I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə41/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   37   38   39   40   41   42   43   44   ...   94


9.

  Müxbir. O olmasın, bu olsun. “Molla Nəsrəddin”, 1929. № 24. 

10.

  Türk dili. “Puç edirəm”. “Molla Nəsrəddin”, 1926. № 9.  



11.

  “Yoldaşlıq şarjı”. “Molla Nəsrəddin”, 1926. № 11. 

12.

  Vəli Xuluflu. “Yeni əlifba” və “Yeni yol” qəzetinin 10 illiyi” məcmuəsi. Bakı, 



Azərnəşr, 1932. 366 s.  

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



205

ELEKTRON RESURSLAR 

 

13.      



http://525.az/site/?name=xeber&news_id=59229

  

           14.       http://modern.az/az/article/13/author/#gsc.tab=0 



15.

        http://525.az/site/?name=xeber&news_id=52967  

 

Gulbeniz Babayeva 



The role of “Molla Nasreddin”ers in the creation of common  

Turkic alphabet 

Summary 

The establishment of a common Turkic alphabet was one of the main objectives of 

discussions on the First Turkology Congress.  One of the “Molla Nasreddin”ers  which represented 

in this congress Jalil Mammedguluzadeh visited the Turkic world for propaganda as a committee 

members of new alphabet, simultaneously he emphasized the  role of new alphabet in the unity of 

Turkic peoples.  “Molla Nasraddin” magazine and “Molla Nasreddin”ers which struggles for a new 

alphabet, their writing samples in the pages of  magazines involved in analysis in our article.   

Key words: “Molla Nasraddin”, common Turkic alphabet, First Turkology Congress, Jalil 

Mammedguluzadeh, arabic alphabet, latin alphabet, “Molla Nasreddin”ers.  

 

 



 

 

Kəmalə Ələkbərova, fil.ü.f.d. 



ARNK yanında Tərcümə mərkəzi  

 

AZƏRBAYCAN VƏ TÜRKİYƏ TÜRKCƏLƏRİNİN ORFOQRAFİYA 



QAYDALARININ AYRILMASINDA SOVET İZİ 

 

Elm və texnika nə qədər sürətlə inkişaf etsə, dil də eyni sürətlə problemlərlə üzləşir. Çünki 



yeni nailiyyətlər yeni sözlərə ehtiyacı daha da artırır. Araşdırmamızda bu gün qarşımıza çıxan 

problemin keçən əsrə gedib çıxan kökləri aydınlaşdırır. 1929-cu ildə orfoqrafiyaya aid bir məqalədə 

“İmla (orfoqrafiya) problemi bugünkü elmi həyatımızda ən çox nəzəri cəlb edən məsələdir” deyə 

yazılırdı. Fərhad Ağamalıoğlu da məhz eyni dövrdə “Yüz il keçsə də, bu məsələdə mübahisələr hər 

zaman görünəcəkdir” deyirdi.  

1926-cı ildə Bakıda keçirilən I-ci Türkoloji Qurultay türk dünyasında böyük bir hadisə idi. 

Proqramında bir sıra məsələlərə yer versə də, qurultayın ən vacib layihəsi yeni əlifbanın qəbulu idi. 

Təbii ki, yeni əlifba türk – islam dünyasında böyük bir yenilik idi. Ona görə də 1926-cı il Türkoloji 

Qurultayı – latın əlifbasına keçid – orfoqrafiya məsələləri bir-biri ilə sıx əlaqəlidir.  Əlimizdəki çox 

sayda qaynaqlarda bu qurultayın rolundan bəhs edilməkdədir. Hətta qurultaydan sonra 

Azərbaycanda yaşayan tat, talış, kürd xalqlarının öz dillərində çıxardıqları qəzet və kitabları 

latınlaşdırdıqları qeyd olunur. Hətta 1929 – 30-cu illərdə Azərbaycanda  yaşayan bir qrup erməni 

elmi işçinin erməni əlifbasının latınlaşdırılması fikrini irəli sürdüyünü yazılır (10, 13). 

Yeni latın qrafikalı əlifbasına türk – islam aləmində münasibət də fərqli idi. “Dildə, fikridə, 

işdə birlik” devizi ilə bütün türkləri birləşməyə çağıran İsmayıl bəy Qaspıralı Türkiyədə, Kazanda, 

Türkistanda, Qafqazda oxunan məşhur “Tərcüman”ını ərəb əlifbası ilə nəşr etdirirdi. Ortaq dil 

yaratmaq ideyasını müdafiə edən, İstanbul türkcəsini ortaq dil hesab edən İsmayıl bəy Türkiyə 

türkləri də daxil olmaqla bütün türk dünyası üçün ərəb əlifbasını ortaq əlifba hesab edirdi. 

Türkiyədə də İsmayıl bəy kimi düşünənlər çox idi.  

Azərbaycanda isə 1918-ci ildə demokratik respublika qurulduqdan sonra da yeni əlifba 

məsələsi hökumət tərəfindən tam dəstəklənməyə başladı və qəbul ediləcək ilk layihələr arasında yer 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



206

aldı. Hətta 1919-cu ilin əvvəllərində Xudat bəy Məlikaslanovun rəhbərliyi altında komissiya belə 

təşkil olundu. Fəqət məlum hadisələr səbəbindən layihə yarımçıq qalmışdı. 

Bütün bunlara baxmayaraq sovet ideologiyası bu məsələni də fərqli şəkildə şərh edirdi. 

Orada Azərbaycan Demokratik Cümhuriyyətinin latın əlifbasının əleyhinə olduğu yazılırdı. Onlar 

bu məsələyə daima siyasi don geyindirməyə çalışırdılar. Sanki cümhuriyyət qurucuları açıq 

düşüncəli, ziyalı insanlar deyil, qaragüruhçu idilər. O dövrdə latın əlifbasının qəbul edilməsi fikrini 

ortaya atan insanları ərəb əlifbasının tərəfdarı olmaqda ittiham edərək onlara böhtan atırdılar. Əli 

Nazim “Dan yıldızı” qəzetindəki “Türkiyədə latın əlifbası” adlı məqaləsində yazırdı: “Bu gün ərəb 

əlifbasının ən şiddətli tərəfdarı bizim Azərbaycan müsavatçıları, Türküstan və Tatarıstandan qaçmış 

inqilab əleyhdarlarıdır. Bunların qara keçmişləri ilə məşhur Məhəmməd Əmin Rəsulzadə, Battal, 

Vəlidi və başqalarından ibarət olduqlarını oxucuların anladıqları zənnindəyəm” (5, 7). 

İsmayıl bəyin ideyasını – birliyi daha sonra sovet rejimi sərt tənqid “etdirir”. Rza Mikayıl 

1906-cı ildə Novqorodda çağırılmış III bütün Rusiya müsəlmanlarının qurultayında ədəbi türk dilin 

osmanlıca olması, ibtidai məktəblərdə bütün müsəlmanlar üçün icbari osmanlıca qərarını tənqid edir 

və osmanlı türkcəsini “xilafət” dili adlandırır (7, 47). Müəllif eyni jurnalın əvvəlki sayında daha 

irəliyə gedərək “Sovet İttifaqının bir çox xalqları kimi Azəri türk dilinin rus dili kimi dərin keçmişə, 

belə bir mədəni - ədəbi irsə malik olmadığını” qeyd edir, bir çox ziyalı və alimləri (Cabbar 

Əfəndizadə, Xəlil İbrahim, Bəkir Çobanzadə və s.)türkçülükdə ittiham edir, Turan, türk tarixini 

təkzib edir (6, 54). 

Azərbaycanda da latın əlifbasının düşmənləri vardı. Təbii ki, onlar ərəb əlifbasının 

Azərbaycan dilinin tələblərinə uyğun olmadığını unudurdular. Onlar bu məsələyə elmi deyil, daha 

çox siyasi mövqedən yanaşırdılar. Görkəmli Azərbaycan dilçisi Hadi Mirzəzadə əlifba haqqında 

fikirlərini belə ifadə etmişdir: “Azərbaycan dilinin bütün səsləri bu əlifbada öz əksini tapa 

bilməmişdir. Əksinə dilimizə xas olmayan bir sıra səs  bu əlifba vasitəsi ilə gətirilmişdir. Bunun 

nəticəsində bir çox səslərin keyfiyyətini təyin etmək işi çətinləşdiyindən yazıda əksini tapmış 

səslərin danışıq dilində nə dərəcədə özünü doğrultduğunu aydınlaşdırmaq mümkün olmur” (4, 14). 

Tədqiqatımızda əsas məqam Birinci Türkoloji Qurultaydan sonra dəyişən Azərbaycan 

türkcəsinin orfoqrafiyasıdır. Təbii ki, biz XX əsrin əvvəllərində Türkiyə türkcəsi və Azərbaycan 

türkcələrinin orfoqrafiya qaydalarında aparılan dəyişikliklərə də nəzər salacağıq. İlk öncə onu qeyd 

etməliyik ki, əlimizdəki 1930-cu illərə aid olan mənbələrin hamısında adımız “türk”, dilimizsə 

“türkcə” olaraq göstərilməkdədir.  

Türkiyə və Azərbaycanda latın əlifbası, ortaq əlifba və ortaq dil tarixi ilk dəfə tərəfimizdən 

araşdırılmış və elmi ictimaiyyətə təqdim edilmişdir. Ərəb əlifbasının yeni latın qrafikalı əlifba ilə 

dəyişdirilməsinin üzərində  durmağımızın bir çox səbəbləri vardır. Bunlardan birini yuxarıda 

H.Mirzəzadənin də qeyd etdiyi kimi dilimizin fonetik xüsusiyyətlərinə cavab verməməsidir. Ərəb 

əlifbasında sait səslərin yazılmaması da orfoqrafiya prinsiplərinə təsir edən amillərdən başlıcası idi. 

Orfoqrafiya – o dövrün dili ilə desək, “imla qaydaları” probleminin təməli elə o illərdə “atılmışdır”. 

İstər əlifba, istərsə də orfoqrafiya məsələsini ilk və əhatəli şəkildə isə 1926-cı il Bakı Türkoloji 

Qurultayı gündəmə gətirmişdi.  Daha sonra 1928-ci ildə Bakıda birinci, və 1931-ci ildə ikinci 

Azərbaycan İmla konfransı çağırıldı. Amma nədənsə sovet hökuməti orfoqrafiya məsələlərinə 

barmaqarası baxırdı. İdris Həsənovbirinci konfransın qərarlarının xalq maarif komissarlığının 1928-

ci ildəki bülletenində dərc edilməsinə baxmayaraq, ikinci konfransın qərarlarının yalnız kağız 

üzərində bir qərar olaraq qaldığını və heç bir yerdə çap edilməyərək geniş kütlə arasında 

yayılmadığını yazır (3, 38). 

 “Dan ulduzu” jurnalının 1929-cu ilə aid sayında “Türkoloji Qurultaydan sonra yeni əlifba 

rəsmi surətdə qəbul edilsə də, bu məsələ bütün təzadları ilə bərabər qarşımızda durdu. Ərəb 

əlifbasının nöqsanları pərdəsi altında gizlənən bir çox şeylər zahirə çıxdı” (2, 38). Müəllifin qeyd 

etdiyi o “gizlənənlər”dən biri, ən əsası orfoqrafiya məsələləri idi. Bəs o zaman dövrün dilçiləri 

orfoqrafiya qaydalarını hansı meyarlara əsasən yaradır və ya dəyişirdilər?! Əlimizdə olan 1934-cü 

ilə aid olan bir mənbədə “Azərbaycan türk dilində işlənən bütün kəlmələr imla cəhətdən üç böyük 

qrupa bölünmüşdür: 1) türk və türkləşmiş kəlmələrin imlası, 2) ərəb – fars sözlərinin yazılışı və 3) 

internasional kəlmələrin imlası” deyə yazılır (3, 39). Yazının müəllifi İdris Həsənov bəzi rəsmi 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



207

təşkilat və şəxslərin müxtəlif şəkildə yazdıqlarını, orfoqrafiyada birliyin olmadığını, bəzilərinin isə 

heç bir prinsipə deyil, öz istədiyi şəkildə yazdıqlarınadan və yazıda anarxiya əmələ gəldiyindən 

şikayət edir (3, 38). 

Əsas məqam Türkiyə və Azərbaycanda eyni dövrdə ortaq olan yazı qaydalarının 

dəyişdirilmə prosesidir. Mövzu ilə əlaqədar Azərbaycan və Türkiyə dilçiləri çox sayda əsər 

yazıblar. Azərbaycan alimlərinin yazılarında Azərbaycan dilinin orfoqrafiyasının mərhələli şəkildə 

rus dilinin orfoqrafiyasına uyğunlaşdırıldığını görürük. Məqsəd də məhz bu idi. Azərbaycan Birinci 

İmla Konfransında yoldaş İmanovun “Avropa istilaları yazılışı” xüsusundakı məruzəsinə dair 

çıxarılan qərarı rus orfoqrafiyasının “təsiri” də adlandırmaq olar. Belə ki,21 maddədən ibarət bu 

qərarın (9, XVII) əsas hissəsi rus dili ilə əlaqədardır və Türkiyə türkcəsi ilə bizim türkcənin 

müqayisəli orfoqrafiyası baxımından maraqlıdır.  İlk maddə rus dilində sonu “a” ilə bitən sözlərin 

(aktrisa, problema, sistema, fabrika, apteka, fizika, botanika və s.)kimi Avropadan alınma sözlərin 

samitlə bitməsini və eyni şəkildə də yazılması, 2-ci maddə rus dilində sonu “loq” forması ilə bitən 

“metodologiya”, “türkologiya”, “filologiya həmçinin də “metodoloq”, “türkoloq”, “filoloq” 

sözlərinin fransız tələffüzünə yaxın olaraq “metodoloji”, “türkoloji”, “filoloji”, “metodoloq”, 

“türkoloq”, “filoloq” formasında, 10-cu maddə rus dilində axırları “iya” ilə bitən “burjuaziya”, 

“demokratiya”, “anarxiya” kimi sözlərin dilimizdə eyni şəkildə yazılması qərarını təsdiqləyir. 

Birinci İmla Konfransının qərarları isə daha türkçü idi.  Belə ki, bu konfransın qərarları 

Bəkir Çobanzadə və Vəli Xuluflunun məruzələri əsasında hazırlanmışdır. Maraqlı məqam qərarın4-

cü maddəsində “Azərbaycan türkcəsində səslərin yerdəyişməsi hadisəsi nəticəsində iki şəkildə 

söylənən sözləri yazdıqda, türk dilinin iştikaki əsaslarına dayanarak, ancaq bir şəkil qəbul 

edilməlidir, məsələn bəzi yerlərdə söylənən “torpaq”, “yarpaq”, “körpü”, “kiprik”sözlərini əslində 

olduğu kibi, yəni “topraq”, “yapraq”, “köprü”, “kirpik” deyə qəbul etməli və yazılmalıdır” (8, IX) 

maddəsi tədqiqatımız baxımından çox maraqlıdır. Türklərin bir zamanlar ortaq dili olması və əsrlər 

öncə ayrılması tezisindəki tarixin 1930-cu illərə çəkilməsini daha düzgün hesab edirik. Belə ki, 

dillərimiz arasındakı əsas fərqlərdən birinin dəyişdirildiyi 37-ci maddə 1937-ci illərin abı-havasının 

xəbərçisi idi sanki: “Ben, bin, imdi, bənimsəmək ... gibi sözləri ümumi Azərbaycan şivəsində olan 

mən, min, indi, mənimsəmək... deyə qəbul etməli və yazılmalıdır” (9, XIV) . 

Ümumiyyətlə, sovet rejimi bu gün dilimizi Türkiyə türkcəsi ilə bağını elə bu orfoqrafiya 

prinsipləri ilə qopardı. “Azərbaycan imla konferansı qərarları ilə uyğunlaşdırılmış və dövləti elmi 

şura tərəfindən təsdiq edilmişdir” (9, XII ) sözləri dediklərimizin sübutudur. Nə qədər dəyişdirməyə 

çalışsalar da müəlliflərin dillərində bugünkü Türkiyə türkcəsinin izləri görülür.  

Orfoqrafiya qaydalarının yaradılması üçün o dövrdə vətəndaşlardan da digər millətlərdən 

alınan kəlmələrin dilimizə uyğunlaşdırılması üçün köməklərini əsirgəməmələri istənilir (10, I). 

Bütün yuxarıda qeyd etdiyimiz məsələlər bu gün də aktuallığını qorumaqdadır. Bu gün də dilimizdə 

yeni sözlərə ehtiyac vardır. Bu gün də alınma sözlərin yazılmasında çətinliklərlə üzləşməkdəyik.  

 

ƏDƏBİYYAT 



1.

  “Yeni yol” qəzetinin 10 illik yubiley nömrəsi (oktyabr). Bakı – 1932. 

2.

  Ə. Ülvi. Dil - imla sahəsində, Dan yıldızı, № 11 – 12 noyabr-dekabr, 1929.  



3.

  Həsənov İ. Azərbaycan türk dil imlası haqqında bir neçə söz, İnqilab və mədəniyyət, №8, 

1934. 

4.

  Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990. 



5.

  Nazim Əli. Türkiyədə latın əlifbası, Dan yıldızı, №2, 1928 (7). 

6.

  Rza M. İndiki ədəbiyyatda dil məsələsi, İnqilab və mədəniyyət, №5 – 7, 1934 



7.

  Rza M. İndiki ədəbiyyatda dil məsələsi, İnqilab və mədəniyyət, №6 – 7, 1934 

8.

  Xuluflu V. İmla lüğəti, Azərnəşr. Bakı – 1929 



9.

  Xuliflu V. İmla lüğəti, İnqilab və mədəniyyət, №5, 1929 

10.

  Yeni türk əlifbası ilə yazı qaydaları, Yeni türk əlifbası komitəsi nəşriyyatı. Bakı – 1925. 



 

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



208

Soviet trace in differentiating the orthographic rules of  

the Azerbaijani and Turkish languages 

Summary 


Spelling is one of the actual problems facing most languages. This article aims to introduce 

spelling problems after Azerbaijan shifted to the Latin alphabet in the early 20th century, as well as 

their causes and solutions to the global scientific community.  An article about spelling published 

back in 1929 said that spelling was an issue that had garnered the greatest attention in scientific 

circles then. “Debates about these problems will be conducted a 100 years from now,” Ferhat 

Ağamalıoğlu also wrote at that time. 

Of course, as any language develops, spelling becomes obsolete through being subject to 

replacement over time. However, what has caught our attention is the spelling similarity with 

Turkish of Turkey between 1920 and 1930, gradually drifting apart from each other.  

As also noted in our sources, the disruption of the unity of orthography created chaos over the 

spelling of vowel letters in the new alphabet adopted in 1922. Spelling a word in any other way led 

to its alternate spellings. This paper will also include examples from them.  

To determine general spelling rules for the subject, in 1928 and 1931 Azerbaijan hosted 

spelling conferences, with newsletters prepared. But our examples illustrate their inadequacy in the 

resources available with us. Another meeting was held in 1934 again, offering a new project titled 

the Spelling of Azerbaijani Turkish. Not only would have reformed Soviet authorities spellings 

between Turkish of Turkey and Azerbaijan, but also removed the word “Turkish” with the word 

“Azerbaijani” through the late 1930s.  

An article on spelling issues published in 1934 divided all words into three large groups in 

terms of spelling of words used in Azerbaijani Turkish: 1) Turkish and Turkified words, 2) Arabic 

and Persian loanwords, and 3) international loanwords. The author summed up the most important 

points and distinctiveness of the spelling rules in 15 items. Such classification extended to almost 

all available historical sources, with examples set and latest recommended alternatives shown. What 

is interesting is that contemporary Turkish spellings entail all non-recommended alternatives. 

The most important point here is the same period of changing the spelling rules manifesting 

unity in both Turkey and Azerbaijan. Linguists in Azerbaijan have written numerous books and 

articles on the subject. One can see from them that spelling rules in Azerbaijani Turkish had been 

exposed to gradual changes due to Russian spelling rules. In fact, herein laid the goal. 

Sources available show the causes of changes per item in the spelling rules, giving 

commentaries. Our sources and references include scientific articles, spelling guides, and books 

about spelling rules published in the press between 1920 and 1930. Besides that, it includes 

examples from literary works written at that time. The subject will be entirely addressed in this 

article. 

 

 



Nəzakət Qazıyeva, fil.ü.f.d.                   

AMEA  Nəsimi adına Dilçilik İnstitutu  

n.qazi@inbox.ru 

 

TÜRK DİLLƏRİNDƏ DİLİN TƏTBİQİ İLƏ BAĞLI PROBLEMLƏR: 



TRANSKRİPSİYA VƏ TRANSLİTERASİYA 

 

Mürəkkəb və dinamik  təbiətə malik “norma” dilçilikdə fundamental anlayışlardan biridir. 



“Norma – hər bir dil daşıyıcısının can atmalı olduğu idealdır. Bu cəhdin uğurla nəticələnməsindən 

yalnız ... nitqin təmizliyi deyil, dilin səs sisteminin tarazlığı da asılıdır” (1). 

Müxtəlif dövrlərdə tarixi-sosial amillərin təsiri ilə ədəbi dil normasının davamlı şəkildə 

pozulması, bütün dil səviyyələri üzrə dil vahidlərinin variantlılığının artması yeni normanın 

meydana çıxma tendensiyası və dil sistemində müəyyən dəyişmələrin müşahidə olunması ilə 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



209

nəticələnir. Belə məqamlarda “fərdi və ya ictimai qrup şəklində meydana çıxan müxtəlif nitq 

hadisələrinin” (2, 9), G. Vinokurun da qeyd etdiyi kimi, “inkişaf etmiş instinkt və obyektiv elmi 

biliyə” (3, 91-92) əsaslanaraq qiymətləndirilməsi zəruridir.  

Müasir qloballaşma dövründə dilin  cəmiyyət və mədəniyyət amillərindən asılılığı, dil 

normasına, xüsusilə də tələffüz normasına dinamik hadisə kimi yanaşma, tələffüzün yazı 

qaydalarına təsiri struktur-aksioloji təbiətə malik normanın aktual problemlərindəndir. Müəyyən 

zaman kəsiyi üçün dil sisteminin yol verdiyi variantların bütün dil daşıyıcıları üçün zəruri olması 

kimi səciyyələnən norma (4, 14), xüsusilə də orfoqrafik norma aktual linqvo ekoloji 

problemlərdəndir. Bu sahə ilə bağlı meydana çıxan  çətinlikləri təhlil edərkən həm dildaxili, 

immanent, həm də xarici  amillərin təsiri nəzərə alınmalıdır.  

Qloballaşma dövründə dil situasiyasının təhlili, konkret dillərdə baş verən dəyişmələrin 

istiqaməti sosial amilin  dilə təsirinin danılmaz olduğunu bir daha sübut edir. Qloballaşma bir 

tərəfdən ümumi bəşəri dəyərlərin yaranması şəklində təzahür edirsə, digər tərəfdən sıx qarşılıqlı 

əlaqələr inteqrasiya prosesinin güclənməsinə, milli mədəniyyətlərin, eləcə də dillərin 

sıxışdırılmasına gətirib çıxarır. Bu baxımdan qloballaşma dilə və dil siyasətinə təsir göstərən iki əks 

faktoru aktuallaşdırır: ünsiyyət ehtiyacı, tələbi (bunun üçün ortaq modellər) və dil müstəqilliyi, 

milliliyi qorumaq meyli. Daxildən tənzimlənən sistem olmasına baxmayaraq, insan faktoru ilə 

birbaşa bağlı olan dilə psixoloji, fizioloji, sosioloji faktorların təsiri izsiz ötüşmür, müxtəlif səbəbli 

dəyişikliklər sistem daxilində biri digərini şərtləndirir.  Milli təfəkkürün və varlığın ifadəçisi kimi  

kifayət qədər əhəmiyyətli və incə məqamlarla bağlı olan dilə bəzi tarixi məqamlarda, müasir 

qloballaşma dövründə  olduğu kimi, dildənkənar amillərin təsiri ilə qeyri-təbii meyillərin, dilin 

təbiətinə və tipologiyasına yad olan  proses və “qəlib”lərin  tətbiqi nəticəsində dil mənzərəsində 

nəzərə çarpan “təsadüfi” dəyişikliklər özünü göstərir.  Belə halların qarşısının vaxtında alınması, 

uyğun prinsip və qaydaların müəyyənləşməsi norma səviyyəsində  artıqlığa gətirib çıxaran  

variativliyin  qarşısını ala bilər.  

Bəzən adi qaydalar sistemi kimi qəbul olunan norma əslində xalqın və dilin tarixi ilə sıx 

bağlıdır. Xalqın etnomədəni tarixinin izlərini yaşadan dilin normasının müəyyənləşməsində adət, 

vərdiş və estetik təsirin  nəzərə alınması (5; 9),  variantların seçimində həm şüurlu, həm də 

“kortəbii” seçim əslində bu incəliklərin qorunması ilə nəticələnir.  

XX əsrin ikinci yarısında tətbiqi dilçiliyin klassik istiqamətləri ilə yanaşı, bu sahə ilə bağlı 

bəzi məsələlərə yeni yanaşmanın meydana çıxması diqqəti cəlb edir. Müasir dövrdə elm və 

texnikanın inkişafı, eləcə də dünyada qloballaşmanın nəticəsi kimi müşahidə olunan inteqrasiya 

prosesləri dilin tətbiqinin transliterasiya, transkripsiya  kimi bir sıra istiqamətlərini aktuallaşdırır.  

Bu sahələr tətbiqi dilçiliyin klassik ənənələrinin məntiqi davamı olmaqla müxtəlif elm sahələrinin 

nailiyyətlərindən faydalanaraq müasir dövrün tələblərinə uyğun  şəkildə cəmiyyətdə informasiyanın 

ötürülməsinin bəzi problemlərinin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. Meydana 

çıxan praktik problemlər dilin daxili təbiəti, onun reallaşma forması kimi nitqin səciyyəvi 

xüsusiyyətləri ilə bağlıdır. Dilə yanaşma bucağına görə nəzəri dilçilikdən fərqli olaraq tətbiqi 

dilçilik dili sistem olaraq struktur baxımdan deyil, ünsiyyət prosesində və ya istifadə zamanı 

meydana çıxan səciyyəvi problem və ehtiyacları nəzərə almaqla öyrənir.  

Tətbiqi dilçiliyin qarşısında dayanan başlıca vəzifələrdən biri dildə dəyişmələri şərtləndirən 

“qənaət”, analogiya kimi müxtəlif prinsiplərin tələbinə uyğunlaşdırılma, psixoloji, sosial amillərin 

nəzərə alınması şərti ilə dilin funksionallığının mümkün qədər optimallaşdırılmasıdır. Daha çox 

praktik məsələləri diqqət mərkəzində saxlamasına baxmayaraq, tətbiqi dilçilik dilin nəzəri 

problemlərinin həlli üçün qaynaq ola biləcək material verməklə düzgün nəticənin əldə olunması 

üçün zəmin yaradır. Lakin ümumiləşdirmə əsasında qərarların qəbul olunmasına üstünlüyün 

verildiyi nəzəri istiqamətdən fərqli olaraq tətbiqi dilçilik konkret məsələlərin həllinə diqqət 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin