Değerlendirme.Makaleler, Ankara:TurkishStudies.
3.
Buran, A. (2010). Kurşunlanan Türkoloji,Ankara: Akçağ.
4.
Fethullova, K. S. (2013). Tatar Türkçesinin Öğretimi Hakkında.Yeni Türkiye, Y. 9, S.
55, Kasım-Aralık, 496-498.
5.
Ganiyev, F. Tĭlĭbĭznĭŋ, Tatar TĭlĭbĭznĭŋBaylıgıTurında, http:// caravanarba.org/
index.php/tt/tt-tatarstan/tt-langue-tatarstan /44-tt-richesse-langue-tatare
6.
Ganiyev, F.,Ahmetyanov, R., Açıkgöz H. (1997).Tatarca-Türkçe Sözlük,Kazan-
Moskova: İnsan.
7.
Gıylecev, İ. Tatar Tĭlĭ Yazmışı TurındaKaybĭrUylanular.http://dumrt.ru/tt/node/6912
8.
Gökdağ, B. A. (2015). Türklerin Dünyası. Dil, Kimlik, Siyaset, Kültür Bilimleri
Akademisi Yay., İstanbul
9.
Kirillova, Z. (2014). Tatar Dili - Devlet Dili: Geçmişi ve Bugünü, VI. Dünya Dili
Türkçe SempozyumuBildirileri, Uludağ Üniversitesi 04-07 Aralık 2013, II. C. (Ed.
Hatice Şahin-İbrahim Karahanci), Bursa, s. 1619-1622.
10.
Öner, M. (1998). Bugünkü Kıpçak Türkçesi,Ankara:TDK.
11.
Öztekten, Ö. (2008).Tatar-Başkurt Meselesi ve Başkurtça.Tarihten Bugüne Başkurtlar
(Yay. Haz. A. Melek Özyetgin, A. Merthan Dündar, İlyas Kamalov), İstanbul: Ötüken,
2008, 69-91.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
200
12.
Şahin, L.(2003b). Rusya Federasyonu 2002 Nüfus Sayımı ve Rusya
Federasyonu’ndaki Tatar Nüfusa Yansımaları.Türk Dünyası Tarih Dergisi, S. 199
(Temmuz), 46-51.
13.
Temir, A. (1992). Kuzey Türkçesi.TDEK C. II, Ankara: TKAE.
14.
Zekiyev, M. (2012). Xezĭrgĭ Tatar Xalkınıŋ Tiren Tamırları, Kazan.
WEB KAYNAKLARI
15.
http://belem.ru/node/3286
16.
http://elibrary.agnirt.ru:8000/index.php?page=view_list&file=2584&view=1&educati
on_form=0&speciality=0&course=0&discipline=0&category=332&list=143
17.
http://www.aktanish.ru/?p=3147
18.
http://www.azatliq.org/content/article/25046909.html
19.
http://www.perepis-2010.ru/results_of_the_census/results-inform.php
20.
http://www.tatar-islam.ru/v_tatarstane/?id=10895
Elmira Habibullina, egitim görevlisi
Uluslararası iliçkilər və Şarkiyat
Bölümü müdür yardımçısı,
ТРАНСФОРМАЦИЯ ГЕНДЕРНО-МАРКИРОВАННОЙ ЛЕКСИКИ ПРИ
ПЕРЕВОДЕ ТАТАРСКОЙ ЛИТЕРАТУРЫ НА ТУРЕЦКИЙ ЯЗЫК
Одним из приоритетных направлений исследований отечественных и зарубежных
лингвистов остается изучение гендерной проблематики в языке. Антропологически
ориентированные исследования в лингвистике становятся все более актуальными и
востребованными. Новизной подобных исследований является анализ языкового портрета в
гендерном аспекте. Общий для многих лингвистических направлений принцип «человек в
языке» вполне согласуется с учетом гендерного фактора. Понятия «мужественность» и
«женственность» при всей их общечеловеческой универсальности имеют определенную
национально-культурную специфику.
Если говорить о тюркоской лингвистике, то гендерный аспект перевода является
малоизученным. В теории перевода гендерные аспекты всегда оставались вне поля зрения
исследователей. Однако стоит помнить о том, что недооценка гендерных особенностей при
переводе может стать причиной прагматических ошибок, достаточно часто встречающихся в
художественной литературе. Соответственно, если мы задаемся целью выполнить
качественный художественный перевод, то должны уделять должное внимание подробному
изучению особенностей отражения гендерных особенностей как в тексте оригинала, так и в
тексте перевода, а также изучить особенности и способы их передачи. Гендерные
особенности художественного произведения представляют собой достаточно значимый
компонент художественной структуры текста.
Исследования в области лингвистической гендерологии вращаются вокруг двух групп
проблем. Первая представляет собой проявление гендерных различий в языке, вторая –
проявление гендерных различий в речевой коммуникации. Мы обратили наше внимание на
исследование гендерной дифференциации в языке (рассмотрение грамматического рода,
способов лексической репрезентации слов определенных тематических групп).
Наше исследование посвящено изучению аспектов трансформации гендерно-
маркированной лексики при переводе с татарского на турецкий язык. С целью более
результативного изучения особенностей перевода гендерной лексики мы разделили
выявленные лексемы на 9 тематических подгруппы: лексику, характеризующуюпол;
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
201
обозначающую возрастные маркеры; выражающую родственные отношения; определяющую
семейное положение человека; отражающую названия профессий, вида деятельности;
характеризующую качества характера, нравственные особенности; обозначающую
национальную принадлежность; определяющую социальный статус и лексику с оценочной
маркировкой.
Gülbəniz Babayeva, fil.ü.f.d.
AMEA Nizami adına Ədəbiyyat İnstitutu,
gulbeniz-babayeva@mail.ru
ORTAQ TÜRK ƏLİFBASININ YARADILMASINDA
MOLLANƏSRƏDDİNÇİLƏRİN ROLU
Çağdaş dövrümüzdə uluslararası siyasi-iqtisadi, ədəbi-mədəni əlaqələrin genişləndiyi
qloballaşma şəraitində türkdilli xalqların sıx birliyini, bütövlüyünü təmin edəcək ortaq əlifba və
dilin yaradılması problemi olduqca aktual və təxirəsalınmaz bir vəzifədir. Hələ əsası Mirzə Fətəli
Axundzadə ilə qoyulan əlifba məsələsi keçən əsrin 20-ci illərində gündəmə gətirilməyə başlandı. Bu
taleyüklü məsələ zaman-zaman aktuallaşsa da, bugünədək həllini tapa bilməmişdir. Belə ki, bəzi
türkdilli xalqlar, o cümlədən Azərbaycan, türk və başqaları latın qrafikalı əlifbadan istifadə etsələr
də, bu hal digər xalqlarda kütləviləşə bilməmişdir. Ancaq qeyd etmək lazımdır ki, indiki mərhələdə
Qarabağ, Krım, axıska türkləri və başqa türksoylu xalqlara qarşı edilən haqsızlıqlar – torpaqların
işğalı, soyqırımlar, terrorlar, köçürmələr və s. bir daha göstərir ki, nəinki ortaq əlifba və dil, eyni
zamanda bütövlükdə türk dünyasının ictimai-siyasi, ədəbi-mədəni birliyini zəruriləşdirir və
aktuallaşdırır. Bu mənəvi birliyə daxili bir ehtiyac dünən də duyulub, bu gün də duyulur və sabah da
duyulacaq.
Keçən əsrin 20-ci illərində türk dünyasının tanınmış ziyalıları İsmayıl bəy Qaspıralı, Fuad
Köprülüzadə, Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Məhəmməd ağa
Şahtaxtlı, Vəli Xuluflu və başqalarının irəli sürdüyü, dəstəklədiyi və mücadilə apardığı bu önəmli
məsələlər çağdaş dövrümüzdə də olduqca əhəmiyyətli görünür.
Şübhəsiz ki, yuxarıda adlarını qeyd etdiyimiz şəxslərlə yanaşı, bu problemin gündəmə
gətirilməsi və müsbət həll olunmasına bir çox ziyalılarımız təşəbbüs göstərmişlər. Bəs görəsən, 25 il
fəaliyyət göstərən, ilk satirik jurnal kimi mətbuat tariximizin dəyərli səhifələrini yazmış “Molla
Nəsrəddin” jurnalı və onun naşiri, böyük realist ədibimiz C.Məmmədquluzadənin bu məsələdə
hansı xidmətləri olmuşdur?
Türkoloji qurultaydan xeyli əvvəl – 1922-ci ildə Cəlil Məmmədquluzadənin naşiri olduğu
“Yeni yol” qəzetinin nəşrə başlaması bu böyük tədbirə hazırlığın ilkin mərhələsi idi desək,
yanılmarıq. Bunun davamı olaraq, elə həmin ildə “Yeni türk əlifbası” komitəsinin yaradılması da bu
möhtəşəm tədbirə ciddi hazırlığın getdiyini bir daha təsdiqləyir.
Ümumiyyətlə, “Yeni yol” qəzetinin yeni əlifbanın təbliğində müstəsna rolu olmuşdur. Məhz
bu mətbu orqan fəaliyyət göstərdiyi illərdə də dövrün tanınmış ziyalıları tərəfindən yüksək
dəyərləndirilmişdir. Vəli Xuluflu “Yeni yol” haqqında fikirlərini belə açıqlamışdır: “Yeni yol”
kəlməsi çox vaxt yeni əlifba yerinə işlədilirdi... “Yeni yol” yeni əlifbanın bir sinonimi olmuşdur”.
C.Məmmədquluzadənin arxiv materialları arasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi
tərəfindən M.B.Qasımovun imzaladığı 2 sentyabr 1924-cü il tarixli vəsiqədə yazıçının yeni türk
əlifbasını yaymaq üçün Azərbaycan MİK-nin sədri Ağamalıoğlu ilə birgə RSFSR və Türküstan
respublikalarına gedəcəyi haqqında məlumat verilir.
C.Məmmədquluzadə bu səfər haqqında Bakıdan Həmidə xanıma yazır: “... sən Bakıya
gəldiyin zaman, yəqin ki, mən səfərdə olacağam; elə düşünürəm ki, sentyabrın 4-də mən
Ağamalıoğlu ilə Krıma, qulluq işlərinə getmiş olaram. Biz üç həftədən sonra qayıdacağıq” (7; 447 ).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
202
7 sentyabr 1924-cü il tarixli Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin katibi T.Şahbazinin
imzası ilə Mirzə Cəlilə verilmiş digər bir vəsiqədə göstərilir ki, o, yeni türk əlifbasını yaymaq
məqsədilə Krım, Tatarıstan, Türküstan respublikalarına gedən Mərkəzi İcraiyyə Komitəsi sədri
Ağamalıoğlunun sədr olduğu xüsusi komissiyanın üzvüdür.
O dövrdə nəşr olunan bir çox mətbuat orqanları – “Molla Nəsrəddin”, “Kommunist”, “Yeni
yol”, “İzvestiya”, “Türküstan”, “Qızıl Tatarıstan”, “Vlastruda”, “Krasnaya Tatariya”, “Bakinski
raboçi” və başqaları yeni əlifba və dil məsələləri, komissiya üzvlərinin gördüyü işlər haqqında öz
səhifələrində müfəssəl məlumatlar dərc etmişlər.
C.Məmmədquluzadə əlifba məsələsinə xüsusi önəm verdiyindən “Molla Nəsrəddin”
jurnalının səhifələrində həm qurultaydan öncə, həm də sonra I Türkoloji Qurultayda müzakirə
obyekti olan ortaq əlifba, ortaq dil və s. məsələlərə həsr olunmuş yazılar yer almışdı. Dərgidə
davamlı olaraq çap olunan “Təzə əlifba”, “Acıqnan”, “Türkcə kəlmələr haqqında araşdırmalar”,
“Təzə əlifba qazanmır”, “Ərəb əlifbası”, “Qatıq ağdırmı, qaradırmı?”, “Xala xətrin qalmasın”,
“Yeni türkoloji qurultay”, “Bazar qiymətləri”, “Latın hürufatı və ingilislər”, “Türkoloji Qurultayına
teleqram”, “Eşit, inanma”, “101-in qabağına 8” və s. yazılarda ərəb əlifbasının törətdiyi problemlər,
dil və əlifba məsələlərindəki çətinliklər, ziddiyyətli məqamlar, Türkoloji Qurultay və jurnalın, ədəbi
ictimaiyyətin bu məsələlərə münasibəti kimi önəmli məsələlər öz əksini tapmışdır.
Türkoloji Qurultay günlərində jurnalda çap olunan “Təmizləmək” məqaləsində deyilir: “İndi
türklər də uzun bir gecə yuxusundan sonra ayılıb öz evləri olan dillərini təmizləmək istəyirlər və
bunun üçün də bu gün Bakıda ümumtürkoloji qurultayı çağırılmışdır. Qurulyatın təmizləyəcəyi ev
deyil, dildir və özü də türk dilidir” (4; 2).
Felyetonda dilimizdə olan yad təsirləri zibilli evlə müqayisə edən müəllif bu zibillərin nədən
ibarət olduğunu açıqlayaraq yazır: “Əlifba zibili, əruz vəzni zibili, ərəb dili zibili, fars dili zibili və
başqaları...
Türk dilini bütün bu zibillərdən təmizləmək lazım gəlir. Təmizləməyə başlayanda məlum
şeydir ki, bu qədər zibilin tozu da çox olacaqdır. Çünki bu zibil bir günlük, bir gecəlik deyil, yüz
illərlə yığılmış bir zibildir” (2; 2).
Göründüyü kimi, “Molla Nəsrəddin” jurnalı birmənalı olaraq, ərəb əlifbasının dilimizdən
çıxarılmasının tərəfdarı olmuşdur. Təsadüfi deyildir ki, jurnalın redaktoru Cəlil Məmmədquluzadə
də digər mollanəsrəddinçilər kimi ərəb əlifbasının yaratdığı çətinliklərdən bəhs edərək yazır: “...
ərəb hürufatına nifrət və yeni bir asan hürufata həvəs məndə hələ o vaxtlardan (cavanlıqdan) var idi.
Sonra da – necə ki, məlumdur – mən həmişə yeni türk əlifbasını arzu eləyən və köhnə hürufatın
ziddinə gedənlərdən oldum” (2; 142.).
Qurultayda əlifba ilə bağlı məsələlərdə iştirakçılar üç istiqamətdə iş aparırdılar. Üç fərqli
dünyagörüş, üç baxış, üç münasibət. Müxtəlif prizmalardan yanaşma tərzi “Molla Nəsrəddin”
jurnalında dərc olunan “Ərəb əlifbası” felyetonunda da aydınlaşdırılır. “Hal-hazırda Nəcəfül-əşrəfdə
əlifbaçılar üç məsləkə mənsubdurlar: 1) ərəb əlifbası tərəfdarları; 2) islahçılar; 3) latın əlifbası
tərəfdarları. Ərəbistanın Məkkə, Mədinə, Kərbəla, Bağdad və Nəcəfül-əşrəf və qeyri böyük
şəhərlərində yeni ərəb əlifbası uğrunda böyük danışıqlar var” (3; 4 ).
Felyetonda göstərilir ki, Məkkə darülfununun tarix müəllimi, Paris-Sarbon darülfünununda
təhsil almış Əlaəddin Şəcəri də hətta ərəb əlifbasına qarşı çıxaraq demişdir: “... ey mənim balalarım,
bən görürəm ki, bu bədbəxt yeroqliflər sizin gözlərinizi piş əz vəqt kor edir və bunun üçün bənim
ürəyim həmişə yanmaqdadır” (3; 4).
Ərəb əlifbasının çətinliklərini heç ərəblərin özlərinin də qəbul etmədiyini diqqət mərkəzində
saxlamağa çalışan müəllif onun tərəfdarlarını qınamaqdan çəkinmir. “Amma bilmirəm indi içimizdə
ərəb əlifbasını müdafiə edən türk balaları ərəblərin hansından vəkalət alıb, döşlərini qabağa verib
ərəb cızmaqarasını təsdiq etməkdədirlər” (3; 4).
“Molla Nəsrəddin”də dərc olunmuş yazılarda müxtəlif xalqların – Azərbaycan, türk, fars,
ərəb, yakut və başqalarının yeni əlifbaya münasibətini əks etdirməsi dərginin həmin məsələlərə
ciddi yanaşdığını bir daha ortaya çıxarır. Məlumdur ki, latın əlifbasını qəbul etmiş bir sıra türksoylu
xalqlar çox keçmədən zorla kiril əlifbasına keçməyə məcbur edildilər. Bu proses hələ əvvəlcədən
düşünülmüş və rus imperiyası türkdilli xalqları özündən asılı vəziyyətə salmaq məqsədi ilə belə bir
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
203
addım atmağı planlaşdırmışdır.
Ümumiyyətlə, sovet rejimi bu qurultaya icazə verməklə bir çox gizli məqsədinə nail oldu.
Məqsədlərdən biri qurultayda iştirak edəcək türk aydınlarını müəyyənləşdirmək idi. Təsadüfi deyil
ki, qurultaydan heç 10 il keçmədən bütün qurultay iştirakçıları təqiblərə məruz qaldı. Onların sağ
qalanları ya repressiya qurbanı oldu, repressiyadan qaçanlar isə mühacirət ömrü yaşamağa məcbur
oldular. İikinci bir məqsəd isə qurultayda yeni keçməklə istila altındakı türk xalqlarını Türkiyə
respublikasından ayırmağa nail olmaq idi. Çünki bu dönəmdə Türkiyədə hələ də ərəb əlifbası
keçərli idi. Ancaq planlaşdırılmamış bir şey vardı: Atatürk Fuad Köprülüzadə vasitəsilə qurultayla
əlaqə saxlayır, yeni əlifbanın qəbulunu dəstəkləyirdi. Elə buna görə də latın əlifbasının taleyi qısa
sürdü. Türkiyənin latın əlifbasına keçməsi ilə türksoylu xalqların kiril əlifbasına məcburi keçidi
rəsmiləşdirildi. Beləcə, istila altında olan türksoylu xalqlar planlı şəkildə Türkiyə
Cümhuriyyətindən uzaqlaşdırıldı.
Hələ 1926-cı ildə “Molla Nəsrəddin” səhifələrində yer almış “101-in qabağına 8” felyetonu
bu baxımdan diqqəti cəlb edir. İki nəfərin dialoqu əsasında qurulan felyetonda əlifba və dil
məsələsindən söhbət açılaraq Türkoloji qurultayın qərarlarına münasibət bildirilir. Felyetonda
yazılır: “Yakut oblastından gəlmiş bir tatar nümayəndəsi gözləri yaşarmış halda deyirdi ki, bizim bu
çağacan yazımız yoxdur!..
Neçə ildir ki, dil və yazı üçün gəzirdik. Bu axırlarda bizə məsləhət görmüşdülər ki, rus
əlifbasını və rus dilini götürüb öz dilimiz deyə öyrənək!..” (6; 4).
İki nəfərin mübahisəsində məlum olur ki, geyimlərimizdən başlamış yeməklərimizə, məişət
əşyalarımıza, hətta oğullarımızı rus qızı ilə evləndirməyimizə qədər hər şey rusların adı ilə bağlıdır,
heç bir şeydə ərəblərdən qalma əlamətləri yaşatmırıq.
Felyeton ərəb əlifbası tərəfdarlarının dilindən yazıldığından orada fikir belə yekunlaşır: “...
bu gün cümlə türk-tatar millətləri, qövmləri tərəfindən buraya yığışmış nümayəndələr də dedilər ki,
bizə ərəb əlifbası da ərəb şalvarı, ərəb əbası... kimi lazım deyildir” (6; 4).
Qurultaydan xeyli sonra da yeni əlifba ilə yazıb-oxumağı bacaran kadrlar yox idi. Buna görə
də latın qrafikalı əlifbanın yaratdığı çətinliklərdən yayınmaq üçün bir çox ziyalılar daha çox rus
dilində yazıb-oxumağa üstünlük verirdilər. “Molla Nəsrəddin” jurnalı cəmiyyətdə hökm sürən belə
neqativ halları öz səhifələrində ciddi tənqid atəşinə tuturdu. “O olmasın, bu olsun” felyetonunda
jurnal məhz diqqəti belə bir məqama yönəltmişdi. Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu
olsun” səhnə əsərinin sərlövhəsini xatırladan kiçik həcmli felyetonda da kiril əlifbasına - rus dilinə
üstünlük verən elit təbəqənin nümayəndələrinin latın əlifbasına biganəliyi tənqid hədəfinə
çevrilmişdir.
“Salyan qəzasının Bankə balıq vətəgəsindəki idarələrdə işləmək üçün yeni əlifba ilə savadlı
adam tapılmadığına görə işlər yavaş-yavaş, yainki yeyin-yeyin ruscaya keçir. Nə olar? Nə eybi var,
o olmasın, bu olsun” (9; 6).
“Molla Nəsrəddin” jurnalının qurultayla bağlı çoxsaylı və rəngarəng yazılarında İran
məmləkətinin bu möhtəşəm toplantıya biganə qalaraq qatılmaması “Türkoloji Qurultayına
Teleqram” felyetonunda ciddi tənqidə məruz qalır: “Bütün fars millətləri adından bildirirəm ki,
Bakıda açılan türkoloji qurultayına İran Azərbaycanından heç kim gəlməyəcəkdir.
Çünki burada türk adında şey yoxdur. Olanlar da bizim sayeyi-mərhəmətimizdən türklüyü
atıb fars dilini qəbul etmişdirlər. Buna görə zəhmət qəbul edib bica yerə İranzəmindən adam
gözləməyəsiniz” (5; 7).
“Molla Nəsrəddin” jurnalının 1926-cı ilin fevral, mart nömrələrində ərəb əlifbasının artıq öz
dövrünü başa vurması, latın qrafikalı əlifbanın gündəmə gələrək aktuallaşmasına aid xeyli yazılar
dərc olunmuşdur. “Bazar qiymətləri”ndə eyhamlarla ərəb cümlələrinin, fars kəlmələrinin
ucuzlaşması kəskin ironiya ilə oxucuya çatdırılır.
Məlumdur ki, türk xalqları bir əsrdə bir neçə dəfə əlifba dəyişdirməyə təhrik ediliblər.
Şübhəsiz ki, stalinizmin, sovet rejiminin türksoylu xalqlara qarşı apardığı amansız repressiyaların,
mənəvi aşınmaların bir istiqaməti də məhz əlifba məsələsi ilə bağlı olmuşdur. Türkoloji qurultayın
keçirildiyi zamanlarda olduğu kimi, çağdaş dövrümüzdə də əlifba məsələsinə fərqli yanaşmalar
mövcuddur. Yazıçı Anarın da fikirləri bu baxımdan maraqlı görünür. “İndi bu iki hadisəyə - latına
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
204
və kirilə keçməyə tarixi perspektivdən baxarkən mənə elə gəlir ki, 39-cu ildə rus əlifbasına keçmək
Azərbaycan mədəniyyətinə qarşı zorən, məcburən törədilən cinayət idisə, 26-cı ildə latın əlifbasına
keçmək haqqında könüllü və səmimi qərar da səhv qərar idi. Belə bir ifadə var: bu cinayət deyil, bu
cinayətdən betərdir – səhvdir... Mirzə Fətəlidən Mustafa Kamala qədər türk dünyasının ən böyük
şəxsiyyətlərinin irəli sürdüyü və həyata keçirdikləri bu əməli – yəni latın əlifbasına keçməni mən
strateji nəticələri baxımından tarixi səhv hesab edirəm” (13).
Şübhəsiz ki, yazıçının əlifbanın dəyişdirilməsini “tarixi səhv” hesab etməsi müəyyən
səbəblərlə bağlıdır. Çünki zəngin və çoxəsrlik ədəbiyyatımızın, tariximizin min ildən artıq bir dövrü
məhz ərəb əlifbası ilə yazılmışdır. Bu əlifbanın dəyişdirilməsi böyük məxəzlərdən təcrid olunmağa
gətirib çıxarmışdır. Buna görə də Anarın belə taleyüklü problemə münasibəti başadüşüləndir.
Yazıçı fikirlərini davam etdirərək ərəb əlifbası ilə bağlı düşüncələrini belə yekunlaşdırır:
“Yuxarıda söylədiyim mülahizələri kimsə yenidən ərəb əlifbasına qayıtmaq niyyəti kimi absurd bir
arzu sayacaqsa, çox böyük səhv edəcək. Qatar artıq çoxdan gedib, yenidən ərəb əlifbasına dönmək
lazım da deyil, mümkün də” (13).
Anar bu aksiomanı yaxşı anlayır ki, ziqzaqvari gedişlə yenidən ərəb əlifbasına qayıtmaq
onsuz da çətin olan labirintin daha da dərinləşməsinə gətirib çıxarar. Dəfn edilmiş bir əlifbanın
yenidən dirilməsi mümkündürmü? Dəfn etmək dedim, bu məqamda yenə də yadıma “Molla
Nəsrəddin” düşdü. Özü də bu xatırlama təsadüfi deyil. Jurnalın 1926-cı ilin 11 mart nömrəsində
diqqətçəkən yoldaşlıq şarjı dərc olunmuşdur. Şəkildə ərəb əlifbasının qəbri təsvir olunmuş və baş
daşı üzərində bu sözlər yazılmışdır: “Ərəb əlifbasının qəbri”. Qəbrin ayaq ucunda S.Ağamalıoğlu
əsaya söykənərək əyləşmiş və papağını sinə daşı üzərinə qoyaraq ərəb əlifbasına xitabən bu sözləri
deyir: “Həmişəlik olaraq yat, yerin rahat olsun, heç nigaran qalma, sənin üçün matəm saxlarıq, hətta
ehsan verərik” (10; 4).
Əlbəttə, bu dostluq şarjı Türkoloji Qurultayın ərəb əlifbasının ləğvi ilə bağlı qərarından
sonrakı mənzərənin real əksi idi. Burada təsvir olunan şəxsin isə Səməd Ağamalıoğlu olması da
labüd idi. Çünki o, “Yeni türk əlifbası” komitəsinin sədri kimi bu sahədə fəal iş aparmışdır.
“Molla Nəsrəddin” jurnalının 3 yanvar 1929-cu il sayında dərc olunan “Pillə-pillə” yazısında
oxuyuruq: “Necə ki məlumdu, bu gün bizim bayramımızdır, çünki bu gün biz ərəb əlifbasından
xilas oluruq” (8; 4).
Türk xalqları arasında ortaq əlifbanın və ortaq ünsiyyət dilinin yaradılması, əlbəttə ki, asan
bir məsələ deyil. Bunun üçün xeyli zaman lazım gələcək. Lakin bu gün bütün dünyanı bir nöqtədə
birləşdirən internetin aktiv fəaliyyəti prosesin sürətlənməsində ən mühüm vasitələrdən birinə çevrilə
bilər.
ƏDƏBİYYAT
1.
Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə. Bakı, “Elm”, 2015. 484 səh.
2.
Cəlil Məmmədquluzadə. Xatiratım. Əsərləri 6 cilddə, 6-cı cild. Bakı, Azərnəşr. 1985. 311
səh.
3.
Cırcırama. “Ərəb əlifbası”. “Molla Nəsrəddin”. 1926. № 11.
4.
Əbülhövl. “Təmizləmək”. “Molla Nəsrəddin”, 1926. № 9.
5.
Əz tərəfi Tazə Şah. “Türkoloji Qurultayına Teleqram”. “Molla Nəsrəddin”, 1926. № 9.
6.
Qıyığ. “101-in qabağına 8”. “Molla Nəsrəddin”, 1926. № 11.
7.
Qulam Məmmədli. Molla Nəsrəddin (Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin
salnaməsi). Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1955, 564 s.
8.
Molla Nəsrəddin. “Pillə-pillə”. “Molla Nəsrəddin”, 1929. № 1. Dostları ilə paylaş: |