I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə87/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   83   84   85   86   87   88   89   90   ...   94

H.Cavidin qoyduğu ideyanı tam əhatə dairəsi ilə təmsil etməyə nail olmuşdur. Böyük sənətkarlıq 

istedadına malik olan rejissor M.Məmmədov H.Cavid yaradıcılığına ikinci dəfə müraciət etməsi 

tamaşanın uğurlu keçməsinə səbəb olmuşdur. Tamaşada rejissorun sərrast fikri, rəssam və 

bəstəkarın uğurlu işi ilə üst-üstə düşmüşdür. Bu tamaşanın tərtibatı haqqında müəyyən qədər I 

fəsildə məlumat verilib. Tamaşanın rəssam-dekoratorları Elçin Məmmədov və Nazim Bəykişiyev 

lakonik tərtibat üsulundan məharətlə istifadə edərək müəllif ideyasını açmağa nail ola bilmişlər. Bu 

rəssamların teatrda gedən yaradılıqlarını izlədikdə, bir daha şahid olursan ki, onlar tərtibat verdikləri 

bütün əsərlərin “ümumi obraz”ını tapmağa meyil ediblər və ümumilikdə bu işə nail ola bilmişlər. 

Müəyyən epizodları və parçaları deyil, - bütövlikdə tamaşanı düşünərək, faciənin süjet və 

hadisələrini işlədikləri ümumi səhnə tərtibatının daxili tutumuna tamlıqla yerləşdirə bilmişdir. 

Onların təqdim etdiyi funksional tərtibat ünsürləri səhnə meydanında kifayət qədər təbii görünən 

gərgin plastik səhnə yaratmışdır. Yəni səhnəyə tətbiq edilmiş hər bir element canlıdır, dəyişkəndir 

və daim hərəkətdədir. Səhnədə şərti olaraq tavan və döşəməni əks etdirən metal lövhələr, süjet 

xəttinə müvafiq olaraq yerini dəyişirdi. Yeri gələndə şərin təzyiqini ifadələndirir, bəzən səmaya 

çevrilir yerlə göyün, insanla – Tanrının əlaqəsini, bəzən də sadəcə olaraq dinamik, realistik səhnə 

effekti yaratmağa xidmət edirdi. O, hərəkət edib yerə yaxınlaşdığı anlarda isə canlıları məngənə 

kimi sıxaraq ölümlər törədirdi. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



443

ƏDƏBİYYAT 

1. Cim (Cəfər Cabbarlı). İblisin son quruluşu. “Kommunist” qəzeti, 1925, 12 aprel.  

2. Əli Nazim. İblis. “Yeni yol” qəzeti, 1921, 8 aprel.  

3. Hüseyn Cavid. “İblis”. Hüseyn Cavid, Əsərləri, 5 cilddə, III cild, Dram əsərləri, Bakı, Elm, 

2007, s. 5-118.   

4. İbadoğlu Ə. Hüseyn Cavidin “İblis” faciəsi. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası 

nəşriyyatı, 1969, 165 s.  

5. “İblis” tamaşası haqqında resenziya. “Kommunist” qəzeti, 1921,  4 oktyabr.  

6. Mehdiyev N. Teatrın semiotikası. “Qobustan” jurnalı, 1987, № 2, s. 2-4.  

7. Təhmasib T. H.Cavid və teatr. Bakı, İşıq, 1988, 132 s.  

8. Təhmasib R. İblis, Topal Teymur, Peyğəmbər (H.Cavid) tamaşaları haqqında xatirələr, əl 

ilə yazı, 1920-21-ci illər. Azərbaycan Dövlət ədəbiyyat və incəsənət arxivi, R. Təhmasibin arxivi, 

fond № 622, siyahı № 1, sax. № 171. 

9. Храпченко М. Семиотика и художественное творчество. Литература и 

современность. Сборник, 11 статей о литературе, 1970-1971 годов.       М., Худ.лит., 1972, с. 

114-171. 

10. Леонардо да Винчи. Избранное. М., Гослитиздат, 1956, 257 с. 

11. Островский М.А. Художественный справочник, Сто памятных дат 1973. М., 

Сов.художник, 1973, 268 с. 

 

Scenography opportunities in “Devil” play of the writer of Turkic world Huseyn Javid 



Summary 

The role of scenic atmosphere has great importance especially in equalization of positions of 

author and audience when H.Javid’s plays are staged. Because some part of people has wide 

abstract understanding and can understand between the lines meaning of the spectacle, but other 

part of people can see and understand only visually.  

H.Javid’s mystical “Devil” tragedy was written on the base of real elements. Obviously, to 

prevent the subjectivity the artist-decorator has to take account that, the theme of the tragedy is 

about tragic events, which defile people morally and cause society relied on wealth and power.  

Keywords: theatre, artist-decorator, decor, “Devil” play, scene.  

 

 Xatirə Həsənzadə, sənət.ü. f.d., dos. 



Bakı Musiqi Akademiyası 

khatirahasanzada@yahoo.com 

 

TÜRK XALQLARI MAHNILARININ İNTONASİYA XÜSUSİYYƏTLƏRİ 



 

 

Xalqların tarixinin, mədəniyyətinin, incəsənətinin, onun ayrı-ayrı sahələrinin öyrənilməsi 



daima tədqiqatçıların diqqət  mərkəzində durur. 

 

Tarixdən məlumdur ki, təfəkkür tərzinin inkişafı ilə tarixdə mövcüd olan xalqların “izləri 



itməyərək” başqa xalqların yaranmasına, inkişafına təsir göstərmiş və “laylar” şəklində, trans-

formasiyaya uğrayıb “yaşayaraq” o xalqların yaşam tərzi, adət-ənənəsi, mədəniyyəti haqqında  

məlumat daşıyıcısına çevrilir. 

 

Təqdim olunan mövzu türk xalqlarının mahnılarında səs düzümündə gedən prosesləri iz-



ləyərək intonasiya əlaqələrinin üzə çıxarılmasına həsr olunur. Araşdırmanın məhz xalq mahnıları 

üzərində aparılması təsadüfi deyil. Məlumdur ki, hər bir xalq üçün onun mahnıları nadir xəzinədir. 

Burada tarixin genetik yaddaşı yaşaylr. Mobil janr olan mahnı həyatda gedən prosesləri özündə tam 

əks etdirir.  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



444

 

İntonasiya bütün musiqini yaradan komponentləri özündə birləşdirən musiqi elminin böyük 



sahəsidir. Demək olar ki, xalqın simasını açıqlayan əsas amildir. Bu gün xalqların inteqrasiyası, 

milli şüurun “oyanışı” dövründə özünü dərketmə nə qədər vacibdirsə, türk xalqlarının mahnılarında 

əlaqələri axtarmaq bir o qədər önəmlidir. 

 

Geniş əhatədə məskunlaşan türk xalqlarının xalq mahnılarını araşdırarkən dil bölgüsünə 



istinad edərək müəyyən bir sistemə salınması onların eyni kökdən törənən mədəniyyətlərə malik 

olmalarını daha yaxlndan başa düşməyə imkan yaradır. Həmin xalqlar arasında olan geniş yad-daşı 

yenidən dirçəltmək, bir zamanlar məyyən səbəblədən uzaq düşmüş türk xalqlarını bir-birinə daha da 

yaxınlaşdırmağa kömək edir.   . 

 

Türkoloq alim F.Zeynalov türk dillərinin təsnifatını verərkən bu dillərin daşıyıcısı olan türk 



xalqlarının tarixi inkişaf prosesini onun dövrləşdirməsi ilə sıx əlaqələndirərək bəlkə də eyni bir 

proses olmasını qeyd edir. Alim fikrinə davam edərək yazır ki, türk xalqlarının tarixini öyrənmədən

bu mərhələdə qəbilə, tayfa və tayfa birliklərinin mahiyyətini müəyyənləşdirmədən, sonralar onların 

böyük dil qruplarına, daha sonra isə müasir dillər səviyyəsinə qədər keçdikləri inkişaf yolunu 

izləmədən təsnifat aparmaq özünü doğrultmur.(2.58) 

 

Əsrlərlə külli miqdarda variantlar şəklində xalq arasında yayılan mahnılarda kollektiv tə-



fəkkürün məhsulu olan “özək” saxlanılır. Bir də hər avazatın, hər havanın, oxumanın milli musiqi 

təfəkkürü ilə bağlı müəyyən qanunauyğunluqları mövcüddur ki, onlar ifaçı tərəfindən əsla pozula 

bilməz. Bunun da səbəbi hər bir musiqi sistemində sabit və dəyişkən elementlərin və bu 

elementlərdə sabit və dəyişkən əlaqələndiricilərin olmasındadır. Məhz bu elementlər (invariantlar) 

musiqi təfəkkürünün qanunlarını müəyyənləşdirən əsas amillərdəndir. (1.16)  

ƏDƏBİYYAT 

1. Гошовски В. У истоков народной музыки славян. М., Сов. композитор, 1971, с.16. 

2.Zeynalov F. Türkologiyanın əsasları. Bakı, Maarif, 1981. s.50. 

 

Khatira Hasanzade 



The Intonation Peculiarities of the Songs of the Turkic Peoples 

Summary 


 

The presented topic is dedicated to revealing the proceses in Turkic nations music. The 

recearch on national songs is not  coincidental. The memory of history lies there. 

 Key 


words: nucleus, intonation, melody, transformation 

 

 



 

 

Zaur Əliyev, siyasi e.ü.f.d. 



AMEA Elm Tarixi İnstitutu 

 

ERMƏNİSTANIN AZƏRBAYCAN TORPAQLARINI İŞĞALI VƏ TÜRKİYƏNİN 



SİYASƏTİ 

 

 



SSRI-nin dağılmasına qədər Dağlıq Qarabağ münaqişəsi beynəlхalq хarakterli bir məsələ 

deyil, SSRI-nin daхili işi hesab оlunurdu. Buna baхmayaraq, erməni tərəfi öz dəlillərinin хeyrinə 

«öz müqəddəratını təyinetmə» anlayışından istifadə edirdi. Münaqişə SSRI və kоmmunist 

ideоlоgiyası çərçivəsində inkişaf etdiyinə görə bu sahədə aparılan müzakirələr beynəlхalq hüquqa 

uyğun оlaraq öz müqəddəratını təyinetmə hüququ əsasında deyil, «öz müqəddəratını təyinetmə 

barədə leninist prinsipi» əsasında aparılırdı. Müvafiq leninist prinsip SSRI-də BMT-nin bu sahədə 

qəbul etmiş оlduğu sənədlərdən daha məşhur оlduğu və fоrmal cəhətdən bütün millətlərin öz 

müqəddəratını təyin etməsi hüququnu (tam ayrılma da daхil оlmaqla) dəstəklədiyi üçün Dağlıq 

Qarabağın ayrılması tərəfdarları bu ideyadan bəhrələnirdilər. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



445

 

Müstəqilliyimizin ilkin illərində münaqişənin həll olunmasını müsbət məcaraya yönəltmək 



olardı. Ölkə daxilində gedən gərgin proseslər nəinki bu məsələnin həllində süni maneə idi, hətta 

Dağlıq Qarabağ problemi siyasi maraqların qurbanına çevrilmişdir. Ümummilli lider Heydər 

Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın ictimai-siyasi sabitliyini təmin etmiş oldu. 1993-cü ilin 

noyabrında hərbi sistemin formalaşdırılması nəticəsində Azərbaycan Silahlı Qüvvələrin Horadiz 

istiqamətində erməni ordusunu güclü zərbələrlə sarsıtmış oldu. Nəticədə 20-dən çox kənd işğaldan 

azad olundu. Bu qələbə Ermənistan tərəfindən ciddi narahatlıq yaradır və qarşı tərəfi işğalçılıq 

planlarından çəkindirirdi. 1994-cü ilin mayında Ermənistan dövlət başçısı atəşkəs haqqında sazişin 

imzalanmasına razılıq verdi. Bu sazişdən sonra Azərbaycan ilkin olaraq öz qüvvələrini toplayıb 

formalaşdırmaq imkanı qazandı. 

 

Hazırda rəsmi Bakı Azərbaycanın və ümumilikdə, regionun geosiyasi, geoiqtisadi maraqları 



və perspektivi baxımından, bütün daxili və ölkələrarası münaqişələrin tezliklə, yeni müharibəyə əl 

atmadan - sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi çıxış edir. Cənubi Osetiya ətrafında Rusiya-

Gürcüstan müharibəsindən sonra yaranmış beynəlxalq və regional hərbi-geostrateji vəziyyət 

göstərir ki, yaxın zamanlarda nə müharibə, nə də ki, sülh yolu ilə Azərbaycan və Gürcüstanın ərazi 

bütövlüyünün təmin olunmasına ümid etmək şansı çox aşağıdır. Hazırda Ermənistan dünya 

dövlətlərinin ikili siyasətindən, BMT-nin və ATƏT-in dişsiz fəaliyyətindən, Minsk qrupunun və 

həmsədr ölkələrin neçə illərdir ki, ciddi bir mövqe ortaya qoya bilməməsindən, dünyadakı erməni 

diasporunun aparıcı ölkələrin rəsmi siyasətinə göstərdiyi ciddi təsirdən, Rusiya və başqa ölkələrin 

hərbi dəstəyindən bəhrələnərək öz işğalçı siyasətindən əl çəkmək istiqamətində heç bir ümidverici 

mövqe sərgiləmir. (1, s.3-18) 

 

Qarabağ münaqişəsində rəsmi həmsədrlərlə yanaşı digər dövlətlərin də vasitəçi kimi çıxış 



etmə niyyətlərinin olmasını xüsusi qeyd etmək lazımdır. Bunlardan birincisi Türkiyə 

Respublikasıdır. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, beynəlxalq hüquq 

normalarına müvafiq həllinin tərəfdarıdır və öz regional siyasətini həmin istiqamətdə qurur. Türkiyə 

istər iki tərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daima Azərbaycanın 

ədalətli mövqeyini müdafiə edir. Ermənistana konstruktiv mövqe tutmaq üçün siyasi təzyiqlər 

göstərir, bu dövlətlə rəsmi münasibətlər qurmur və Ermənistanın işğalçılıq siyasətini beynəlxalq 

aləmdə təbliğ edir. Ümumiyyətlə, Türkiyə Dağlıq Qarabağ münaqişəsində digər “güc mərkəzləri”nə 

nisbətən həmişə birtərəfli, düzgün siyasi mövqe nümayiş etdirir. Türkiyənin Azərbaycanda strateji 

maraqları Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərir. Lakin Türkiyə münaqşənin 

həllində vasitəçi rolu oynamadığından kənarda qalmaq məcburiyyətindədir. 

 

Türkiyə ilə Azərbaycan bir-birindən fərqli ölkələr deyil. Ulu Öndər Heydər Əliyevin “bir 



millət, iki dövlət” kəlamı köklü bir dövlət olmasını bir daha sübut edir. Türkiyə Qarabağda 

münaqişə başlanan zamandan birbaşa silahlı yardım edə bilmirdi, bu beynəlxalq hüquq baxımından 

mümkün deyildi, ordu quruculuğu üçün hərbi müşavirlər göndərərək Azərbaycana yardımın 

göstərdi. ABŞ Konqresinin 907 saylı “Freedom Support Act” sənədinə görə Azərbaycan hücuma 

məruz qalan yox, hücum edən dövlət kimi göstərilirdi. Bunun dəyişdirilməsi üçün Türkiyə dövləti 

və lobbisi 5 il ərzində siyasətində buna xüsusi diqqət verdi. (2,s.3) 

 

1993-cü il martın axırında ermənilər Kəlbəcəri işğal etdilər. Türkiyə buna sərt reaksiya 



göstərərək 4 aprel 1993-də Ermənistanla sərhədi bağladı və bu günə qədər də sülh bərpa olunan 

qədər sərhədlərin açılmayacağını bəyan edir. Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişısi 

başladığı andan Türkiyə hər bir halda Azərbaycanın yanında olduğunu, daima ona dəstək olacağını 

bildirmiş, münaqişə bitdiyi zaman işğal olunmuş torpaqların Azərbaycana geri qaytarılması 

ideyasını dəstəkləmişdir. 2007-2008-ci illərdə baş verən bir sıra hadisələr onu sübut etdi ki, Türkiyə 

Azərbaycana münasibətində “dövlət marağını” “qardaşlıq” mənafeyindən üstün tutur.  

 

Bu daha çox 2008-ci ilin fevralında Ermənistanda keçirilmiş prezident seçkilərində qalib 



gələn Serj Sərkisyanın dövrünə təsadüf edir. S.Sərkisyanın seçilməsindən sonra Türkiyə prezidenti 

Abdullah Gül ona aşağıdakı məzmunda bir təbrik məktubu yollayır: “Sərkisyanın yeni vəzifəsi yüz 

illər boyunca sülh və əmin-amanlıq içərisində birlikdə yaşaya bildiklərini sübut etmiş olan türk və 

erməni xalqları arasındakı əlaqələrin normallaşdırılması üçün lazımi şəraitin yaradılmasına imkan 

verəcəyi, Türkiyə və Ermənistanın ortaq cəhdlərinin bölgədə barış və rifaha təsir edəcəyi, qarşılıqlı 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



446

güvən və əməkdaşlığa söykənən bir atmosferin yaradılması təməlində duracağı 

ümidindəyik.”(3,s.12) 

 

Oxşar məzmunda məktubu Türkiyənin Baş Naziri R.T.Erdoğan və Xarici İşlər Naziri 



A.Babacan müvafiq olaraq Ermənistanın Baş Naziri T.Sarkisyana və Xarici İşlər Naziri 

E.Nalbandyana göndəriblər. Məzmundan da göründüyü kimi təbrik məktubu heç də reallıqları əks 

etdirmir və Türkiyənin güzəştə getməsini əyani sübut edir. 29 mart 2007-ci ildə Akdamar adasında 

Akdamar kilsəsinin bərpa edilərək yenidən fəaliyyətə başlaması və açılışa Ermənistandan 

Mədəniyyət Nazirinin müavini Gaçik Gürciyan başda olmaqla 20 nəfərlik heyətin gəlməsi iki ölkə 

arasındakı əlaqələrdə yeni mərhələnin başlanğıcı oldu.(4,1) 

 

Türkiyənin 1993-cü ildə Ermənistanla quru və 1994-cü ildə hava sərhəddinin bağlamasının 



səbəblərindən biri Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının geri 

qaytarılmasına dair nəticənin əldə edilməsi idi. Buna baxmayaraq, İstanbul – İrəvan hava yoluna 

yenidən fəaliyyətə başlaması məntiqə uyğun deyildi. Digər bir məsələ isə Türkiyə Cümhuriyyətinin 

Prezidenti Abdullah Gülün Ermənistana səfəridir. Xatırladım ki, bu, Türkiyə tarixində rəsmi 

səviyyəli ikinci səfər idi. İlk səfər 1935-ci ildə o dövrün Baş Naziri İsmet İnönü tərəfindən 

gerçəkləşdirilmişdi. Burada diqqəti çəkən əsas məsələ ondan ibarətdir ki, Ermənistan hələ 

dəTürkiyənin əraz bütövlüyünü tanımır və “qondarma soyqırım” iddialarını irəli sürür. Amma 

Türkiyə Prezidentinin onun ölkəsini tanımayan digər bir ölkəyə səfər etməsi də ilk baxımdan 

maraqlı göründü. Digər bir məsələ isə Ermənistan hələ də öz iddialarından geri çəkilməyib. 

Ermənistanın Baş Naziri T.Sarkisyan 24 apreldə “qondarma soyqırım” ilə bağlı keçirilən tədbirlərdə 

bildirmişdir ki, 1915-ci il hadisələrinin “soyqırım” kimi beynəlxalq aləmdə tanınması cəhdləri 

Ermənistanın xarici siyasətinin əsas vəzifələrindən biridir. Bundan başqa, İran Türkiyə – 

Ermənistan münasibətlərinin normallaşdırılması üçün öz vasitəçilik missiyasını da Türkiyəyə təklif 

edib. Lakin bu, Türkiyə tərəfində sərt qarşılanıb və Türkiyə tərəfi bildirib ki, onsuz da onların 

Ermənistanla birbaşa əlaqələri var.(5,s. 9-10) 

 

Sadalanan fikirlərdən belə bir nəticə ortaya çıxır ki, Türkiyənin Azərbaycandakı strateji 



maraqlarının təmin edilməsi uğrunda həyata keçirdiyi siyasət Dağlıq Qarabağ münaqişəsinin həllinə 

həm müsbət, həm də mənfi təsir edir. Mənfi təsirlərə baxmayaraq Türkiyə Dağlıq Qarabağ 

münaqişəsinin ədalətli həllıni özünün Azərbaycanda və bütövlükdə Cənubi Qafqazdakı strateji 

maraqlarının yüksək səviyyədə təmin edilməsi üçün mühüm şərt hesab edir və bu istiqamətdə 

pozitiv siyasət həyata keçirir. Azərbaycan dövlətinə isə Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyi 

və beynəlxalq siyasəti sərf edir. 

 

Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllində fəal vasitəçi olması üçün Ermənistanla 



münasibətlərini normallaşdırması əsas şərtlərdən biridir. Tərəflərdən biri – Yerevan Türkiyənin 

vasitəçiliyini qəbul etmirsə, Ankara və Bakı çalışsalar belə, məsələnin müsbət həllinə nail ola 

bilməyəcəklər. Digər tərəfdən Kreml Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində 

fəallaşmasını istəmir. Bunu açıq söyləməsə də, Yerevanın əli ilə Türkiyəni uzaq məsafədə 

saxlamağa çalışır. Bu əsassız deyil. Türkiyənin Cənubi Qafqazda fəallaşması, Yerevanla 

münasibətlərini normallaşdırması, nəhayət Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Rusiyanın 

tədricən Ermənistanı itirməsi ilə nəticələnəcək. Kreml bunun baş verməməsi üçün Türkiyəni Dağlıq 

Qarabağ münaqişəsinin həllinə yaxın buraxmır. Türkiyənin ATƏT-in həmsədr statusuna 

yiyələnməsi uzaq perspektiv sayılsa da, Cənubi Qafqazdakı siyasi, iqtisadi və təhlükəsizlik 

maraqları üç həmsədr – ABŞ, Fransa və Rusiyanın maraqlarından az deyil 

ƏDƏBİYYAT 

1.

  ƏLİ HƏSƏNOV. HEYDƏR ƏLİYEVİN GEOSİYASİ TƏLİMİ: XXI əsrdə Azərbaycanın 



əsas geosiyasi vəzifələri və perspektivləri «Geo Strategiya».-2011.-№2(02) 

2.

  “Həmsədr ölkələr arasında Azərbaycanın hüququnu müdafiə edən ölkə yoxdur” 525 qəzet 



28 aprel 2012-ci il 

3.

  “Stratejik Analiz” jurnalı, səh. 116-117, İyul 2008 



4.

  Yıldız Deveci Bozkuş, “Türkiye’den Bir Adım Daha: Erivan-Antalya Uçak Seferleri” 

www.asam.net, 30 iyul 2008 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



447

5.

  Ramin Abdullayev “Yaşıl Türkiyədə “qara zolaqlar“” “Region +” jurnalı, № 16, avqust 



2008 

Summary 


 

Article is devoted to a role and interests of the intermediary parties, in particular to Turkey

in settlement of the Nagorno-Karabakh conflict after collapse of the USSR. The author analysed 

various approaches of the international community to their participation in the conflict. It is clear 

that more important aspect of this conflict is connected not with how the conflict exists in reality 

and as it is accepted by the international community. The perception of the conflict is one of 

important questions in a resolution of conflict. The present conflict is accepted differently by 

various states, different persons, communities and the organizations. One of the largest players in 

this question - Turkey, mediation and which participation should be studied and investigated. 

 Key 


words: Nagorno-Karabakh, Turkey, international community, conflict 

 

 



 

 

Afaq Piriyeva, t..ü.f.d., dos. 



Azərbaycan Dövlət Pedaqoji Universiteti  

 

XIX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANA ALMANLARIN 



KÖÇÜRÜLMƏSI 

 

 Azərbaycana almanların ilk kütləvi köçü 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında 



Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Annenfeld 

(indiki Şəmkir) və Yelenendorf (indiki Göygöl rayonu) adlı iki koloniya saldılar.  

Köçkünlər çoxdan boş qalmış Qonaqlar kəndini yenidən bərpa etməyə başladılar. İlk günlər 

burada həyat çox dözülməz idi. Köçkünlərin sayının kəskin şəkildə azalması nəticəsində ilk evlər də 

çox çətinliklə tikilirdi.  Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan ərazisində ilk alman 

koloniyası Yelenendorf yaradıldı.  

Bu Azərbaycan ərazisində ilk böyük alman icması idi.  Burada 1821-ci ildə ilk dəfə olaraq 

İsveçrə missionerlərinin köməyi ilə Sinod çağrıldı. 1821-ci ildə köçkünlərin dini xadimi olan Johan 

Jakob Krauz ilk ibadətxana acmağa cəhd göstərdi. 1834-cü ildə artıq belə bir ibadətxana hazır olur. 

1854-cü il aprelin 24-də Müqəddəs Johan kilsəsinin ilk təməl daşı qoyuldu.Bu kilsədə 

köçkünlərin həyatı haqqında tarixi məlumatlar saxlanılırdı. Cünki hər xalqın öz yaddaşı olmalıdır. 

Kilsənin inkişaf etməsində vaiz (moizəçi) Johan Jakob Ştuberin çox böyük fəaliyyəti olmuşdur. 

XIX əsrin sonu –XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanların əksəriyyəti protestantlığa 

etiqad edirdilər. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə məhz Yelenendorfda (Göygöl ərazisində) 

tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib 

istifadəyə verildi. 

1842-ci ildə ilk məktəb də tikildi. Köçkünlərdən olan Xristian Qottlab Krauz və Qeorq 

Haynrix Hümmel uzun müddət bu məktəbdə fəaliyyət göstərmişlər. Qafqazda ilk alman məktəbinin 

əsasını qoyan Helennendorflu ilk peşəkar müəllim Albert Kirxhof olmuşdur.Eyni zamanda bu 

məktəbdə Mayster Müller də 23 il müəllimlik etmiş, burada ilk uşaq bağcasını da açmışdır. 

1869-cu il aprelin 22-də Koloniya artıq özünün yaradılmasının 50 illiyini təntənə ilə qeyd 

etdi.  Bu illər ərzində kənd çox sürətlə inkişaf edib dəyişmişdi.Köçkünlər burada rahat, geniş evlər 

tikir, böyük meyvə bağları salırdılar. İqtisadiyyat da cox sürətlə irəliləyirdi və həyat səviyyəsi 

Almaniyada olan icmaların səviyyəsindən heç də geri qalmırdı. 

1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi 

barədə göstəriş vermişdir. Azərbaycana yerləşdirilmiş ilk almanların çoxu Vürtemburq krallığının 

sakinləri olmuşdular. 1817-1818-ci illərdə Qafqazda təşkil olunmuş 8 alman koloniyasından ikisi 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin