlara pıçhapıçla nə isə deyir. Məlum olur ki, tədbir olmayacaq və 

ona görə də Səməd Ağamalıoğlunun tədbirə çağırılması təxirə salınır. Tədbirin təxirə salınması 

səbəbi aydın olmur. Odur ki, Vəli Xuluflu və Xalid Səid Xocayev Mərkəzi İcraiyyə Komitəsinin 

binasına gəlirlər. Onları Səməd Ağamalıoğlu və Cəlil Məmmədquluzadə burada – Mərkəzi İcraiyyə 

Komitəsinin binasında qarşılayır. Burada təşkil olunmuş məclisdə özbək, qazax, türkmən elmi 

şuralarından nümayəndələr iştirak edirdi. Onların içərisində hündürboylu, qaraşın saqqalı bir 

professor da vardı. O, fizioloq bir professor idi. Səməd Ağamalıoğluna verilən müxtəlif suallar 

içərisində biri də həmin professorun sualı idi. O, bu işə (yeni əlifbaya keçmək işinə) Moskvanın 

necə münasibət bəslədiyini soruşurdu. Onun bu sualı Səməd Ağamlıoğlunu bir az əsəbləşdirdiyi 

üçün o, sərt şəkildə deyirdi ki, yoldaş professor, qarşınızda kimin olduğunu bilmirsiniz. “...mən sizə 

Şuralar İttifaqı hökuməti adından deyirəm: hər cümhuriyyət mədəni işlərində sərbəstdir, indiyə 

qədər köhnə mədrəsələri, köhnə məktəbləri, qarexanaları (xüsusi surətdə quran əzbərlərdən yerlər) 

davam etdirmişsiniz. Bunda bütün qəbahət sizindir. Mərkəz qətiyyən məsul deyildir. Ən böyük 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin